Məhkəmə qərarları › İş №2(102)-1819/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1819/2021

22.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1819/2021 22.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil İsmayıl oğlunun iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-234/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 aprel 2 021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-15656/2016 saylı 31 oktyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh 18861 ABŞ dolları əsas, 6238 ABŞ dolları faiz, cəmi 25099 (iyirmi beş min doxsan doqquz) ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ünvan 1 ünvanda yerləşən 42 kvadrat metr ümumi, 29,1 kvadrat metr yaşayış, 12.9 kvadrat metr yardımçı sahəsindən ibarət 2 otaqlı 10 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi, mənzilin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, evin satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 25099 (iyirmi beş min doxsan do qquz) ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra Cavabdeh bir ay ərzində mənzili tərk etmədikdə, Sumqayıt şəhəri, məhəllə 7-8-12, 17 saylı evin 10 saylı mənzilinin məcburi qaydada boşaldılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və məhkəmə xərcləri kimi ödənilmiş 31 (otuz bir) manat məbləğində pulun Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xe yrinə tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3198/2018 saylı 11 dekabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, Ə.Ö.Quliyevanın (Alıyeva) apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ünvan 1 ünvanda yerləşən 42 kvadrat metr ümumi, 29,1 kv metr yaşayış, 12,9 kv metr yardımçı sahəsindən ibarət 2 otaqlı 10 saylı mənzilin ilkin satış qiymətinin 52000 (əlli iki min) manat müəyyən edilməsi, iddia tələbinin mahiyyəti üzrə əsaslı hesab edildiyindən apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumunun cavabdeh Ə.Ö.Quliyevanın (Alıyeva) özünə aid edilməli, məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərinin 300 (üç yüz) manat cavabdehdən alınaraq S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi hesabına köçürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh iddiasının təmin edilməsi, ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilin açıq hərracda satışına dair «Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi»nin 01 avqust 2017-ci il tarixli, Y411 saylı hərracın nəticələri haqqında yekun protokolu və 01 avqust 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə etibarsız hesab edilməsi və ünvan 2 ünvanında yerləşən 10 saylı mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən İddiaçı ASC -nin adına qeydiyyata alınmış ********** qeydiyyat nömrəli, 19 mart 2018-ci il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab olunması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 3, mənzil 10-a olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 31.10.2016cı il tarixli, 2(060)-15656/2016 saylı qətnaməsinə əsasən Cavabdeh 18861 (on səkkiz min səkkiz yüz altmış bir) ABŞ dolları məbləğində əsas borc, 6238 (al tı min iki yüz otuz səkkiz) ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 25099 (iyirmi beş min doxsan doqquz) ABŞ dolları məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat rüsum məbləğinin tutulub İddiaçı ASCnin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh ilə bank arasında bağlanmış 29.01.2015-ci il tarixli, 2066 Y N:li, “Kredit müqaviləsi”nin təminatı qismində banka ipotekaya qoyulmuş, Cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* №li, **********76-05101-093037 reyestr №-li, ********** qeydiyyat № -li, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən, ünvan 3 ünvanında yerləşən, 10 nömrəli mənzilə yönəldilərək, mənzilin ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi. ipoteka predmetinin satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılması qət edilmişdir. Mənzilin hərracdan satılması mümkün olmadığından qanunvericiliyin tələbinə uyğun olaraq, alınması üçün banka təklif olunmuş və İddiaçı ASC qeyd olunan mənzili alqısatqı yolu ilə öz balansına qəbul edərək, ona dair mülkiyyət hüququ əldə etmişdir. Bundan sonra AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsinə müraciət edilərək, ünvan 3, mənzil 10un İddiaçı ASC-nin mülkiyyətində olmasına dair qeyd olunan orqandan 19.03.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış alınmışdır. Hal-hazırda mənzil İddiaçı ASC-nin mülkiyyətində olsa da və hazırki iş üzrə cavabdehlər mənzildən çıxarılsalar da, onlar həmin mənzildə qeydiyyatdadırlar və formal olaraq istifadə hüquqları qalmaqdadır. Cavabdeh könüllü şəkildə mənzildən qeydiyyatdan çıxmırlar və onların mənzilə istifadə hüquqlarının qalması İddiaçı ASC-nin mülkiyyət hüquqlarını pozur, bankın yaşayış evinə dair sərbəst sərəncam vermə imkanlarını məhdudlaşdırır. Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Əliyev, iş № 2(060)-113/2019) iddianın təmin edilməsi, Cavabdeh İddiaçı Açıq Səh mdar Cəmiyyətinə məxsus ünvan 4 ünvanında yerləşən 10 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı evi qanuni əsasla əldə etmişdir və ev onun xüsusi mülkiyyətindədir. İddiaçının hazırkı tələbindən aydın olur ki, cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalmaları və həmin mənzildən istifadə etmələri mülkiyyətçi kimi onun iradəsinə ziddir. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi), L.Məmmədova və T.Quliyev, iş № 2(105)-234/2020) Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2019-cu i tarixli 2(060)113/2019 saylı qətnaməsi ləğv edilmiş və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından ləğv edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Vəkil İsmayıl oğlu) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-234/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyas iya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin 12.10.2020-ci il tarixli 2(105)-234/2020 saylı qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinin təmin edilməməsi və həmin qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X1 izahatında kassasya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Digər şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəm əsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə münasibətdə tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sü but etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə yanaşı işin faktiki halarının tam araşdırılmamasına istinad etmişdir. Qeyd edilməlidir ki, ape llyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququnun yaranmasına əsas olan hərrac protokolunun və mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində mövcud olan qeydinə əsasən verilmiş çıxarışın qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə ləğv olunduğuna istinad edərək, iddiaçının hazırkı tələblə çıxış etmək hüququnun olmaması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yux arıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-234/2020 nömrəli iş üzrə 12 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar