Məhkəmə qərarları › İş №2(102)-1819/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1819/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1819/2025 02.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina, qətnamənin elektron kabinetə yerləşdirilməsi, prosessual müddətin axımı, müddətin buraxılma səbəbinin üzrlü olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğluna və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyas ının 2(103)-6149/2024 nömrəli, 7 aprel 2025- ci il tarixli qərardadından iddiaçının kassasiya şikayətinə 02 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Mənzil Tikinti Kooperativi (bundan sonra “iddiaçı” və ya “MTK”) dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilmiş 70.000 manat qarantiya məbləğinin iddiaçıya (əvvəlki adı "xxxx" MTK) qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2873/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərərk birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6149/2024 nömrəli, 04 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2873/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 20 dekabr 2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmişdir.

6. İddiaçı 23 fevral 2025-ci il tarixdə kassasiya şikayəti vermişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1160/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti, müddət ötürülməklə verildiyindən, qeyri-mümkün sayılmış, şikayətin geri qaytarılması üçün iş apellyasiya instansiyasına göndərilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2025-ci il tarixli iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

9. İddiaçı (nümayəndə-Vəkil2) xx.xx.2024-cü il tarixində prosessual müddətin bərpa edilməsi barədə ərizə və yenidən kassasiya şikayəti vermişdir.

10. Müddətin bərpası barədə ərizə belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6149/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilmişdir. Buna əsas isə haqlı olaraq bildirilmişdir ki, MTK apellyasiya məhkəməsinin qətnaməsini xx.xx.2025-ci il tarixdə 3 gün gecikdirilməklə vermişdir. Həmçinin kassa siya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş iki aylıq müddətin ötürülməsinə baxmayaraq, həmin müddətin bərpasına dair ərizə verilməmişdir. Lakin iddiaçı tərəf qeyd olunan qətnamənin alınma tarixini həqiqətən də 23 dekabr 2024-cü il bilmişdir. Bu yanlışlığa səbəb isə İnternet Vergi İdarəsi portalından MTKya göndərilmiş məktub olub. Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixi ilə göndərilən həmin məktuba inanaraq düşünmüşlər ki, qətnamənin alınma tarixi də həmin gündən hesablanmalıdır. Bu səbəbdən vəkillə də müqavilə xx.xx.2025-ci ildə bağlanmış və vəkil müddəti ötürmədiklərini düşündüyündən bərpa ilə bağlı ərizə təqdim etməmişdir. Həmçinin şikayətin verilməsində müddətin sonunu gözləməkdə məqsəd barışığın əldə olunması olub. Belə ki, Apellyasiya Məhkəməsinin ye kun qərarından sonra qarşı tərəflə danışıq olmuş, cavabdeh tərəf ona verilən mənzilə olan borcunu tam ödəməmiş, iddiada qeyd olunan kompensasiyanın müəyyən hissəsini də ödəyəcəyini bildirmişdir, lakin ödəniş etməmişdir. Bu səbəbdən də şikayətin verilməsi gecikdirilmişdir. Bu hallar üzrlü olmaqla prosessual müddət bərpa edilməlidir.

11. Bakı Apellyasiya Məhkəməsinin 7 aprel 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair iddiaçının vəsatəti təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli)

12. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən ş əxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

13. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən kassasiya şikayəti vəkil tərəfindən tərtib edilir. Vəkilin əsas vəzifəsi fiziki və hüquqi şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Vəkil peşəkar hüquqşunas olduğundan kassasiya şikayəti verilərkən qanunvericiliyin imperativ tələblərini nəzərə almalı, nöqsanlara yol verildiyi təqdirdə isə həmin nöqsanları qısa müddət ərzində aradan qaldırmalıdır.

14. Buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəyə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ərizədə qeyd ed ilən hallar qanuni qüvvəsini alan məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü səbəblərdən baş verməsi qənaətinə gəlmək üçün əsas ola biləz. Belə ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın.

15. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Elektron qaydada təqdim etmə məhkəmə sənədlərinin eləcə də, məhkəmə aktlarının rəsmi qaydada təqdim edilməsidir.

16. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, iş materiallarına əsasən son ödənişi xx.xx.2024-cü il tarixdə cavabdehdən alan iddiaçı razılaşmadığı məhkəmə aktından kassasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı olduğu halda müddəti ötürdükdən sonra şikayətini məhkəməyə təqdim etmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 133.1,133.2, 133.3, 134.1, 135.5, 135.6, 135.7, 135.8, 405.0.1, 408.1, 408.1.4 və 408.5-ci maddələri ilə əsa slandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətin təmin edilib, kassasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayətini tərtib edən vəkil kassasiya şikayətini vermək üçün ağlabatan məsuliyyət çərçivəsində hərəkət etmişdir. Vəkillə müqavilə bağlanıldıqdan sonra 2 gün ərzində kassasiya şikayəti təqdim edilmişdir. Müddətin ötürülməsi ilə bağlı yalnışlığa səbəb isə İnternet Vergi İdarəsi portalından MTK-ya göndərilmiş məktub olub. Bakı Apellyasiya Məhkəməsi tərəfindən 23 dekabr 2024-c ü il tarixi ilə göndərilən həmin məktuba inanılıb, qətnamənin alınma tarixi də həmin gündən hesablanıb. Elektron portal vasitəsi ilə 23 dekabr 2024-cü ildə, 23 dekabr 2024-cü il tarixli məktubla qətnamənin göndərilməsi həmin tarixdən əvvəl qətnamənin elektron məhkəmə sisteminə yerləşdirilməsi ehtimalını diqqətdən çıxarıb. Bu səbəblərdən vəkil ilə müqavilə də 21 fevral 2025-ci ildə bağlanılıb, vəkil da müddəti ötürmədiklərini düşündüklərindən bərpa ilə bağlı ərizə təqdim etməmişdir. Həm də şikayətin verilməsində müddətin sonunu gözləməkdə məqsəd barışığın əldə olunması olub. Belə ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarından sonra qarşı tərəflə danışıq olmuş, cavabdeh tərəf ona verilən mənzilə olan borcundan ödəmiş (qəbz elektron sistemə əlavə olunub), iddiada qeyd olunan kompe nsasiyanın müəyyən hissəsini də ödəyəcəyini bildirmişdir. Bununla bağlı sonuncu telefon danışığı da 20 fevral 2025-ci tarixində olmuş, lakin ödəniş etməmişdir. Bu səbəbdən də şikayətin verilməsi ləngidilmişdir. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2025-ci tarixli qərardadında qeyd olunan halları nəzərə almayıb və öz qənaətini belə əsaslandırmışdır ki: “ərizədə qeyd edilən hallar qanuni qüvvəsini alan məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü səbəblərdən baş verməsi qənaətinə gəlmək üçün əsas ola bilməz. Belə ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özləri tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın.” Halbuki, iddiaçı tərəf cavabdehlə barışıq əldə etməyə çalışıb, görüşlər keçirib, cavabdeh tərəfindən müəyyən ödənişi qəbul edib. Səhvən, şikayət verilməsi üçün müddətin sonunu xx.xx.2025ci il hesab etdiyindən həmin günə qədər barışıq ümidi ilə gözləyib. Bunlar da göstərir ki, məhkəmə proseslərinə və ümumilikdə işə etinasız yanaşılmayıb. Yalnız bir texniki səhvə yol verilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin internet vergi portalı üzərindən məktubuna inanılıb və əlavə məlumatlar dəqiqləşdirilməyib. Məhz bu hallar da tərəfin iradəsindən asılı olmayan hal kimi qəbul edilməlidir. Texniki səhv də iradədən asılı olmayan haldır. Birincisi, bu hal adi səhlənkarlıq və ya texniki səhv y ox, məhz məhkəmənin məktubuna etimaddır. İkincisi, vəkilin səhv olaraq müddətin sonuncu günü kimi bildiyi tarixdə şikayətin verilməsi prosesual müddətə etinasız və səhlənkar yanaşmamaqdır. Bunlar da üzrlü səbəb hesab edilə bilər. O da qeyd edilməlidir ki, iddia üzrə tələb olunan məbləğ 70000 manatdır. Kassasiya qaydasında araşdırılmaya çalışmaq barədə iddiaçının təkid göstərməsi və işin ədalətlə araşdırılmasını xahiş etməsi iddiaçının haqlı olduğu və cavabdehin əsassız varlanması ilə barışmadığını göstərir. İşin nəticəsi bir nəfərin əsassız varlanması və onlarla işçisi olan bir şirkətin fəaliyyətinə zərbə vuracaqsa, kassasiya instansiyasına çatımlılıq hüququnun bərpa olunması daha ədalətli olar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə etiraz daxil olmamışd ır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrd ə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

22. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini xahiş etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadını tam yoxlayır.

23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Apellyasiya instansiyasının müəyyən etdiyi işin hallarından görünür ki, barəsində kassasiya şikayəti verilən Bakı Apellyasiya Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli qətnaməsi 20 dekabr 2024-cü il tarixdə iddiaçının elektron kabinetinə yerləşdirilmiş, iddiaçının ilk dəfə 23 fevral 2025-ci il tarixdə verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2025-ci il tarixli qərardadı ilə prosessual müddətin ötürülməsi əsası ilə qeyri-mümkün sayılmışdır.

26. Ali Məhkəmənin şərh etdiyi göstərişlərə əsasən Bakı Apellyasiya Məhkəməsi 17 mart 2025-ci il tarixli qərardadla iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini 3 gün gecikidirilməklə verildiyi və müddətin bərpası xahiş edilmədiyi üçün geri qaytarmıdşır.

27. Sonradan prosessual müddətin bərpası barədə iddiaçı ərizə vermiş və yuxarıda göstərilən əsaslarla apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə cavabdehin dəlilləri əsassızdır.

28. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

29. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

30. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə görə də “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

31. İşdən görünür ki, qətnamə iddiaçının elektron kabinetinə 23 dekabr 2024-cü ildə yerləşdirimiş, kassasiya şikayəti ilk dəfə 23 fevral 2025-ci il tarixdə təqdim edilmişdir.

32. Nəzərə alınsa ki, MPM-in 135.5-ci maddəsinə görə həmin Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir və MPM-in 10-1.8 və 135.6-cı maddələrinə görə də elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir və məhkəmə sənədləri elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır, belə olan halda, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

33. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini Mülki Prosessual Məcəllənin 10-1.3, 10-1.5, 10-1.8, 135.5 və 135.6-cı maddələrinin tələbləri baxımından əsassız sayır. Belə ki, həmin normalara görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, hab elə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olması və digər tələblər imperativ qaydada müəyyən edilmişdir.

34. İddiaçının kassasiya şikayətinin dəlilləri isə imperativ qaydada müəyyən edilən qaydanın istisna edilməsinə yönəlmişdir ki, bu da “Elektron məhkəmə” informasiya sisteminin əhəmiyyətini heçə endirməklə yolverilməz hesab edilməlidir.

35. Bundan əlavə, iddiaçı hazırki kassasiya şikayətində texniki səhvin onların iradəsindən kənarda baş vermiş hal kimi qiymətləndirməsi barədə dəlil irəli sürmüşdür.

36. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında hüquqi mövqe ondan ibarət olub ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.

37. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə iddiaçının hüquqi şəxs olmaqla elektron sənəd dövriyyəsinə ehtiyatlı və intizamlı yanaşmalı olması, üstəlik, onun kadr potensialı və peşəkar hüquqi yardım almaq imkanı elektron kabinetə yerləşdirilən sənədlərin mahiyyətini bilməməsi ehtimalını istisna etməlidir. Bu baxımdan, iddiaçının 23 dekabr 2024-cü il tarixdə İnternet Vergi İdarəsi portalındakı məlumatın texniki səhv kimi qəbul edilməsinin onun öz iradəsindən asılı və özü tərəfindən dəf edilməsi mümkün olmayan hal kimi qiymətləndirilə bilməz.

38. Həmçinin qeyd edilməlidir ki, müddətin bərpası barədə ərizədə üzrlü ha l kimi göstərilən dəlillərdən (vəkillə müqavilənin xx.xx.2025-ci ildə bağlanması və vəkilin də müddəti ötürmədiklərini düşündüyündən bərpa ilə bağlı ərizə təqdim etməməsi) görünür ki, bu hallar iddiaçıya yox, vəkilə münasibətdə şərh edilib. Halbuki prosessual müddəti ötürüb-ötürməməsi, bu halların üzrlü olub-olmaması iş üzrə tərəf olan iddiaçıya münasibətdə şərh edilməli və əsaslandırılmalı idi.

39. Şikayətin verilməsində müddətin sonunu gözləməkdə məqsədin barışığın əldə olunması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə qeyd edilməlidir ki, iddiaçı şikayəti heç müddətin sonunda da verməyib, qeyd edildiyi kimi müddətin bitməsindən 3 gün sonra verib. Buna görə də qarşı tərəflə barışığa cəhd edilməsi barədə dəlil, ümumiyyətlə, qəbul edilə bilməz.

40. Qeyd edilənlərə əsasən, məhkəmə kol legiyası belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsasızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Mənzil Tikinti Kooperativi ("xxxx" MTK) kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6149/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar