Məhkəmə qərarları › İş №2(102)-182/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-182/2023

15.02.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-182/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk iddia tələbi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2 və qarşılıqlı iddia üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə qarşı qarşılıqlı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-182/2023 (Açar sözlər: kompensasiya verilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi; çıxarışın ləğv edilməsi, dövlət reyestr xidmətində aparılmış qeydiyyatın əsassız olduğundan çıxarılması) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X11 (məruzəçi), Nurmə mmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müvafiq kompensasiya ödənilməsi yolu ilə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair ilkin iddiaları, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2 və qarşılıqlı iddia üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə qarşı “reyestr xidmətinin qeydiyyatının çıxarılması, daşınmaz əmlakın birgə ümumi əmlak hesab edilməsi, payların müəyyən olunması və həmin əmlakdakı paya uyğun pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-532/2022 nömrəli, 04 avqust 2022ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər bir ailənin üzvləridir – İddiaçı2 və Cavabdeh1, ilk İddiaçı1 uşaqları, Cavabdeh2 isə gəlinidir.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 8 saylı, 120,6 kv.metr ümumi sahədən ibarət evin 1/2 hissəsi İddiaçı1 mülkiyyətindədir.

3. Həmin evin 1/2 hissəsi İddiaçı1 vəsiyyatnamə üzrə vərəsəlik qaydasında anası X1. Evin digər 1/2 hissəsi X5 məxsusdur.

4. X4 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Həmin vaxtdan evin 1/2 hissəsi İddiaçı1 mülkiyyətinə keçmişdir.

5. Bakı şəhəri, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 8 saylı evin yerləşdiyi 0,0624 ha torpaq sahəsindən 0,0141 ha olan hissəsi xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə X8 adına qeydə alınmışdır.

6. X10 isə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 8 saylı evin yerləşdiyi 0,0141 ha torpaq sahəsini xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən də qızı İddiaçı2 bağışlamış və qeyd olunan torpaq sahəsi üzərində inşa edilən fərdi yaşayış evi ilə birlikdə 8d saylı poçt ünvanı almışdır.

7. Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə verilmiş Çıxarışa əsasən Bakı şəhəri, S abunçu qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən, 8d saylı, 224,65 kv.metr ümumi sahədən ibarət ev İddiaçı2 mülkiyyətindədir.

8. Cavabdeh1 iddiaçı Vagif Əhmədovun mülkiyyətində olan 8 saylı evdə 1982-ci ildə doğulmuş, 2010-cu ildə isə digər Cavabdeh2 ilə ailə quraraq evə gəlin gətirmiş, onların həmin nikahlarından xx.xx.2012-ci il tarixdə X15 və xx.xx.2013-cü il tarixdə Elçin Əhmədov doğulmuşdur.

9. Bütün ailə üzvləri Bakı şəhəri, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn küçəsində yerləşən 8 saylı evdə qeydiyyatdadırlar.

10. İddiaçı1, İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşana çatmamış iki uşaqları ilə 8d saylı evdə yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

11. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müvafiq kompensasiya ödənilməsi yolu ilə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin və onlarla birgə yaşayan yetkinlik yaşına çatmamış xx.xx.2012-ci il tarixdə doğulmuş Emin Əhmədovun və xx.xx.2013-cü il tarixdə doğulmuş Elçin Əhmədovun, ünvan 1 ünvandan, İddiaçı1 tərəfindən 10.000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, ünvan 2 ünvandakı evdən heç bir kompensasiya verilmədən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə iddia tələbi və tələbin dəqiqləşdirilməsi barədə ərizə onunla əsa slandırılmışdır ki, Cavabdeh1 İddiaçı1 mülkiyyətində olan 8 saylı evdə 1982-ci ildə doğulmuş, 2010-cu ildə isə digər Cavabdeh2 ilə ailə quraraq mənzilə gəlin gətirmiş, qeydiyyatına mülkiyyətçi tərəfindən razılıq verilmiş, uşaqlar isə 2012 və 2013-cü illərdə həmin evə qeydiyyata alınmışlar. Beləliklə, onların həmin evə istifadə hüquqları yaranmışdır. Digər ev isə, yəni 8d saylı ev İddiaçı2 mülkiyyətindədir. İddiaçı2 evdə yaşamaları üçün cavabdehlərə notarial qaydada razılıq verməmişdir. Bu səbəbdən cavabdehlərin 8 saylı evdən istifadə hüquqlarına həmin kompensasiya ödənilməklə xitam verilməli, 8d saylı evdən isə onlar kompensasiya ödənilmədən çıxarılmalıdırlar.

13. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və qarşılıqlı iddi a üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə qarşı “reyestr xidmətinin qeydiyyatının çıxarılması, daşınmaz əmlakın birgə ümumi əmlak hesab edilməsi, payların müəyyən olunması və həmin əmlakdakı paya uyğun pulun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia verərək, 8d saylı evin İddiaçı2 adına rəsmiləşdirilməsinə dair dövlət reyestr xidmətində aparılmış qeydiyyat əsassız olduğundan həmin qeydiyyatın çıxarılması, 8d saylı evin Cavabdeh1, Cavabdeh2 və İddiaçı1 ümumi birgə əmlakı hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin əmlakda paylarının 2/3 hissə miqdarında müəyyən edilməsi və müəyyən edilmiş paya uyğun olaraq İddiaçı1 120.000 manat pulun alınıb Cavabdeh1 və Cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

14. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmış dır ki, bütün ailə əvvəlcə 8 saylı evdə yaşamışdır. 2004-cü ildə tərəflər arasında olan razılığa əsasən həmin həyətdə 2 mərtəbəli evin inşasına başlanılmış və evin tikintisi başa çatdıqdan sonra Teymur öz valideynləri ilə, gələcək arvadı və bacısı ilə həmin evdə, ailənin digər oğlu Nemət isə ailə üzvləri ilə köhnə evdə yaşayacaqları barədə razılığa gəlmişlər. Tikinti Teymurun və atası İddiaçı1 vəsaiti və zəhməti hesabına 2010-cu ildə başa çatmışdır. 2010-cu ilin noyabr ayında Cavabdeh2 da ailə üzvü qismində Teymurla birlikdə həmin evdə yaşamağa başlamış, 1-2 ay sonra valideynlər və Leyla evə köçərək birgə yaşamaqla təsərrüfatı birgə idarə etmişlər. Teymurla arvadının hesabına evin mansardı inşa edilmişdir. Evin plana düşəcəyi təqdirdə, Leylaya bir otaqlı mənzil, qalan pula isə özlərinə ev almaqla bağlı şərt kəsmişlər. Teymurla Əfsanə ayda təxmini 3.000 manat əmək haqqı alırlar. Valideynləri 200 manat pensiya almışlar, son dövrlərdə atanın pensiyası 1.000 manat olmuşdur. Mübahisəli ev Teymurla Əfsanənin razılığı olmadan evin inşasına heç bir vəsait xərcləməyən və heç bir əməyi olmayan Leylanın adına qanunsuz olaraq rasmiləşdirilmişdir. Həmin ev ümumi mülkiyyət hüququ əsasında Teymura, Əfsanəyə və İddiaçı1 məxsusdur.

15. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil2 ilk iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, həmçinin qeyd etmişdir ki, komp ensasiyanı 10.000 manat məbləğində ona görə müəyyən etmişlər ki, həmin məbləğ 3 il ərzində həmin ərazidə eyni şəraitli evdə onlara yaşamaq imkanı verir.

16. Məhkəmə iclasında şahid X10 ifadə verərək, qeyd etmişdir ki, o, İddiaçı1 arvadı, Teymurla Leylanın anasıdır. Teymur öz ailəsi ilə 8 saylı evdə qeydiyyatdadır. 8d saylı evə isə onların heç bir aidiyyəti yoxdur. Onlar orada müvəqqəti yaşayırlar. O, ev Leylanındır. Teymurla, arvadı ilə birlikdə yaşamaq mümkün deyil, onlar dözülməz vəziyyət yaratmışlar. Hadisələr nəticəsində o, ağır bir insult keçirmişdir və səhhəti hal-hazırda yaranan münasibətlərə dözməyə yol vermir. 17. "xxxx" MMC tərəfindən 8 saylı ev 55.000, 8d saylı ev 160.000 manat məbləğində qiymətləndirilmişdir.

18. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2059/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) ilk iddia təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir.

19. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ilk iddia tələbi ilə bağlı qeyd olunmalıdır ki, 8 saylı evə mülkiyyət hüququ 2011-ci ildə yaranmışdır. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və Mənzil Məcəlləsinin 123-cü maddəsində söhbət mülkiyyətçidən getdiyindən, hazırkı mübahisə ilə əlaqədar tərəflər arasında yaranmış hüquq münasibətlərini mülkiyyət hüququnun əldə edildiyi dövrə, yəni, 2011-ci ilə təsadüf edilməlidir. Odur ki, 8 saylı evə Cavabdeh1, Əfsanənin və onların iki uşaqlarının istifadə hüququna kompensasiyanın verilməsi yolu ilə xitam verilməsi qanuni və əsaslıdır.

20. Kompensasiyanın məbləğinə gəldikdə isə, qiyməti 55.000 manat müəyyən edilən evə istifadə hüququna xitam verilməsi üçün təklif edilən 10.000 manat məbləğində kompensasiya müəyyən bir zaman içində ilk iddia üzrə cavabdehlərin başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə oxşar yaşamaq imkanı verir. 21. 8d saylı evə gəldikdə məhkəmə qeyd edir ki, ilk iddia üzrə cavabdehlər İddiaçı2 ailə üzvlərinə aid edilmədiyindən, onlar həmin evdən çıxarılmalıdırlar.

22. Qarşılıqlı iddia tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, 8d saylı ev İddiaçı2 mülkiyyətindədir. Həmin evin Leylanın deyil, atasının və qardaşının vəsaiti və əməyi hesabına inşa edilməsi mülkiyyət hüququna dair şübhə yaratmır. Odur ki, qarşılıqlı iddia rədd edilməlidir.

23. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə, “İnsan Hüquqlarının və X6 haqq ında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2011-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 152.1, 152.5, 228.1, 228.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

24. İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, həmçinin onların nümayəndəsi və vəkili Vəkil1 qətnamədən birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını, həmçinin işə birinci instansiya məhkəməsində baxmış hakim b arəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya icraatı zamanı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2, həmçinin onların nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə verərək, qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi, xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı2 adına verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi, dövlət reyestr xidmətində aparılmış qeydiyyatın əsassız olduğundan çıxarılması, 8d saylı evin ümumi birgə əmlak hesab edilməsi və paya uyğun olaraq 120.000 məbləğində pulun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız, qanunsuz və qeyri-obyektiv olaraq qəbul edilmişdir. Belə ki, qətnamə qəbul edilərkən, maddi hüquq normaları pozulmuş, hüququn tətbiq edilməsində səhvlər buraxılmış, işin faktiki halları ətraflı araşdırılmamış, işə onların iştirakı olmadan baxılmışdır.

27. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etmiş və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmiş, eyni zamanda bildirmişdir ki, birinci instansiya məhkəməsi kobud prossesual pozuntuya yol verərək işə onların iştirakı olmadan baxmış, onların məhkəmədə dinlənilmək və sübutlar təqdim etmək, sübutların araşdırılmasında iştirak etmək kimi əsas hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır. Odur ki, şikayətin təmin olunaraq qətnamənin ləğv olunması və ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

28. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini xahiş etmiş, eyni zamanda təklif olunan kompensasiyanın məbləğini də artıraraq 15.000 manat təklif etdiyini bildirmiş, eyni zamanda ərizə verərək, 15.000 manat kompensasiya verilməklə cavabdehlərin 8 saylı ünvandan istifadə hüquqlarına xitam verilməklə, 8d saylı ünvandan isə kompensasiya verilmədən çıxarılmalarını xahiş etmişdir.

29. Məhkəmə kollegiyasının 15 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə tikinti və m əhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/472 saylı ekspert rəyinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn küçəsi, 8d saylı evin İddiaçı2 məxsus torpaq sahəsində inşa edildiyi, həmin evin tikintisinə çəkilmiş xərclərin ümumi dəyərinin 97.048,0 manat, evin hazırkı bazar dəyərinin isə 168.936,0 manat məbləğində olması müəyyən edilmişdir.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-532/2022 saylı, 04 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Anar Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2059/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin – Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn küçəsindəki torpaq sahəsinin orada inşa edilən fərdi yaşayış evi ilə birlikdə İddiaçı2 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmasına dair DƏDRX tərəfindən ********** qeydiyyat nömrəsi ilə verilmiş çıxarışın ləğv edilməsi, həmin ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı2 adına rəsmiləşdirilməsinə dair dövlət reyestr xidmətində aparılmış qeydiyyatın əsassız olduğundan çıxarılması – hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmış, Cavabdeh1 və Cavabdeh2 qeyd olunan tələblə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

32. Apellyasiya instan siya məhkəməsinin 2(103)-532/2022 saylı, 04 avqust 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, işin halları ilə müəyyən olunur ki, cavabdehlər İddiaçı1 mülkiyyətində olan 8 saylı evdə qeydiyyatda olsalar da, onlar 8d saylı ev tikildiyi vaxtdan həmin evdə yaşamış və həmin evə müvafiq hüquq əldə etmişlər. İddiaçı1 məxsus olan 8 saylı evdə cavabdehlərdən ancaq Cavabdeh1 istifadə hüququ olmuş, lakin onun 2010-cu ildə yeni inşa edilmiş 8d saylı evə köçüb daimi olaraq yaşaması səbəbindən onun 8 saylı e və olan ehtiyacı aradan qalxmışdır. Bu səbəbdən də iddia tələbi 8 saylı evə dair hissədə təmin oluna bilməz.

34. İddia tələbinin 8d saylı evə münasibətdə isə həmin evin mülkiyyətçisi İddiaçı2 həmin evi özəlləşdirərkən cavabdehlərin uşaqları ilə birlikdə orada yaşamasını və demək ki, həmin tikilinin cavabdehlərin hüququ ilə yüklü olduğunu bilirdi. Belə olan halda isə cavabdehlərin həmin evdən çıxarılması yalnız müvafiq kompensasiyanın verilməsi ilə mümkün ola bilər. İddiaçı2 isə hazırda cavabdehlərin ona məxsus evdən çıxarılması müqabilində hər hansı kompensasiya təklif etməmişdir. Belə olan halda isə cavabdehlərin İddiaçı2 aid 8d saylı evdən çıxarılmasına dair iddia tələbi də təmin oluna bilməz.

35. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin X8 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsə bəsi, Mehdi Hüseyn, 8 saylı evin yerləşdiyi 0,0141 ha torpaq sahəsini xx.xx.2020-ci il tarixdə qızı İddiaçı2 bağışlaması barədə müqavilənin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, hazırda mübahisələndirilən bağışlama müqaviləsi tərəflərin iradəsi əsasında qanuni şəkildə bağlanmışdır və onun etibarsız hesab olunması üçün hər hansı əsas mövcud deyildir. Kollegiya qarşılıqlı iddia tələbinin “evin ümumi birgə əmlak hesab edilməsi və paya uyğun olaraq 120.000 məbləğində pulun cavabdehlərdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, həmin tələb əsas, “İddiaçı2 adına verilmiş çıxarışın ləğv edilməsi, qeydiyyatın çıxarılması” tələbindən asılı olan (törəmə) tələb olduğundan və həmin tələbə də hazırkı icraat çərçivəsində baxıla bilmədiyindən, iddiaçının qeyd edilən tələbi də əsas sızdır və təmin edilə bilməz.

36. Bundan əlavə, mülki iş materiallarından məlum olur ki, cavabdehlərin vəkili Vəkil1 məhkəməyə ərizə göndərərək səhhətində yaranmış problem ilə əlaqədar müalicəyə getdiyindən məhkəmədə iştirak edə bilməyəcəyini və xx.xx.2021-ci il tarixdən sonrakı vaxta təxirə salmağı xahiş etmiş, ərizəsinə “X13 Company” MMC tərfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yazılmış putyovkanı əlavə etmişdir. Birinci instansiya məhkəməsi vəsatəti təmin etməmiş, bunun üçün əsas kimi həmin putyovkanın kimə məxsus olmasının qeyd edilməməsini göstərmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi əsaslı olmamışdır. Hazırkı işin halları, xüsusən də cavabdehlər tərəfindən qarşılıqlı iddianın verilməsi, həmin vəsatətin təmin olunaraq məhkəmə i clasının təxirə salınmasını zəruri edirdi. Lakin birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərin iştirakı olmadan işə baxılmış, cavabdehlərin məhkəmədə dinlənilmək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak hüququnu əsassız olaraq məhdudlaşdırmış, bununla da prosessual pozuntuya yol verilmişdir.

37. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq norması səhv təfsir olunmuş, həmçinin iş üçün əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, eləcə də prosessual hüquq normaları pozulmuşdur.

38. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli q ərarına, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına, Mülki Məcəllənin 228.1, 228.2, 228.5, 255.1, 255.6, 255.8, 262, 262.2, 337-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.6, 372.7, 385.1.1, 387.1, 387.2.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

39. İlk iddia üzrə İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə edilən yaşayış evi üzərində mülk iyyət hüququ 2020-ci ilin dekabr ayının 16-na kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi isə dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatına alınmamış əmlaka dair hər hansı hüququn əldə edilməsi və ya tanınması isə istisna edilir.

41. Həmçinin, qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi ilə ilkin iddianın təmin edilməməsi hissəsində razı deyil, onu qanunsuz və əsassız hesab edir. Belə ki, Leyla və Cavabdeh1lar İddiaçı1 uşaqlarıdır. Cavabdeh2 isə Teymurun həyat yoldaşıdır. Sabunçu qəsəbəsi, Mehdi Hüseyn (əvvəlki İnqlab küçəsi) küşəsindəki 120,6 kv.metrdən ibarət 8 saylı ev 1/2 hissədə İddiaçı1 mülkiyyətindədir. Cavabdeh1 orada doğulmuş və 2010-cu ildə ailə qurduğu həyat yoldaşı Ca vabdeh2 və azyaşlı uşaqları ilə həmin evdə qeydiyyatdadırlar. Həmin ev əvvəllər İddiaçı1 anası X3 məxsus olmuş, xx.xx.2011-ci il tarixdə onun ölümündən sonra ev və evin yerləşdiyi 0,0624 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətinə keçmişdir. 2010-cu ildə İddiaçı1 tərəfindən həmin torpaq sahəsində sonradan “Mehdi Hüseyn 8d” ünvanı kimi qeydə alınmış yeni yaşayış evi inşa edilmişdir. Həmin evin yerləşdiyi 0,0141 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı1 həyat yoldaşı X8 adına qeydiyyata alınmış, sonuncu xx.xx.2020-ci il tarixdə öz növbəsində torpaq sahəsini üzərində tikilmiş və tərəflərin birgə yaşadığı sənədsiz evlə birlikdə qızı İddiaçı2 bağışlamış, mülkiyyət hüququ ilk dəfə olaraq xx.xx.2020-ci il tarixdə İddiaçı2 adına qeydə alınmışdır. Bu səbəbdən, ca vabdehlərin İddiaçı1 mülkiyyətində olan, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn küçəsi 8 saylı ünvanda yerləşən evindən istifadə hüququ yaransa da, xx.xx.2020-ci il tarixədək sənədsiz olduğu üçün 8d saylı evə münasibətdə bu hüquq yaranmamışdır.

42. Bakı Apellyasiya Məhkəməsi yanlış olaraq hesab etmişdir ki, cavabdehlər İddiaçı1 mülkiyyətində olan 8 saylı evdə qeydiyyatda olsalar da, sonradan 8d saylı ev kimi ilk dəfə İddiaçı2 mülkiyyəti kimi Dövlət Reyestrində qeydiyyata alınmış evdə 2010-cu ildən yaşamış və həmin evə müvafiq hüquq əldə etmişlər. Ona görə də 8 saylı evə istifadə hüquqlarını itirmiş və iddiaçıların ailə üzvüləri kimi bu hüquqları 8d saylı evə münasibətdə əldə etdikləri üçün həmin evə görə də kompensasiya almaq hüquqları vardır. Məhkəmənin həmin qənaəti Azərbaycan Respublikası Konst itusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli qərarında gəldiyi nəticəyə uyğun deyildir. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Teymur və Əfsanə Əhmədovlar, onların azyaşlı uşaqları ailə qanunvericiliyinə əsasən, 8d saylı evin mülkiyyətçisi İddiaçı2 ailə üzvüləri sayılmırlar. Ona görə də, tərəflərindən 15.000 manat kompensasiya İddiaç ı1 mülkiyyəti kimi Dövlət Reyestrində qeydiyyata alınmış 8 saylı mənzilə görə təklif edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, Vəkil1 tərəfindən etiraz verilmiş, etirazda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarına, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına, Mülki Məcəllənin 228.1, 228.2, 228.5, 255.1, 255.6, 255.8, 262, 262.2, 337-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.6, 372.7, 385.1.1, 387.1, 387.2.2-ci maddələrinə istinad edilərək kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

44. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

45. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayı ş binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

46. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə mün asibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Madd ə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdi r. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hü quqi qiymət vermişdir.

59. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdehlər İddiaçı1 mülkiyyətində olan 8 saylı evdə qeydiyyatda olsalar da, onlar 8d saylı ev tikildiyi vaxtdan həmin evdə yaşamış və həmin evə müvafiq hüquq əldə etmişlər. İddiaçı1 məxsus olan 8 saylı evdə cavabdehlərdən ancaq Cavabdeh1 istifadə hüququ olmuş, lakin onun 2010-cu ildə yeni inşa edilmiş 8d saylı evə köçüb daimi olaraq yaşaması səbəbindən onun 8 saylı evə olan ehtiyacı aradan qalxmışdır. Bu səbəbdən də iddia tələbi 8 saylı evə dair hissədə təmin oluna bilməz. İddia tələbinin 8d saylı evə münasibətdə isə həmin evin mülkiyyətçisi İddiaçı2 həmin evi özəlləşdirərkən cavabdehlərin uşaqları ilə birlikdə orada yaşamasını və demək ki, həmin tikilinin cavabdehlərin hüququ ilə yüklü olduğunu bilirdi. Belə olan halda isə cavabdehlərin həmin evdən çıxarılması yalnız müvafiq kompensasiyanın verilməsi ilə mümkün ola bilər. İddiaçı2 isə hazırda cavabdehlərin ona məxsus evdən çıxarılması müqabilində hər hansı kompensasiya təklif etməmişdir. Belə olan halda isə cavabdehlərin İddiaçı2 aid 8d saylı evdən çıxarılmasına dair iddia tələbi də təmin oluna bilməz.

60. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşaraq, kassasiya şikayətinin ilkin iddianın təmin edilməməsi hissəsində məhkəmə qətnaməsinin qanunsuz və əsassız olması barədə dəlilini əsassız hesab edir.

61. Məhkəmə kollegiyası kassasiya şikayətinin cavabdehlərin İddiaçı1 mülkiyyətində olan, ünvan 3 ünvanda yerləşən evindən istifadə hüququ yaransa da, xx.xx.2020-c i il tarixədək sənədsiz olduğu üçün 8d saylı evə münasibətdə bu hüququn yaranmaması barədə dəlili ilə bağlı onu da qeyd edir ki, kassasiya şikayətində cavabdehlərin İddiaçı1 mülkiyyətində olan, ünvan 3 ünvanda yerləşən evində qeyiyyatda olmaları onların həmin evdən istifadə hüquqlarının yaranmasının əsası kimi, cavabdehlərin faktiki olaraq yaşamaqla onların hüququ ilə yüklü olan 8d saylı evin xx.xx.2020-ci il tarixədək sənədsiz olmasını isə, sonuncuların həmin evə istifadə hüquqlarının yaranmamasının əsası kimi qəbul olunmuşdur.

62. Məhkəmə kollegiyası qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sent yabr 2020-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. 63. ünvan 4 ünvanda yerləşən evin xx.xx.2020-ci il tarixədək Leyla Əliyevanın adına qeydiyyata alınmaması, bu səbəbdən həmin evə münasibətdə cavabdehlərin evə istifadə hüququnun yaranmaması ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 8d saylı evin xx.xx.2020-ci il tarixədək qanunsuz tikili olduğunu iddia edən iddiaçı özü də həmin evdə yaşayıb, evdən istifadə etməklə ondan fayda götürdüyü halda, cavabdehlərin bu hüquqdan istifadələrinə evin həmin tarixədək qanunsuz tikili olması dəlili ilə etiraz etməsi əsassızdır.

64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları nı düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

65. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-532/2022 nömrəli, 04 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar