Məhkəmə qərarları › İş №2(102)-1820/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1820/2020

19.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1820/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, cavabdeh XXXnın və vəkili Qulamov Ağazahid Şirzad oğlunun iştirakları ilə, cavabdeh XXXnın və vəkili Qulamov Ağazahid Şirzad oğlunun Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2019 il tarixli, 2(105)-2795/2019 saylı qətnaməsindən verdikləri kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 15 m art 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva, iş № 2(060)-497/2019) iddia təmin edilmiş, İddiaçı övladı 07.02.2006cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2019 il tarixli, 2(105)-2795/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi L.M.Məmmədova, S.A.Qafari və F.Ə.Məmmədov, iş № 2(105)- 2795/2019) cavabdeh XXX tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-497/2019 saylı, 15 mart 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh XXXna qarşı mənzilə köçürülmə tələbinə dair iddiasının təmin edilməsi və İddiaçı övladı 07.02.2006-cı il təvəllüdlü X6 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə köçürülməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun övladı X6 ilə birlikdə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, yataqxana ev 6, 8 saylı otağa köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 000 onun ata evidir. Mənzil dövlət mənzil fonduna aiddir. Sözügedən yataqxana mərhum atası - X4 1999-cu ildə orderlə verilmişdir. Həmin ildən də onlar sözügedən mənzilə köçmüş və orada uzun müddət yaşamışlar. Atası ilə anası ayrılandan sonra o, xalası ilə yaşamağa başlamışdır. 2015-ci ildən isə yenidən həmin ünvanda yaşamağa başlamışdır. X2 08.07.2018-ci ildə dünyasını dəyişmişdir. Uzun müddət Rusiya Federasiyasında yaşayan atası 000 və onun həyat yoldaşı LLL atasının ağır xəstəliyi ilə əlaqədar Sumqayıta qayıtmış və daimi istifadəsində olan yuxarıda göstərdiyi ünvanda yaşamağa başlamışlar. O, evdə darlıq olmasın deyə evdən çıxıb kirayədə yaşamağa başlamışdır. Sonradan atası rəhmətə getmiş, atasının həyat yoldaşı evin açarlarını dəyişərək çıxıb getmişdir. Hazırda bütün əşyaları həmin yataqxanada yerləşir. Tənha ana olaraq bir uşaqla küçələrdə qalmışdır. Əlavə olaraq qeyd edir ki, o, mübahisəli mənzilə qeydiyyata düşmüş və hal- hazırda da həmin mənzildə qeydiyyatdadır. Bu səbəbdən də məhkəməyə «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh XXX həm in qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh XXX və vəkili Qulamov Ağazahid Şirzad oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh XXX və vəkili Qulamov Ağazahid Şirzad oğlu kasasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, cavabdeh XXXnın və vəkili Qulamov Ağazahid Şirzad oğlunun izahatlarını dinləyib hes ab edir ki, aşağıdakılara əsasən cavabdeh XXXnın kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv olunmalı və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında dü zgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İddia tələbinin təmin edilməli olması ilə bağlı apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işin aşağıda müəyyən olunmuş halları üzrə əsaslandırılmışdır. Müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil İddiaçı X2na Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “xxxx” X1 Məsuliyyətli Cəmiyyətində işlədiyinə görə, 04 may 1999-cu il tarixdə həmin müəssisənin həmkarlar təşkilatının qərarı ilə müvəqqəti olaraq yaşamaq üçün verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, İddiaçı atasına yaşamaq üçün verilən sözügedən mənzildə həmin ildən ailəsi i lə birlikdə yaşamış və həmin mənzilə də qeydiyyata alınmışdır. Anası ilə atası ayrıldıqdan sonra iddiaçı başqa yerə köçmüş, 2015-ci ildən yenidən həmin evdə yaşamağa başlamışdır. 2018-ci ildə atası və onun həyat yoldaşının gəlməsi səbəbilə müvəqqəti olaraq həmin evi tərk etmişdir. İddiaçıya məxsus əşyalar da hal-hazırda həmin evdədir. Apelyasiya instansiyası məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı 1999-cu ildə mübahisəli mənzilə köçüb yaşadığından və həmin mənzil dövlət fondunda olduğundan hazırki iş üzrə mübahisəli münasibətlərə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunl a bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər. İcarədarın ailə üzvləri onun arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb, onunla birgə təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin şəxslər icarədarın ailə üzvləri sırasından çıxıb, onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğu n olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qeyd edilənlərə əsasən apelyasiya instansiyası məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının icarədarın (atasının) ailə üzvü kimi mübahisəli mənzildə yaşamaq hüququ vardır. İddiaçı heç vaxt mənzili daimi əsaslarla tərk etməmişdir. Belə ki, 2015-ci ildə iddiaçı növbəti dəfə mənzilə köçmüş və orada yaşamağa davam etmişdir. İddianın təmin edilməli olmasına dair apelyasiya instansiyası məhkəməsi aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. 01 oktyabr 2009-cu il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəç i ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Apelyasiya instansiyası məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. İddiaçının mübahisəli yaşayış sahəsinə köçürülməsini istisna edən hər hansı qanuni və ya müqavilə əsasının olması isə müəyyən edilmir. Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi əvvəl iddiaçının mübahisəli yataqxana otağındakı hansı əsaslarla qeydiyyatdan çıxarılması və hansı ünvana qeydiyyata alınması ilə bağlı iş üçün mühüm əhəmiyyət kəsb edən işin mühüm halını araşdırmamış, bununla da iddiaçının mübahisəli yataqxana otağına hüququnun itirilibitirilməməsinə 01 oktyabr 2000-ci ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməmişdir. Apelyasiya instansiyası məhkəməsi həmçinin iddiaçının sonradan qeyd olunan yataqxana otağına istifadə hüququ əldə edib-etm əməsinə 01 oktyabr 2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələbləri baxımından araşdırma aparmadan qiymət verməmiş, həmin maddəyə yalnız istinad etməklə kifayətlənmişdir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaş ı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh XXXnın kasasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 avqust 2019 il tarixli, 2(105)-2795/2019 saylı qətnaməsi lə ğv edilsin və iş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar