Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1820/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: əmlak tələbi) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı İddiaçı1, vəkili Vəkil1 və cavabdeh Cavabdeh2 vəkili Vəkil2 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnamə sindən iddiaçı İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, siyahısı iddia ərizəsində qeyd edilən ona məxsus zinət əşyalarının və cehizlərin natura şəklində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən geri alınaraq ona qaytarılması, bu mümkün olmadıqda həmin əmlakın dəyərinin pul şəklində cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 soyadının və ata adının X4 ilə əvəz edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində siyahıda qeyd etdiyi zinət əşyaları və cehizlərin qiymətləndirilməsini və həmin əmlakın dəyərinin pul şəklində cavabdehlər Cavabdeh1 və X1 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X11 ilə xx xxxxxxxx 2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Həmin nikahdan iki ovladları-xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 doğulmuşdur. xx.xx.2018-ci ci il tarixli nikahları Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Ailə qurduqdan sonra onlar keçmiş qaynatası Ca vabdeh1 və keçmiş qaynanası X4 ilə bir evdə Xırdalan şəhəri, Ünvan1 ünvanında birlikdə yaşamışlar. Nikahlarının pozulmasının əsas səbəbi keçmiş qaynanası Cavabdeh2 onların ailə münasibətlərinə müdaxilə etməsi və ona zor tətbiq etməsi, təhqir etməsi, onu ərinə tez-tez döydürməsi olmuşdur. Qaynanası həmçinin özü də onu dəfələrlə döymüş, qaynatası isə tez-tez təhqir etmişdir. 2017-ci il oktyabr ayının ****-da oğlu X9 xəstələnmiş və onu həkimə aparmaq üçün 15 manat pul lazım olmuşdur. Lakin onun xəstəxanaya və dərmanlara ödəməyə pulu olmamışdır. Onlardan pul istədikdə qaynanası Q1 onu təhqir edərək ərinə döydürmüşdür. Həmin zaman ikinci uşağa, yəni Həsənə hamilə olmuşdur. O, valideynlərinə zəng vuraraq onu döydüklərini bildirmişdır. Bundan sonra onun valideynləri və əmisi onlara gəlmişlər. Bu zaman qaynatası Cavabdeh1 və əri Q2 onların üzərinə bıçaq çıxartmış, onlara hədə-qorxu gələrək onu valideynləri ilə getməyə qoymamışlar. Vəziyyətin pisləşdiyini görən valideynləri onlar tərəfindən həyat və sağlamlıqları üçün təhlükəni gördüklərindən polis çağırmaq məcburiyyətində qalmışlar. 2 polis nəfərinin köməyi ilə valideyinləri onu və oğlu O1 evdən çıxartmış və xəstəxanaya aparmışlar. Xəstəxanadan qayıtdıqdan sonra qaynanası onu evə buraxmamış, hətta evdən özünün şəxsi geyim əşytalarını götürməyə belə ona imkan verməmişdir. Üstündə 2017-ci il oktyabrın ***-da evdən çıxarkən geyindiyi paltarlar olmuşdur. Şəxsi geyim əşyaları, zinət əşyaları və cehizləri cavabdehlər tərəfindən bu günə kimi ona verilməmişdir. Ümumiyyətlə həyat yoldaşının evində 3 aydan artıq yaşamamışdır. Evdə daima söz- söhbət olduğundan valideynlərinin evində yaşamışdır. Nikahları pozulduqdan sonrakı dövrlərdə də əşyalarının qaytarılmasını dəfələrlə tələb etsə də, həmin əşyaları ona qaytarmamışlar. Əşyalarını, polisin iştirakı ilə xx.xx.2018-ci il tarixdə təkrar götürməyə getsə də, yenə də qaynanası və qaynatası həmin əşyaları ona qaytarmayaraq polisin yanında onları təhqir etmiş və hədələmişlər. Qaynanası Q1 və qaynatası Cavabdeh1 əməlləri deməyə əsas verir ki, onlar ona qarşı zor tətbiq etməklə soyğunçuluq yolu ilə külli miqdarda əmlakını zorla ələ keçirmişlər. Nikahları pozulduğu gündən başlayaraq bu günə qədər əri Q2 uşaqlara aliment ödəmir, qaynanası və qaynatası əşyalarını qərəzli olaraq ona qaytarmırlar. Onun öhdəsində 2 azyaşlı uşağı vardır. Özü uşaqlara baxdığından işləyib qazanc əldə edə bilmir və o, uşaqlarla birlikdə valideynlərinin himayəsində yaşayır. Uşaqları xəstədir, onların müalicəsinə və saxlanmasına pul lazımdır. Onun və uşaqlarının əşyalarına ehtiyacı var. Şəxsi əşyalarıolan əmlakı qaynanası və qaynatası tərəfindən istifadə olunaraq köhnəlir, dəyərdən düşür və ona külli miqdarda ziyan dəyir. Zinət əşyaları və cehizlər ona əvəzsiz verilən toy hədiyyəsidir. Zəngilan Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxx 2020-ci il tarixli, 2(034)****7/2020 saylı qətnaməsi ilə (hakim Gülsarə İmanova) iddia tələbinin qismən təmin edilməsi, iddiaçıya məxsus Xırdalan şəhəri, Ünvan1 ünvanında yerləşən, ona məxsus olan cehiz əşyaları, dəyəri 7500 manat olan yataq mebeli 1 dəst, dəyəri 7500 manat olan qonaq mebeli 1 dəst, dəyəri 2000 manat olan yastıqlı k ünc divan və 1 dəst şüşəli jürnal stolu, dəyəri 1500 manat olan televizor (böyük ekran) 1 ədəd, dəyəri 800 manat olan televizor (kiçik ekran) 1 ədəd, dəyəri 500 manat olan maqnitafon 1 ədəd, ümumi dəyəri 200 manat olan 2 ədaəd stolüstü saat, dəyəri 500 manat olan ədəd DVD 1 ədəd, dəyəri 150 manat olan xörək bişirən tok qazan 1 ədəd, dəyəri 90 manat olan şirə çəkən maşın 1 ədəd, dəyəri 80 manat olan ət maşını 1 ədəd, dəyəri 160 manat olan blender (mikser) dəsti 1 ədəd, dəyəri 230 manat olan tozsovuran 1 ədəd, dəyəri 70 manat olan ütü 1 ədəd, dəyəri 50 manat olan ütü altlığı 1 ədəd, ümumi dəyəri 500 manat olan çilçıraq 2 ədəd, ümumi dəyəri 100 manat olan naçnik 2 ədəd, dəyəri 250 manat olan somavar (tok) 1 ədəd, dəyəri 10 manat olan qaşıq (balaca) 12 ədəd, dəyəri 15 manat olan qaşıq (böyük) 12 ədəd, dəyəri 15 manat olan çəngəl 12 ədəd, dəyəri 15 manat olan bıçaq 12 ədəd, dəyəri 150 manat olan bıçaq (mətbəxt) 4 dəst, dəyəri 300 manat olan qazan dəsti (tefal) 1 ədəd, dəyəri 250 manat olan qazan 1 ədəd, dəyəri 500 manat olan yemək qabı dəsti (qonaq) 1 dəst, dəyəri 20 manat olan yemək qabı (mətbəxt) 1 dəst, dəyəri 60 manat olan fincan dəsti (mətbəxt) 2 dəst, dəyəri 30 manat olan fincan (mətbəxt) 12 ədəd, dəyəri 40 manat olan nəlbəki (mətbəxt) 4 dəst, dəyəri 50 manat olan çaynik 1 dəst, dəyəri 24 manat olan duzqabı (xurustal) 12 ədəd, dəyəri 10 manat olan duzqabı dəst 12 ədəd, dəyəri 60 manat olan tortqabı 4 dəst, dəyəri 30 manat olan armudu stəkan xrustal 12 ədəd, dəyəri 40 manat olan stəkan xrustal (böyük) 12 ədəd, dəyəri 30 manat olan nəlbəki (xurustal) 12 ədəd, dəyəri 20 manat olan mürəbbə qabı (kiçik) 12 ədəd, dəyəri 40 manat olan mürəbbə qabı (xurustal) 12 ədəd, dəyəri 200 manat olan meyvə qablı (xurustal) 6 ədəd, dəyəri 200 manat olan güldan (xurustal) 4 ədəd, dəyəri 110 manat olan rumka (xurustal) 12 ədəd, dəyəri 60 manat olan rumka qaşlı ( böyük) 6 ədəd, dəyəri 70 manat olan rumka qaşlı (kiçik) 6 ədəd, dəyəri 50 manat olan rumka süd rəngli (böyük) 12 ədəd, dəyəri 150 manat olan 1 qızılı podnos və 6 ədəd qızılı armudu stəkan dəsti, dəyəri 200 manat olan salat hazırlayan 3 dəst, dəyəri 32 manat olan naçnik (balıqlı suvinir) 1 ədəd, dəyəri 100 manat olan kofe fincan dəsti 2 dəst, dəyəri 40 manat olan külqabı (xurustal) 6 ədəd, dəyəri 20 manat olan külqabı (qara rəngli) 2 ədəd, dəyəri 200 manat olan konfetqabı (muncuqlu) 2 ədəd, dəyəri 100 manat olan güldan (m uncuqlu) 1 ədəd, dəyəri 50 manat olan podnost (dəst) 1 dəst, dəyəri 20 manat olan vedrə (çuqun) 2 ədəd, dəyəri 20 manat olan ləyən (çuqun) 2 ədəd, dəyəri 12 manat olan aşsüzən 1 ədəd, dəyəri 255 manat olan çərəzqabı (3 mərtəbəli) 2 ədəd, dəyəri 20 manat olan xurustal lampa (muncuqlu) 1 ədəd, dəyəri 25 manat olan şirə stəkanı 12 ədəd, dəyəri 55 manat olan divar saatı 1 ədəd, dəyəri 90 manat olan güldan (güllü) 2 ədəd, dəyəri 60 manat olan konfetqabı (göy rəngli) 1 ədəd, dəyəri 300 manat olan pərdə (qonaq otaqı) 1 ədəd, dəyəri 200 manat olan pərdə (yataq otağı) 1 ədəd, dəyəri 500 manat olan örtük ağ rəngli (yataq taxtı üçün) 1 ədəd, dəyəri 80 manat olan örtük tünd qırmizı rəngli (yataq taxtı üçün) 1 ədəd, dəyəri 100 manat olan örtük tüklü (yataq taxtı üçün) 1 ədəd, dəyəri 65 manat olan örtük (balaça) 2 ədəd, dəyəri 20 manat olan örtük (pambıq) 2 ədəd, yorğan lentli (qoşa yataq ) 1 ədəd, dəyəri 15 manat olan yorğan (qoşa yataq )1 ədəd, dəyəri 400 manat olan yorğan (tək yataq) 2 ədəd, dəyəri 450 manat olan döşək (qoşa yataq) 1 ədəd, dəyəri 450 manat olan döşək (tək yataq ) 2 ədəd, dəyəri 300 manat olan tük yastıq 6 ədəd, dəyəri 20 manat olan sintifon yastıq 2 ədəd, dəyəri 150 manat olan süfrə (stolüstlüyü) 12 ədəd, dəyəri 150 manat olan Atlas çexol (yataq üçün) 2 ədəd, dəyəri 950 manat olan çexol dəst (yataq üçün) 12 ədəd, dəyəri 840 manat olan çexol (tək) 12 ədəd, dəyəri 90 manat olan tək döşək üzlüyü 12 ədəd, dəyəri 40 manat olan yastıq üzlüyü 12 ədəd, dəyəri 110 manat olan əl dəsmalı 20 ədəd, dəyəri 140 manat olan can dəsmalı 12 ədəd, dəyəri 100 manat olan əl-üz dəsmalı 20 ə dəd, dəyəri 20 manat olan çay dəsmalı 10 ədəd, dəyəri 1000 manat olan 3 ədəd xalçanın və ya natura şəkilində əşyalarının özləri olmadıqda əvəzi olaraq dəyərinin Cavabdeh1 və X1 müştərək qaydada alınaraq iddiaçı İddiaçı1 xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə iclası zamanı cavabdeh tərəf cehiz əşyalarının onlarda olduğunu, lakin qızılların onlarda olmadığını, iddiaçı gəlin düşəndən sonra dəfələrlə ana evinə gedərək toydan sonra ümumilikdə ər evində 3 ay yaşadığını və qızıl əşyalarının iddiaçının özündə olduğunu, iddiaçının anası gəlib iddiaçının paltarları ilə qızıllarını apardıqlarını bildirmişlər. İddiaçı X5 hədiyyə olunmuş qızıl-zinət əşyaların cavabdehin evində galdığını, həmçinin gəlin gələndə ər evinə 21360 manatl ıq qızıl-zinət əşyalarını gətirməsini və həmin qızıl-zinət əşyalarının da cavabdehlərin evində qaldığını iddia etsə də, buna dair mötəbər, təkzibolunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda məhkəmə araşdırılması zamanı iddiaçının anası tərəfindən qızılzinnət əşyaların həmin mübahisə ərəfəsində lombarda qoyulması müəyyən olmuşdur ki, iddiaçının anası X8 lombarda qızıl-zinət əşyaları qoyulmasını etiraf edərək qızılların bacısına aid olduğunu bildirmiş, məhkəmə tərəfindən göndərilmiş sorğu lambard təsisçisi tərəfindən cavablandırılmamışdır. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 225.2, 225.3-cü, Azə rbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 34.2ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 217.3, 217.4 və 218.1-ci maddələri ilə əsaslandırmışdır. İddiaçı İddiaçı1 birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Telman Məmmədov sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Gülnarə Tağızadə) xx xxxxxxxx 2020-ci il tarixli, 2(105)-*****/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-****/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində dəyişdirilm ədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının tələb etdiyi cehiz əmlaklarından 1 ədəd blender, 2 ədəd armudu stəkan, 1 ədəd muncuqlu konfet qabı, 1 ədəd salat qabının və qızıl zinət əşyalarının cavabdehlərdə qalması öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən dindirilmiş şahidlər də iddiaçının hansı qızıl zinət əşyalarının olmasını və bunların cavabdehlərdə qalmasını konkret göstərməmişlər. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı İddiaçı1 (vəkili Vəki l1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin bütün faktiki hallarının araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, həmin evdən polislərin köməyi ilə özü ilə heç bir şəxsi əşyasını götürmədən xəstəxanaya getmək məqsədi ilə çıxmışdır. Apelyasiya məhkəməsi zamanı mənim şəxsi əşyalarım və qızıl-zinət əşyalarımın qaldığı fərdi yaşayış evindən məcburi çıxarılmağım və həmin fərdi yaşayış evinə daxil olmağa icazə verilmədiyini sübut edən video-disk təqdim etməsinə baxmayaraq, məhkəmə kollegiyası tərəfindən baxılmamış və sübut kimi hüquqi qiymət verilməmişdir. Əgər diskə baxılmış olsa idi, özü ilə heç bir şəxsi əşyasını belə götürmədiyi, cehiz və qızıl-zinət əşyalarının Abşeron rayonu, Ünvan1 yaşayış evində qalması öz təsdiqini tapardı. Bu səbəbdən, ona məxsus olan cehiz əşyaları ilə birgə brilliant qaşlı sırğa və üzük dəsti ağ qızıl (model EFE, çəki 150/35 qr.), üzük sarı qızıl (model-brmud, çəki 4,4 qram), üzük sarı qızıl (model versace, çəki 2,89 qram), sırğa və üzük dəsti ağ qızıl (model EFE, çəki 12,4 qram), sırğa sarı qızıl (model civari moksur, çəki 5 qram), sırğa sarı qızıl (model DuDi Şanel, çəki 2,8 qr), sırğa sarı qızıl (model tranzit, çəki 2,2 qr), sırğa sarı qızıl (Dubaydan gətirilmə, çəki 7 qr), üzük ağ qızıl (yerli istehsal, model EFE, çəki 9,7 qr), üzük ağ qızıl (yerli istehsal, model EFE, çəki 6,1 qr), saat sarı qızıl (Dubaydan gətirilmə, 5,5 mexanizmli, çəki 30 qr), üzük sarı qızıl (Dubaydan gətirilmə, çəki 3.13 qr), sırğa sarı qızıl (Dubaydan gətirilmə, model Şanel, çəki 3,3 qr), üzük sarı qızıl (model Dudi, çəki 5,2 qr), boyunbağı və qolbaq dəsti, sarı ağ qızıl (Dubaydan gətirilmə model -toranzit, çəki 25 qr), üzük ağ qızıl (model EFE, çəki 6,1 qr, brilliant 0,70 karat), sırğa və üzük dəsti ağ qızıl (model EFE, çəki 9,5 qr, brilyant 0,70 karat), sırğa və üzük dəsti, sarı qızıl (İtalyan qızılı, çəki 25 qr), boyunbağı sarı qızıl (İtalyan qızılı, çəki 20 qr) zinət əşyalarının da ona geri qaytarılması barədə ədalətli qərar qəbul edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayara q cavabdehlər Cavabdeh1 və X4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı1 və vəkili Vəkil1 kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh2 vəkili Vəkil2 kasasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün ə həmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxıl ması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı sonuncu dəfə cavabdehlərə məxsus mənzili polis əməkdaşının iştirakı ilə tərk etmiş, həmin zaman o əşyalarından götürmək istəsə də, buna şərait yaradılmamışdır. Bu hal birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş sahə müvəkkili X7 ifadəsi ilə (səh ****) öz təsdiqini tapmış, məhkəmə iclasında izahat vermiş cavabdeh tərəf də bu halı inkar etməmişdir. İşə mahiyyəti üzrə baxmış həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi bu hala, xüsusən də şahid qismində dindirilmiş polis əməkdaşı X7 ifadəsinə hər hansı münasibət bildirməmiş, mübahisəni həll edərkən yalnız sübutetmə yükünün iddiaçının üzərində olmasına istin ad etmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd edilən normanın tələbindən də aydın olur ki, işə mahiyyəti üzrə baxan məhkəmələr qətnamə qəbul edərkən işin həqiqi halları ilə qətnaməni əsaslandırmalıdırlar. Lakin işə mahiyyəti üzrə baxmış məhkəmələr adıçəkilən şahid ifadəsi ilə müəyyən edilmiş işin həqiqi halını, yəni iddiaçının sonuncu dəfə cavabdehlər məxsus mənzili tərk etmə şəraitini, həmin zaman hətta polis əməkdaşının yanında belə ona hər hansı əşya götürməsinə şərait yaradılmamasını nəzərə almamışlar. Polis əməkdaşının iştirakı ilə mənzilin tərk edilməsi zamanı hər hansı əşyasının götürülməsinə imkan verilməyən, münaqişə yarananadək de yil, baş vermiş münaqişə nəticəsində iddiaçının mənzildən çıxmasına şərait yaradan cavabdeh tərəfin sonradan iddiaçının anasına onların mənzilinə gəlib qızına məxsus əşyalarını götürərkən qızıl-zinət əşyalarını da götürməsinə şərait yaratması inandırıcı deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə uyğun olaraq qeyd edilməlidir ki, iddiaçının mənzili tərk etmə şəraiti nəzərə alındıqda onun qızılları götürməsi ilə əlaqədar sübutetmə yükü cavabdeh tərəfin üzərinə düşür. Beləliklə, işdən görünür ki, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar ə sasında həyata keçirməmiş, işin hallarına, apelyasiya şikayətlərinin dəlillərinə və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərar lar). Qeyd edilməlidir ki, ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərdə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, yuxarıda göstərilmiş və iş materialları üzrə tərəflər arasında mövcud olmuş münasibətlərin hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti təmin edilməli, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(105)-****/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qayt arılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı1 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-****/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə m