Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1821/2020 12.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əhmədov Əhməd Abbas oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)****/2019 nömrəli qətnaməsindən İddiaçı Əbülqasım oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin (hakim R.Xəlilov) xx.xx.2018-ci il tarixli, 2(067)-****/2018 nömrəli qətnam əsi ilə İddiaçı Əbülqasım oğlunun Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin geri alınması” tələbinə dair iddiası qismən təmin edilərək, RX seriyalı ******* nömrəli **********05 reyestr nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, ******* kəndi ərazisindəki 2,0 ha torpaq sahəsinin şimal-şərq hissəsindən 0,33 ha hissəsinin Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı qaytarılması, 20 manat ödənilmiş dövlət rüsumunun və sənədlərin təsdiqi üçün notariat kontoruna ödənilmiş 16 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pulun Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesaba keçirilmə si, məhkəmə xərci 60 manat məbləğində pulun Cavabdeh alınaraq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına keçirilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər L.Məmmədova, S.Qafari, F.Məmmədov) xx.xx.2019-cu il tarixli, 2(105)-****/2019 nömrəli qətnaməsi ilə İddiaçı Əbülqasım oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-****/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması, mülki iş üzrə 100 manat ekspertiza xərcinin tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesaba keçirilməsi qət edilmişdir. İddiaçıiş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişd ir. İşin halları: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi 78 sot torpaq sahəsinin, 20 manat dövlət rüsumunun və bundan əlavə olaraq məhkəməyə veriləcək sənədlərin təsdiqi üçün notariat kontoruna ödənilmiş 16 manat dövlət rüsumunun, birlikdə 36 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cavabdeh tərəfindən iddiaçıya məxsus 2 ha torpaq sahəsinin 78 sotu zəbt edildiyi halda məhkəmə yalnız 33 sotun zəbt edilməsi qənaətinə gəlmiş, mütəxəssis və ekspert rəyinə istina d etmişdir. İddiaçı həmin rəylə razılaşmaması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin onun ərizəsi nəzərə alınammışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə və təqdim etdiyi rəsmi sənədlərə obyektiv qiymət verməmiş və apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-****/2019 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı Əbülqasım oğlunun vəkili, üçüncü şəxslər X5, X6, X1, X2 və X3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblər i barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı və Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdikləri üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə uyğun olaraq onların izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfin dən yerində baxış keçirilərkən müəyyən olunmuşdur ki, RX seriyalı ******* nömrəli **********38 reyestr nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, ******* kəndi ərazisindəki 2,0 ha torpaq sahəsinin şimal-şərq tərəfindən 0,33 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Apellyasiya kollegiyası hesab etmişdir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçı qətnamənin ləğv olunmaqla iddianın tam təmin olunmasını xahiş etmiş, lakin apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Belə ki, iddiaçı cavabdehin ona məxsus torpaq sahəsinin 0,78 ha hissəsini zəbt etdiyini qeyd etsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Onun bu dəlili iş materialları ilə, o cümlədən iş üzrə keçirilmiş ekspert rəyləri ilə təkzib olunur. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, həmin dəlillər əsasında kassasiya yoxlaması zamanı da müəyyən edilmişdir ki, iddiaçı cavabdehin ona məxsus torpaq sahəsinin 0,78 ha hissəsini zəbt etdiyini qeyd etsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Onun bu dəlili iş materialları ilə, o cümlədən iş üzrə keçirilmiş ekspert rəyləri ilə təkzib olunur. Kassasiya yoxlaması zamanı həmçinin müəyyən edilmişdir ki, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarına əməl etməklə qətnamə qəbul etmiş və qənaətini düzgün olaraq əsaslandırmışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsi nə uyğun olaraq mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1- ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şik ayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-****/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1821/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1821/2020
12.03.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver