Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1821/2023 12.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 məruzəsi ilə, Şamayev Elşad Yaquboviçdə və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı İKB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə pulun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-221 4/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərardadından Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində birinci icraat
2. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 9 iyul 2018-ci il tarixli (hakim Anar Qasımov) qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı və Cavabdeh4 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh4 cəmi 38016,73 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqı tutularaq İddiaçı İKB ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsində yerləşən 3 otaqlı, 66.01 kv.m, ümumi 38.71 kv.m. yaşayış, 27.3 kv.m yardımçı sahədən ibarət olan 4 nömrəli evin 99 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 73000 manat olmaqla açıq hərracdan satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat
3. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamə nin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X2 (sədrliyi və məruzəsi ilə), X6 və X3 ibarət tərkibdə,) 2(103)-5037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 saylı işi üzrə 09 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Bundan sonra Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi qüvvəyə minmiş və qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmişdir.
6. Cavabdeh5 nümayəndəsi və vəkili Vəkil, sözügedən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prossessual müddətin bərpa edilməsi barədə ərizə ilə birlikdə apellyasiya şikayə ti ilə məhkəməyə müraciət etmişdir.
7. Sabunçu Rayon Məhkəməsinin 2(008)-23/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-359/2018 saylı qətnaməsindən Cavabdeh5 apellyasiya şikayəti verilməsi müddəti bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İkram Şirinov (sədrliyi və məruzəsi ilə), Elşən Kazımov və Namiq Cəfərovdan ibarət tərkibdə,) 2(103)2214/2023 nömrəli, 23.2.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarından görünür ki, bundan əvvəl Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X2 (sədrliyi və məruzəsi ilə), X6 və X3 ibarət tərkibdə,) 2(103)5037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 saylı işi üzrə 09 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılaraq, apellyasiya şikayətinin dəlilərinə sui-istifadəyə yönəlmiş hallar kimi qiymət verilmiş, nəticədə birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmış, şikayət təmin edilməmiş və mübahisələndirilən qətnamə qanuni və əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəsini almış və qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmişdir.
10. Kollegiya onu da qeyd etmişdir ki, Cavabdeh5 apellyasiya şikayətinin dəlilləri Bakı A pellyasiya Məhkəməsinin 2(103)-5037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə baxılmış Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə demek olar ki, eyniyyət təşkil edir.
11. Qüvvədə olan prosessual qanunvericilikdə isə apellyasiya instansiya məhkəməsinin qanuni qüvvədə olan qətnaməsinin apellyasiya instansiya məhkəməsinin özü tərəfindən yenidən yoxlanılması nəzərdə tutulmamış, bu səlahiyyət kassasiya instansiyası məhkəməsinə aid edilmişdir.
12. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etmişdir ki, “M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 iyun 2017-ci il tarixli Plenum Qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki,...apelyasiya instansiya məhkəməsi özünün qanuni qüvvədə olan qətnaməsinin mövcud olmasına baxmayaraq işə yenidən baxmış...hüquqi müəyyənlik prinsipini pozaraq prosessual qanunvericiliklə müəyyən edilmiş sələhiyyət həddini aşmışdır...
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadında qeyd edilir ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir (62-ci bənd).
14. Qeyd olunanlara görə kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi bundan əvvəl apellyasiya qaydasında tam yoxlanıldığından və dəyişdirilmədən saxlanıldığından, həmin qətnamənin yenidən yoxlanılması (təftiş edilməsi) prosessual qanunverciliyə görə yolverilməzdir.
15. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi tam yoxlanıldığından və mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanıldığından, bu hal işə yenidən apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri A)Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh5 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadın ləğv edilməsini, birinci instanasiya məhkəməsinin qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Cavabdeh5 hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qərardad qəbul etmişdir.
18. Məhkəmə öz qərardadını hüquqi cəhətdən düzgün əsaslandırmamış, düzgün olmayan hüquq normalarına istinad etmiş və həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ bəndinin tələblərinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat v erilməsi baxımından öz qərardadını əsalandırmamışdır. Nəticədə konstitusiyanın müddəaları ilə ziddiyyət təşkil edən əsassız qərardad Cavabdeh5 hüquqlarının pozulmasına səbəb olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə
366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Azərbayca n Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadı
21. Bənd
41. Qeyd edilənlər baxımından məhkəmə tərkibi belə qənaətə gəlir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır.
22. Bənd
42. Məhkəmə tərkibi qeyd edir ki, şikayətin bu əsasla geri qaytarılması apelyasiya instansiyası məhkəmələri tə rəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir.
23. Bənd
43. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olubolmamasını da yoxlamalıdır. Belə ki, MPM-in 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mü mkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Bu Qərardadın 27-ci bəndində istinad edilən hallarda da, verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasına görə şikayət qeyri-mümkün hesab edilməlidir.
24. Bənd
44. Apelyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apelyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017-ci il 08 iyun tarixli Qərarı).
25. Bənd
62. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş tərəfin şikayəti üzrə təkrar ən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apelyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apelyasiya şikayəti (və ya şikayətləri) MPM-in 366.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilməlidir. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 411-ci maddəsinə əsasən imtina edilməlidir. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materi allarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadından Cavabdeh5 kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğv olunmasını xahiş etdiyindən, qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kollegiya bildirir ki, apellyasiya məhkəməsi tərəfindən şikayətinin mümkünlüyü yoxlanılmış, mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması və gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadındakı hüquqi mövqelərə də uyğundur. Ona görə də kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
30. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
31. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.Ona görə də kassasiya şika yəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2023-ci il tarixli 2(103)2214/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.