Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1822/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh “qarşı mənzildən istifadə hüquqlarının müəyyən edilməsi və evə köçürülmə” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüququnun tanınması, köçürmə, hüquqlarına toxunulan şəxs, prosessual hüquq varisliyi, işə məhkəmədə baxılmalı olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı(sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X18 oğlunun katibliyi, İddiaçı, vəkili Məmmədov Qaçay Məcid oğlunun, cavabdeh və maraqlı şəxsin vəkili Vəkil işti rakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2433/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və maraqlı şəxs X12 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin faktiki halları: İddiaçı ilə Cavabdeh 23 oktyabr 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 11.07.2008-ci il tarixdə X və 04.02.2012-ci il tarixdə Xadlı uşaqları doğulmuşdur. Nikahdan sonra iddiaçı cehiz əşyaları ilə birlikdə X, Alpan kəndində yerləşən ərinin valideynlərinə məxsus olan fərdi yaşayış evinə köçmüşdür. 2018-ci ildə iddiaçı uşaqları ilə birlikdə yaşamaq üçün cavabdehə məxsus X, Xndə yerləşən evə köçmüşdür və hazırkı məhkəmə mübah isəsinədək orada yaşamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li, reyestr nömrəsi **********09-05101-093001 olan, ********** qeydiyyat nömrəli 02.11.2016-ci il tarixli çıxarışdan görünür ki, X, Xndəki 29,4 kv.metr mənzil daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində 02.11.2016-cı il tarixdə Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********09-05101-093001 olan 01.11.2016-cü il tarixdə tərtib edilərək inventar nömrəsi 165 olan Cavabdeh adına olan X Xndə yerləşən fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ev 2 mərtəbəli olmaqla, evin ümumi sahəsi 29,4 kv.metrdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və azyaşlı uşaqlarının mübahisəli evə köçürülməsi və istifadə hüquqlarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli ev ərinin mülkiyyətindədir, ailəsi ilə birlikdə orada yaşayıb. Sonradan əri ilə münasibətləri pisləşib, onu mütəmadi incidib və evdən qovub. Uşaqları həmin evin yerləşdiyi kənddə məktəbə gedirlər. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)-972/2019 nömrəli iş üzrə 07 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Tahirov) iddia qismən təmin edilmi ş, iddiaçının uşaqları ilə mübahisəli evə istifadə hüquqları müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh oktyabr 2007-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birgə nikahdan 11.07.2008ci il tarixdə X və 04.02.2012-ci il tarixdə Xadlı uşaqları doğulmuşlar. İddiaçı Cavabdeh ilə nikaha daxil olduqdan sonra cehiz əşyaları ilə birlikdə X, Alpan kəndində yerləşən ərinin valideynlərinə məxsus olan fərdi yaşayış evinə köçmüşdür. Ərinin başqa ailə üzvləri ilə yaranmış narazılıq nəticəsində Cavabdeh X oğlunun razılığı ilə onun ailə üzvləri kimi İddiaçı 2018-ci ildə uşaqları X6 və X13 ilə birlikdə Cavabdeh X oğluna məxsus X, Xndə yerləşən mənzilə daimi yaşamağa köçmüş, yaşayış üçü n lazım olan əşyalarını da bu mənzilə gətirmişdir. Həmin vaxtdan İddiaçı uşaqları ilə birlikdə Cavabdeh məxsus X, Xndə yerləşən mənzildə daimi yaşayırlar. Məhkəmə qeyd etmişdir ki, X, Xndə yerləşən mənzil Cavabdeh xüsusi mülkiyyətində olmuş, İddiaçı onun rəsmi nikahda olan arvadı, XX1 isə onun uşaqlarıdır, yəni onun ailə üzvləridirlər. İddiaçı uşaqları ilə birlikdə Cavabdeh məxsus X, Xndə yerləşən mənzilə köçüb orada yaşayırlar. Qeyd edilənlərə əsasən və qanunvericiliyin tələblərinə görə iddiaçı uşaqları ilə birlikdə cavabdehə məxsus X Xndə yerləşən mənzildən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmçinin həmin mənzilin İddiaçı və onun uşaqlarının daimi yaşayış yeri olması, onların başqa yaşayış yerinə malik olmaması və mənzillə daimi əlaqələrinin olmasına görə həmin evi Avro pa Konvensiyasının 8ci maddəsinin mənası baxımından onların mənzili adlandırmaq olar. Bu xüsusda İddiaçı və uşaqları X Xvə XX cavabdehlə bərabər surətdə həmin mənzildən istifadə hüququna malik olduğundan, onun və uşaqlarının həmin mənzildən istifadə etməsinə məhdudiyyətlərin yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından həmin şəxslərin mənzil hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı uşaqları ilə birlikdə cavabdehə məxsus X, Xndə yerləşən mənzildən istifadə hüquqları müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddia İddiaçı azyaşlı uşaqları ilə birlikdə X, Vladimirovka kənqdində yerləşən Cavabdeh X oğluna məxsus evə köçürülməsi hissəs ində əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarından, o cümlədən tərəflərin izahatından görünür ki, İddiaçı 2018-ci ildən uşaqları X6 və X13 ilə birlikdə Cavabdeh məxsus X Xndə yerləşən mənzilə köçmüşlər və həmin vaxtdan hal-hazıradək orada yaşayırlar. Yəni iddiaçı və onun uşaqları artıq sözügedən mənzilə iddiaçının razılığı ilə özləri köçmüş və bununla bağlı tərəflər arasında hər hansı mübahisə mövcud deyildir. Ona görə də iddiaçının iddiası onun uşaqları ilə birlikdə sözügedən evə köçürülməsi tələbinə dair hissədə təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1, 9.2.1, 9.2.2, 12.2, 30.1, 30.2, 30.3, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.8, 27.1, 27.2, 27.3cü maddələrinə, Avropa İnsan Hüquqları Üzrə Məhkəmə sinin Qərarlarına, İnsan Hüquqlarının və X5 X2 bəzi maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-972/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki 1-ci icraat Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər L.Məmmədova - sədrlik edən və məruzəçi, S.Qafari və F.Məmmədov) 2(105)-3449/2019 nömrəli iş üzrə 28 oktyabr 2019cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin apelyasiya instansiyası məhkəməsinə təqdim etdiyi sənədlərdən müəyyən edilmişdir ki, 25 dekabr 1996-cı il tarixl i qeydiyyat vəsiqəsinə əsasən X, Xndə yerləşən hazırkı mübahisəli mənzil X11 məxsus olmuşdur. Quba Rayon Məhkəməsinin 06 dekabr 2012-ci il tarixli, 2(027)-1492/2012 saylı qətnaməsinə əsasən Cavabdeh həmin mənzilə və torpaq sahələrinə vərəsəlik üzrə mülkiyyət hüququ müəyyən edilmişdir. Bundan başqa müəyyən edilmişdir ki, hazırkı mübahisə üzrə qətnamə qəbul edildikdən 9 gün sonra, yəni 16 may 2019-cu il tarixdə Cavabdeh daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən mübahisəli mənzili qardaşı X7 bağışlamış və bunun əsasında ona həmin mənzilə dair 31 may 2019-cu il tarixdə çıxarış verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, hazırkı mübahisə iddiaçının mənzilə köçürülməsi və mənzildən istifadə hüq uqlarının müəyyən edilməsi barədədir. Yəni həmin mənzilin cavabdehə vərəsəlik hüququ əsasında keçməsi iddiaçının iddiasının təmin edilməməsi üçün əsas ola bilməz. İş materiallarından müəyyən edilir ki, iddiaçı cavabdehin arvadıdır, yəni ailə üzvüdür. Bundan başqa müəyyən edilmişdir ki, mübahisəli mənzil hazırkı iddia tələbi təmin olunduqdan sonra cavabdeh tərəfindən digər şəxsə bağışlanmış və özgəninkiləşdirilmişdir. Belə olduqda cavabdehin apelyasiya şikayətində qeyd etdiyi kimi mənzilin yeni mülkiyyətçisinin deyil, iddiaçının hüquqları pozulmuşdur. Bundan başqa mənzilin yeni sahibi kənar şəxs deyil, cavabdehin qardaşıdır ki, onun da hazırkı mübahisədən xəbərsiz olması inandırıcı deyildir. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsin i və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya instansiyası məhkəməsindəki 1-ci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Abiddin Hüseynov - sədrlik edən və məruzəçi, Əhməd Nurməmmədov və Əhməd Əhmədov) 22 iyun 2020-ci il tarixli, 2(102)-2197/2020 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3449/2019 nömrəli iş üzrə 28 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiyası məhkəməsinin qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayəti, həmçinin onunla əsaslandırılmışdır ki, mübahisəli ev artıq ö gzəninkiləşdilib və başqasının mülkiyyətindədir. Apelyasiya instansiyası məhkəməsi də işə baxarkən müəyyən etmişdir ki, hazırkı mübahisə üzrə qətnamə qəbul edildikdən 9 gün sonra, yəni 16.05.2019-cu il tarixdə cavabdeh bağışlama müqaviləsinə əsasən mübahisəli evi qardaşı X7 bağışlamış və bunun əsasında ona həmin mənzilə çıxarış verilmişdir. Buna baxmayaraq məhkəmə qeyd olunan şəxsi işdə iştirak etməyə cəlb etməmiş və hesab etmişdir ki, mənzilin yeni mülkiyyətçisinin hüquqları pozulmur, mənzilin yeni sahibi kənar şəxs deyil, cavabdehin qardaşıdır və onun hazırkı mübahisədən xəbərsiz olması inandırıcı deyil. Halbuki apelyasiya instansiyası məhkəməsinin baxdığı mübahisə üzrə artıq X Xin mükiyyətində olan mənzilə iddiaçının istifadə hüququnun tanınması və uşaqları ilə köçürülməsi barədə məsə lə həll edilmişdir. Sonuncunun mübahisəli evə mülkiyyət hüququnu hansı tarixdə və əsasla əldə etməsindən asılı olmayaraq, məhkəmənin icraatında olmuş iş onun hüquq və vəzifələrinə toxunur və hüquqlarının pozulmasına səbəb ola bilər. Həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddianı mənzilə köçürmə tələbinə aid hissədə bu əsasla rədd etmişdir ki, iş üzrə iddiaçının 2018-ci ildən uşaqları ilə birlikdə mübahisəli evə köçüb, hal-hazıradək orada yaşadığı müəyyən olunur, bununla bağlı tərəflər arasında hər hansı mübahisə mövcud deyildir. Ona görə də iddia həmin hissədə əsassızdır və təmin oluna bilməz. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinə həmin hissədə də münasibət bildirərək, qətnaməni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 58, 261-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki 2-ci icraat Apellyasiya məhkəməsi tərəfindən X12 iş üzrə maraqlarına toxunan şəxs kimi cəlb edilmiş, S.B.X apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, mübahisə olunan mənzilin ona qardaşı tərəfindən borc əvəzinə verildiyini göstərmiş və şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər G.Tağızadə - sədrlik edən və məruzəçi, T.Quliyev və E.Rəhimov) 2(105)-2433/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin iş üzrə 07 may 2019-cu il tarixli 2(027)-972/2019 saylı qətnaməs i qismən İddiaçı cavabdeh, Cavabdeh X oğluna qarşı X Xndə yerləşən evə köçürülməsi tələbinə dair hissədə ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər G.Tağızadə - sədrlik edən və məruzəçi, T.Quliyev və E.Rəhimov) 2(105)-2433/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Quba Rayon Məhkəməsinin iş üzrə 07 may 2019-cu il tarixli 2(027)-972/2019 saylı qətnaməsi İddiaçı, uşaqları X8 və X3 X Xndə yerləşən mənzilə köçürülməsi hissəsində ləğv edilmiş, İddiaçı, uşaqları X8 və X3 X Xndə yerləşən mənzildən istifadə hüquqlarının müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdi r ki, iş üzrə birinci instansiya məhkəməsi qətnamə qəbul etdikdən 9 gün sonra, yəni 16 may 2019-cu il tarixdə cavabdeh daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən mübahisəli mənzili qardaşı X7 bağışlamış və bunun əsasında ona həmin mənzilə dair 31 may 2019-cu il tarixdə çıxarış verilmişdir. Mübahisəyə baxılan zaman X, Xndə yerləşən mənzil Cavabdeh xüsusi mülkiyyətində olmuş, İddiaçı onun rəsmi nikahda olan arvadı, uşaqları, onun ailə üzvləridirlər. İddiaçı uşaqları ilə birlikdə Cavabdeh məxsus X, Xndə yerləşən mənzilə köçüb orada yaşayırlar və yaşamağa davam edirlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı uşaqları ilə birlikdə cavabdehə məxsus X Xndə yerləşən mənzildən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmçinin, həmin mənzilin İddiaçı və onun uşa qlarının daimi yaşayış yeri olması, onların başqa yaşayış yerinə malik olmaması və mənzillə daimi əlaqələrinin olmasına görə həmin evi Avropa Konvensiyasının 8ci maddəsinin mənası baxımından onların mənzili adlandırmaq olar. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda mübahisə olunan mənzilin başqa şəxsə, yəni cavabdehin qardaşı S.B.Xin mülkiyyətində olması, İddiaçı və uşaqları F.Xvə Cavabdeh keçmiş cavabdehlə bərabər surətdə həmin mənzildən istifadə hüququna malik olduğundan, onun və uşaqlarının həmin mənzildən istifadə etməsinə məhdudiyyətlərin yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və Avropa Konvensiyasının 8-ci maddəsinin tələbləri baxımından həmin şəxslərin mənzil hüququna müdaxilə kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası İddiaçı uşaqları ilə birlikdə cav abdehə və hazırda maraqlarına toxunan şəxs S.B.Xə məxsus X, Xndə yerləşən mənzildən istifadə hüquqları müəyyən olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8.0, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1, 30.1, 30.2, 30.3-cü maddələrinə istinadən əsaslandırmışdır. Qətnamədə Cavabdeh və maraqlı şəxs X12 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2433/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdirlər. Kassasi ya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları: Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2433/2020 nömrəli 19.10.2020-ci il tarixli qətnaməsi maddi və prossesual hüquq normasının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçının tələbinin iki hissəyə bölmək olar.
1. Mübahisəli mənzilə köçürülmə. 2.Mübahisəİi mənzildən istifadə hüququnun tanınması. Tələbin ilk hissəsi ilə bağlı Ali Məhkəmə 22.06.2020-ci il tarixli Qərarında işin faktiki hallarına əsasən Mülki Prosessual Məcəllənin 261-ci maddəsinə əsaslanmaqla baxılmasını göstərmişdir. İşə yenidən apellyasiya instansiya məhkəməsi də bu göstərişlə razılaşaraq mənzilə köçürülmə hissədə mübahisə olmadığına iddia tələbinə həmin hissədə xit am vermişdir. Bu hal onu göstərir ki, iddiaçı öz uşaqları ilə birlikdə ora köçdüyü andan orda yaşamış və heç zaman oranı tərk etməmişdir. Cavabdeh və onun vəkili və nümayəndəsi də öz çıxışlarında iddiaçının həmin evdən qovulması və ya ona hər hansı təzyiq edilməsi ilə bağlı hər hansı hərəkət olmamışdır. Hətta iddiaçın öz ifadəsində də qeyd etdiyini kimi əvvəl yaşadıqları evdən məişət əşyalarını hazırkı mənzilə gətirmişdir. Bu işdə iddiaçı ona kömək etmiş və iddiaçının da qeyd etdiyi kimi ümumi təsərrüfat aparmışlar. İddiaçın oradan çıxarılması və ya hər hansı təzyiqə qalması ilə bağlı ifadələri heç bir sübutla öz təsdiqini tapmamışdır və yalnız mülahizələrə əsaslanmışdır. Bu isə iddiaçının “süni mübahisə” yaratmaq niyyətindən xəbər verir. Əslində məhkəmə köçürülmə ilə bağlı hissədə tələbə xitam verməsi iddiaçın həmin evdə yaşaması və ondan istifadə etməsi ilə bağlı hər hansı mübahisənin olmamasını sübut edir. İddiaçı tərəfindən verilən və guya tərəflər arasında həmin mənzillə bağlı hər hansı mübahisənin olması tamamilə yalandır və heç bir sübutla öz təsdiqini tapmamışdır. Maraqlı şəxsin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2433/2020 nömrəli 20.10.2020-cİ il tarixli qərarı maddi və prossesual hüquq normasının pozulması ilə qəbul edilmişdir. Belə ki, Ali Məhkəmə 22.06.2020-ci il tarixli Qərarında apellyasiya instansiya məhkəməsinin diqqət etməli olduğu məqamları bildirsə də, işə yenidən baxan məhkəmə bu hallara heç bir münasibət göstərməmişdir. İşin faktiki hallarından görünür ki, iş Quba rayon Məhkəməsinin icraatında olark ən həmin mənzil qanuni əsaslarla X4 mülkiyyətinə keçirilmişdir. Bu isə mövcud mübahisəyə yeni elementlər gətirmiş və yeni hüquqi reallıq yaratmışdır. Məhz bu baxımdan Ali Məhkəmə öz qərarında işə yenidən baxılması zamanı diqqət edilməli olan məqamları göstərmişdir. Belə ki, Ali məhkəmə mənzilin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar olaraq Mülki Prosessual Məcəllənin 58-ci maddəsi, yəni prosessual hüquq varisliyi baxımından baxılmasının araşdırılmasını göstərmişdir. Lakin işə yenidən baxan apellyasiya instansiya məhkəməsi bu halı ümumiyyətlə araşdırmamış və bu halı ilə bağlı öz qətnaməsində heç bir “söz” belə qeyd etməmişdir. Halbuki iddiaçının ilkin olaraq X9 cavabdeh kimi göstərməsi mübahisəli mənzilin məhz onun mülkiyyəti ilə bağlı olması idi. Lakin məhkəmənin birinci instansiya məhkəm əsinin qətnaməsi qanuni qüvvəyə minməmiş mənzilin mülkiyyətçisinin tam qanuni əsaslarla dəyişməsi mövcud cavabdehin prosessual statusda qalmasını prosessual olaraq “lüzümsuz” etmişdir. Digər tərəfdən Ali Məhkəmənin qərarında maraqlarına toxunan şəxsin ifadəsini dinlədikdən sonra həmin şəxsin vicdanlı alıcı olub olmamasına ümumiyyətlə münasibət bildirməmiş və onun mülkiyyətçi hüquqları nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsində yalnız onun iddiaçı ilə qardaş olması faktı nəzərə alınaraq müqavilənin əhəmiyyətsizliyinə işarə edilmişdir. Halbuki, X14 gənc illərindən Xnda yaşamır və faktiki olaraq Bakı şəhərində yaşayır və işi ilə əlaqədar ayın 20 gününü dənizdə neft buruqlarında olur. Tərəflər arasında mənzil özgəningiləşdirilməsi zamanı belə üçüncü şəxsin özü yox onu etibarnamə əsas ında təmsil edən şəxs iştirak etmişdir. Tərəflər arasında borc münasibətləri olmuş cavabdeh faktiki olaraq həmin borun müqabilində mənzili qanuni əsaslarla üçüncü şəxsin adına özgəningiləşdirmişdir. X Xin ümumiyyətlə qardaşının məhkəmə mübahisələri barədə xəbəri olmamışdır. Bunu son məhkəmə iclasında cavabdehin özü də bildirmişdir. Bu hal isə X Xin vicdanlı alıcı olub olmaması halının araşdırılmasını və məhkəmə qətnaməsində ona münasibət bildirilməsini tələb edirdi. İddiaçının istifadə hüquqlarının həmin mənzilə tanınması X Xin mülkiyyət hüquqlarının kobud şəkildə pozulmasıdır. Apellyasiya instansiya məhkəməsi cavabdeh ilə X X arasında bağlanmış müqavilənin əhəmiyyətliliyini bunun əksini təsbit edəcək məhkəmə qərarı olmadan müəyyən edə bilməz. İşdə iştirak edən şəxslərin kassasiya şikayə tinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və maraqlı şəxsin vəkili Vəkil kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı və vəkili Məmmədov Qaçay Məcid oğlu kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdirlər. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 158.1.2. əmlakdan istifadə hüququ əmlak hüququ hesab olunur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülki yyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ail ə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam b axdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 41 8.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələ binə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkə məsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdi r ki, iddiaçı cavabdehin ailə üzvü kimi 2018-ci ildə cavabdehin mülkiyyətində olan evə köçüb, onunla birlikdə yaşamaqla, həmin evdən etibarlı ailə əlaqələri əsasında istifadə hüququ əldə etmişdir. Apellyasiya məhkəməsi tərəfindən mübahisəyə tərəflər arasında bu evlə bağlı münasibətlərin yarandığı zaman qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi düzgün tətbiq edilmişdir. Mübahisəyə birinci instansiya məhkəməsində baxılandan sonra mübahisəli evin mülkiyyətçisinin dəyişməsi iddiaçının mənzildən istifadə hüququna təsir etmir. Belə ki, Mülki Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlakın mülkiyyətçisinin dəyişməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur. Yeni mülkiyyətçi əvvəlki mülkiyyətçinin qardaşı olduğundan və həmin əmlakda iddiaçının yaşamasından məlumatlı olduğu ndan o, əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tuta raq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2433/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.