Məhkəmə qərarları › İş №2(102)-1823/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1823/2022

19.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1823/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ (Açar sözlər: zəbt edilmiş torpaq sahəsinin boşaldılması, çıxarışın ləğvi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2(105)-3053/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 19 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətinə Quba rayonu, İ Nügədi kəndində 0,17 ha torpaq sahəsi verilmiş, hüquqları torpağın mülkiyyətə verilməsinə dair JN-1689F Kod 30319018 saylı şəhadətnamə ilə rəsmiləşdirilmişdir.

2. Quba rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən verilmiş 04 fevral 2004-cü il tarixli, 950 saylı qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mülkiyyətində bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 36,7 kv.metr olan yaşayış evi olmuşdur.

3. İddiaçı 10 fevral 2004-cü ildə bağlanmış, Quba rayon Notariat kontorunda təsdiqlənmiş alğı-satqı müqaviləsi əsasında Quba rayonu, İ Nügədi kəndində yerləşən bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 36,7 kv.metr olan yaşayış evini 8.000.000 manata Cavabdeh satmışdır.

4. Cavabdeh Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,17 ha torpaq sahəsi və orada yerləşən bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 36,7 kv.metr olan yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 21.02.2007-ci ildə qeydiyyata alınaraq, MH seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

5. İddiaçı cavabdehlə 10 fevral 2004-cü ildə bağlanmış alğı-satqı müqaviləsi ilə torpağı deyil, yalnız evi satdığını bildirərək hazırki mübahisəni başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, C avabdeh qanunsuz zəbt etdiyi Quba rayonu, İ Nügədi kəndində yerləşən, mülkiyyətçisi olduğu 0,20 ha həyətyanı torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı, 26,8 kv.metr yaşayış, 9,9 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın qismən ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya həyətyanı torpaq sahəsinə dair Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin həmin şəhadətnamədə torpaq sahəsinin ölçüsü yanlışlıqla 0,17 ha olaraq qeyd olunmuşdur. Sözügedən həyətyanı torpaq sahəsində onun tərəfindən bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 36,7 kv.metr olan yaşayış evi və ümumi sahəsi 109,2 kv.metr olan səkkiz otaqdan ibarət yaşayış evi tikilmişdir. Quba rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən verilmiş 04 fevral 2004-cü il tarixli, 950 saylı qeydiyyat vəsiqəsinə əsasən həmin yaşayış evi onun xüsusi mülkiyyətində olmuşdur. Sonradan qeyd olunan yaşayış evini 2000 ABŞ dollarına qonşusu Cavabdeh satmışdır. Cavabdeh onun bir müddət Quba rayonunda olmadığından istifadə edərək ona məxsus həyətyanı torpaq sahəsini qanunsuz olaraq mənimsəmişdir. Quba rayonu 1-ci Nügədi kəndində yerləşən bir mərtəbəli, iki otaqlı, 26,8 kv.metr yaşayış və 9,9 kv.metr köməkçi sahədən ibarət fərdi yaş ayış evinin Cavabdeh mülkiyyətinə verilməsinə dair Daşınmaz Əmlakın Dövləti Reyestri Xidməti ona çıxarış vermiş və həmin çıxarışa əsasən 0,17 ha torpaq sahəsinin də cavabdehin mülkiyyətində olduğu göstərilir. Cavabdeh və həyat yoldaşı Nurağa Mahmudov onlara satılmış fərdi yaşayış evini sökməklə yanaşı ona məxsus ümumi sahəsi 109,2 kv.metr olan səkkiz otaqdan ibarət yaşayış evinin də birinci mərtəbəsini sökmüş və ona xeyli miqdarda ziyan vurmuşlar. Eyni zamanda, onun mülkiyyətində olan vanna otağı, anbar, dəmir darvaza, hasar və digər tikililər cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüşdür. Pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir.

8. Quba Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim X.Tağıyev) iddianın təmin edilməsi, Cavabdeh adına olan MH seriyalı, ******* nömrəli, **********32-10301 reyestr nömrəli, qeydiyyat tarixi 21.02.2007 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,17 ha torpaq sahəsinə dair hissəsi əsassız olduğundan ləğv edilməsi, Cavabdeh zəbt etdiyi, Quba rayonu, İ Nügədi kəndində yerləşən İddiaçı mülkiyyətçisi olduğu torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılması qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni 10.02.2004-cü ildə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsində 0,17 torpaq sahəsinin cavabdehə satılması barədə müddəanın olmaması ilə əsaslandırmışdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152,5 157.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cav abdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin təmin olunması barədə 01.02.2018-ci ildə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Belə ki, işə cavabdehin iştirakı olmadan baxaraq prosessual qanunvericiliyin çəkişmə və tərəflərin bərabərliyi prinsipini pozmuşdur. İşdə cavabdehin iştirakı təmin olunmadığından iddiaçının təqdim etdiyi sübutlar tədqiq edilərək sübutlara birtərəfli qaydada iddiaçının xeyrinə qiymət verilmişdir. Məhkəmə işə baxarkən iddiaçının subyektiv hüquqlarının pozulubpozulmamasına, iddia müddətinin keçməsinə əhəmiyyət verməmişdir. Qətnamənin məzmunundan görünür ki, iddiaçı ilə cavabdeh arasında alğı-satqı 2004-cü ildə baş tutub. Al ğı-satqı 2004-cü ildə rəsmiləşdirildiyi halda iddiaçı 14 ildən sonra məhkəmədə iddia qaldırıb. Cavabdeh məhkəmədə iştirak etməyib və bu səbəbdən də iddia müddətinin tətbiqi barədə ərizə verə bilməyib. Məhkəmə isə iddia müddətinin buraxılmasını müzakirə etməyib.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2(105)-3053/2021 saylı qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və Z.Məmmədov) apelyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması və çıxarışın ləğv edilməsinə dair iddia tələbi təmin edilməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan iş üzrə iddia tə ləbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Mülki Məcəllənin 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddənin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır.

15. Mülkiyyətçinin öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imka nı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir.

16. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özkəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (Mülki Məcəllənin 140-cı maddəsi).

17. Cavabdeh iddia müddətinin ötürülməsi barədə dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil e dilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı).

18. İddiaçı ilə cavabdeh arasında mövcud müqavilə 10.02.2004-cü il tarixdə bağlanmış, iddiaçı isə çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə 31.10.2017-ci li tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı mövcud qanunvericilikdə nəzərdə tutulmuş 10 illik iddia müddətini ötürmüşdür.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbi müddətin ötür ülməsi əsası ilə təmin edilə bilməz. Apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (vəkil X10) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə evi satarkən torpağın mülkiyyətə verilməsinə dair JN-1689F Kod 30319018 saylı şəhadətnamədə göstərilən 0,17 ha torpaq sahəsini deyil, yalnız onun üzərində inşa etdiyi ümumi sahəsi 36,7 kv.metr olan yaşa yış evini satmışdır. Cavabdehin həm torpaq sahəsinə, həm də evə dair çıxarış almasından 2017-ci ildə xəbər tutmuşdur. Onun iddiası əsasında Sumqayıt İnzibati Məhkəməsinin 15.08.2019-cu il tarixli, 2-1(085)-1024/2019 saylı qərarı ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə qoyulmuşdur ki, onun və ailə üzvlərinin şəxsi mülkiyyətində olan 0,20 ha torpaq sahəsinə çıxarış verilsin. Həmin məhkəmə qərarı mübahisələndirilmədiyinə görə qanuni qüvvəyə minmişdir və DƏDRX tərəfindən ona və ailə üzvlərinə 0,2 ha torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarış verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər

23. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəl lənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

24. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. Maddə

16. Mülki hüquqların həyata keçirilməsinin məhdudlaşdırılması 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə

141. Daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüqu qi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə

245. Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Əgər binanın və ya q urğunun özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (24 iyun 2005-ci il tarixli 949-İİQD nömrəli Qanunla edilən dəyişikliyə qədər olan redaksiyada). Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə

373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə

375. İddia müddətinin tətbiq i 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

16. Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə

560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquq lar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəmə si şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

28. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımd an apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia tələbinin Quba rayonu, İ Nügədi kəndində yerləşən, mülkiyyətçisi olduğu 0,20 ha həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli, iki otaqlı, 26,8 kv.metr yaşayış, 9,9 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə dair DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın qismən ləğv edilməsi” tələbi inzibati məhkəməyə deyil, ümumi məhkəməyə aiddir. Çünki iş materiallarından göründüyü kimi həmin çıxarışın verilməsi üçün əsas, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi olmuşdur.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri ha qqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında qeyd olunur ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır.

34. İşin faktik halları bu qərarın 1-4-cü paraqraflarında qeyd olunmşdur. İddiaçının 10.02.2004-cü il tarixli m üqavilə əsasında torpağın mülkiyyətə verilməsinə dair JN-1689F Kod 30319018 saylı şəhadətnaməsində göstərilən 0,17 ha torpaq sahəsini deyil, yalnız həmin torpaq sahəsi üzərində yerləşən bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 36,7 kv.metr olan yaşayış evini satdığı barədə dəlili, Cavabdeh 0,17 ha torpaq sahəsi və orada yerləşən bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 36,7 kv.metr olan yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən MH seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi üçün əsas deyildir.

35. Çünki daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri Torpaq Məcəlləsinin 88-ci maddəsi ilə tənzimlənir. Tərəflərin arasında alğı-satqı müqaviləsi bağlanan vaxtı Torpaq Məcəlləsinin 88-ci maddəsinin qüvvədə olm uş 3-cü bəndinin redaksiyasında deyilirdi ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

36. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, baxılan mübahisənin həllinə tərəflər arasında alğı-satqı müqaviləsi bağlanan zaman qüvvədə olmuş bu norma tətbiq edilməlidir. Həmin normanın baxılan mübahisəyə tətbiqi onu ehtiva edir ki, tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsi, ev in yerləşdiyi torpaq sahəsinin və evin üzərində hüquqların cavabdehə keçməsi üçün hüquqi əsas təşkil etmişdir.

37. İddiaçının alğı-satqı zamanı tərtib olunmuş (04.02.2004-cü ildə tərtibatına başlanmış və 11.02.2004-cü il tarixdə başa çatmış) yaşayış evinin texniki pasportundan da görünür ki, evin yerləşdiyi torpaq sahəsi 0,20 ha göstərilmişdir.

38. Bu baxımdan «Cavabdeh adına olan MH seriyalı, ******* nömrəli, **********3210301 reyestr nömrəli, qeydiyyat tarixi 21.02.2007 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,17 ha torpaq sahəsinə dair hissəsinin ləğv edilməsi» üçün qanuni əsas olmamışdır və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtinə görə bu cür iddianın təm in olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. 39.Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq reyestrin məzmununun prezumpsiyası barədə Mülki Məcəllənin 140-cı maddəsinə istinad edərək iddianı rədd etmişdir.

40. Sumqayıt İnzibati Məhkəməsinin 15.08.2019-cu il tarixli, 2-1(085)-1024/2019 saylı qərarı ilə Quba rayonu, İ Nügədi kəndində yerləşən X6 və onun ailə üzvləri X4, X7, X3, X5, X2, X11 və X1 şəxsi mülkiyyətində olan 0,20 ha torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin 5 saylı Xaçmaz Əra zi İdarəsinin üzərinə qoyulması və bu qərarın əsasında həmin torpaq sahəsi üzərində onların mülkiyyət hüququnun qeydiyyata alınması barədə iddiaçı apellyasiya instansiyası məhkəməsində işə baxılarkən məhkəməyə məlumat verməmişdir.

41. Lakin Sumqayıt İnzibati Məhkəməsinin 15.08.2019-cu il tarixli, 2-1(085)1024/2019 saylı qərarı və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması faktı, iddianın təmin olunmasını istisna edən hal deyildir.

42. Çünki işin hallarından göründüyü kimi, Quba Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi 2018-ci ilin fevral ayında icraya yönəldilərək, «Cavabdeh zəbt etdiyi, Quba rayonu, İ Nügədi kəndində yerləşən İddiaçı mülkiyyətçisi olduğu torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılması» hissəsində icra olunması üç ün 11.09.2018-ci il tarixdə Quba rayon İcra və Probasiya şəbəsinə, «Cavabdeh adına olan MH seriyalı, ******* nömrəli, **********32-10301 reyestr nömrəli, qeydiyyat tarixi 21.02.2007 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,17 ha torpaq sahəsinə dair hissəsinin ləğv edilməsi» hissəsində icra olunması üçün 14.09.2018-ci il tarixdə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir.

43. Qətnamənın «Cavabdeh zəbt etdiyi, Quba rayonu, İ Nügədi kəndində yerləşən İddiaçı mülkiyyətçisi olduğu torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılması» hissəsində icra olunması barədə iş materiallarında məlumat yoxdur.

44. Lakin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi Quba Rayon Məhkəməsinə ünvanladığı 18.09.2018-ci il tarixli məktubunda b ildirmişdir ki, «Cavabdeh adına olan MH seriyalı, ******* nömrəli, **********32-10301 reyestr nömrəli, qeydiyyat tarixi 21.02.2007 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 0,17 ha torpaq sahəsinə dair hissəsinin ləğv edilməsi» haqqında icra vərəqəsi icra olunmuşdur.

45. Göründüyü kimi, Cavabdeh adına olan MH seriyalı, ******* nömrəli çıxarış Quba Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi əsasında ləğv olunmuş, bundan sonra iddiaçı onun və ailə üzvlərinin mülkiyyətinə torpaq sahəsinin verilməsinə dair JN1689F Kod 30319018 saylı şəhadətnaməni və əlavə sənədləri təqdim etməklə həmin torpaq sahəsinə hüquqlarını qeydiyyata almağa nail olmuşdur.

46. Lakin Quba Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli qətnaməsi ləğv olunmuşdu r. Bu halda Sumqayıt İnzibati Məhkəməsinin 15.08.2019-cu il tarixli, 2-1(085)1024/2019 saylı qərarı və həmin qərar əsasında iddiaçının və ailə üzvlərinin adına 0,20 ha torpaq sahəsinə çıxarışın verilməsi hazırki mülki işə təsir etmir və işə baxılıb mahiyyəti üzrə həllinə mane olmur. Cavabdeh iddiaçının adına aparılmış qeydiyyatın ləğvinə nail olmaq üçün hazırki iş üzrə icrada dönüş edilməsi barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı X12 tərəfindən tərəfindən v erilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 sentyabr 2021-ci il tarixli, 2(105)-3053/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar