Məhkəmə qərarları › İş №2(102)-1824/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1824/2020

09.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1824/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili X2 və cavabdehlərin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 27 noyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Su mqayıt Şəhər Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.B.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın (sədrlik edən T.Quliyev, hakimlər G.Tağızadə və E.Rəhimov) 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsinin təmin edilməsi. İddiaçı 23.01.2016-cı il təvəllüdlü X4 ilə birlikdə cavabdehlərə məxsus fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ C avabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 27 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı övladı ilə birlikdə cavabdehlərə məxsus fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 19.04.2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahdan 23.01.2016-cı il təvəllüdlü F adlı qızları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, 23 yanvar 2016cı il təvəllüdlü F anasının himayəsində saxlanması müəyyən edilmiş və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment təyin edilmişdir. Həmçinin o da mübahisə edilmir ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının 03 sentyabr 2004-cü il tarixli qərarı ilə Sumqayıt şəhəri 11-ci mikrorayonla üzbəüz olan ərazidə X5 1200 m2 baş üçün torpaq sahəsi ayrılmışdır və həmin torpaq sahəsində fərdi yaşayış evi mövcuddur. X6 22 sentyabr 2010-cu il tarixli etibarna mə ilə həmin torpaq sahəsinin 450 m2 hissəsinə və həmin ərazidə tikilmiş fərdi yaşayış evinə dair bütün idarə və sərəncam vermək hüquqlarını 50 il müddətinə Cavabdeh3 etibar etmişdir. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, həmin torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi dövlət qeydiyyatına alınmamışdır və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Sumqayıt 2 şəhəri, 13-cü məhəllə, ev 28, mənzil 23-də qeydiyyatda olsalar da, T ayrılmış torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayırlar. İddiaçı bildirir ki, o, Cavabdeh1 ilə 19.04.2015-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş və birgə nikah münasibətlərindən 23.01.2016-cı il tarixdə F adlı uşaqları doğulmuşdur. Rəsmi nikah bağlandığı gün el adəti ilə cavabdehə məxsus faktiki tikil i olan fərdi yaşayış evinə gəlin köçmüşdür. Valideynləri tərəfindən ona verilmiş cehiz əşlarını fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşdirməklə orada cavabdehlərlə ümumi təsərrüfat aparmışdır. Sonradan cavabdehlə münasibətləri pisləşmiş və aralarındakı rəsmi nikah Sumqayıt Şəhər Məhkəməsinin 12 mart 2018-ci tarixli qətnaməsi ilə ləğv edilmişdir. Məcburiyyət qarşısında qalaraq cavabdehin evindən çıxaraq öz valideyinlərinin evinə qayıtmışdır. Hazırda uşağı ilə birlikdə müvəqqəti olaraq həmin ünvanda yaşayır. Maddi imkanı olmadığından kirayə ev tutub yaşaya bilmir. Ona görə də, o azyaşlı övladı ilə birlikdə cavabdehlərə məxsus fərdi yaşayış evinə köçürülməlidir. Cavabdeh1 bildirir ki, hazırkı mübahisənin predmeti olan fərdi yaşayış evinin onlara heç bir aidiyyatı yoxdur və onun yerləş diyi torpaq sahəsi X5 Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən ayrılmış, torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi də həmin şəxsə məxsusdur. T uzun müddətdir ki ölkə hüdudlarındadır və o Cavabdeh3 adına uzunmüddətli etibarnamə vermişdir. İddiaçı hamiləlik dövrünün 5-ci ayında həmin fərdi yaşayış evini tərk edib valideynlərinin yanına köçmüşdür. 2018-ci ildə isə onlar arasında nikah pozulmuşdur. Ona görə də iddia tələbi təmin edilməməlidir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdehin istifadəsində olmaqla faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən ya şayış sahəsi kimi istifadə olunur. Cavabdehlər, mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış ailə üzvü olan İddiaçı da həmin şərtlər daxilində bu evdə yaşamalıdır. İddiaçı evə köçürülməklə, orada yaşayan şəxslərin yaşamış olduğu şərtlər daxilindən yaşamaq imkanına malikdir. Apelyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən maddi hüquq normaları kimi Torpaq Məcəlləsinin 9 və 10-cu maddələrinə, Mülki Məcəllənin 6.1.1-ci, 14.1-ci, 14.3-cü, 139.1-ci, 139.3-cü, 52.3-cü və 180-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə ape llyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İşin hallarından görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi bununla bağlı müvafiq icazə alınmadan inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının qanun vericiliyində özbaşına inşa edilmiş fərdi yaşayış evlərinə istifadə hüququnun tanınması və həmin evlərə köçürülmə ilə bağlı hüquq normaları mövcud olmadığından məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından araşdırılmalı və hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələblərinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən mənzil məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi ailə məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını təl əb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 15-ci fəslinə əsasən ayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər qardaş, bacı, baba, nənə, nəvə, ögey ata və anadır. İşin hallarından göründüyü kimi mübahisə predmeti olan yaşayış evi bələdiyyə tərəfindən T ayrılmış torpaq sahəsində inşa edildiyindən, həmin ev şəhərsalma qaydalarına və tikinti normalarına zidd inşa olunmadığı, həmin tikilinin saxlanılması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı, fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmadığı halda qeyd edilən evə münasibətdə sonuncunun gözlənti ilə mülkiyyət hüquqları yarana bilər. Eyni zamanda işin hallarından göründüyü kimi tərəflər arasında hazırkı iş üzrə mübahisə 2015-ci ildə, yəni hazır da qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01 oktyabr 2009-cu il ildən sonra yarandığından və həmin tarixdən sonra xüsusi mülkiyyətdə olan mənzillərdən istifadə hüququnun yaranması ilə bağlı mübahisələr həmin Məcəllənin 30-cu maddəsinin müddəaları ilə nizama salındığından apelyasiya instansiyası məhkəməsi mübahisəyə bu maddənin tələbləri baxımından hüquqi qiymət verməli idi. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilm əsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 27 noyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar