Məhkəmə qərarları › İş №2(102)-1824/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1824/2022

19.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1824/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cavabdehlərin mənzildən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cavabdehlərin mənzildən çıxarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(103)-9217/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 19 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-746/2016 saylı, 20 iyul 2016cı il tarixli qətnaməsi ilə 10 oktyabr 2014-cü il tarixli 24-A-1-0-724-14 saylı kredit müqaviləsi üzrə yaranmış 18.204 manat məbləğində əsas borc, 3.115 manat məbləğində faiz və 1.800 manat məbləğində cərimə olmaqla, cəmi 23.119 manat borcun, 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat, xidmət haqqı kimi ödənilmiş 20 manat pulun Cavabdeh1 "xxxx" İKB-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 məxsus və ipoteka ilə yüklü edilmiş, ilkin satış qiymə ti 46.000 manat olan Bakı şəhəri Nərimanov rayonu, Z.Xəlil küçəsi, 14 saylı evin 1 otaqlı 1 saylı mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılaraq əldə edilən vəsaitdən borcun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir və "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinə (30 avqust 2017-ci il tarixli, Y-706 nömrəli protokola) əsasən mənzil 29325 manata "xxxx" İKB-yə satılmışdır. Mənzilnin üzərində "xxxx" İKB-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 25.04.2018-ci il tarixdə qeydiyyata alınaraq, RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

3. Cavabdeh1 hərracın nəticələrinin mübahisələndirmiş, "xxxx" MMC-yə qarşı ("xxxx" İKB ASC müstəqil tələb irəli sürməyən ü çüncü şəxs olmaqla) iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, 30 avqust 2017-ci il tarixli Y-706 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-919/2019 saylı, 27 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin iş üzrə Cavabdeh1 apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır (Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8505/2019 saylı, 31 iyul 2019-cu il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1235/2021 saylı, 12 aprel 2021-ci il tarixli qərarı). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" X1 Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi, onların mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi Mənzil İstismar Kommunal Sahəsinin 38/3036 nömrəli 16 sentyabr 2014-cü il tarixli arayışından göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olmaqla yaşayırlar. Əm lakın iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh şəxslər mənzildən çıxmaqdan imtina edirlər.

6. Məhkəmə araşdırması zamanı iddiaçı "xxxx" X1 Açıq Səhmdar Cəmiyyəti əsl iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə əvəz edilmişdir.

7. Cavabdeh1 birinci instansiya məhkəməsində iddia tələbinin əsasssız olduğunu bildirərək rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-82/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməsi, onların mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın "xxxx" X1 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh şəxslər mənzildən çıxmaqdan imtina edirlər. Cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamaqla qeydiyyatda olmaqla, həmin mənzildə qalması, mülkiyyətçinin mənzilə dair hüquqlarını həyata keçirilməsinə mane olur, iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə və Mülki Məcəlləsinin 152.1, 152.2, 152.7, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasi ya instansiyası məhkəməsindəki icraat

11. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırımışdır ki, məhkəmə işə baxılarkən cavabdeh kimi məhkəmə prosesində onların iştiraklarını təmin etməmiş, etiraz və mülahizələrini dinləyib, araşdırmamış və ya təkzib etməmişdir. "xxxx" ASC ilə aralarında olan kredit müqaviləsindən doğan öhdəlikləri yerinə yetirə bilməmişlər. Bu hal demək olar ki, əslində fors-major hadisəsi kimi qiymətləndirilməli və bank tərəfindən nəzərə alınmalı idi. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş "xxxx" ASC-yə olan kredit borcunu qəbul etməklə, bu məbləği ödəməyə hazırdılar. Məhkəmə nəzərə almağa borclu idi ki, boşaldılmalı mənzil onların ailə üzvləri ilə birlikdə yaşadığı yeganə mənzildir. Qanunvericilik bu hallarda mənzildə yaşayan sakinlərin mənafeyini nəzərə almalı və ailənin mənzildən çıxarılması məsələlərinə ehtiyatla yanaşmalıdır.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(103)-9217/2021 saylı qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 13.Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildən çıxmaqdan imtina etmələri iddiaçıya öz mülkiyyətindən istifadə hüququnu həyata keçirməyə mane olur, cavabdehlərin mənzildən çıxarılması üçün isə onların mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. 14.Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apеlyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinin həmin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin halları təsdiq edən sübutları təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunana yaşayış sahəsi cavabdeh və digər ailə üzvlərinin yeganə yaşayış sahəsidir və hazırki çətin məqamda yaşayış sahəsinin boşaldılması onları səfil vəziyyətinə salacaqdır. Digər ailə üzvlərinin mənzilə istifadə hüququ olduğu halda, məhkəmə istifadə hüququnun xitam verilməsinin əsaslarını araşdırmadan iddianı təmin edərkə n yanlışlığa yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər

18. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

19. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyası Maddə

13. Mülkiyyət 13.3. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Mülkiyyət hüququ 29.3. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 29.4. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələ b edə bilər. Maddə

178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə

203. Mülkiyyət hüququnun itirilməsi növləri 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəm əsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələ rin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

24. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. İddia tələbinin maddi-hüquqi əsasını Mülki Məcəllənin 152.5-ci maddəsi təşkil edir. Həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olması n.

29. Baxılan işdə iddianın təmin olunması üçün bu normada müəyyən olunmuş bütün dispozisiya şərtləri mövcuddur. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

30. Qeyd olunanları nəzərə alaraq kollegiya belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

31. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(103)9217/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar