Məhkəmə qərarları › İş №2(102)-1825/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1825/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1825/2025 15.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil mübahisələri. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “müqavilə öhdəliklərinin icrası və mənzilin təhvil verilməsi” tələbinə dair iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 mart 2025-ci il tarixli 2(103)-777/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən iddiaçı xx.xx.2007-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 14 kv.m. ibarət olan, 1 otaqlı, 308 saylı mənzilini Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 174 saylı, 20 iyul 2017-ci il tarixli Sərəncamı əsasında ünvan 1 ünvanında nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün “Kooperativ”in mülkiyyətinə verməyi, “Kooperativ” isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbədə, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m. təşkil edən 1 otaqdan ibarət mənzili təmirl i qaydada iddiaçının mülkiyyətinə verməyi öz öhdəsinə götürmüşdür.

2. Müqavilədə cavabdeh tərəfindən iddiaçıya müvəqqəti yaşayacağı yer üzrə aylıq 250 manat kirayə haqqı ödənilməsi nəzərdə tutulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh MTK arasında olan xx.xx.2017-ci il tarixli, 22 saylı müqaviləyə əsasən, cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m olan 1 otaqlı tam təmirli mənzilin İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsinə və İddiaçı məruz qaldığı 13.000 manat məbləğində maddi zərərin və ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK- dan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı (“Payçı”) ilə Cavabdeh MTK (“Kooperativ”) arasında xx.xx.2017-ci il tarixli, 22 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, “Vətəndaş” (“Payçı”) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş MH ******* nömrəli, xx.xx.2007-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 14 kv.m ibarət olan,1 otaqlı, 308 saylı mənzilini Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 174 saylı, xx.xx.2017-ci il tarixli Sərəncamı əsasında ünvan 3 ünvanında nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün “Kooperativ”in mülkiyyətinə verir, “Kooperativ isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbədə, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m təşkil edən 1 otaqdan ibarət mənzili təmirli qaydada “Vətəndaş”ın mülkiyyətinə verilməyi öz öhdəsinə götürür və “Vətəndaş”a müvəqqəti yaşayacağı yer üzrə aylıq 250 manat kirayə haqqının ödənilməsini təmin edir. Müqavilə üzrə İddiaçı ümumi sahəsi 41 kv.m ibarət 1 otaqlı mənzil təhvil verilməli olduğu halda, mənzilə baxış keçirilən zaman məlum olmuşdur ki, cavabdeh iddiaçıya layihədən kənar (təsdiq edilmiş layihədə ümumiyyətlə belə mənzil yoxdur), əlavə ödənişlər edilmək şərti ilə mənzil təklif etmə klə müqavilə öhdəliklərini kobud surətdə pozmuşdur. Cavabdehdən nağd şəkildə alınmış kirayə haqqı məbləği 2020-ci ilin noyabr ayına qədər olan dövrü əhatə edir. Lakin cavabdeh 2020-ci ildən etibarən kirayə haqqı ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən, İddiaçı hər ay kirayə puluna görə 250 manat davam edir.

5. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə təqdim edərək, tərəflər arasında olan xx.xx.2017-ci il tarixli, 22 saylı müqaviləyə əsasən cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m olan 1 otaqlı tam təmirli mənzilin İddiaçı sahibliyinə və istifadəsinə təhvil verilməsi, ünvan 2 ünvanda yerləşən layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbəsində, 1-ci girişdə ye rləşən, ümumi sahəsi 41 kv.m olan 1 otaqlı tam təmirli mənzilin təhvil verilməsi mümkün olmadığı təqdirdə başqa 1 otaqlı tam təmirli mənzilin təhvil verilməsi və İddiaçı məruz qaldığı 13000 manat məbləğində maddi zərərin və ödənilmiş 130 manat məbləğində dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 3019/2024 nömrəli qətnaməsi ilə (hakim N. Abbasov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MTK-nın üzərinə Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 22 saylı müqavilə üzrə ünvan 2 ünvanda yerləşən layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m olan 1 otaqlı tam təmirli mə nzilin İddiaçı təhvil verilməsi öhdəliyinin qoyulması, Cavabdeh MTK-dan maddi ziyanın əvəzi olaraq 10.750 manat və ödənilmiş 130 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini tam olaraq yerinə yetirdiyindən, onun cavabdehə qarşı öhdəliyin icra edilməsi barədə tələbi tam əsaslı olmaqla təmin edilməli, cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m. olan 1 otaqlı tam təmirli mənzil İddiaçı sahibliyinə və istifadəsinə verilməlidir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə mənzili təhvil vermədiyi üçün iddiaçı kirayə haqqı ödəmək məcburiyyətində qalmışdır. Müqavil ədən görünür ki, tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddət kimi 36 ay müəyyən etsələr də, 36 ayın tamamında mənzil iddiaçıya təhvil verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili kirayə üzrə ödənişlərin 2020-ci ilin əvvəlindən başlayaraq ödənilmədiyini bildirmiş, bunun sübutunu təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, müqavilə müddəti qurtardıqdan sonra mənzilin təhvil verilməməsi halı onun kirayə üzrə ödənişləri dayandırması anı kimi də qəbul edilməli, bunun əksini isə cavabdeh müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməməklə təkzib etməmişdir. Belə olan halda 2020-ci il noyabr ayından 2024-cü ilin may ayınadək (43 ay) hər ay 250 manat hesablanmaqla (10.750 manat) Cavabdeh MTK-dan İddiaçı xeyrin ə maddi ziyanın əvəzi tutulmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 21.1 21.2, 385.1, 385.2, 442-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 106.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

9. Cavabdeh MTK qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını kifayət qədər araşdırmamışdır. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasında layihə üzrə sahəsi 41 kv.m. ibarət mənzil ümumiyyətlə mövcud deyil. Bununla bağlı, İddiaçı hələ 2021-ci ildə MTK-nın ofisinə dəvət olunmuş və ona bildirilmişdir ki, yaşayış binasında müqavilədə qeyd olunan qaydada 41 kv.m. ibarət yaşayış sahəsinin konstruktiv cəhətdən bölünməsi mümkün deyil və bu səbəbdən də ona binanın 18-ci mərtəbəsində həmin sahənin bölünüb verilməsi və ya bazar qiymətinə uyğun kompensasiya məbləğinin ödənilməsi təklif olunmuşdur. İddiaçı ilə MTK arasında 41 kv.m. ibarət sahənin əvəzində pul kompensasiyası verilməsi barədə razılıq əldə olunmuşdur. Pul kompensasiyasının verilməsi isə yaşayış binasının təhvil verilməsindən sonra nəzərdə tutulmuşdur. Bu barədə İddiaçı xx.xx.2021-ci il tarixli ərizəni də Cavabdeh MTK-ya təqdim etmişdir. Bu razılaşmadan sonra İddiaçı kirayə haqqı verilməsi də dayandırılmışdır. Lakin işə baxan məhkəmə işin faktiki hallarını araşdır madan, ümumiyyətlə yaşayış binasında sahəsi 41 kv.m. ibarət mənzilin mövcud olub-olmaması faktını aydınlaşdırmadan düzgün olmayan qətnamə qəbul etmişdir. Ən azından işin araşdırılması zamanı Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsindən binanın layihəsi tələb olunan və orada sözügedən sahənin mövcud olub olmaması müəyyən edilə bilərdi. Bundan başqa bildirir ki, MTK tərəfindən İddiaçı başqa müqavilə əsasında 41 kv.m. sahə verilmiş digər bina sakinləri ilə də danışıqlar aparılaraq razılıqlar əldə olunmuş və artıq onların bir neçəsi növbəli şəkildə bazar qiymətinə uyğun olaraq mənzillərin əvəzində pul kompensasiyalarını almışlar. Göründüyü kimi, işin faktiki hallarının araşdırılmaması qəbul edilmiş məhkəmə qətnaməsinin də gələcəkdə icrasını çətinləşdirir, ümumiyyətlə isə mü mkünsüz edir. Bu isə lüzumsuz əlavə yazışmalara və süründürməçiliyə gətirib çıxarır. Ən azından işin araşdırılması zamanı Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsindən binanın layihəsi tələb oluna və orada sözügedən sahənin mövcud olub-olmaması müəyyən edilə bilərdi.

11. Məhkəmə kollegiyası tərəfindən iş üzrə alınmış "xxxx" Qiymətləndirmə Şirkəti MMC-nin xx.xx.2025-ci il tarixli, MB18/0065 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş yaşayış binasında, 4-cü mərtəbədə sahəsi 41 kv.m-dən ibarət təmirli mənzilin bazar dəyəri xx.xx.2017-ci il tarixə 53.300 manat, xx.xx.2020-ci il tarixə 82.000 manat, 2025-ci ilin yanvar ayına 112.750 manat müəyyən edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-777/2025 nömrəli, 3 mart 2025-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli, 2(006)-3019/2024 nömrəli qətnaməsi maddi ziyan tələbi ilə bağlı hissədə dəyişdirilmiş, Cavabdeh MTK-dan 10.500 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməsi, xx.xx.2017-ci il tarixli 22 saylı müqavilə üzrə ünvan 2 ünvanda yerləşən layihə üzrə yaşayış binasının “B” blokunda, 4-cü mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 41 kv.m olan 1 otaqlı tam təmirli mənzilin İddiaçı təhvil verilməsi mümkün olmadığı təqdirdə, Cavabdeh MTK-dan 112.750 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməsi, keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 500 manat məbləğində vəsait Cavabdeh MTK-dan tutularaq "xxxx" Məhdu d Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir. (hakimlər M.Rüstəmli (məruzəçi), A.İsgəndərov və S.Səlimova)

13. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işdən göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən üzərinə götürülən öhdəlik icra edilmiş, Cavabdeh MTK isə üzərinə düşən öhdəlikləri tam icra etməmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiklərindən belə qənaətə gəlmək olur ki, o, iddiaçıya müqavilədə nəzərdə tutulan mənzilin əvəzinə bazar qiymətinə uyğun dəyərinin ödənilməsinə etiraz etmir.

14. Məhkəmə kollegiyası cavabdehdən maddi ziyanın əvəzi olaraq tutulmalı olan məbləğlə bağlı qeyd etmişdir ki, həmin məbləğ 10.500 manat məbləğində müəyyən edilməlidir. Belə ki, tərəflər arasında b ağlanmış müqavilədən görünür ki, cavabdeh iddiaçıya müvəqqəti yaşayacağı yer üzrə kirayə haqqı ödəmək öhdəliyini üzərinə götürmüş, həmin öhdəliyin icra edilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmiş, müqavilədə nəzərdə tutulan mənzili iddiaçıya təhvil verməmiş, apellyasiya şikayətində xx.xx.2021-ci il tarixdən kirayə haqqının ödənilmədiyini etiraf etmişdir. İddiaçı iddia ərizəsində kirayə haqqı olaraq cavabdeh tərəfindən ona ödənilmiş məbləğin 2020-ci ilin noyabr ayına qədər olan dövrü əhatə etdiyini bildirmiş, birinci instansiya məhkəməsi isə 2020-ci il noyabr ayından 2024-cü ilin may ayınadək (iddia məhkəməyə verilənədək) 43 ay üzrə hər ay 250 manat hesablanmaqla, maddi ziyanın əvəzi olaraq cavabdehdən tutulmalı olan məbləğin 10.750 manat olduğunu müəyyən etmişdir. Halbuki, hə min dövr 42 ay edir və belə olan halda cavabdehdən iddiaçının xeyrinə 10.500 manat məbləğində vəsait tutulmalıdır.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 385.1, 386.1, 421.1, 423.1, 424.3, 425.1, 442, 662.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3, 217.4, 222.1, 372.7, 384.0.3, 392.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh MTK (vəkili Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin qismən “Cavabdeh MTK-dan 112.750 manat məbləğində vəsaitin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyindən və işin faktiki hallarına uyğun gəlmədiyindən ləğv edilməli və iş yenidən apellyasiya baxışına qaytarılaraq iş üzrə təkrar qiymətləndirmə ilə bağlı mütəxəssis rəyi alınmalıdır. Belə ki, apellyasiya məhkəməsi öz qətnaməsində "xxxx" Qiymətləndirmə Şirkəti MMC-nin xx.xx.2025-ci il tarixli, MB18/0065 nömrəli mütəxəssis rəyinə istinad etmişdir. Açıq-aşkar görünür ki, həmin mütəxəssis rəyində sözügedən mənzilə illər üzrə absurd və fantastik qiymətlər qoyulmuşdur. Belə ki, sadə hesablama aparsaq, görürük ki, 2017-ci il üçün mənzilin 1 kv.m qiyməti 1292 manat, 2020-ci il üçün mənzilin 1 kv.m üçün 2000 manat və 2025-ci il üçün mənzili n 1 kv.m üçün 2750 manat müəyyən edilmişdir. Mütəxəssisin fikrincə, guya sözügedən mənzilin qiyməti 2017-2020-ci illər arası dövrdə 28.700 manat, 2020-2025-ci illər arası dövrdə 30.750 manat, ümumilikdə isə 2017-2025-ci illər arası dövrdə ümumilikdə 59.450 manat bahalaşmışdır. Mütəxəssis rəyində göstərilmiş qiymətlər real bazar qiymətlərini əks etdirmir, mütəxəssis öz rəyində bazar qiymətlərini müəyyən edən zaman yaşayış binasının hələ istismara verilməməsini, yaşayış binasında quraşdırma işlərinin davam etdirilməsini nəzərə almamışdır. Təbii ki, həmin amillər də mənzilin dəyərinə təsir etməlidir. Nümunə üçün sözügedən yaşayış binasında mənzil sahibi olan şəxslərdən əldə edilmiş xx.xx.2025ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, həmin binad a ümumi sahəsi 100.42 kv.m olan 2 otaqlı təmirsiz mənzil 150.000 manata alqı-satqı olunmuşdur. Göründüyü kimi, apellyasiya instansiyası şişirdilmiş qiymətləri nəzərə almaqla və həmin qiymətlərə istinad etməklə düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

22. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.

23. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, mü qavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

25. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məz munu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 662.1. Dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 222.1. Məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən h allara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Kassasiya şikayətində qətnamə mənzilin dəyərinin ödənilməsi hissəsində mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni yalnız həmin hissədə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kassasiya şikayətinin dəlillərində qe yd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

39. Kassasiya şikayətinin dəlilləri əsasən sübutlara, o cümlədən mütəxəssis rəyinə düzgün qiymət verilməməsi, işin faktiki hallarının düzgün müəyyən edilməməsi ilə bağlıdır. Bununla bağlı kollegiya qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi- prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fak tiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 41. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edi lsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

43. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 mart 2025-ci il tarixli, 2(103) 777/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar