Məhkəmə qərarları › İş №2(102)-1826/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1826/2020

24.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1826/2020 24.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Ərizəçi1, vəkili X2, Maraqlı şəxs xinin vəkili X1 iştirakı ilə, Sumayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən Ərizəçi1 və vəkili X3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi1 maraqlı şəxs DSMF-nin Siyəzən rayon şöbəsini maraqlı tərəf qismində göstərməklə, xx xxxx 1977-ci il tarixdən 1990-cı ilin iyul ayına kimi Azərbaycan SS R Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə idarəsinin Siyəzən İstehsalat sexində (əvvəl dülgər, sonra betonçu) işləməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin (hakim B.Ələkbərov) xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-S.Qafari (sərlik edən və məruzəçi), L.Məmmədova və F.Məmmədov) xx.xx.2019-ci il tarixli, xnömrəli qətnaməsi ilə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ərizə rədd edilmişdir. Ərizəçi Sumayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kass asiya şikayətinin həddi və dəlilləri: Kassator həmin qətnamənin ləğv olunmasını və işi yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamənin hüquqi məsələlər hissəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.4.-cü bəndinə istinad etmişdir. Qeyd edilən Qaydalar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının x xxxxxx 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2011-ci il 2 1 noyabr tarixli 17 nömrəli qərarının 1-ci və 2-ci hissələri ləğv edilmişdir və apelyasiya instansiya məhkəməsi ləğv edilmiş Qaydalara istinad etməkdə haqlı olmamışdır. Apelyasiya instansiya məhkəməsi MPM-nin bir sıra normalarını qətnaməyə köçürərək belə bir əsassız və qanunvericiliyə zidd nəticəyə gəlmişdir ki, guya ərizəçi iddia etdiyi dövr üzrə əmək stajını təsdiq edən həmin faktı başqa qaydada təsdiq edilməsinin mümkünsüzlüyü barədə tutarlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhz bu əsasdan apelyasiya instansiya məhkəməsi əsassız olaraq birinci instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etməmiş, birinci instansiyası məhkəmənin qəbul etdiyi qətnamənin guya işin həqiqi hallarına uyğun olmadığı, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi (iş üzrə tə rəflərin qarşılıqlı münasibətləri mövcud deyil), maddi və prosessual hüquq normaları guya düzgün tətbiq edilməklə qəbul edildiyinə dair səhv nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən sonra evdə saxlanılan köhnə sənədlərinin arasından Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi İstehsalat və Komplektləşdirmə İdarəsinin Siyəzən İstehsalat sexindən öz şəxsi ehtiyacları üçün xx xxxxxx 1981-ci ildə hesab- fakturası əsasında qarbit aldığım təsdiq edən sənədin əslini tapmışdır. Həmin sənədlə bir daha təsdiq edilir ki, ərizəçi 1981-ci ildə qeyd edilən təşkilatda işləmişdir, çünki həmin vaxt qüvvədə olan qay dalara əsasən idarə və təşkilatlar yalnız öz işçilərinə onların şəxsi ehtiyacları üçün mal- materialı satmaq hüququna malik idilər və bu zaman işçinin rəsmi ərizəsi əsasında müdiriyyətin qərarı ilə işçiyə ev tikintisi və təmiri məqsədləri üçün mal-material buraxıla bilərdi. Bununla da bir daha təsdiq edilir ki, ərizəçi həmin dövrdə qeyd edilən təşkilatda işlədiyinə dair şahid qismində dindirilmiş şəxslərin ifadələrinin həqiqiliyi şübhə altına alına bilməz. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçi və vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxla nılmasını xahiş etdi. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. Ərizəçi əmək pensiyası hüququnundan yararlanmasından ötrü onun xx xxxx 1977-ci il tarixdən 1990cı ilin iyul ayına kimi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşmə idarəsinin Siyəzən İstehsalat sexində (əvvəl dülgər, sonra betonçu) işləməsi faktının müəyyən edilməsi və həmin müddətin sosial sığorta stajına hesablamasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11. maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1. maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Məcəllənin 25-ci maddəsinə Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddə sinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd etmək lazımdır ki, hər hansı fiziki şəxsin sosial sığorta stajı əmək kitabçası ilə müəyyən edilir. Lakin əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Şəxsin sosial sığorta stajının müəyyən edilməsi üçün yaşadığı yeri üzrə məhkəməyə müraciət edərək, həmin faktı başqa qaydada təsdiq edilməsinin mümkünsüzlüyünü göstərməklə faktın təsdiq edilməsini xahiş edə bilər. Məhkəmə də o faktları təsdiq edir ki, həmin faktları ərizəçinin əldə etməsi mümkünsüz olsun. Sumqayıt Apellyasiya Məhkəməsi hesab etmişdir ki, ərizəçi həmin faktı başqa qaydada təsdiq edilməsinin mümkünsüzlüyü barədə tutarlı sübutlar təqdim etməmişdir. Kollegiya onu da nəzərə alır ki, DSMF-nin Siyəzən rayon şöbəsi bildirmişdir ki, “kişilərə yaşa görə əmək pensiyası təyin etmək üçün Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən aşağıda qeyd olunan şərtlər olmalıdır. 1.Kişilərdə 64 yaş

2. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imka vermədikdə isə azı 25 il sığorta stağı olduqda yaşa görə əmək pensiyası hüququ vardır....Məhkəmə qərarında təsdiq olunan stajdan da görünür k i, vətəndaşın əmək pensiyasına çıxmaq üçün tələb olunan 25 il sosial sığorta stajı yoxdur.” Ərizəçi isə qeyd edilən dəlilləri təkzib edən mötəbər və kifayətedici sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri (o cümlədən şikayətə əlavə edilən hesab faktura ilə) bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə görə, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Beləliklə, Kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi yekun qənaətlə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar