Məhkəmə qərarları › İş №2(102)-1827/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1827/2025

20.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1827/2025 20.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "X16 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və "X16 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının 2(103)-1311/2025 nömrəli 12 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh "X16 Şəbəkə” MMC tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 xx.xx.2009-cu il tarixli 17 nömrəli ekspert rəyi ilə, X1 meyidinin üzərində olan xəsarətlər yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən əmələ gəlmiş və onun ölümünə səbəb yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəb olmuşdur. X4 29 sentyabr 2009-cu il tarixdə vəfat etmişdir.

2. Cəlilabad Rayon Məhkəməsinin 1(073)-39/2010 nömrəli hökmü ilə, təqsirləndirilən X8 Azərb aycan Respublikasının CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinib müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə, yəni elektrik mantyoru fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir. 3. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2010-cu il tarixli, AÜ/127 nömrəli “Şirvan Yüksək X7” Məhdud Məsuliyyətli Cəmiyyətin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsində ********** nömrəli şəhadətnamə ilə xx.xx.2008ci il tarixində qeydiyyatdan keçmiş nizamnaməsində dəyişiklik edilməsi” haqqında əmri ilə, “Şirvan Yüksək X7” Məhdud Məsuliyyətli Cəmiyyətin adı dəyişdirilərək “X16 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. 4. "xxxx" Açıq Səhmdar Cəmiyyətini n xx.xx.2008-ci il tarixli, AÜ/117 nömrəli “İmişli bölgə şöbəsində xx.xx.2002-ci il tarixində 0602-A1-25 nömrə ilə dövlət qeydiyyatına alınmış “X22 X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin” nizamnaməsinə edilmiş dəyişiklik” haqqında əmri ilə, cəmiyyətin nizamnaməsinin titul vərəqində və mətnində “Əli Bayramlı” sözü “Şirvan” sözü ilə əvəz edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı iddia ərizəsi və iddia tələbinə dəqiqləşmə barədə ərizlərlə ilə müraciət edərək, cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və "X16 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada İddiaçı xeyrinə 60.000 manat məbləğində mənəvi zərərə görə kompensasiya və ödənilmiş 270 manat dövlət rüsumunun alınıb verilməsi b arədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Cənub RETSİ”-nin X5 “Ləkin” şəbəkə sahəsində usta işləyən X2 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə - iddiaçının oğlu X14 ölümünə, qızı X9 ağır xəsarət almasına və digər şəxslərin ölümünə və müxtəlif xəsarətlər almasına səbəb olmuşdur. Cəlilabad rayon məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. X1 sağ əlin 1-2-3-4-cü barmaqlarında sol saidin və hər iki ayaqların elektrik cərəyanı termiki yanıqları müəyyən olunmuşdur. Qeyd olunan xəsarətlərdən yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 29 sentyabr 2009-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(073)39/2010 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işindən görünür ki, hadisə "xxxx" ASC-nin “Cənub RETSİ”nin X5 “Ləkin” şəbəkə sahəsində usta işləyən əməkdaşının təqsiri ucbatından baş vermişdir. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi və qızının ağır xəsarət alması ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. O, əziz oğlunu itirmiş, həmçinin qızı da ağır xəsarət alıb, bu itkini və ağrını söz ilə ifadə etmək çətindir, çünki bunlar daha duyğusal hisslər dir. Bu baxımdan mərhum oğlunun ölümü və qızının ağır xəsarət alması nəticəsində keçirdikləri stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona, dəymiş mənəvi zərər cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq ona ödənilməlidir.

7. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2024-cü il tarixli, 13-9/2-2387/15/24 nömrəli məktubla bildirmişdir ki, "xxxx" ASC-nin tərkibindəki “Şirvan X12 Şəbəsi" (YGEŞ) MMC hüquqi şəxs olaraq, hazırda "X16 Şəbəsi” (REŞ) MMC kimi fəaliyyət göstərir. "Əli Bayramlı YGEŞ” MMC, 7 mart 2002-ci il tarixində 0602A1-25 dövlət qeydiyyatından keçib. Əli Bayramlı şəhərinin adının Şirvan olaraq dəyişdirilməsi ilə 20 may 2008-ci il tarixində ********** nömrə ilə qeydiyyatdan keçərək "xxxx" MMC adlandırılıb, 9 avqust 2010-cu il tarixində ********** nömrə ilə adının "Şirvan REŞ” MMC olaraq dəyişdirilməsi (YGEŞ-REŞ ilə əvəzlənib) ilə əlaqədar yenidən qeydiyyatdan keçmişdir. 35/10 kV-luq “Ləkin" kənd yarımstansiyası 2015-ci ilədək "xxxx" MMC-nin tabeliyində olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Azərişıq" Açıq Səhmdar Cəmiyyəti haqqında” 2015-ci il 10 fevral tarixli 1045 nömrəli Sərəncamına əsasən "xxxx" ASC-nin Respublika ərazisində istehlakçıların elektrik enerjisi ilə təmin edilməsi fəaliyyəti "xxxx" ASC-yə ötürüldüyü üçün istehlakçıların elektrik enerjisi ilə təchizatına aid əmlak və digər avadanlıqlar, o cümlədən 35/10 kV-luq “Ləkin” yarımstansiyası 2015-ci ilin aprel ayından "xxxx" ASC-yə təhvil verilmişdir.

8. Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Belə ki, 2009-cu ildə X14 ölümü ilə bağlı "xxxx" ASC-nin təqsiri olmayıb. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 1(073)-39/2010 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs X8 "Şirvan Yüksək X7" MMC-nin X10 Elektrik Şəbəkə rayonun Ləkin kənd yarımstansiyasının növbətçi elektrik montyoru vəzifəsində çalışan, Azərbaycan Respublikasının CM-in 162.2ci maddəsi ilə təqsirli bilinərək elektrik montyoru fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2009-cu ildə "Şirvan Yüksək X7" MMC-nin X10 Elektrik Şəbəkə rayonun Ləkin kənd yarımstansiyası "xxxx" Dövlət Şirkətinin strukturuna daxil idi. Qeyd edir ki, Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2015-ci il tarixli, 1206 nömrəli sərəncamı ilə "xxxx" ASC təsis edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 may 2015-ci il tarixli, 190 nömrəli qərarı ilə "xxxx" ASC-nin strukturu təsdiqlənmişdir. Qeyd olunanlara əsasən hesab etmişdir ki, "xxxx" ASC-nin İddiaçı qarşısında mənəvi ziyanın ödənilməsi öhdəliyi mövcud deyildir. Bu səbəbdən, İddiaçı 2(006)-2490/2024 saylı mülki iş üzrə cavabdeh "xxxx" ASC-ə qarşı "mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası "xxxx" ASC-ə münasibətdə əsassız olduğundan müvafiq qərar qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdehlər "X16 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi (vəkili) Vəkil2 bildirmişdir ki, hal-hazırda Yüksək X7 MMC-nin balansında stansi ya yoxdur, "xxxx" ASC yarandıqdan sonra onun tərkibinə keçib və bu barədə müvafiq fərmanda da qeyd edilib. Onlara qarşı qaldırılan iddianı əsassız hesab etmiş və rədd edilməsini xahiş etmişdir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim-Vüsalə Musayeva) e-2(006)2490/2024 nömrəli, 4 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 180 manat dövlət rüsumunun cavabdeh "X16 Şəbəsi” (REŞ) Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkət və ya hərəkətsizliyi n təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla ağlabatan məbləğ olaraq 30.000 manat pul vəsaiti vurulmuş mənəvi ziyanın tutularaq iddiaçının xeyrinə ödənilməsi daha ədalətli və ağlabatandır. Məhkəməyə iddiaya cavab verməli olan cavabdeh barəsində qeyd etməyi zəruri hesab edir ki, işin araşdırılmış hallarından müəyyən edilir ki, hadisənin baş verməsində təqsirli "Şirvan X12 Şəbəsi” MMC-nin Cəlilaba X12 Şəbəkə rayonunun “Ləkin" kənd yarımstansiyasının növbətçi elektrik mantyoru vəzifəsində işləyən X8 olmuşdur. 35/10 kVluq “Ləkin" kənd yarımstansiyası 2015-ci ilədək "xxxx" MMC-nin tabeliyində olması nəzərə a lınmaqla hazırkı iddia üzrə cavabdeh "X16 Şəbəsi” (REŞ) MMC hesab edilməklə iddiaçının tələbi yalnız ona münasibətdə təmin edilməlidir. Belə ki, Ləkin kənd yarımstansiyasının "xxxx" ASC-yə 2015-ci ildən sonra verilməsi və "X16 Şəbəsi” (REŞ) MMC-nin "xxxx" ASC-nin tabeliyində olsa da, müstəqil hüquqi şəxs olması digər cavabdehlərin mülki məsuliyyətini istisna edir. Məhkəmə qeyd etmişdir ki, məlum hadisənin üzərindən 15 il sonra iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntılar ilk günkü qədər dərin olmasa da, insanın, xüsusilə də milli dəyərlərdən irəli gələrək gələcəklə bağlı ümidlərin birbaşa bağlı olduğu övladın itkisi daim insana təsir edir. 15 ildə bu hisslərin də azalmasını və qanunvericiliklə də məhz mənəvi ziyanın mahiyyətindən irəli gələrək onun tələb edilməsinə görə iddia müddəti nin tətbiq edilməməsini nəzərə alaraq iddiaçıya 30.000 manat məbləğində kompensasiya ödənilməsini məhkəmə ağlabatan hesab etmişdir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 25, 26, 125-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096, 1097, 1099-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 119.2-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya i nstansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə onun oğlunun ölümündə və qızının ağır xəsarət almasında həm "xxxx" Açıq Səhmdar Cəmiyyətini, həm də "xxxx" Açıq Səhmdar Cəmiyyətini müştərək qaydada məsuliyyət daşımalı olmaları barədə nəticəyə gəlməli idi. Eyni zamanda mənəvi zərərə görə təyin edilən məbləği ədalətli hesab etməmişdir.

15. Cavabdeh "X16 Şəbəkə” MMC apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə ye ni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məlum haldır ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Lakin məhkəmə mənəvi zərər müəyyən edilərkən ilk növbədə hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, hazırkı iş üzrə iddiaçıya vurulmuş mənəvi ziyanın miqdarını 30.000 məbləğində müəyyən etməklə məhkəmə kompensasiyanın həcmini k ifayət qədər əsaslandırmamış və baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2(102)-388/2023 nömrəli qərarında qeyd olunmuşdur ki, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalmasının labüddür. Hesab etmişdirlər ki, iddiaçının oğlu X14 ölümü ilə nəticələnən hadisədən 15 il müddət keçdiyi üçün iddiaçıya dəyən mənəvi zərərin təsirinin təbii olaraq azalmasını nəzərə alanda, məhkəmə iş üzrə kompensasiya məbləğini xeyli aşağı müəyyən etməli idi.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1311/2025 nömrəli, 12 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh "X16 Şəbəkə” MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2490/2024 nömrəli, 4 oktyabr 2024-cü il tarixli qətnaməsi tutulmuş mənəvi zərərin məbləği dəyişdirilərək vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdeh "X16 Şəbəkə” MMC-dən 15.000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

18. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işin faktiki hallarına əsasən Cəlilabad Rayon Məhkəməsinin 1(073)-39/2010 nömrəli hökmü ilə, təqsirləndirilən X8 Azərbaycan Respublikasının CM-nin 162.2-ci maddəsi ilə ona görə təqsirləndirilmişdir ki, texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Bu səbəbdən müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə, yəni elektrik mantyoru fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi hökm edilmişdir.

19. Göründüyü kimi, cavabdehin işçisinin təqsirindən iddiaçının oğlu ölmüşdür. Şübhəsiz ki, iddiaçının oğlunun itirməsi onda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdır. Çünki onların arasında uzun illər ərzində formalaşmış ailə münasibətlərindən irəli gə lən mənəvi bağlılıq mövcud olmuşdur.

20. Məhkəmə iddiaçının oğlunun ölümü nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı vurğulamışdır ki, X14 ölməsi nəticəsində iddiaçının arzulamadığı hisslər yaşamaq məcburiyyətində qalması, eyni zamanda ağrı və kədər hissi, habelə mənəvi sarsıntı, əzab və iztirab keçirməsi və bu halın davamlı olması qənaətinə gəlmək üçün kifayətdir. Oğlunun vəfat etməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və oğlunun həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyasının ödənilməsi vasitəsi ilə müəyyən qədər təsəlli ala bilər.

21. Məhkəmə kollegiyası iddiaya cavab verməli olan cavabdeh barəsində qeyd etməyi zəruri hesab etmişdir ki, işin araşdırılmış hallarından müəyyən edilir ki, hadisənin baş verməsində təqsirli "Şirvan X12 Şəbəsi” MMC-nin X10 Elektrik Şəbəkə rayonunun “Ləkin" kənd yarımstansiyasının növbətçi elektrik mantyoru vəzifəsində işləyən X8 olmuşdur. 35/10 kV-luq “Ləkin" kənd yarımstansiyası 2015-ci ilədək "xxxx" MMC-nin tabeliyində olması nəzərə alınmaqla hazırki iddia üzrə cavabdeh "X16 Şəbəsi” (REŞ) MMC hesab edilməklə iddiaçının tələbi yalnız ona münasibətdə təmin edilməlidir. Belə ki, Ləkin kənd yarımstansiyasının "xxxx" ASC-yə 2015-ci ildən sonra verilməsi və "X16 Şəbəsi” (REŞ) MMC-nin "xxxx" ASC-nin tabeliyində olsa da, müstəqil hüquqi şəxs olması digər cavabdehlərin mülki məsuliyyətini istisna edir. 22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarında qeyd ed ilmişdir ki, mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərrüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Həmin Qərarla formalaşdırılmış hüquqi mövqeyə görə, mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır.

23. Kollegiya qeyd etmişdir ki, məmnunetmə (razısalma) yanaşmasına görə mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərərə çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldğı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni t əsəlli edən bir vasitədir. Mənəvi zərərə görə müəyyən miqdarda pulun ödənilməsini istisna edilmir. Bu yanaşma obyektiv mənəvi zərər nəzəriyyəsinə əsalanır və zərər çəkənin mənəvi sarsıntı və iztirab çəkib-çəkməməsini araşdırmadan şəxsin əmlak və ya şəxsi qeyri-əmlak dəyərlərində müəyyən əksilmənin olması halında mənəvi zərərin vurulduğunu qəbul edir.

24. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçının xeyrinə müəyyən edilmiş mənəvi zərərin (təzminatın) məbləği ilə razılaşmamış və bununla bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, məlum hadisənin üzərindən 15 il keçmiş və uzun müddət ərzində bu hisslərin də azalması mümkün olan bir haldır. Göründüyü kimi, hətta hadisə ilə bağlı başlanmış cinayət işinə məhkəmədə baxılarkən X14 hüquqi varisi kimi atası İddiaçı ta nınmış, sonuncu isə təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Lakin iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntılar ilk günkü qədər dərin olmasa da, insanın, xüsusilə də milli dəyərlərdən irəli gələrək gələcəklə bağlı ümidlərin birbaşa bağlı olduğu övladın itkisi daim insana təsir edir.

25. Avropa Məhkəməsinin “Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə” Qərarında da göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir.

26. Həm bu hallar, həmçinin də baş vermiş hadisədən artıq 15 ilə yaxın müddətin keçməsi qəti surətdə belə qənaətə gəlməyə əsa s verir ki, iddiaçının hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və ola da bilməz. Əlavə olaraq da qeyd olunmalıdır ki, iddiaçı ötən dövr ərzində məhkəməyə müraciət etməmişdir. Halbuki, bu sahəni tənzimləyən və mənəvi təzminatın tutulması üçün hüquqi imkanlar müəyyən edən qanunvericilik mövcud və məhkəmələr tərəfindən bu qəbildən olan iddiaların təmin olunması təcrübəsi formalaşdırılmışdır. Kollegiya qeyd edilərə əsasən hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzi adekvat şəkildə aradan qaldırılmalı və mənəvi tarazlığın bərpa edilməsi gözlənilməlidir.

27. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək, hesab etmişdir ki, mənəvi zərərin əvəzi olara q cavabdeh "X16 Şəbəkə” Məhdud Məsuliyyətli Cəmiyyətindən 15.000 manat məbləğində pulun tutulması ağlabatan və ədalətlidir.

28. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2, 14.2.6, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 119.1, 217.1, 217.3, 217.4-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublika sının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh "X16 Şəbəkə” MMC (vəkil- Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1311/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələ binin tam təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi hazırki iş üzrə iddiaçıya vurulmuş mənəvi ziyanın miqdarını 15.000 (on beş min manat) məbləğində müəyyən etməklə kompensasiyanın həcmini kifayət qədər əsaslandırmamış və baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2(102)-388/2023 saylı qərarında qeyd olunmuşdur ki, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəv i zərərin təsirinin azalmasının labüddür. Hesab edirlər ki, iddiaçının oğlu X14 ölümü ilə nəticələnən hadisədən 15 il müddət keçdiyi üçün iddiaçıya dəyən mənəvi zərərin təsirinin təbii olaraq azalmasını nəzərə alsaq, məhkəmə iş üzrə kompensasiya məbləğini 15.000 manatdan xeyli aşağı müəyyən etməli idi.

31. İddiaçı (vəkil- Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)- 1311/2025 nömrəli qətnaməsinin təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamələri qəbul edilərkən işin hüquqi və faktiki halları tam və hərtərəfli araşdırılmamış, həmçinin müvafiq maddi hüquq normalarının tə tbiqində nöqsanlara yol verilmişdir. Belə ki, işin hallarından da göründüyü kimi "xxxx" Aşıq Səhmdar Cəmiyyətinin işçisi X11 işə laqeyd münasibəti və öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, səhlənkarlıq etməsi nəticəsində iddiaçının qızı Bədirova L amiyə Hakim qızı ağır xəsarətlər almış, oğlu X18 faciəvi şəkildə ölmüşdür. Cinayət işindən görünür ki, hadisə "xxxx" ASC-nin Cənub RETSİ-nin X5 Ləkin şəbəkə sahəsində usta işləyən əməkdaşının təqsiri ucbatından baş vermişdir. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş ver ən hadisə nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir.

33. Məhkəmə qətnaməsində iddiaçının baş vermiş hadisədən sonra dərin psixoloji gərginlik keçirdiyini, ruhi sarsıntılar və iztirablar yaşadığını bir neçə dəfə vurğulasa da, müəyyən edilən kompensasiya məbləğinin cüzi olması bu halların əhəmiyyətini nəzərə almadan ədalətsiz nəticəyə gətirib çıxarmışdır.

34. Qətnamədə istinad olunan halların hüquqi qiymətləndirilməsi və maddi ifadəsi kifayət qədər obyektiv və adekvat şəkildə əks olunmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən müəyyən edilmiş 15.000 manat kompensasiya məbləği iddiaçı ilə oğlu arasında mövcud olan emosional bağlılıq, gündəlik ünsiyyət və birlikdə keçirdikləri vaxtlar kimi mənəvi aspektlər nəzərə alınmadan qəbul edilmişdir. Həmçinin, hadisə nətic əsində oğlunun həyatını itirməsi ilə yanaşı, qızının da ciddi dərəcədə xəsarət alması və bunun iddiaçının ailəsində yaratdığı dərin faciə, gələcəyə dair mənfi təsəvvürlər, ümidsizlik və emosional zərbələr qətnamədə yetərincə qiymətləndirilməmişdir. Valideyn kimi iddiaçı hər bir ata kimi övladlarının xoşbəxt və sağlam gələcəyini görmək ümidi ilə yaşamış, onları min bir əziyyətlə böyütmüşdür. Lakin baş vermiş hadisə bu arzularımın puç olmasına səbəb olmuş, həyatında dərin və bərpası çətin olan izlər buraxmışdır. Bu məqamda haqlı olaraq aşağıdakısuallar ortaya çıxır: - Təmin olunan 15.000 manatlıq kompensasiya onun oğlunun itkisi nəticəsində keçirdiyi dərin sarsıntı və ruhi iztirabları yüngülləşdirə bilmişdirmi? – Qızının aldığı xəsarətlərin iddiaçıya və ailəsinə verdiyi mənəvi və psixoloji t ravmanın qarşısını ala bilmişdirmi? - Mənəvi tarazlığının bərpa olunmasına real töhfə vermişdirmi? - İddiaçıya yaşadığı faciəni, ağrını, sarsıntını unutduracaq gücdə olmuşdurmu? Mənəvi narahatlığını aradan qaldırmış, daxili hüzurunun bərpasına zəmin yaratmışdımı? - Məhkəmə iddiaçı ilə oğlu arasındakı dərin emosional bağları, valideynövlad münasibətlərinin mahiyyətini və onların mənəvi əhəmiyyətini obyektiv və adekvat şəkildə qiymətləndirmişdirmi? Təəssüf ki, bu sualların heç biri müsbət cavablandırıla bilməz. Məhkəmənin müəyyən etdiyi kompensasiya məbləği nə mənəvi, nə sosial, nə də psixoloji baxımdan hadisənin ağırlığı və doğurduğu nəticələrlə proporsional deyil. Məhkəmə bu qərarı ilə mütənasiblik və ədalətlilik prinsiplərinə əməl etməmiş, mənəvi zərərin qiymətləndirilməsi zamanı obyektiv sosial-psixoloji və emosional faktorları lazımi səviyyədə nəzərə almamışdır. Bununla da məhkəmə mövcud hüquqi normaların tələblərindən kənara çıxmış və mənəvi zərərə dair iddiaçının hüquqlarını lazımi səviyyədə qoruyub müdafiə etməmişdir.

35. Məhkəmənin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il Tarixli Qərarının 8-ci bəndinə istinad etməsi, təəssüf ki, işin real halları və təqdim edilmiş sübutlar kontekstində bu müddəaların düzgün tətbiqi ilə müşayiət olunmamışdır. Belə ki, təqdim etdikləri sübutlar – ailə üzvünün faciəvi şəkildə itirilməsi, digər övladın ağır xəsarət alması və bu hadisələrin ailənin psixoloji durumuna, həyat tərzinə və ümumi sosial vəziyyətinə vurd uğu mənəvi zərər – bütün hallarda aydın və mübahisəsiz şəkildə mənəvi sarsıntının və iztirabların mövcudluğunu sübut edir. Bu mənəvi sarsıntının cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verdiyi, hadisənin səbəb-nəticə əlaqəsi baxımından iddiaçı üçün ciddi mənəvi nəticələr doğurduğu açıq və əsaslı şəkildə ortaya qoyulmuşdur. Həmçinin, cavabdehin təqsiri ilə bağlı istintaq materialları və hadisənin hüquqi qiymətləndirilməsi də bu məsələni təsdiq edir. Bununla belə, məhkəmə mənəvi zərərin miqdarını qiymətləndirərkən qeyd olunan hüquqi meyarları nəzəri olaraq xatırlatmış, lakin onların işə praktik tətbiqində ziddiyyətli və yetərsiz yanaşma sərgiləmişdir. Konkret desək, hadisənin miqyasını, iddiaçının ailə üzvlərinin birbaşa zərər çəkməsini, uzunmüddətli psixoloji təsirləri və şəxsi həyatda kı təsirləri nəzərə almadan, yalnız 15.000 manat məbləğində kompensasiya müəyyən etməsi, həm qanunun tələblərinə, həm də ədalətlilik və mütənasiblik prinsiplərinə ziddir. Beləliklə, hərçənd ki, Ali Məhkəmənin müvafiq qərarına istinad edilir, lakin istinad olunan norma işin faktiki halları ilə üzvi surətdə əlaqələndirilməmiş, məhkəmə öz öhdəliyini – yəni zərərçəkənin keçirdiyi mənəvi sarsıntıların dərinliyini və nəticələrini lazımi səviyyədə aydınlaşdırmaq və bu əsasında ədalətli qərar çıxarmaq – yerinə yetirməmişdir. Bütün bunlarla yanaşı, Məhkəmə MM-in 1099-cu maddəsinin də tətbiqində səhvə yol vermişdir. Məhkəmə Qətnamənin 10cu səhifəsində qeyd etmişdir ki, işin araşdırılmış hallarından müəyyən edilir ki, hadisənin baş verməsində təqsirli "Şirvan Yüksək G ərginlikliElektrik Şəbəsi” MMC-n in Cəlilaba X12 Şəbəkə rayonunun “Ləkin" kəndyarımstansiyasının növbətçi elektrik mantyoru vəzifəsində işləyən QəhrəmanovƏlibala Yusub oğlu olmuşdur. 35/10 kV-luq “Ləkin" kənd yarımstansiyası 2015-ci ilədək "xxxx" M M C - n i ntabeliyində olması nəzərə alınmaqla hazırki iddia üzrə cavabdeh "X16 Şəbəsi” (REŞ) MMC hesab edilməklə iddiaçının tələbi yalnız ona münasibətdə təmin edilməlidir. Belə ki, Ləkin kənd yarımstansiyasının "xxxx" ASC-yə 2015-ci ildən sonra verilməsi və "X16 Şəbəsi”(REŞ) MMC-nin "xxxx" ASCnin tabeliyində olsa da, müstəqil hüquqi şəxs olması digər cavabdehlərin mülki məsuliyyətini istisnaedir. Bu hallar tələb olunan 60.000 manat məbləğində mənəvi zərərin ödənilməsini istisna edən şərait kimi qiymətləndirilə bilməz. Əksinə, baş vermiş hadisə və onun hüquqi çərçivəsi iddia nın tam təmin olunmasını zəruri edən əsaslı səbəblər təşkil edir. İlk növbədə, qeyd olunmalıdır ki, “X16 Şəbəkəsi” MMC "xxxx" ASC-nin struktur tabeliyində fəaliyyət göstərmiş və onun rəhbərliyi və inzibati nəzarəti altında fəaliyyətini həyata keçirmişdir. Bu baxımdan, adıçəkilən MMC-nin fəaliyyətinə cavabdehlik daşımaq birbaşa "xxxx" ASC-nin vəzifələrindən biri kimi qiymətləndirilməlidir. Əgər tabeliyində olan qurumun əməkdaşı tərəfindən yol verilmiş ciddi səhlənkarlıq nəticəsində insan həyatı itirilmişsə, bu halda aidiyyəti qurum – yəni "xxxx" ASC – həmin hərəkətə görə məsuliyyətdən kənarda qala bilməz. Digər tərəfdən, hazırda “X16 Şəbəkəsi” MMC-nin faktiki olaraq "xxxx" ASCnin tərkibində fəaliyyət göstərməsi də hüquqi baxımdan mühüm əhəmiyyət kəsb edir. Belə ki, Ləkin kəndində yerləşən y arımstansiyanın "xxxx" ASC-nin tabeliyinə verilməsi, həmin ASC-nin bu infrastruktur və ona nəzarətlə bağlı bütün hüquq və vəzifələri icra etməsini təsdiqləyir. Praktik olaraq "xxxx" ASC “X16 Şəbəkəsi” MMC-yə məxsus resurslardan və hüquqlardan istifadə edir, onun fəaliyyətinə ümumi nəzarət edir və nəticə etibarilə bu fəaliyyət çərçivəsində baş verən hüquq pozuntularına görə də məsuliyyət daşımalıdır.

36. Hadisənin üzərindən 15 il keçmiş olması, itkinin ağırlığını və onun doğurduğu mənəvi iztirabları azalda bilməz. Zaman bəzi yaraları səssizləşdirə bilər, lakin övlad itkisi — valideynin canından qopan bir parça qədər acıdır və bu ağrı həyatın heç bir mərhələsində tamamən sönmür. Uşaq itkisi yalnız bir faciəvi hadisə deyil, həm də valideynin gələcəklə bağlı bütün ümidlərinin, planlarının, arz ularının birdəfəlik dağılmasıdır. Məhkəmənin də istinad etdiyi hüquqi mövqedə "yaxın" anlayışının yalnız qan qohumluğuna əsaslanmadığı, şəxsi və mənəvi bağlılığın, birgə həyatın və təsərrüfatın aparılmasının vacib göstərici olduğu bildirilmişdir. Belə olan halda, uzun illər ərzində susaraq dərdini içinə çəkmiş bir valideynin illər sonra ədalət istəməsi, keçirdiyi mənəvi sarsıntının azaldığını deyil, əksinə, illərlə çəkilən iztirabın hüquqi səviyyədə tanınmasına ehtiyac duyduğunu göstərir. Həmçinin qeyd olunmalıdır ki, bu müddət ərzində valideynin məhkəməyə müraciət etməməsi onun duyğularının zəiflədiyini deyil, bəlkə də övlad itkisi ilə psixoloji mübarizəsində gec də olsa ədalət axtarışına çıxma gücünü yeni tapa bildiyini göstərir. Ədalət gecikə bilər, lakin bu onun vacibliyini və zərurili yini aradan qaldırmır. Nəhayət, təyin edilmiş 15.000 manat məbləğ, bu miqyasda bir itkinin əvəzini çıxmağa heç cür yetərli deyil. Bu rəqəm hüquqi formalizmin arxasında gizlənən insan hisslərini, ruhun dağılmasını və bir valideynin qəlbində heç vaxt sağalmayan yaranı ifadə etməyə qadir deyil. Əksinə, bu cür məbləğ mənəvi zərərin simvolik deyil, real və ciddi nəticələri olan bir hal kimi tanınmasını zəiflədir. Bu səbəbdən də hesab edirlər ki, məhkəmə mənəvi təzminatın miqdarını müəyyən edərkən təkcə keçən vaxtı deyil, yaranan boşluğu, yandıran sükutu və valideynin övladını hər gün ürəyində yenidən dəfn etməsini də nəzərə almalı idi.

37. Təqdim olunan sübutlar üzrə məhkəmə yalnız bir tərəfi müdafiə edən və birgə cavabdehlərin mövqeyini qorumağa yönəlmiş materialları nəzərə almışdır. Bu, məsəl ənin hərtərəfli araşdırılmadığını və yalnız bir tərəfi müdafiə edən sübutların əsas götürüldüyünü göstərir. Məhkəmə, yalnız müəyyən bir cavabdehə — “X16 Şəbəkəsi” MMC-yə münasibətdə qərar qəbul edərək, məsələnin digər tərəflərinin hüquqlarını nəzərə almamışdır. Bu yanaşma, məsələnin obyektiv qiymətləndirilmədiyini və nəticədə yalnız bir tərəfin maraqlarına uyğun qərar verildiyini göstərir. Həqiqətən də, hər iki tərəfi əhatə edən sübutların tam qiymətləndirilməsi, məhkəmənin yalnız bir cavabdeh üzərində qərar verməsindən fərqli olaraq, daha balanslı və ədalətli nəticəyə gətirib çıxara bilərdi. Bu vəziyyət, ədalətin düzgün təmin edilməməsi və hüquqların qeyri-bərabər qiymətləndirilməsi ilə nəticələnmişdir.

38. Məhkəmə mənəvi zərərin tam təmin edilməməsi üçün qətnamədə heç bir tutarlı məqam qeyd etməmişdir. Məhkəmə qətnamənin 12-ci səhifəsində "xxxx" ASC-nin hadisədən sonra təsis edilməsini, eləcə də "xxxx" ASC-nin “X16 Şəbəkəsi” MMC-dən asılı olmadan fəaliyyət göstərdiyini bildirərək iddianı qismən təmin etmişdir. Məhkəmə belə qənaətə necə gəlmişdir? Ətraflı araşdırma etmədən birgə cavabdehlərin müstəqil fəaliyyət göstərdiyini və ya hadisə baş verdikdə "xxxx" ASC-nin təsis olmadığını qeyd edərək necə qanuni qətnamə qəbul edə bilər. İddiaçının iki övladı da o qəzada müxtəlif cür qurban olmuşdur. Ödəniləcək məbləğin heç bir halda hadisənin fəsadlarını aradan qaldırmayacağını bilsə də, məhkəmənin əsassız qətnaməsi ilə ona vurulan zərərin tam şəkildə ödənilməməsi hüquq sisteminə olan inamının itməsinə səbəb olur. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması za manı məhkəmə cavabdehlərin maddi durumunu nəzərə almamışdır. Cavabdehlərin maddi durumu kifayət qədər yüksəkdir. Cavabdehlərin nizamnamə kapitalı milyardlarla ölçülən bir həddədir. Bu barədə kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışda açıq-aşkar görünür. Nəzərdə tutulan maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi məhkəmənin qanunsuz və əsassız qətnamə çıxarması ilə nəticələnmişdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini ancaq bu iztirabı yaşayan şəxs olaraq o bilir. Hər bir şəxsin daxilində yaşadığı, çəkdiyi əzab-əziyyətlər, hadisənin təsiri məhz ona xasdır, onun hadisəyə psixoloji reaksiyası ilə xarakterizə olunur. Onsuz da tələb edilən məbləğ çox cüzidir, bir də məhkəmə tərəfindən təmin edilən 15.000 manat kompensasiya id diaçının çəkdiyi əzabların, iztirabların dərəcəsinə qeyri-mütənasibdir. Övladının itkisi ilə üzləşərkən məhkəmənin belə bir ədalətsiz məbləğ təyin etməsi ona çox pis təsir edir. Məhkəmə bu məbləğin iddiaçını təsəlli etmək üçün kifayət qədər olduğunu heç bir formada əsaslandırmamışdır. Məhkəmə dəymiş mənəvi zərərə görə iddiaçıya təyin etdiyi kompensasiyanın həcmini qərarında kifayət qədərəsaslandırmamışdır.

39. Məhkəmə sübutlarıdüzgün tədqiq etməmiş, işə bir tərəfli yanaşmış, hər tərəfli, qərəzsiz və obyektiv araşdırmamışdır b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.6. Ba şqa şəxsə zərər vurulması.

42. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

43. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

44. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkə t və ya hərəkətsizlikdir).

45. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır

46. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

47. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

48. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi v ə ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı

49. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) h üquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

53. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

54. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı mün asibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

60. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətin əsasən apellytasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətlərində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür və apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfində n işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

67. Ona görə də kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2025-ci il tarixli 2(103) -1311/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar