Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1829/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı və iddiaçı Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ (Açar sözlər: qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Cavabdeh İddiaçınə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-284/2025 nömrəli iş üzrə 17 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı kassasiya şikayətinə 17 iyun 2025- ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Təbii X5nın pozulması haqqında xx.xx.2022-cü il tarixli, ******* saylı akta görə abonent Cavabdeh təbii qazdan sayğacdan kənar istifadə edir. Həmin akt asasında Cavabdeh 8812,8 (73440 kub metr X 0,12 manat = 8812,8 manat) manat borc hesablanmışdır. 2. xx.xx.2023-cü il tarixli ******* saylı təbii X5nın pozulması haqqında akta görə İddiaçı İB-nin 29/1710-04986-1 saylı rəyinə əsasən **********7 nömrəli sayğacdan qaz keçir, lakin hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Həmin akt asasında Cavabdeh 1036,8 (8640 kub metr X 0,12 manat = 1036,8 manat) manat borc hesablanmışdır.
3. Abonentin saldosun görə, verilən qaz xətti üzrə **********400040 sayla qeydiyyata alınmış abonent koduna (Cavabdeh) 2023-cü ilin dekabr ayınadək ümumilikdə 10322,95 (9867,2 manat aktlar əsasında hesablanmış borc, 455,75 manat qazdan istifadəyə görə hesablanmış debitor borc) manat zərər hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona vurulmuş 10322.95 manat, hüquqi yardım üçün ödənilmiş 400 manat, ödənilmiş 122.17 manat dövlət rüsumu əvəzi, ümumilikdə isə 10845,12 manatın məcburi qaydada tutularaq Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2019-ci il tarixində AK1-32647 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00040 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner Mexaniki G-4 **********971 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh qeyd edilən müqavilənin 2.3.2-ci yarım bəndinin (Müqavilənin və “X5”nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tər əfindən “Təbii X5nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, 1. 2019-ci il üzrə 1 akt olmaqla cəmi 17,6 manat; 2. 2022-ci il üzrə 1 akt olmaqla cəmi 8812,8 manat; 3. 2023-cü il üzrə 1 akt olmaqla cəmi 1036,8 manat Ümumilikdə 9867,2 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). Cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq “Azəriqaz İB”-yə 455,75 manat məbləğində qaz sərfiyyatı borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 10322,95 manat t əşkil etməkdədir.
6. İddiaçı Cavabdeh İddiaçınə qarşı əsassız hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanına dair hesablanmış 10322,95 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbləri onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. İddiaçı İB ilə aralarında 08 aprel 2020-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı” müqaviləsi bağlanmışdır. İddiaçı İB tərəfindən Xəzər rayonu, Türkan qəsəbəsi Poçt küçəsi ev 0040 ünvanında qaz itkisinin yarandığı müəyyən edilmiş, 10322,95 manat məbləğində borc hesablanmışdır. Fiziki şəxs olan istehlakçını İddiaçı İB tərəfindən ona məxsus olan qaz sayğacının işlək vəziyyətdə s axlanılmasına görə cavabdehliyi İddiaçı İB daşıdığı halda qaz sayğacında yaranmış qüsura görə 10322,95 manat məbləğində borcun hesablanmasına əsas olmuş hallar tamamilə qanunsuz və əsassız olduğu üçün həmin borc məbləği silinməlidir. "Azəriqaz” İB mənzildən kənarda quraşdırılmış sayğacdakı pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür. Ona məxsus **********00040 saylı abonent hesabına hesablanmış 10322,95 manat məbləğində borcun həmin hesabdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. "Azəriqaz” İB-nin əməkdaşları onun xəbəri olmadan qaz 10322,95 manat cərimə yazılmışdır. İddiaçı İB-yə tərəfindən tərtib edilmiş aktdan onun heç vaxt xəbəri olmamış, heç vaxt məlumat ve rməyiblər ki, onun borcu var.
8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1403/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərardadı ilə İddiaçı (bundan sonra iddiaçı-cavabdeh) Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair e-2(003)-1271/2024 mülki iş iddiaçı Cavabdeh (bundan sonra cavabdeh-iddiaçı) İddiaçı İB-yə qarşı borcun silinməsi tələbinə dair 2(003)-1403/2024 nömrə mülki iş ilə bir icraatda birləşdirilmişdir.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1271/2024 saylı, 14 may 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı İB-nin iddiasının qismən təmin edilərək Cavabdeh 870,47 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 10 manat ümumilikdə 880,47 manat alınaraq İddiaçınə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 112,17 manat hissəsinin İddiaçı İB-nin öz ünə aid edilməsi, İddiaçı İB-nin iddiasının qalan hissədə təmin olunmaması, Cavabdeh iddiasının da qismən təmin edilərək İddiaçı tərəfindən Cavabdeh məxsus ünvana aid qaz sayğacına hesablanmış 9452,48 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (hakim Emin Məmmədli).
10. Məhkəmə təqdim olunmuş sübutları mülki prosessual qanunvericiliyin tələblərinə əsasən qiymət verərək hesab etmişdir ki, İddiaçıin və Cavabdeh mübahisələndirdiyi akt(lar) hər iki iddia tələblərinin predmetlərini təşkil edir. Bu səbəbdən də mövcud tələblər məcmu halında qiymətləndirilməlidir.
11. İş materiallarından müəyyən olunmuşdur ki, abonent saldosu üzrə yaranmış borcun 9867,20 manat məbləğində olan hissəsi aktlar əsasında, 455,75 manat məbləğində olan hissəsi isə təbii qazdan istifadəyə görə yaranmış borcdur.
12. Məhkəmə ilk öncə hər iki tələb üzrə borcun hesablanmasına əsas olmuş aktalara ayrı-ayrılıqda qiymət verərək qeyd etmişdir ki, Cavabdeh 2019-cu ildə və 2023cü ilin yanvar ayında aktlar əsasında hesablanmış borc silinməlidir. 13. 30.01.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 1036,80 manat borca münasibətdə qeyd olunmalıdr ki, sayğacdan keçın qazın hesablama mexanizminin qazın həcmini qeyd etməməsində abonentin təqsiri yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edi lir, quraşdırılır və dəyişdirilir. Cavabdeh həqiqətən də aktın tərtib edildiyi vaxt təbii qazdan qeyri-qanuni istifadə etdiyini etiraf edərək, aktda dəymiş zərərin düzgün hesablanmadığını bildirir. Bununla da, Cavabdeh təbii qazdan qeyri- qanuni istifadə edilməsi hissəsində İddiaçı İB-nin tələbini qəbul etməklə İddiaçı İB-ni bu hissədə sübut etmə yükündən azad etmiş olur, həmin halların İddiaçı İB cavabdeh tərəfindən sübut edilməsi zərurəti aradan qalxmış olur.
14. İddiaçı İB tərəfindən Cavabdeh sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə görə tərtib edilmiş akt əsasında Cavabdeh 8812,8 manat ziyan hesablansa da, işin hallarının məhkəmədə tədqiqi zamanı həmin məbləğdə ziyanın hesablanmasını əsaslandıran, yəni Cavabdeh məhz 8812,8 manat məbləğdə b orcunun yaranmasına dair əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir.
15. Belə ki, Cavabdeh tərəfindən sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etməsi halı onun etirafı ilə müəyyən edilsə də, bu barədə akta əsaslanmaqla itirilmiş qazın bərpası üçün dəymiş ziyan üçün 73440 kub metr həcmində sərfiyyatın və onun dəyərinin dəyəri 8812,8 manat məbləğində ziyan qanuni və əsaslı hesab edilə bilməz.
16. Cavabdeh evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur. Lakin iddiaçı yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsədə, ona ziyan hesablanarkən qaz avadanlıqlarının orta günlük iş rejimi 24 saat və 360 gün götürülməklə iddiaçıya zərər hesablanmışdır. Məhkəmə qeyd etmişdir ki, qaz avadanlıqlarının orta günlük iş rejminin 24 saat və dəymiş zərərin 360 günə görə hesablanması ağlabatan hesab etmək olmaz. Belə ki, Cavabdeh özüdə qaz xəttdindən qanunsuz istifadə etdiyini bildirsə də bu halın 2022-ci ilin dekab ayında etdiyini bildirmiş, cavabdeh təşkilat isə bunun əksini sübut edə bilməmişdir.
17. Beləliklə, Cavabdeh evində qanunsuz qaz xəttindən istifadə olunmuşdur, həmin vaxt üçün qaz sərfiyyatı hesablanarkən orta günlük iş rejimi 24 saat olaraq hesablansa da, orta günlük iş rejiminin PQ4 qaz avadanlığı üçün 8 saat, qənaətli su qızdırıcısı qaz avdanlığı üçün 12 saat, dəmir soba qaz avadanlığı üçün 24 saat, İran sobası qaz avadanlığı üçün 24 saat olaraq 30 günə hesablanması ağlabatan və işin hallarına uyğundur.
18. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, itirilmiş təbii qazın bərpasına dair zərərin hesablanma müddəti PQ4 qaz ava danlığı üzrə günlük orta iş rejimi 8 saat, QSSQ qaz avadanlığı üzrə günlük orta iş rejimi 24 saat, dəmir soba üzrə qaz avadanlığı üzrə günlük orta rejim 24 saat, İran sobası qaz avadanlığı üzrə günlük orta rejimi 24 saat olmaqla hesablanmalıdır. Bu səbəbdən, xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə PQ4 qaz avadanlığı üçün 1,2x8x30=288 kub metr olmaqla 34,56 manat (288x0,12), QSSQ qaz avadanlığı üçün 3x12x30=1080 kub metr olmaqla 129,6 manat (1080x0,12), dəmir soba üçün 1,4x24x30= 1008 kub metr olmaqla 120,96 manat (1008x0,12), İran sobası üçün 1,5x24x30=1080 kub metr olmaqla 129,6 manat (1080x0,12) həmin akt üzrə cəmi 414,72 manat məbləğində borcun Cavabdeh hesablanması ədalətli və ağlabatandır.
19. Qeyd edilənlərə əsasən ilk iddia tələbi və digər iddia tələb bu hissədə qismən təmi n edilməli, qaz sərfinə görə (abonent kodu: **********00040 olan) xx.xx.2022ci il tarixli, ******* saylı akt əsasında 414,72 (8812,80-8398,08=414,72) manat məbləğində qaz sərfiyyatı Cavabdeh tutularaq İddiaçı İstehsalay Birliyinə ödənilməli, 8398,08 manat borc silinməlidir.
20. Bundan başqa abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə Cavabdeh hesablanmış 10322,95 manat borcun 455,75 manatı (ödənişlər nəzərə alınmaqla) təbii qaza görə sayğac göstəricisinə əsasən hesablanmış borcdur.
21. Məhkəmə iddia tələbini həmin hissəsinə qiymət verərək hesab etmişdir ki, ilk iddia bu hissədə əsaslı olduğundan 455,75 manat Cavabdeh alınaraq İddiaçınə ödənilməli, digər iddia isə əsassız olduğundan təmin edilməməlidir.
22. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Na zirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 4.2, 6.5, 6.6, 6.7, 6.1.2-ci, Mülki Prosessual Məcəllənin 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
23. Qətnamədən İddiaçın apellyasiya şikayəti verərək qətnamənin dəyişdirərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş aktlar cavabdeh tərəfindən Birliyə vurulmuş zərərləri sübut etmişdir. Məhkəmə vurulmuş ziyanın faktiki hallarını müəyyən etməmişdir. Belə ki, məhkəmə vurulmuş ziyanın cavabdeh tərəfindən olmadığını qeyd etsə də, işin faktiki hallarını araşdırmamışdır. Həmçinin alqı -satqı müqaviləsini və mülki işə əlavə edilmiş arayışı əsas gətirərək iddianı rədd etmişdir. İddiaçı təşkilat heç bir mülkiyyətin sonrakı mülkiyyətçisini müəyyən etmək qabiliyyətində və səlahiyyətində deyil. Bu da özlüyündə ziyanın bilavasitə cavabdeh tərəfindən vurulduğunu təsdiq etməkdədir. Bununla yanaşı, cavabdeh vurulmuş ziyanın onun tərəfindən vurulmadığını bildirsə də, buna dair heç bir sənəd təqdim edə bilməmişdir. Məhkəmədə ilkin iddia üzrə cavabdeh 3 gün müddətdindən qoşulmadan istifadə etdiyini qeyd etmiş, məhkəmə isə onun mülahizəsini qətnamənin qəbul edilməsi üçün əsas kimi qəbul etmişdir. Məhkəmə öz mülahizəsinə əsaslanan iddia tələbinə hüquqi münasibət bildirmişdir. Halbuki, məhkəmə təqdim edilmiş sübutlara nəzər yetirmiş olsa idi, hazırki nəticəni əsas kimi qəbul etməzdi. 2
5. Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərkibi 2(103)-4437/2024 saylı, 09 sentyabr 2024-cü il tarixli qərardadı ilə Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi yerləşən 0040 saylı fərdi yaşayış evinə (abonent kodu **********00040) ilə bağlı sayğacsız qazdan istifadə etməsi nəzərə alınmaqla (aktlar 2019-2023-ci illəri əhatə edir, özünün deməsinə görə xx.xx.2022-ci il tarixli akt üzrə olan dövrdə qaz sayğacının labaratoriyaya aparması səbəbindən sayğacdan kənar qaz xəttindən 3 gün istifadə edib) hesablanan borcun məbləği yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinin Nazirlər Kabinetinin yaxud Tarif Şurasının müəyyən etdiyi qaydalara uyğun düzgün hesablanıbhesablanmamasının; eləcə də həmin fərdi yaşayı ş evi ilə bağlı sayğacsız qazdan istifadə etməsi nəzərə alınmaqla (aktlar 2019-2023-ci illəri əhatə edir, özünün deməsinə görə xx.xx.2022-ci il tarixli akt üzrə olan dövrdə qaz sayğacının labaratoriyaya aparması səbəbindən sayğacdan kənar qaz xəttindən 3 gün istifadə edib) nəzərə alınmaqla borcun (zərərin) məbləğini müəyyən etmək mümkün olmasa, analogiya üzrə "X5"nın 6.5-ci, 6.51-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq evdə olan qaz işlədicilərinin sayı, istifadə dövrü və ödədiyi məbləğlər nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının 2022-ci ilin dekabr ayı üzrə və ya həmin ay da daxil olmaqla əvvəlki 1 il üzrə nə qədər olduğunun müəyyən edilməsi üçün bu sahədə xüsusi biliyə malik Energetika Nazirliyinin Enerji X1 ixtisaslaşmış mütəxəssis (ekspert) rəyinin alınması qərara al ınmışdır.
26. Energetika Nazirliyinin Enerji X2 Bakı Filialının 3-15-2-1/2-2234/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, 2022-ci il üzrə istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövr qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci ii 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “X5”na (bundan sonra - Qaydalar) dəyişiklik edilməsl barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu səbəbdən də Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi ünvanında yerləşən 0040 say lı fərdi yaşayış evində (Abonent kodu: **********00040) təbii qazdan sayğacdan kənar istifadə ilə bağlı 2022-ci ilin dekabr ayında "Azəriqaz" İB tərəfindən yazılmış akt üzrə hesablanmış 73440 m3 qaz həcminin, yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinin düzgün hesablandığını müəyyən etmək mümkün deyil.
27. Analogiya üzrə həmin Qaydaların 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsaslanaraq, cavabdehin yaşayış evində istifadə olunan 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1,2 m3,1 ədəd İran istehsalı olan istilik sobasının maksimal saatlıq qaz sərfi 1,5 m3,1 ədəd qeyri standart su qızdırıcısının maksimal saatlıq qaz sərfı 1,5 m3, 2 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfi 2,8 m3, işləmə rejimi 12 saat, 12 aylıq istifadə dövrü nəzərə alınaraq qaz paylayıcısına vu rulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün -1,2 m3 x 12 saat x 360 gün = 5184 m 3; 1 ədəd İran sobası üçün (qış mövsümü nəzərə alınmaqla) -1,5 m3 x 12 saatx 180 gün =3240 m3; - 1 ədəd qeyri-standart su qızdırıcısı üçün 1,5 m3x 12 saat x 360 gün = 6480 m3; - 2 ədəd dəmir soba üçün - 1,4x2x12x180 = 6048 m3. Ümumilikdə 2022-cu il ərzində istehlak edilmiş təbii qazın həcmi 5184 m3 + 3240 m3 + 6480 m3 + 6048 = 20952m3 təşkil edə bilər.
28. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının hal-hazırda qüwədə olan "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hiss əsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200-2500 m3 olan hissəsi üçün hər 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2500m3-dən çox olan hissəsi üçün hər 1 m3-i 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq 2022-ci il ərzində qaz xəttinə qeyri-qanuni qoşulma halında hesablanan 20952 m3 qaz həcminin dəyəri 5017,0 manat (1200 m3x 0,12 manat = 144 manat; 1300 m3x 0,20 manat = 260 manat; 18452 m3x 0,25 manat = 4613 manat; 144 manat+260 manat+4613 manat = 5017 manat) məbləğində müəyyən edilə bilər.
29. Bundan sonra, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji X2 Bakı Filialının 3-152-1/22234/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli rəyi natamam olduğundan iş üzrə əlavə müətəxəss (ekspertiza) rəyi alınmalıdır.
30. Əvvəla ona görə ki, Energetika Nazirliyinin Enerji X2 Bakı Filialının 3-15-21/2-2234/2024 saylı, 16 oktyabr 2024-cü il tarixli rəyində 2-ci suala tam cavab verilməmişdir. Belə ki, 2-ci sualda...evdə olan qaz işlədicilərinin sayı, istifadə dövrü və ödədiyi məbləğlər nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının 2022-ci ilin dekabr ayı üzrə və ya həmin ay da daxil olmaqla əvvəlki 1 il üzrə nə qədər olduğuna cavab istənilsə də mütəxəssis(ekspert) evə baxış keçirərək 2022-ci ildə həmin evdə neçə ədəd qaz cihazı olduğunu müəyyən etməyib, həmçinin 1 ay üzrə, yəni 2022-ci ilin dekabr ayı üçün ayrılıqda hesablama aparmamışdır. Belə ki, Cavabdeh apellyasiya baxışında 2022-ci ildə onun evində yalnız 1 ədəd məişət tipli qaz plitəsi və 1 ədəd standart su qızdırıcısı(kombi) olduğun u, “İran” sobası və dəmir sobanın olmadığını göstərmişdir.
31. Göründüyü kim, bu cür vəziyyətdə həqiqət müəyyən edərək iş üzrə düzgün nəticəyə gəlmək mümkün olmur.
32. Ona görə də məhkəmə tərkibi hesab etmişdir ki, yenidən iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yaranmış və buna görə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)4437/2024 saylı, 09 dekabr 2024-cü il tarixli qərardadı ilə əlavə ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji X2nə həvalə edilməsi qərara alınmışdır.
33. Energetika Nazirliyinin Enerji X2 Bakı Filialının 3-15-2-1/2-204/2025 saylı, 16 yanvar 2025-ci il tarixli rəyində qeyd edilmişdir ki, 2022-ci il üzrə istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz p aylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövr qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “X5”na (bundan sonra - Qaydalar) dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu səbəbdən də Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Poçt küçəsi ünvanında yerləşən 0040 saylı fərdi yaşayış evində (Abonent kodu: **********00040) təbii qazdan sayğacdan kənar istifadə ilə bağlı 2022-ci ilin dekabr ayında "Azəriqaz" İB tərəfindən yazılmış akt üzrə hesablanmış 73440 m3 qaz həcminin, yaxud ümumiyyətlə itirilmiş qazın də yərinin düzgün hesablandığını müəyyən etmək mümkün deyil.
34. Analogiya üzrə həmin Qaydaların 6.5-ci, 6.5-1-ci ve 6.5-3 bəndlərinə əsaslanaraq, cavabdehin yaşayış evində istifadə olunan 1 edəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfı 1,2 m3, 1 ədəd kombi tipli su qızdırıcısının maksimal saatlıq qaz sərfi 2,6 m3, işləmə rejimi 12 saat, 1 aylıq (dekabr ayı) istifadə dövrü nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər; 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün -1,2 m3 x 12 saat x 30 gün = 434 m3, 1 ədəd kombi tipli su qızdırıcısı üçün - 2,6 x 12 x 30 gün = 936 m3; Ümumilikdə dekabr ayı üzrə 434 m3 + 936 m3= 1370 m3 və 2022-ci ilin dekabr ayı da nəzərə alınmaqla il ərzində istehlak edilmiş təbii qazın həcmi (1,2 m3 x 12 saat x 360 gün) =5184 m3 + (2,6 m3 x 12 saat x 360 gün) + 11232 m3 = 16416 m3 təşkil edə bilər.
35. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının hal-hazırda qüvvədə olan "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qəranna əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200-2500 m3 olan hissəsi üçün hər 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq qaz xəttinə qeyri-qanuni qoşulma halında 2022-ci ilin dekabr ayı ərzində hesablanan 1370 m3 qaz həcminin dəyəri 342,5 manat (1370 m3x 0.25 manat = 342,5 manat), 2022-ci il ərzi ndə hesablanan 16416 m3 qaz həcminin dəyəri isə 3883 manat (1200 m3 x 0,12 manat = 144 manat; 1300 m3 x 0,20 manat = 260 manat; 13916 m3x 0,25 manat = 3497 manat; 144 manat+260 manat+3497 manat = 3483 manat) məbləğində müəyyən edilə bilər.
36. Vətəndaşın 2022-ci il ərzində etdiyi 800 manat məbləğində ödənişi nəzərə alaraq 2022- ci il ərzində sayğacdan kənar qazdan istifadəyə görə dəymiş ziyanın məbləği 3883 manat- 800 manat = 3083 manat məbləğində müəyyən edilə bilər.
37. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-284/2025 nömrəli 17 fevral 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-1271/2024 saylı, 14 may 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hak imlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X4 ibarət tərkibdə)
38. Məhkəmə tərkibi qeyd etmişdir ki, maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı şikayətində istehlakçının təbii qazdan qeyri-qanuni istifadə etdiyini göstərsə də, buna dair iş materialında bu halı təsdiqləyən yalnız “Təbii X5nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli 2 akt, dəymiş ziyanın bərpasına dair 2 tələbnamə və qaz təchizatının dayandırılması barədə xx.xx.2022-ci il tarixli akt, birdə bir neçə vərəqdə ümumiyyətlə ünvanı, yeri, hansı şəxsə aid olduğu bilinməyən ərazidə çəkilmi ş, üzərində heç bir yazısı oxunmayan sayğac və qapı şəkli işdə mövcud olmuşdur. Düzdü ilkin iddiaçı iddiasında 2019-cu ildə də təbi X5nın pozulmasına dair akt tərtib edildiyini göstərsə də buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İşdə olan 2 akt və olmayan 1 akt üzrə cəmi tələb edilən məbləğ hesablanmışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən həqiqətən mübahisəli ünvanda akt tərtib edilmişdirsə ən azından bunun mötəbərliliyi üçün video çəkilişlər də edilə bilərdi. Nə qədər təəcüblü olsa da əməkdaşları “qanunsuz qoşulma faktını” aşkar edilməsinə dair akt tərtib edir, lakin qanunvericiliyin tələbinə və vəzifə təlimatlarına uyğun olaraq sayğacdan kənar qeyriqanuni hesab etdikləri qaz xəttini dərhal ləğv etmir və bu barədə aktda qeyd aparmır yaxud sonradan ləğv etdiklərinə dair də məhkəməyə heç bir sübut təqdim etmir. Yalnız təqdim etdikləri aktda yaxud dəymiş ziyanın bərpasına dair tələbnamədə görüləcək tədbir kimi “sayğacdan kənar əlavə xətt ləğv edilsin, dəymiş ziyan hesablanıb ödənilsin” qərarının olması qanunsuz qoşulmanı yaxud onu ləğv etməni təsdiq etmir. Düzdü sayğacdan kənar xəttin dayandırılması barədə xx.xx.2022-ci il tarixli akt tərtib edildiyi qeyd olunur. Lakin həqiqətən qanunsuz qoşulma faktı və bunun qaynaqla kəsilməsi yaxud hansısa formada dayandırılması prosesi videoyazı vasitəsilə qeydə alına bilərdi və bu zaman həmin aktın mötəbərliliyi də əhəmiyyət kəsb edərdi. Amma nədənsə bu video yazı aparılmamışdır, hər hansı bir mötəbər sübut mövcud deyil, apellyasiya şikayətinə də bu barədə hər hansı bir sübut əlavə edilməmişdir.
39. Bundan əlav ə, İddiaçı tərtib etdiyi təbii X5nın pozulması haqqında aktlar iddia tələbinə əsaslı edən, yaxud digər iddiaya qarşı etirazı əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Əvvəla, bu aktlar məhz istehlakçının saygaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki bu aktlar yalnız İddiaçı maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli akta görə abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edirdisə və bu akta əsasən 8812,8(səkkiz min səkkiz yüz on iki manat, səksən qəpik) manat zərər vurulduğunu görürdüsə, bu vaxta qədər “Qaz təchizatı haqqında” Qanunun 8-1-ci maddəsinin imperativ tələbinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı olaraq qanunsuz xətti dərhal q azpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmaq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edib həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli olduğu halda qanundan irəli gələn bu vəzifəsi üzrə hansı səbəbdən tədbir görmədiyinin yaxud qaz sərfiyyatına görə borc tələb etməməsinin səbəblərini də göstərmir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, ha nsısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki istehlakçının, ümumiyyətlə hansısa şəxsin qaz paylacıya hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Buna görə də istehlakçının qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür.
40. Bundan başqa, digər iddia üzrə iddiaçı Cavabdeh həm birinci, həm də apellyasiya baxışı zamanı sayğacın dəyişdirilməsi ilə əlaqədar təbii qazdan 3 gün müddətində sayğacdan kənar istifadə etdiyini etiraf etmişdir. Onun bu, 3 gün müddətində qazdan sayğac olmadan istifadə etməsi iş materiallarında olan sübutlarla təsdiq olunur. Belə ki, həqiqətən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktla mexaniki tipli **********7 sayğac, smart tipli **********971 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Cavabdeh həmin vaxt məhz smart tipli sayğac üçün nəzərdə tutulan ödəniş kartını 3 gün ərzində əldə edə bilmədiyi üçün məcbur qalaraq smart sayğacı sökməklə qazdan istifadə etmişdir. Bununla əlaqədar, barəsində xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Cavabdeh smart tipli qaz sayğacından kənar istifadə etməsinin özünün dediyi kimi bir neçə gün olmasını işdə olan digər sübut da təsdiq edir. Belə ki, xx.xx.2023-cü ildən artıq onun tərəfindən ilk dəfə smart tipli sayğaca 36 manat, sonrakı aylarda da müvafiq ödənişlər edildiyi təsdiq olunur. Göründüyü kimi, cəmi bir neçə gün, istehlakçının etiraf etdiyi kimi 3 gün ərzində sayğacdan kənar məhz istehlak məqsədilə istifadə edilməsinə görə 8812,80 manat borc yaxud zə rər hesablanması açıq-aşkar hüquqdan pis niyyətlə istehlakçıya zərər vurmaq məqsədi daşıyır. Əvvəla ona görə ki, iddiaçının həmin tarixədək (2019-cu ildə tərtib edildiyi iddia olunan, lakin mövcud olmayan akta görə hesablanmış 17,6 manat istisna olmaqla) qazdan qeyri-qanuni istifadə etməsinə dair qaz paylayıcı tərəfindən hər hansı bir iddia və sübut olmamışdır. Demək ki, xx.xx.2022-ci ilədək Cavabdeh qaz sayğacından kənar istifadə etməsi və buna görə borcu olması təsdiq olunmur.
41. Bundan əlavə, həm məhkəmə qərardadına əsasən İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən, həm də Enerji X2 Bakı Filialının 3-15-2-1/2-204/2025 saylı, 16 yanvar 2025-ci il tarixli rəyindən də görünür ki, Cavabdeh tərəfindən 2022-ci ilin mart ayında təbii qazın istehlakı ilə əlaqədar 800 manat ödəniş edilmişdir. Deməli, həmin ilin dekabr ayınadək, o cümlədən yaz, yay və payızın iki ayı üzrə qaz istehlakının kifayət qədər az olması nəzərə alınmaqla qeyd olunan dövrdə nəinki 8812,80 manat, heç onun 1/20 hissəsi qədər qaz istehlakı da inandırıcı və ağlabatan deyil.
42. Beləliklə, xx.xx.2023-cü il tarixli ******* saylı təbii X5nın pozulması haqqında aktdan görünür ki, həmin akt İddiaçı İB-nin 29/171004986-1 saylı rəyinə əsasən **********7 nömrəli sayğacın hesablama mexanizmindən keçən qazın həcmini qeyd etməməsinə görə tərtib olunub. Həmin akt asasında Cavabdeh 1036,8 (8640 m3 x 0,12 manat = 1036,8 manat) manat borc hesablanmışdır. Demək ki, qeyd olunan akt da xx.xx.2022-ci ilədək mövcud olan **********7 nömrəli mexaniki sayğacın istismara yararsız olduğuna görə tərtib edilmişdir. Belə çıxır ki, x x.xx.2022-ci ilədək istehlakçıya həm **********7 nömrəli mexaniki sayğacın istismara yararsız olmasına görə xx.xx.2023-cü il tarixli akta əsasən 1036,8 manat borc hesablanır, həm də xx.xx.2022-ci ildə aşkar olunmuş bir neçə gün ərzində ödəniş kartı olmadan qazdan istifadə edilməyə görə 8812,8 manat hesablanır. Bu hallar da bir daha təsdiq edir ki, istehlakçı tərəfindən 2022-ci il ərzində tələb edilən məbləğdə heç bir halda qaz istehlak edilə bilməzdi.
43. Nəzərə alınsa ki, 2022-ci ilin mart ayında Cavabdeh tərəfindən qaz istehlakına görə 800 manat ödənilib və həmin vaxt onun heç bir borcu qalmadığı halda, hazırkı iş üzrə isə çıxarılan qətnamə ilə istehlakçıdan 2022-ci ilin dekabr ayı da daxil olmaqla 455,75 manat (ödənişlər nəzərə alınmaqla) təbii qaza görə sayğac göstəricisinə əsasən hesa blanmış borc, bir neçə gün ərzində qazdan sayğacsız istifadəyə görə isə 414,72 manat, cəmi 870,47(414,72+455,75) manat tutularaq İddiaçınə ödənilmişdir, deməli birinci instansiya məhkəməsinin ilkin iddianın təmin edilməyən hissəsində gəldiyi nəticə işin hallarına uyğun olaraq düzgün və ədalətli olmuşdur.
44. Apellyasiya məhkəməsi Energetika Nazirliyinin Enerji Məsələləri üzrə Tənzimləmə Agentliyinin yuxarıda qeyd olunan rəyləri üzrə də hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, qeyd olunan rəylərdə istehlakçının qaz paylayıcıya zərər vurubvurmamasının yoxlanıldığı qeyd olunmamışdır. Başqa sözlə, bu rəylərdə sayğacdan kənar qoşulma halı təsdiq olunacağı təqdirdə(halında) istehlakçının istifadə etdiyi qaz cihazlarının növü, sayı və istifadə dövrü nəzərə alınmaqla qaz payla yıcısına vurulmuş zərərin məbləğinin müəyyən edilə biləcəyi göstərilmişdir. Təsadüfü deyil ki, hər iki rəydə "Azəriqaz" İB tərəfindən yazılmış akt üzrə hesablanmış 73440 m3 qaz həcminin, yaxud ümumiyyətlə itirilmiş qazın dəyərinin düzgün hesablandığını müəyyən etmək mümkün deyil qeydi göstərilmişdir. Demək ki, rəylərdə istehlakçının qaz sayğacından kənar qazdan istifadə etdiyi müəyyən edilməyib. İstehlakçının həqiqətən də etiraf etdiyi müddətdən artıq belə bir qanunsuz hərəkəti olmuşdursa bu halı sübut etmək yükü qaz paylayıcının üzərinə düşür. Çünki qaz paylayıcı istehlakçının ona belə bir zərər vurması barədə akt tərtib edib zərər hesablamışdır. İstehlakçının da İddiaçınə zərər vurmadığını sübut etmək kimi bir vəzifəsi olmamışdır. Çünki neqativ sübut edilmir.
45. Məhkəmə xüsusilə vurğula mışdır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, İddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür ilkin iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda deliktlərdən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
46. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 425.1, 442,1096.1,1096.2 və 1097.1-ci, Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.2, 8.1 və 13.9-cu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3, 18.1, 18.2 və 26-ci, Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X5» bənd 1.3, 4.2,4.8,5.2, 5.6 və 6.5-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü ma ddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
47. İddiaçı-cavabdeh İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-284/2025 nömrəli 17 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 21.1, 21.2, 386, 1096 və 1097.1-ci, “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci, Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 217.1-ci maddələri, Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3 və 6.5-ci bəndləri pozulmuşdur.
49. Belə ki, İddiaçı İB-nin əmək daşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X5nın pozulması haqqında” Aktla rəsmiləşdirilmiş və fotoşəkillər çəkilmişdir. Daha sonra, həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmış və istehlakçıya məxsus abonent saldosuna onun tərəfindən könüllü ödənilməsi məqsədi ilə yerləşdirilmişdir. Odur ki, İddiaçı İB-nin əməkdaşl arı tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar (tələbnamə, abonent saldosu, fotoşəkil) Birliyə vurulmuş zərəri sübut edir. Cavabdehin əməkdaşları tərəfindən akt tərtib olunarkən çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Belə olan halda, İddiaçı İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi şikayəti təmin (dəlillər) etməməklə səhv nəticəyə gəlmişdir.
50. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
52. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çı xmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
53. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir.
54. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
55. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
56. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
57. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi z ərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
58. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
59. Maddə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqın da iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq q az sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir.
60. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki ba xışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
61. Maddə
3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır.
62. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir.
63. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
64. Maddə
26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X5»:
65. Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həm in müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.
66. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
67. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
68. Bənd 5.2(25 iyun 2023-cü ilədək olan redaksiya). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
69. Bənd 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə).
70. Bənd 6.5 (25 iyun 2023-cü ilədək olan redaksiya). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli dir.
71. Bənd 6.5 (25 iyun 2023-cü ildən qüvvədə olan redaksiya). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylay ıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
74. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
75. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
76. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
77. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
78. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
79. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
80. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
81. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
82. İddiaçı-cavabdeh İddiaçı İB tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndir məyə zərurət görmür.
83. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
84. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermi r. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı-cavabdeh “Azəriqa” İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (103)-284/2025 nömrəli iş üzrə 17 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.