Məhkəmə qərarları › İş №2(102)-183/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-183/2020

04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-183/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi X1, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X9) alqı-satqı və mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Hüseynov, hakimlər A.İmanov və V.Sadıqov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin B akı Şəhər Ərazi İdarəsinə qarşı üçüncü şəxs X9 ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab olunması, Cavabdeh1 adına verilmiş xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələbləri ni pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İşin mübahisə edilməyən hallarına görə, Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli sərəncamı ilə, Bakı şəhəri, Nərimanov rayonu, Moskva (H.Əliyev) prospekti, 54 nömrəli evin, 6 nömrəli mənzilin X6 ayrılması ilə bağlı order verilmiş, xx.xx.1996-cı il tarixdə həmin mənzil onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. xx.xx.1998-ci il tarixli müqaviləyə əsasən, Ə.Hüseynov mübahisəli mənzili Cavabdeh1 satmış, həmin müqavilə əsasında N.Qurbanobun mülkiyyət hüququ xx.xx.1998-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan başqa Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh1 Kamal oğlunun cavabdehlər X2, X7, X8, X3 və X4 qarşı iddiası təmin edilmiş, cavabdehlərin iddiaçının mülkiyyətində olan mübahisəli mənzildən çıxarılmaları qət edilmişdir. Qətnamə mübahisələndirilmiş və dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəyə minmişdir. Eyni zamanda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı Çəhəri Nərimanov Rayon İcra hakimiyyətinə qarşı (üçüncü şəxs X9) iddiası təmin edilmiş, cavabdehin mübahisəli mənzilə dair order verilməsi barədə 13 nömrəli, xx xxxx 1995-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi qət edilmişdir. Hə mçinin 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Cavabdeh1 və X9) Əliş Hüseynovun adına verilmiş 003994 nömrəli, xx xxxxx 1996-cı il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd yazısının silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. Hazırkı işdə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə (bundan sonra – İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 ilə Cavabdeh1 arasın da imzalanmış xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız hesab olunması, Cavabdeh1 adına verilmiş MH seriyalı, 120682 nömrəli, xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsinin cavabdeh İdarəyə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, mübahisəli mənzilə dair orderin verilməsi barədə sərəncam etibarsız hesab edildiyindən və qeydiyyat vəsiqəsi ləğv olunduğundan, mübahisəli mənzilə dair Əliş Hüseynov ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş qeydiyyat vəsiqəsi ləğv olunmalıdır. Əliş Hüseynov iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh1 ərizə verərək, idd ia müddətini tətbiq etməklə iddianın rədd olunmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin halları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi hazırkı iddianın rədd edilməklə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı müqavilənin mübahisələndirilməsi üçün qüvvədə olan Mülki Məcəllənin 354-cü maddəsindəki 1 illik müddəti ötürməklə məhkəməyə müraciət etmişdir və hazırkı iddia subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə iddia müddətini tətbiq etməkdə haqlı olsa da, xx.xx.2000-ci ildən qüvvəyə minmiş Mülki Məcəllənin müddəalarını hazırkı mübahisəyə tətbiq etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2-ci maddəsinə müvafiq olaraq qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətinin əsaslandığı alqı-satqı müqaviləsi xx.xx.1998-ci il tarixdə bağlanmışdır. Bu baxımdan hazırkı mübahisəyə müqavilə tərəfləri arasında alqısatqı hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş mülki qanunve riciliyi – xx.xx.1964-cü il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsi tətbiq olunmalıdır. Lakin birinci instansiya məhkəməsi mübahisəyə, xx.xx.2000-ci ildən qüvvəyə minmiş Mülki Məcəllənin normalarını tətbiq etməklə MPM-in 217.2-ci maddəsinin tələblərini pozmuşdur. xx.xx.1964-cü il tarixdən qüvvəyə minmiş Mülki Məcəllənin 73-cü maddəsinə əsasən, hüquq pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) 3 il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. Məcəllənin 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur. İş materiallarında olan 2 s aylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə müəyyən edilmiş hallardan, habelə apellyasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi ilə İddiaçı Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı iddiası təmin edilmiş, mübahisəli mənzilə dair İddiaçı ilə kirayə müqaviləsi bağlanmasının cavabdehə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli qətnaməsi ilə maraqlı şəxslər X5 və Cavabdeh1 apellyasiya şikayətləri təmin edilmiş, həmin qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçının, Cavabdeh1 və üçüncü şəxsin iştirakı ilə sözügedən mənzillə bağlı mübahisələrə dair 2007 və 2008-ci il tarixli çoxsaylı məhkəmə aktları qəbul edilmiş, iddiaçının qohumu olan və mübahisəli mənzildə məcburi köçkün kimi məskunlaşmış Vaqif Həsənovun hazırkı iddia tələbi ilə üstüstə düşən tələbi təmin olunmamışdır. Beləliklə, İddiaçı sözügedən mənzilə dair mübahisələndirilən müqavilənin bağlandığından, onun hüquqlarının pozulduğundan ən azı 2006-2008-ci illərdən məlumatı olmuş, lakin hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2018-ci il tarixdə, yəni 3 illik iddia müddətini ötürməklə müraciət etmişdir. Bu baxımdan iddia tələbinə üç illik iddia müddəti tətbiq edilməli və iddia təmin olunmamalıdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddia ərizəsi ilə mübahisələndirilən müqavilənin tərəflərindən biri iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Əliş Hüseynovdur. İddiaçı, həmçini n həmin əsas tələbdən törəyən, Cavabdeh1 adına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsini irəli sürmüşdür. Hal-hazırda isə mübahisəli əmlakın mülkiyyətçisi Cavabdeh1dur. Lakin iddiaçı Əliş Hüseynovu cavabdeh qismindəcəlb etmədən onun tərəf olduğu müqavilənin etibarsız hesab edilməsini və müqavilə əsasında verilmiş hüquq müəyyənedici sənədin ləğvi tələbini irəli sürmüşdür. MPM-ə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3). Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər (51.3). Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birin ə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər (57.1). İşə birinci instansiya məhkəməsində baxılarkən Əliş Hüseynovun əlavə cavabdeh qismində cəlb olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. MPM nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1). Mülki prosessual qanunvericiliyə əsasən şəxsin cavabdeh qismində cəlb edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün olmamışdır. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququnda məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apellyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəy işdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar