Məhkəmə qərarları › İş №2(102)-183/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-183/2023

24.01.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-183/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın ipoteka yüklülüyündən azad edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki K ollegiyasının 2(103)-5188/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh LPO Cavabdeh ASC (vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 24 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış məktubuna əsasən ünvan 2 44 saylı fərdi yaşayış evi üzərində ipoteka yüklülüyünün olub-olmaması barədə məlumatın verilməsi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli sorğusuna baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, xx.xx.2021-ci il tarixinə olan məlumata əsasən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin sizə məxsus hissəsi, xx.xx.2004-cü il tarixli müraciət ə əsasən “Dəmirbank" ASC-nin (əvvəlki adı Azərdəmiryolbank) xeyrinə ipoteka ilə yüklü edilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı № 136020 saylı çıxarışı ilə, ünvan 2 44 saylı fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdə X2 adına hüquqi rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pə ri küçəsi 44 saylı fərdi yaşayış evinin ½ hissəsinin X4 "xxxx" ASC-dən ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi 44 saylı fərdi yaşayış evinin ½ hissəsini xx.xx.2004-cü il tarixdə alqı-satqı əsasında almışdır.Hazırda xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi 44 saylı fərdi yaşayış evinin ½ hissəsini satmaq istəsə də notariat kontorunda əmlakının xx.xx.2004-cü il tarixdən X4 "xxxx" ASC-də ipoteka ilə yüklü olunduğunu öyrənmişdir. Mülkiyyətində olan sözü gedən əmlakın hansı əsaslara görə X4 "xxxx" ASC-də yüklü olması barədə heç bir məlumatı yoxdur. Məsələyə aydınlıq gətirilmə si üçün xx.xx.2021-ci il tarixdə X4 "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icrac direktoru Tural Piriyevə rəsmi ərizə ilə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə "Elektron notariat" informasiya sistemindən çıxarışa və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********94 saylı məktubundan da göründüyü kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi 44 saylı fərdi yaşayış evinin ½ hissəsini X4 "xxxx" ASC-də ipoteka ilə yüklü kimi göstərilsə də hansı əsaslara görə yüklü edilməsi barədə heç bir məlumatı yoxdur. X1 Olan "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli **********545 saylı məktubla cavab verilmişdir. Lakin cavab məktubundan LPO "xxxx" ASC əmlakının hansı əsaslara görə bank qarşısında yüklü edilməsini əsaslandıra bilməmişdir.

5. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddia tələbinə etiraz edərək, iddianın əsassız olduğunu, hazırki mübahisəli məsələ ilə əlaqədar cavabdeh cəmiyyətin arxivində hər hansı sənədlərin aşkar edilmədiyini, hansı səbəbdən reyestr xidmətində yüklülük barədə qeydin olmasına dair məlumatlarının olmadığını qeyd edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-489/2022 saylı 21 aprel 2022ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi 44 saylı fərdi yaşayış evinin ½ hissəsi ipoteka yüklülüyündən azad edilməsi, iş üzrə ödənilmiş 100 manat məbləğind ə dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli №**********96 saylı məhkəmənin sorğusuna cavab məktubundan da göründüyü kimi, İddiaçı məxsus 1/2 hissəsi xx.xx.2004-cü il tarixli müraciətə əsasən "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və hal-hazırda yüklüdür. Lakin, əmlakın yüklü edilməsi ilə bağlı hər hansı hüquqi əsas mövcud deyil. Bu isə onu göstərir ki, İddiaçı mülkiyyət hüquqları pozularaq, heç bir əsas olmadan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi 44 saylı fərdi yaşayış e vinin iddiaçının mülkiyyətində olan ½ hissəsi ipoteka ilə yüklü edilmişdir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi 44 saylı fərdi yaşayış evinin ½ hissəsi ipoteka yüklülüyündən azad edilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 276.1, 319.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Qətnamədən cavabdeh LPO Cavabdeh ASC tərəfindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin müvafiq qətnaməsi əsassızdır. Belə ki, məhkəmə mübahisələndirilən ipoteka pred meti olan əmlakın hansı əsas öhdəliyin təminatı olduğunu, həmin əsas öhdəliyin hazrda mövcud olub-olmadığını və s. bu kimi zəruri halları müəyyən etmədən sözügedən maddənin tələblərini pozmaqla səhv qətnamə qəbul etmişdir. Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli №**********9796 saylı məhkəmənin sorğusuna cavab məktub ilə xx.xx.2022-ci il tarixinə məlumata əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən 44 saylı fərdi yaşayış evinin İddiaçı məxsus ½ hissəsi xx.xx.2004- cü il tarixli müraciətə əsasən ”Azərdəmiryolbank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və hazırda da yüklüdür, əmla kın yüklü edilməsi ilə bağlı sənədlər İdarənin arxivində saxlanılmamışdır. Hakim tərəfindən digər bir sorğu ilə Dövlət Notariat Arxivinə müraciət edilmiş, cavab olaraq bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemi xx.xx.2007-ci ildən formalaşdırıldığından həmin tarixdən aparılmış notariat hərəkətləri barədə məlumat vermək imkan xaricindədir, notariat hərəkətinin rəsmiləşdirildiyi notariat ofisinin adı barədə dəqiq məlumat verildiyi halda qeyd edilən məsələ öz həllini tapa bilərdi. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hər iki sorğuya verilmiş cavablar həmin orqanlar qarşısında qoyulmuş sualları tam şəkildə əhatə etmir, əmlakın yüklü edilməsi ilə bağlı hansı hüquqi sənədin mövcud olduğu heç bir cavab məktubunda göstərilməmişdir. Hakim isə verilmiş həmin sorğulara alınan ca vab məktublarının natamamlığına heç bir məhəl qoymayaraq həqiqətin müəyyən edilməsi istiqamətində tam, hərtərəfli və obyektiv araşdırma aparmayaraq sözügedən əmlakın ipoteka yüklülüyündən azad edilməsinə dair səhv qətnamə qəbul etmişdir. Məlumdur ki, daşınmaz əmlakın ipoteka müqaviləsi həmin əmlakın olduğu yerin notariat kontorunda təsdiq edilir. Lakin hakim bu kimi zəruri halı nəzərdən qaçıraraq həmin ipoteka predmetinin yerləşdiyi ərazi üzrə notariat kontoruna heç bir sorğu göndərməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosesdə belə bir prezumpsiya mövcuddur ki, iddiaçı tələbini təsdiq edən halları sübut etməmişdirsə, cavabdeh iddia tələbi ilə bağlı cavabdehlik daşımasını sübut etmə yükü daşımır. Göründüyü kimi, ha zıkı məqamda sübutetmə yükü iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələbini əsaslandıra bilməmiş, yalnız sorğulara verilən natamam cavab məktubları ilə kifayətlənmişdir. Məhkəmə gedişatı zamanı məhkəmə tərəfindən cavabdehin iddiaya cavab verməli şəxs olduğu müəyyən edilməli idi. Lakin məhkəmə mülki iş üzrə əsl olmayan cavabdeh X4 Cavabdeh ASC-nin əsl cavabdeh Azərbaycan Resublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsini iddiaçıya təklif etməmiş, tələb yönələ bilməyən şəxslərə qarşı verilmiş iddianı əssasız təmin edərək, bununla da mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.N. İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və F.Ş.Talışinski) 2(103)-5188/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə, cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 269.4, 275..1,319.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh LPO Cavabdeh ASC (vəkili Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini x ahiş etmişdir.

15. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, iddiaçı müraciət edərkən iddia etdiyi halları sübut edə bilməmişdir. Onun təqdim etdiyi sübutlardan da görünür ki, əmlak 2004-cü ildə ipoteka ilə yüklü edilmişdir və hazırda da yüklüdür. İddiaçı tələbini təsdiq edən halları sübut etməmişdirsə, cavabdeh iddia tələbi ilə bağlı cavabdehlik daşımasını sübut etmə yükü daşımır. Hazırki halda sübutetmə yükü iddiaçının üzərinə düşşə də, iddiaçı öz tələbini əsaslandıra bilməmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə 17. 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 18. 307.4. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 19. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

20. Maddə 10.5. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələ cəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarı

21. Bənd

3. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.

22. Bənd

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı

23. Bənd 2. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il qərardadına əsasən, K onstitusiya Məhkəməsi Plenumunun yuxarıda adları qeyd edilən 31 may 2018-ci il və 25 iyul 2019-cu il tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun həmin Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Mülki Prosessual Məcəllə

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yeni dən sübut edilmir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düz gün tətbiq olunmuşdur.

38. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

39. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi X3 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419- cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5188/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar