Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1832/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: X2, X4 İddia tələbi: evə köçürülmə, qızıl-zinət əşyaları və birgə nikah dövründə əldə edilmiş əmlaklara payların müəyyən edilməsi Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlak, ər-arvadın payının müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası,Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, nümayəndəsi və vək ili Vəkil2, Cavabdeh, nümayəndə və vəkili Vəkil1, Üçüncü şəxs X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları Cavabdeh ilə İddiaçı 1996-cı ildə faktiki ailə qurmuş, xx xxxxxxx 1997-ci il tarixdə nikahlarını rəsmiləşdirmiş, birgə nikahlarından xx xxxx 1997-ci il tarixdə Pərvin, xx xxxxxx 1999-cu il tarixdə Elvin adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Yasamal rayonu, Müşfiq küçəsi 4, 9 saylı mənzil xx xxxxxx 2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeyd ə alınmışdır. Cavabdeh xx xxxxxx 2014-cü il tarixdə “xxxx” ASC-yə 90.000 manat məbləğində əmanət qoymuş, xx xxxxx 2015-ci il tarixdə həmin müqaviləyə xitam verilmiş, həmin tarixdə 83042 ABŞ dolları məbləğində depozit müqaviləsi bağlanmış, həmin müqaviləyə isə xx xxx 2016-cı il tarixdə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh qarşı evə köçürülmə, qızıl-zinət əşyaları və birgə nikah dövründə əldə edilmiş əmlaklara payların müəyyən edilməsi və sair tələblərlərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 2(022)-1012/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.T.Əhmədov) iddia qismən təmin edilmiş, iddiaçıya məxsus ümumilikdə dəyəri 12350 manat təşkil edən 21 adda cehiz əşyaları və ümumilikdə dəyəri 4350 təşkil edən 5 adda qızıl-zinət əşyaları və ya onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi, birgə yaşayış dövründə əldə etdikləri, ünvan 1 ünvanında yerləşən bir otaqlı evə 1/2 hissədə iddiaçının payının müəyyən edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsində iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. İşdə olan mötəbər sənədlər, cavabdehin cehiz əmlakla əlaqədar etiraf ərizəsi, şahid ifadələri, təqdim edilmiş fotoşəki llər və iş materiallaırnda olan digər sübutlara əsasən, iddiaçının ümumilikdə dəyəri 12350 manat təşkil edən 21 adda cehiz əşyaları və ümumilikdə dəyəri 4350 təşkil edən 5 aada qızıl-zinət əşyaları və ya onların dəyəri cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, eyni zamanda tərəflərin birgə nikah dövründə əldə etdikləri mənzilə iddiaçının 1/2 hissədə payı müəyyən edilməlidir. Bununla bərabər, qətnamə iddianın rədd edilməsi hissəsində onunla əsaslandırılmışdır ki, Biləsuvar rayonu Bəydili kəndində yerləşən və 2018-ci ilin fevral ayına kimi iddiaçı və cavabdehin birgə yaşadığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin tərəflərin birgə mülkiyyətində olmamasını, tərəflər arasında nikahın pozulması barədə məhkəmə mübahisəsi olmasını və onlar arasında barışıq olmamasını, hazırki iş üzrə tərəflərin birgə yaşadıqları evdən iddiaçının əmlaklarının çıxarılmasını, tərəflər arasında birgə yaşadıqları müddət ərzində münaqişəli vəziyyətin mütəmadi təkrarlanmasını, iddiaçının 2018-ci ilin fevralından daimi olaraq atasına məxsus evdə yaşaması nəzərə alınmaqla, həmin evə köçürülmə tələbi rədd edilməldir. Bununla bərabər qeyd edilmişdir ki, bu hal gələcəkdə mübahisəli evin tikilməsi zamanı iddiaçı tərəfindən xərclənmiş vəsaitin tələb edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsini istisna etmir. Eyni zamanda avtomobildən payların bölünməsi tələbinə münasibətdə qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən avtomobil başqa şəxsə məxsusdur, həmin avtomobil xx.xx.2009-cu ildən xx.xx.2058-ci il tarixədək etibarnamə ilə cavabdehin sahibliyinə verilmişdir. Bu halda, mübahisələndiri lən avtomobil cavabdehin mülkiyyətində olmadığından ona dair iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Bundan başqa, cavabdehin adına xx.xx.2014-cü il taixdə rəsmiləşdirilmiş və xx.xx.2015-ci il tarixdə xitam verilmiş, xx.xx.2015-ci il tarixdə rəsmiləşdirilmiş və xx.xx.2016-cı il tarixdə xitam verilmiş depozit müqavilələri aşkar edilmiş, lakin müqavilələrə tərəflərin birgə nikahı, habelə işin mübahisəsiz hallarına əsasən birgə yaşayış dövründə xitam verildiyindən və pul vəsaitlərinin cavabdeh tərəfindən götürülüb ailə ehtiyaclarından kənar xərcləməsi öz təsdiqini tapmadığından həmin tələbin də təmin edilməsi mümkün deyildir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı həmin qətnaməni iddianın rədd edilən hissəsində, cavabdeh isə qətnaməni qızıl-zinət əşyaların qaytarılması və mənzilə payların müəyyən edilməsi hissəsində apellyasiya qaydasında mübahisələndirmişlər. Hər iki tərəf birinci instansiya məhkəməsi tərəfindən göstərilən hissələrdə iş üzrə həqiqi halların müəyyən edilmədiyini və qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirilmədiyini göstərmişlər. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1264/2018 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.B.Babayev, Q.B.Kərimov, N.F.Mirzəyev) iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tət biq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Tərəflər verdikləri apellyasiya şikayələrində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasını qeyd etsələr də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdikləri etirazlarını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə heç bir sübut təqdim etməmişlər. Kassasiya şikayətlərinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməməsi hissəsində ləğv olunmasını, həmin hissələrdə iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını x ahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə yaşayış dövründə Biləsuvar rayonu Bəydili kəndində ümumi sahəsi 108 kv.m-dən ibarət fərdi yaşayış evi, evin qabağında da dəyəri 20.000 manatdan artıq olan naves tikilmişdir. Eyni zamanda birgə nikah dövründə cavabdeh tərəfindən 83.042 ABŞ dolları məbləğində pul vəsaiti banka depozitə qoyulmuş, həmçinin fakitki alqı-satqı əsasında cavabdehin adına etibarnamə əsasında 12.000 manata “Nissan Sunny” markalı avtomobil əldə edilmişdir. Apellyasiya məhkəməsinin göstərilən əmlaklara dair iddiaçının heç bir hüququ olmaması barədə gəldiyi nəticə onun mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdeh isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qızıl-zinət və mənzilə dair hissədə ləğv edilməsi barədə qərar qəbul olu nmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı evdən gedərkən qızıl-zinət əşyalarını özü ilə apardığı halda həmin əşyalar onun tərəfindən əsassız olaraq yenidən tələb edilir və bu tələb də əsassız olaraq məhkəmələr tərəfindən təmin edilir. Digər tərəfdən, məhkəmə mənzildə payları müəyyən edərkən onların yetkinlik yaçına çatmayan uşaqları olması nəzərə alınmamış, halbuki onların da həmin mənzildə payları vardır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili, eyni zamanda, cavabdeh, nümayəndəsi və vəkili isə kassasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəm ənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nət icələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və cavabdehin kassasiya şikayətləri əsasında mübahisələndirilən hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırki mübahisə nikah münasibətində olmuş tərəflərin nikah dövründə əldə etdikləri, eləcə də iddiaçıya məxsus və cavabdehin qanunsuz sahibliyində olan əmlaklarla bağlıdır. İddiaçı cehiz əşyalarının və ona hədiyyə edilmiş qızıl-zinət əşyalarının qaytarılmasını; birgə nikah dövründə əldə edilmiş məişət əşyaları, depozitə qoyulmuş pul vəsaiti, avtomobil, Bakı şəhərində yerləşən mənzil və Biləsuvar rayonundakı fərdi yaşayış evinə cavabdehlə bərabər paylarının müəyyən edilməsi, digər yardımçı tikililərin birgə istifadədə saxlanılması, eyni zamanda navesin inşa edilməsi üçün çəkilmiş xərcin yarısının cavabdehdən alınaraq ona ödənilməsi tələblərini irəli sürmüşdür. Eyni zamanda iddiaçı bildirmişdir ki, Bakı şəhərində yerləşən mənzil onun mülkyyətinə tam veriləcəyi halda, digər yaşayış sahəsinə dair hüquqlarından imtina etməyə hazırdır. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə apellyasiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslıdır, həmin hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə l əğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Həmin hissədə cavabdehin kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Bununla bərabər, iddianın rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə apellyasiya məhkəməsinin qətnaməsi həmin hissədə iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından qanuni və əsaslı hesab edilə bilməz. ünvan 2 ünvanda 2002-ci ildə inşa edilmiş ümumi sahəsi 108 kv.m olan yaşayış sahəsinin Cavabde h adına qeydiyyata alındığı, həmçinin ailə üzvlərinin də qeydiyyatda olduğu yaşayış sahəsinin mövcud olması qeyd edilmişdir. İddiaçı da məhz həmin fərdi yaşayış evinə köçürülmə, həmin fərdi yaşayış evinə bağlı olan yardımçı tikililərin birgə istifadə qalması və evin qarşısındakı navesin inşa edilməsinə çəkilmiş xərcin yarısına onun payının tanınmasını tələb edir. Apellyasiya məhkəməsi tərəfindən Biləsuvar rayon Bəydilli kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı tələbin rədd edilməsi barədə gəlinən nəticə, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin tərəflərin birgə mülkiyyətində olmamasını, tərəflər arasında nikahın pozulması barədə məhkəmə mübahisəsi olması və onlar arasında barışıq olmaması, tərəflər arasında birgə yaşadıqları müddət ərzində münaqişəli vəziyyətin mütəmad i təkrarlanması ilə əsaslandırılmışdır. Halbuki, apellyasiya məhkəməsi tərəfindən istinad edilən hallardan heç biri iddiaçının həmin fərdi yaşayış evi ilə bağlı tələblərini istisna edən hal kimi qiymətləndirilə bilməz. Fərdi yaşayış evinin qeydiyyata alınmamaqla özbaşına tikili olmasına gəldikdə isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin özbaşına tikinti və onun nəticələrini müəyyən edən 180-ci maddəsinin tələblərinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bununla bərabər həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sa hibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Həmin maddənin məzmunundan göründüyü kimi özbaşına tikiliyə yalnız öz əmlakı kimi sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunan sahiblik hüquqları vardır. Deməli özbaşına tikiliyə sahiblik hüququ qanunvericiliklə tanınmaqla, özbaşına tikili üzərində sahiblik hüququ olan şəxsin öz hüquqlarının realizəsinə həmin əmlak üzərində sahiblik hüququ olmayan şəxslərin bütün qanunsuz müdaxilələri, o cümlədən sahiblk hüququna olan hər cür pozuntu qadağan edilir. Cavabdeh mübahisəli evin onun sahibliyində olmağını iddia edir və iddiasının əsası kimi həmin evin qardaşına məxsus olduğuna istinad edir. İ ş materiallarına əlavə edilmiş arayışlarda 1992-ci ildə cavabdehin qardaşının həmin ev üzrə ilkin qeydiyyata alındığı qeyd edilmişdir. Lakin tərəflərin izahatlarından və təqdim edilmiş sübutlardan görünür ki, iddia edilən ev 2002-ci ildə inşa edilmişdir və məhz həmin vaxtdan cavabdeh və ailə üzvləri həmin ünvan üzrə qeydiyyata alınmışlar. Həmçinin, yaşayış sahəsinin həmin vaxtdan, yəni 2002-ci ildən iddiaçı, cavabdeh və uşaqlarının daimi yaşayış yeri olmaqla onların sahibliyində olmuşdur. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsinə sahibliyi və həmin yaşayış sahəsindən istifadə edilməsini qadağan etmir. Həmin Məcəllənin 27-ci maddəsinin tələblərinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublika sı Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Apellyasiya məhkəməsi qeyd edilən normaların tələblərini nəzərə almadan, tərəflərin nikahının pozulması və onlar arasında mütəmadi mübahisələrin yaranmasına istinad edərək, iddiaçının həmin tikililərlə bağlı tələblərini rədd etmişdir. Bununla bərabər iddiaçnın digər tələbi birgə nikah dövründə cavabdeh tərəfindən depozitə qoyulmuş pul vəsaiti ilə bağlıdır. Ailə Məcəlləsinin 32-ci maddəsi ilə ər-arvadın birgə mülkiyyətinin əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.Ər-arvadın ümumi birgə mülkiyyətinəonların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdik ləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ü mumi əmlak üzərində hüquqa malikdir. Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Lakin bununla bərabər, həmin əmlakın, o cümlədən pul vəsaitlərinin tərəflərin birgə nikah dövründə ailənin ümumi ehtiyaclarına sərf edildiyi müəyyən edilərsə, tərəflərin sonradan bununla bağlı tələb hüququ aradan qalxır. Cavabdeh apellyasiya məhkəməsində verdiyi izahatında həmin hissədə iddiaya etirazını onunla əsaslandırmışdır ki, həmin pul vəsaiti ona yox, qardaşına məxsus olmuşdur. Apellyasiya məhkəməsi isə həmin tələbin rədd edilməsi bağlı gəldiyi nəticəni depozit müqavilələrinə tərəflərin birgə nikahı, habelə işin mübahisəsiz hallarına əsa sən birgə yaşayış dövründə xitam verildiyindən və pul vəsaitlərinin cavabdeh tərəfindən götürülüb ailə ehtiyaclarından kənar xərcləməsinin öz təsdiqini tapmadığı ilə əsaslandırmışdır. Əvvəla qeyd edilməlidir ki, mübahisəli pul vəsaitinə dair sonuncu depozit müqaviləsinə xx.xx.2016-cı il tarixdə xitam verilmişdir, hər iki tərəfin izahatı ilə isə tərəflər arasında mübahisənin 2015-ci ildən başlandığı, bir müddət faktiki ayrı yaşadıqları təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutetmə vəzifəsini müəyyən edən 77-ci maddəsinin tələblərinə görə qeyd olunan pul məbləğinə cavabdeh tərəfindən sərəncam verildiyi üçün həmin pul məbləğinin ailənin ehtiyacları üçün xərclənməsini sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Apellyasiya məhkəməsi tərəfindən sübut etmə yükünün əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri pozularaq cavabdeh tərəfindən bankdan götürülmüş pul vəsaitlərinin ailə ehtiyaclarına sərf edilməsinin sübut edilməməsinə hüquqi qiymət verilməmişdir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanu nlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və düzgün hüquqi nəticəyə gəlməmişdir. Buna görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi həmin hissədə Mülki Prosessual Məcəllənin 14 və 217-ci maddəsinin tələblərinə uyğun olmadığından qanuni, əsaslı sayıla bilmədiyi üçün iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın rədd edilməsi hissəsində ləğv olunmalı və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən kassasiya şikayətində işin faktiki halları barədə irəli sürülmüş dəlillərin mahiyyətinə toxunmadan hesab edir ki, həmin dəlillər hərtərəfli araşdırılmaqla, onlara qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməklə, qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi iddianın rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş yenidən baxılması ü çün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1832/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1832/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver