Məhkəmə qərarları › İş №2(102)-1832/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1832/2023

30.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1832/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma) 30.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-652/2022 nömrəli, 3 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şik ayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh2 xx.xx.2012-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən özünə məxsus olmuş cəmi 0,30 hektar həyətyanı torpaq sahəsinin 0,12 hektardan ibarət hissəsini Oğuz rayon Notariat Kontorunda bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır.

2. Həmin Çıxarış sənədinə əsasən Cavabdeh2 məxsus olmuş cəmi 0,30 hektar həyətyanı torpaq sahəsinin 0,12 hektardan ibarət hissəsinə dair özgəninkiləşdirilən torpaq sahəsi kimi daşınmaz əmlakın Dövlət reyestri xidməti tərəfindən bölgü planı tərtib edilmiş, Cavabdeh2 torpaq sahəsini satan şəxs kimi, hazırki iş üzrə iddiaçı i sə bölgünü qəbul edən şəxs kimi həmin bölgü planını imzalamışlar.

3. İddiaçı adına mübahisəli torpaq sahəsinə dair xx.xx.2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış, həmin tarixli AA 016635 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə dair hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, xx.xx.2013-cü il tarixli ********** (RX 0183524) nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin zəbt olunmuş 0,018 hektardan ibarət hi ssəsindən (mübahisəli torpaq sahəsi) cavabdehlərin çıxarılmaları, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsinə dair onun mülkiyyət hüquqları qeydiyyata alındıqdan sonra o, həmin torpaq sahəsinin kənarlarını bağlamış və torpaq sahəsində abadlaşdırma işlərini yerinə yetirmişdir. Bu yaxınlarda isə ona məlum olmuşdur ki, mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,02 hektara yaxın hissəsi cavabdehlərin zəbtində qalmışdır. Onun həyətyanı torpaq sahəsi ilə cavabdehlərin həyətyanı torpaq sahəsinin sərhədinə hasar çəkilən zaman cavabdehlər onun orada olmamasından istifadə edərək hasar çəkən şəxslərə hasarın 5-6 metr onun torpaq sahəsinə tərəf çəkilm əli olduğunu bildirmişlər. Torpaq sahəsinin planı və ölçüsü sənədindən də göründüyü kimi, cavabdehlərin evi ilə onun mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin sərhədi arasında Oğuz şəhəri Nizami küçəsi istiqamətində 4,6 metr, digər tərəfdən isə 3,8 metr məsafə vardır. Cavabdehlər isə hasar çəkən şəxslərə sərhədi öz evlərindən, təxminən, 10 metr məsafədən göstərmişlər. O, mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,02 hektara yaxın hissəsinin cavabdehlərin zəbtində qaldığını bildikdən sonra həmin torpaq sahəsinin qaytarılmasını Cavabdeh1 təklif etmiş, lakin o, həmin təkliflə razılaşmayaraq həmin torpaq sahəsinin Cavabdeh2 adına qeydiyyata alındığını bildirmişdir.

6. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək bildirmişdir ki, iddia tə ləbi üzrə mübahisə predmetinə aid olan ərazidə yerləşən 0,30 hektar həyətyanı torpaq sahəsi islahat zamanı onun arvadı Cavabdeh2 mülkiyyətinə verilmiş torpaq sahəsi olmaqla onun adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi onların ailə üzvlərinin istifadəsində olmuş, 2012-ci ildə onlar həmin torpaq sahəsinin 0,12 hektardan ibarət hissəsini hazırki iş üzrə iddiaçıya satmışlar. 0,12 hektar torpaq sahəsi onlar tərəfindən iddiaçının istifadəsinə verilmişdir və hazırda iddiaçının faktiki istifadəsində 0,12 hektardan daha artıq torpaq sahəsi vardır. Hazırda onlara qarşı olan iddia tələbi üzrə mübahisə predmetinə aid olan və iddiaçının boşaldılmasını tələb etdiyi 0,018 hektar torpaq onların özünə məxsusdur və onlar özlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə edirlər. Hesab edir ki, o və digər cavabdeh iddiaçıya məxsus olan hər hansı miqdarda torpaq sahəsini zəbt etməmişdir.

7. Məhkəmə tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin (və ya bir hissəsinin) cavabdehlər və ya digər şəxslər tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu göndərilmişdir. Həmin orqandan verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubu, mütəxəssis rəyi və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planına əsasən, iddiaçının adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi, həmin tarixli AA 016635 n ömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə torpaq sahəsinin mülkiyyətçisinin naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları qismən üst-üstə düşür. İddiaçı faktiki olaraq cəmi 0,128 hektar torpaq sahəsindən istifadə edir və onun istifadəsində 0,096 hektar sənəd üzrə, 0,032 hektar zəbt edilmiş torpaq sahəsi vardır. Cavabdeh2 adına tərtib edilmiş xx.xx.2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,18 hektar həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatları ilə torpaq sahəsinin mülkiyyətçisinin naturada istifadə etdiyi torpaq sahəsinin koordinatları üst-üstə düşür, lakin onun faktiki istifadəsində əlav ə zəbt olunmuş torpaq sahəsi mövcuddur. Cavabdeh2 öz adına tərtib edilmiş sənəddə göstərilən 0,18 hektar həyətyanı torpaq sahəsinin 0,0312 hektardan ibarət hissəsini də sonradan digər şəxsə satdıqdan sonra onun istifadəsində sənəd üzrə 0,1488 hektar torpaq sahəsi qalmışdır. Hazırda isə Cavabdeh2 faktiki istifadəsində 0,202 hektar torpaq sahəsi vardır. İddiaçının adına tərtib edilmiş sənədlərdə göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,024 hektardan ibarət hissəsi (zəbt edilmiş hissə iddiaçı və cavabdehlərə məxsus həyətyanı torpaq sahələrinin arasında yerləşir) cavabdehlər tərəfindən zəbt olunmuşdur.

8. Oğuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(054)-13/2022 saylı, xx.xx.2022-ci il tаrixli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia təmin olunmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iş materialları, işdə iştirak edən şəxslərin izahatları və mütəxəssisin şərhi ilə müəyyən edildi ki, iddiaçının xüsusi mülkiyyətində ünvan 1 ünvanında yerləşən, 0,12 hektar həyətyanı torpaq sahəsi vardır və qeyd edilən torpaq sahəsinə dair onun adına mülkiyyət hüququnu tanıyan sənədlər tərtib edilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan, xx.xx.2013-cü il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,024 hektardan ibarət hissəsi cavabdehlər tərəfindən zəbt olunmuşdur.

10. Hazırda iddiaçı özünün xüsusi mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin 0,0 18 hektardan ibarət hissəsindən cavabdehlərin çıxarılmaları, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası olaraq qeyd olunan torpaq sahəsinə dair onun adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərə, bölgü planına, eyni zamanda, mütəxəssis rəyinə və rəyə əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planına istinad edir. Cavabdehlər iddia tələbini qəbul etmirlər, iddiaçıya məxsus torpaq sahəsini və ya həmin torpaq sahəsinin bir hissəsini zəbt etmədiklərini bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edirlər. Cavabdehlər iddia tələbinə etirazlarının əsası olaraq iddiaçının istifadəsində 0,12 hektardan daha artıq torpaq sahəsinin olduğunu bildirirlər. Cavabdehlər özlərinə mə xsus torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin müvafiq qaydada təsdiq edilməmiş surətlərini məhkəməyə təqdim etmiş, lakin iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə digər hər hansı sübut təqdim etməmişlər.

11. Məhkəmə cavabdehlərin iddia tələbinə etiraz olaraq izahatlarında göstərdikləri, iddiaçının istifadəsində 0,12 hektardan daha artıq torpaq sahəsinin olduğu barədə dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçının faktiki istifadəsində 0,128 hektar torpaq sahəsi olsa da, həmin torpaq sahəsinin 0,096 hektar hissəsi sənəd üzrə istifadə olunan, 0,032 hektar hissəsi isə zəbt edilmiş torpaq sahəsidir. İddiaçının faktiki istifadəsində digər şəxslərə məxsus (xüsusi, dövlət və ya bələdiyyə mülkiyyətinə aid) torpaq sahəsinin olması onun rəsmi alqı-satqı müqaviləsi əsasında cavab dehlərdən satın aldığı, sənəd üzrə və bölgü planına əsasən ona təhvil verilməli olan torpaq sahəsinin əskik miqdarda verilməsinə əsas deyildir. İddiaçının faktiki istifadəsində olan, zəbt edilmiş torpaq sahəsinin əvvəllər cavabdehlərin istifadəsində olması və iddiaçının faktiki istifadəsinə onlar tərəfindən verilməsi də cavabdehləri müqavilədə göstərilən miqdarda və sənəd üzrə bölgü edilən torpaq sahəsini iddiaçıya vermək vəzifəsindən azad etmir. Bununla bağlı cavabdehlərin dəlilləri iddiaçının özünün dövlət qeydiyyatına alınmış mülkiyyəti üzərində hüquqlarının məhdudlaşdırılmasına, xüsusi mülkiyyətində olan əmlak üzərində mülkiyyət hüquqlarını tam, sərbəst şəkildə və qanuni əsaslarla həyata keçirməsinə maneə ola bilməz və məhkəmə tərəfindən bu xüsusatlar özü-özlüyündə cavabdehlərin etiraz larının haqlı və dəlillərinin əsaslı olması kimi qəbul edilmir. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin faktiki olaraq bir hissəsinin cavabdehlər tərəfindən istifadə edildiyi məhkəmə iclasında sübuta yetirilmiş, cavabdehlər özləri də mübahisəli ərazinin onların istifadəsində olduğunu inkar etməmiş, ancaq həmin torpaq sahəsinin özlərinə aid olduğunu iddia etmişlər. Mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planı ilə də həmin torpaq sahəsinin sənəd üzrə iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi olduğu təsdiq edilmişdir.

12. Mübahisəli torpaq sahəsi çıxarış sənədinə əsasən hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Buna baxmayaraq cavabdehlərin həmin torpaq sahəsinin bir hissəsindən qanunsuz olaraq istifadə etmələri iddiaçının əmlak hüquqlarının pozu lması, onun öz torpaq sahəsi üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən istifadə etmələrinin qanuniliyinə dair hər hansı rəsmi sənəd və ya digər qanuni əsas mövcud deyildir.

13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.7, 6.1.8, 152.1, 157.2-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

15. Şikayət onunla əsaslandırılmışdır ki, qonşu sərhəd hasarını (barısını) qonşunun özünün göstərişi ilə və özünün hesabına ustalar tikib. O nə torpaq zəbt etməmişdir, nə də hasar çəkməmişdir. Hasarın çəkilməsindən 7-8 il keçir. Mütəxəssis rəyində göstərilir ki hər iki mülkiyyətçinin torpaq sahəsinin sənəd üzrə istifadə etdiyi torpaq sahələri, yəni 12 ha və 0.18 ha sahəsinin sənəd üzrə koordinatları üst-üstə düşür. Hər iki mülkiyyətçinin istifadəsində zəbt torpaq sahəsi vardır. Bu onu göstərir ki hər iki mülkiyyətcinin torpaq sahəsi faktiki istifadələrində olan torpaq sahəsi ilə sənəddə olan torpaq sahəsi uygundur. Mütəxəssis rəyinin-3 cü bəndində göstərilir ki İddiaçı mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin 0.024 ha sahəsi X1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Lakin mütəxəssisin bu rəyi və 3-cü bənddə göstərilən nəticə heç bir sübutla əsaslandırılmamışdır. Məhkəmənin qətnaməsində göstərilir ki, hər iki mülkiyyətçinin sahibliyində əlavə zəbt torpaq sahəsi var. Zəbt kimi qeyd etdiyi bu torpaq sahəsinin mülkiyyətçisi qətnamə ilə müəyyən olunmur, bələdiyyə, dövlət yaxud xüsusi mülkiyyətdə olan torpaq sahəsidir. Məhkəmə həmin vəzifələri yalnız cavabdehlərin mövqelərinə münasibətdə icra edərək heç bir mötəbər dəlilə əsaslanmamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri də ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Bu halı düzgün müəyyən etmək üçün isə mütləq qaydada məhkəmə ekspertizası təyin edilməli və müvafiq rəy alındıqdan sonra qərar qəbul edilməli idi. Məhkəmə iddia tələbini təmin edərkən belə bir qənaətə gəlmişdir ki. işdə mütəxəssis rəyi vardır. Bu da sübut kimi qiymətləndirilə bilməz.

16. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli 10/5388 saylı mühəndis-texniki ekspert rəyinə əsasən, İddiaçı mülkiyyətində olan Oğuz şəhərində yerləşən 0.12 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Oğuz şəhərində yerləşən 0.12 ha torpaq sahəsinin koordinatları müəyyən edildikdən sonra həmin torpaq sahəsinin naturada ölçüləri müəyyən edilmişdir. Naturada ölçüləri müəyyən edildikdən sonra müəyyən edilmişdir ki, iddiaçıya məxsus ********** nömrəli Çıxarış sənədində qeyd edilən torpaq sahəsinin 0.024 ha hissəsi cav abdehlər tərəfindən istifadə olunur.

17. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-652/2022 nömrəli, 3 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Ayaz Mahmudov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə vurğulamışdır ki, ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir.

19. Cavabdehlər apellyasiya şikay ətində etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduqları halda, sözügedən halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh2 (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

21. Şikayət belə əsaslandırılmışdır ki, torpağın alqı-satqı müqaviləsi bağlanmazdan əvvəl iddiaçı və onun yaxın qohumları torpaq sahəsinə baxış keçirmiş, özləri aldıqları torpağın sahəsinin dəqiqliklə müəyyənləşdirmişlər. Bundan sonra idd iaçı öz təşəbbüsü ilə torpaq sahəsini onların torpaq sahəsindən ayırmaq ümumi divar çəkdirmişdir. 10 ildən artıq müddətdə aralarında torpağa dair hər hansı mübahisə və anlaşılmazlıq olmamışdır. 10 ildən sonra iddiaçı torpaq sahəsinə dair mübahisə etməyə başlamış və bu məqsədlə məhkəməyə müraciət etmişdir. Məhkəmə isə tam və hərtərəfli araşdırma aparmadan onun iddiasını təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də m ənsubdur.

25. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

26. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

27. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

28. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

29. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. (1-ci bənd).

30. Maddə

111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. (2-ci bənd).

31. Maddə

111. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. (3-cü bənd). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməl idir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 3

7. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv ol unması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasla rı düzgün müəyyən edilmişdir.

43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-652/2022 nömrəli, 3 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar