Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1833/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), X2, X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2019-cu il tarixli,X5 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X5-yə onun əvəzinə ödədiyi 2577 manat borc, 20 manat dövlət rüsumu və 18 0 manat icra ödənişinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacılı) 24 iyul 2019-cu il tаrixli, X5 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 2417 manat borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 2437 manat pul alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Mahir Əsədli sədrlik edən və məruzəçi, Ələddin Məcidov və İnşallah Quliyev) 12.11.2019-cu il tarixli,X5 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək Şəki Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tаrixli, X5 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş dir. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsində cavabdehin iştirakı təmin edilməmiş, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsi tam qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona heç bir məlumat verməmiş və nəticədə çəkişmə prinsipini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hallarına uyğun olmadığından, əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. PROSESSUAL MƏSƏL ƏLƏR: İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Cavabdehə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh X5 İddiaçı zaminliyi ilə kredit və zaminlik müqaviləsinə əsasən kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh ona verilmiş krediti və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş qrafik üzrə ödəməli olmuşdur. Eyni zamanda X5 ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ilə X5 arasında zaminlik müqaviləsi bağlanmışdır. X5 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək cavabdeh banka olan kredit borcunu ödəməmişdir. Şəki Rayon Məhkəməsinin 12 avqust 2015-ci il tarixli, X5 saylı icra sənədinə əsasən borclular Cavabdeh və İddiaçı müştərək qaydada 2577.02 manat borc və 20 manat dövlət rüsumunun alınaraq X5-nin hesabına ödənilməsi qərara alınmışdır. M övcud borc məbləği X5 Teatrında işləyən İddiaçı əmək haqqından hər ay tutmalar hesabına tam şəkildə icra edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya cəmi 160 manat vəsait qaytarılmışdır Məhkəmələr Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zamin tərəfindən ödənilmiş 2577,02 manat vəsaitdən qaytarılmamış qalan 2417 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması nəticəsinə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnaməsi ilə gəldiyi nəticələr qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 472.1 və 472.2. maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məs uliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. - 475.2. Zamin öhdəliyi icra e tdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Cavabdehin kassasiya şikayətinin yeganə dəlili apellyasiya instansiyası məhkəməsində cavabdehin iştirakının təmin edilməməsi, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsidir. Lakin bu dəlil iş materialları ilə təkzib edilir. Cavabdeh məhkəmə iclasları barədə lazımi qaydada xəbərdar edilmiş, apellyasiya məhkəməsi onun vəkili Vəkil iştirakı ilə işə baxmışdır. Göstərilənlərə əsasən, kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12.11.2019-cu il tarixli,X5 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1833/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1833/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver