Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1833/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3 Bank Olmayan Kredit X2 Cəmiyyətinə, Cavabdeh1nə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması tələbi ) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlundan (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlundan və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibd ə, İddiaçı cavabdehlər Cavabdeh3 Bank Olmayan Kredit X2 Cəmiyyətinə, Cavabdeh1nə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2(107)-1316/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2010-cu il tarixdə Cavabdeh3 BOKT QSC ilə oğlu X6 arasında bağlanmış təminatlı kredit müqaviləsin ə görə ona 70 baş ana qoyun alınması məqsədilə illik 24 % olmaqla 18 ay müddətinə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. Öhdəliyinin icrasının təmin olunması məqsədilə ona mülkiyyət hüququ əsasında məxsus olan Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 0,59 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44 kv.metr yaşayış, 65.44 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Öhdəlik cavabdeh X6 tərəfindən lazımi qaydada icra edilməmişdir.
2. Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2011-ci il tarixli 2(025)-437/2011 nömrəli qətnaməsindən məlum olmuşdur ki, Nümayəndə1 ilə Cavabdeh3 Bank Olmayan Kredit Təşkilatı QSC arasında xx.xx.2010-cu il tarixli CAGab 44753/10 №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 4489 (dörd min dörd yüz səksən doqquz) m anat əsas borc, 491 (dörd yüz doxsan bir) manat faiz borcu, gecikdirməyə görə 1500 (bir min beş yüz) manat dəbbə pulu borcu, həmçinin iddianın qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 15 sentyabr 2011-ci il tarixə 6530 (altı min beş yüz otuz) manat borc, ipotekaya qoyulmuş İddiaçı mülkiyyət hüququ əsasında məxsus Qəbələ rayon Nic qəsəbəsində 0,59 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 44 kv.metr yaşayış, 65.44 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi (0,59 ha torpaq sahəsi ilə birlikdə) yönəldilərək açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin hərracda ilkin satış qiyməti 10.000 (on min) manat məbləğində müəyyənləşdirilməsi, satışdan əldə olunan vəsait borcun həcmi məbləğində Cavabdeh3 Bank Olmayan Kredit Təşkilatı QSCnin xeyrinə ödənilməsi, hərrac keçirildikdən sonra 1 (bir) ay müddətində girov qoyulmuş yaşayış evinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, Qəbələ rayonu Nic kəndində yerləşən 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 130 m2 olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 BOKT QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində xx.xx.2012-ci ildə qeydiyyata alınmı şdır. 4. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 01 mart 2012-ci il tarixli müqavilədən görünür ki, KredAqro Bank Olmayan Kredit X4 Cəmiyyəti Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2011-ci il tarixli 2(025)-437/2011 nömrəli icra vərəqəsi və “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin № Y-816 nömrəli, xx.xx.2012-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən İddiaçı məxsus Qəbələ rayonu Nic kəndində yerləşən fərdi yaşayış evini (0,59 ha torpaq sahəsi ilə birlikdə) 6375 (altı min üç yüz yetmiş beş) manata almışdır. 5. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin № Y-816 nömrəli, xx.xx.2012-ci il tarixli hərracın yekunları barədə protokolun surətindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evi (0,59 ha torpaq sahəsi ilə birlikdə) Qəbələ Rayon Məhkəməsinin 15 sent yabr 2011-ci il tarixli 2(025)-437/2011 nömrəli icra vərəqəsinin, Qəbələ rayon İcra Qrupunun 248/11 nömrəli, xx.xx.2021-ci il tarixli sifariş məktubunun icrasına əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 10.000 manat, əmlakın təkrar hərracdakı satış qiyməti 6375 manat olmaqla qalib alıcı Cavabdeh3 BOKT QSC-yə satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh3 Bank Olmayan Kredit X2 Cəmiyyətinə, Cavabdeh1nə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “hərracın etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonunun Nic kəndində yerləşən 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 m² olan fərdi yaşayış evinə dair “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin hərracın nəticələrinə dair 01 mart 2012-ci il tarixli, Y816 saylı protokolun və alqı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh3 BOKT MMC-nin adına verilmiş ********** saylı qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və onun mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsini işin faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, qeyd olunan hərracların keçirilməsi ilə bağlı əmlakların mülkiyyətçisinə, yəni ona qanunla müəyyən olunmuş qaydada bildirişlər göndərilm əmiş və onun həmin hərrac barədə məlumatı olmamışdır. Bu isə onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Yuxarıda qeyd olunduğu kimi ona məxsus Qəbələ rayonu Nic kəndində yerləşən 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 m² olan fərdi yaşayış evi 01 mart 2012-ci il tarixli hərracın yekunları barədə protokola əsasən Cavabdeh3 BOKT MMC-yə satılmış və daşınmaz əmlakın dövlət reyestrində "xxxx" BOKT MMC-nin adına qeydiyyata alınmamışdır. Hərracın nəticələri haqqında yekun protokol etibarsız olduğundan Qəbələ rayonu Nic kəndində yerləşən 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 m² olan fərdi yaşayış evi üzərində KredAqro BOKT MMC-nin mülkiyyət hüququna dair qeydiyyat ləğv edilməli, həmin əşya, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmalıdır. Başqa sözlə, Cavabdeh3 BOKT MMC-nin adına verilmiş çıxarış ləğv edilməlidir.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, təqdim etdiyi yazılı etiraz ərizəsinə uyğun olaraq bildirdi ki, 2(025)-725/2022 saylı mülki iş üzrə "xxxx" BOKT MMC cavabdeh qismindədir. Həmin müiki iş üzrə İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq, iddia ərizəsində qeyd edir ki, 2010-cu il tarixdə "Kredaqro” BOKT MMC-dən oğlu Qəribov Qəribin götürdüyü kredit üzrə İddiaçı həmin krediti təminatı olaraq ona məxsus iki daşınmaz əmlaklari ipoteka itə yüklü etmiş, sonradan isə kredit öhdəlikləri yerinə yetirə bilmədiyi üçün Cav abdeh3 BOKT MMC məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi qanuni qüvvəsini alaraq, iş hərraca gedərək, hərrac nəticəsinin olmasına baxmayaraq, iddiaçı guya ki, hərraclardan xəbəri olmayıb və heç bir bildirişi rəsmi qəbul etməyib. 2(025)-725 2022 saylı mülki iş üzrə iddia rədd olunmalıdır. Belə ki, İddiaçı ona məxsus olan Qəbələ rayonu, Nic kəndində yerləşən 0.59 ha torpaq sahəsinin və onun üzərində olan, ümumi sahəsi 130 kvadrat metrdən ibarət fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Kredit öhdəliyini yerinə yetirə bilmədiyi üçün Cavabdeh3 BOKT MMC tərəfindən məhkəməyə müraciət olunmuş və iş üzrə qətnamə çıxararaq 2011-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bundan sonra, qətnamə əsasında iş icra şöbəsinin vasitəsi ilə hərraca gedərək, hərracın nəticələrinə əsasən, həmin daşınm az əmlak "xxxx" BOKT MMC-nin xüsusi mülkiyyətinə keçmişdir. 14 oktyabr 2019-ci il tarixdə istifadə hüququna xitam verilməsi barəsində son bildirişi Cavabdeh3 BOKT MMC İddiaçı göndərərək, İddiaçı həmin son bildirişi qəbul edərək, qəbul edilməsinə dair bildirişin surətinə imza etmişdir. Bundan başqa həmin bildirişdə qeyd olunmuşdur ki, artıq həmin daşınmaz əmlak Cavabdeh3 BOKT MMC-nin mülkiyyətindədir. Bu bir daha onu sübuta yetirir ki, İddiaçı tərəfindən bu əmlakın icra və hərracı barədə bütün sənədlər qəbul olunmuşdur. Beləliklə qeyd olunanlara əsasən verilmiş iddia ərizəsi əsassızdır və rədd olunmalıdır. Həmçinin, İddiaçı ümumiyyətlə həmin iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməzdir. Əsas ondan ibarətdir ki, həmin tələblə iddia ərizəsinin verilmə müddəti ötürülübdür. Ona görə də hesab edir ki, iddiaçının iddia tələbi rədd olunmalıdır.
9. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-725/2022 saylı qətnaməsi (hakim E.İsayev) ilə iddia tələbinin təmin edilməsi, Qəbələ rayonu, Nic qəsəbəsində 0.59 ha torpaq sahəsində olan 1 mərtəbəli, 2 otaqlı, 83.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə dair “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin hərracın nəticələrinə dair 01 mart 2012-ci il tarixli, Y-816 saylı protokolu və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 Bank Olmayan Kredit X2 Cəmiyyətinin adına verilmiş xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Qəbələ rayonu, Nic qəsəbəsində 0.59 ha torpaq sahəsində olan 1 mərtəbəli, 2 otaqlı, 83.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin İddi açı adına qeydiyyatının bərpa edilməsi, Qəbələ rayonu, Nic qəsəbəsində 0.59 ha torpaq sahəsində olan 1 mərtəbəli, 2 otaqlı, 83.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin yenidən ilkin satış qiyməti müəyyən olunmaqla, hərracın keçirilməsinin icra məmuruna həvalə edilməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı iddia tələbində hərrac təşkilatının hərracın keçirilməsi barədə ona bildirişlər təqdim edilmədiyi, hərracın keçirilməsi qaydalarının pozulduğunu, real hərrac keçirilmədiyini, 100.000 manat dəyərində olan əmlakın məhkəmə qərarı əsasında 10.000 manata hərraca çıxarıldığını, 6375 manata banka satıldığını bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası “İp oteka haqqında” Qanunun tələbindən göründüyü kimi, hərracın vaxtı, yeri və s. ilə yanaşı onun predmeti dəqiq şəkildə tərəflərə bildirilməli və elan olunmalıdır. Bu qaydanın məqsədi hərracın formal deyil, real şəkildə, yəni iştirakçı çoxluğu olan həqiqi auksion formasında keçirilməsidir. Bu səbəbdən həmin məlumatlardakı yanlışlıq (qeyri-dəqiqlik) hərracın iştirakçılar olmadan formal keçirilməsinə səbəb olur. Bu hal isə hərracların iştirakçısının olmaması, dolayısı ilə hərracların baş tutmamış sayılması ilə nəticələnir. Hərracın baş tutmaması isə ipoteka qoyanın əmlak mənafeyinə uyğun deyil. Çünki, bu halda hərrac predmetinin satış qiyməti əvvəlcə 15%, təkrar hərracdan sonra isə 25 % aşağı düşür və əşya daha ucuz qiymətə satılır. Göründüyü kimi, sözügedən məlumatların düzgün göstərilməməsi i poteka qoyanın əmlakın həqiqi dəyərindən ucuz qiymətə əlindən çıxmasına, başqa sözlə onun əmlak mənafeyinin əsassız pozulmasına səbəb olur. Hərracın nəticələri haqqında protokol etibarsız hesab edildiyindən onun etibarsızlıqdan irəli gələn hüquqi nəticələr tətbiq edilməklə tərəflərin əvvəlki vəziyyətə qaytarılması təmin olunmalıdır. Çünki, “İpoteka haqqında” Qanunun 42.6-cı maddəsindən göründüyü kimi, hərracın nəticələri haqqında protokol müqavilə qüvvəsinə malik olur. Məhkəmə qeyd etmişdir ki, İddiaçı məxsus olan Qəbələ rayonu Nic qəsəbəsində olan 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 kv.metr olan fərdi yaşayış evi haqqında 01 mart 2012-ci il tarixli hərracın nəticələri haqqında protokol əsasında Cavabdeh3 Bank Olmayan Kredit X2 Cəmiyyətinə sa tılmış və daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 Bank Olmayan Kredit X2 Cəmiyyətinin adına qeydiyyata alınmışdır. Məhkəmə, hərracın nəticələri haqqında yekun protokolun etibarsızlığından irəli gələn hüquqi nəticələri tətbiq edərək hesab edir ki, Qəbələ rayonu Nic qəsəbəsində olan 0,59 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 83.1 kv.metr olan fərdi yaşayış evi üzərində Cavabdeh3 Bank Olmayan Kredit X2 Cəmiyyətinin mülkiyyət hüququna dair qeydiyyat ləğv edilməli, həmin əşya, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmalıdır. Başqa sözlə, iddianın Cavabdeh3 Bank Olmayan Kredit X2 Cəmiyyətinin adına verilmiş çıxarışın ləğv edilməsi, adı çəkilən əmlakın iddiaçının mülkiyyət hüquqlarının bərpa edilməsi hissəsi d ə əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0.59 ha torpaq sahəsində olan 1 mərtəbəli, 2 otaqlı, 83.1 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinin yenidən ilkin satış qiyməti müəyyən olunmaqla, hərracın keçirilməsi icra məmuruna həvalə edilməlidir.
11. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 416, 337.4-cü və 337.5-ci maddələri ilə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.1, 42.1, 42.3, 43.4,43.5, 43.7, 44-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 218.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh3 BOKT MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qə tnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh3 BOKT MMC tərəfindən Qəbələ Rayon Məhkəməsinin 2(025)-725/2022 saylı 30 avqust 2022- ci il tarixli qətnaməsi, rəsmi qaydada, poçt vasitəsi ilə 26 sentyabr 2022-ci il tarixdə qəbul olunmuşdur. Həmin qətnamədən məlum olmuşdur ki, Cavabdeh3 BOKT MMC-nin maddi hüquq normaları pozulmuşdur. Belə ki, qətnamədə qeyd olunub ki, guya həmin daşınmaz əmlak üzrə qiymət düzgün qoyulmayıb. Lakin buna dair heç bir dəlil və ya sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə Qəbələ Rayon Məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin heç bir bəndinə riayət etmədən qətnamə çıxarmışdır. Belə ki, İddiaçı tərəfindən məhkəmə iclas zamanı irə li sürdüyü iddia ərizəsinə əsasən heç bir dəlil sübut təqdim edə bilməmişdir. Bu da bir daha onu sübuta yetirir ki, iddia ərizəsi əsassızdır. Cavabdeh3 BOKT MMC tərəfindən isə kifayət qədər sənəd şəklində sübut təqdim olunmuşdur ki, İddiaçı, həmin daşınmaz əmlakın təşkilatın adına keçirilməsi və təşkilata məxsus olması xəbəri var idi. Məhz bu halda sual yaranır ki, hansı səbəblərdən İddiaçı neçə illər ərzində məhkəməyə müraciət etməmişdir? Bu kimi faktda onu sübuta yetirir ki, artıq məhkəməyə müraciət etmə müddəti keçmişdir. Belə ki, məhkəmə iclas zamanı Cavabdeh3 BOKT MMC tərəfindən elektron qaydada sənədlər təqdim olunmuşdur ki, hansılara İddiaçı 2019-cu il tarixdə imza edərək qəbul etmişdir. Lakin məhkəmə tərəfindən bu kimi fakt nəzərə alınmamışdır. Məhkəmə iclas zamanı İddiaçı tərəfind ən etiraf olunmuşdur ki, hərracdan, məhkəmə qətnaməsindən, icradan və əmlakın Cavabdeh3 BOKT MMC-nin mülkiyyətinə keçirilməsi barəsində xəbəri var idi və buna əsasən dəfələrlə təşkilata gələrək, təklif edirdi ki, müəyyən bir məbləğdə vəsait ödəyib daşınmaz əmlakı geriyə alsın. Bu kimi fakt İddiaçı məhkəməyə verildiyi iddia ərizəsinin əsassız olmağını sübuta yetirir (məhkəmə iclasının video yazısında eşitmək olar). Lakin məhkəmə tərəfindən bu kimi fakt nəzərə alınmadan, iddiaçını xeyrinə qətnamə çıxarılmışdır. Məhkəmə iclas zamanı İddiaçı dəfələrlə izahat verərkən ifadəsində qeyd etmişdir ki, neçə illər ərzində dəfələrlə Cavabdeh3 BOKT MMC-yə borcun bağlanması və evin qeriyə götürülməsi barəsində müraciət etmişdir. Bu kimi fakt bir daha onu sübuta yetirir ki, İddiaçı bu prosedurlardan xəbər dar idi. Buna dair sübut: Qəbələ rayon məhkəməsində, məhkəmə iclas zamanı video yazı. Cavabdeh3 BOKT MMC tərəfindən Qəbələ Rayon Məhkəməsinə həmin iş üzrə elektron qaydada sənədlər təqdim olunmuşdur. Həmin sənədlər 2019-cu il tarixli sənədlər idi və həmin sənədlərdə İddiaçı sənədlərin qəbul etdiyinə dair imzası vardır. Bu kimi faktıda İddiaçı məhkəmə iclas zamanı etiraf etmişdir. Bundan başqa məhkəmə iclas zamanı, İddiaçı qeyd etmişdir ki, verdiyi iddia ərizəsi üzrə sübutlar və dəlillər vardır. O, zaman hakim Elman İsayev tərəfindən bununla əlaqədər məhkəmə iclası təxirə salınmışdır. Lakin buna baxmayaraq, növbəti məhkəmə iclasında İddiaçı tərəfindən heç bir dəlil sübut təqdim olunmamış və hakim tərəfindən naməlum səbəblərə əsasən iddiaçının xeyrinə qətnamə çıxarılmışdır. Belə ki, İddiaçı tərəfindən məhkəmə iclas zamanı irəli sürdüyü iddia ərizəsinə əsasən heç bir dəlil sübut təqdim edə bilməmişdir. Bu da bir daha onu sübuta yetirir ki, iddia ərizəsi əsassızdır.
14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 22 dekabr 2022-ci il tarixli, 2(107)-1316/2022 nömrəli qətnaməsi ilə (hakimlər – M.A.Əsədli (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və Ə.T.Məcidov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki mübahisə obyekti olan ipoteka qoyulmuş daşınmaz əmlakla bağlı Qəbələ Rayon Məhkəməsinin icra sənədi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq 3 hərracın keçirilməsi təşkil edilmiş, bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmişdir. 01 mart 2012-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən satıcı əmlakı hərracın nəticələri barədə yekun protokoluna əsasən 6375 (altı min üç yüz yetmiş beş) manata satmış, alıcı isə həmin qiymətə almışdır. Eyni zamanda məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçının Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2011ci il tarixli 2(025)-437/2011 saylı məhkəmə qətnaməsi ilə Cavabdeh3 Bank Olmayan Kredit Təşkilatı QSC olan ödənilməmış kredit borcunun ona mülkiyyət hüququ əsasında məxsus olan Qəbələ rayon Nic qəsəbəsində yerləşən 0,59 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 44 kv.metr yaşayış, 65.44 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsindən məlumatı olmuşdur. Apellyasiya şikayətində qeyd edilir ki, məhkəmə iclası zamanı İddiaçı tərəfindən etiraf olunmuşdur ki, hərracdan, məhkəmə qətnaməsindən, icradan və əmlakın Cavabdeh3 BOKT MMC-nin mülkiyyətinə keçirilməsi barəsində xəbəri var idi və buna əsasən dəfələrlə təşkilata gələrək, təklif edirdi ki, müəyyən bir məbləğdə vəsait ödəyib daşınmaz əmlakı geriyə alsın. Bu kimi fakt İddiaçı məhkəməyə verildiyi iddia ərizəsinin əsassız olduğunu sübuta yetirir. (Məhkəmə iclasının video yazısında eşitmək olar). Lakin məhkəmə tərəfindən bu kimi fakt nəzərə alınmadan, iddiaçını xeyrinə qətnamə çıxarılmışdır. Məhkəmə iclası zamanı İddiaçı dəfələrlə izahat verərkən ifadəsində qeyd etmişdir ki, neçə illər ərzində dəfələrlə Cavabdeh3 BOKT MMC-yə borcun bağlanması və evin ge riyə götürülməsi barəsində müraciət etmişdir. Bu kimi fakt bir daha onu sübuta yetirir ki, İddiaçı bu prosedurlardan xəbərdar idi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlili əsaslıdır. Eyni zamanda iş materiallarında olan iddiaçıya və Cavabdeh1nə ünvanladığı xx.xx.2019-cu il tarixli 1926/19 №-li bildirişdə (iş vər.44) bildirir ki, Qəbələ rayon Nic qəsəbəsində yerləşən 0,59 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 44 kv.metr yaşayış, 65.44 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi artıq uzun müddətdir ki, MMC-yə məxsusdur. Qəbələ Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddiaçının və həmin ünvanda onunla birgə qeydiyyatda olan digər şəxslərin həmin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilmiş və yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. Lakin iddiaçı və evdə yaşayan digər şəxslər qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra etmək və evi boşaltmaqdan imtina edir və evdən istifadə etməkdə davam edirlər. Qeyd olunanları nəzərə alaraq BOKT iddiaçıya həmin evi almağı (ilkin olaraq evin bazar dəyərinin 15-20% ödənilməsi, qalan məbləğin isə 24-36 ay müddətində hissə-hissə ödəmək şərti ilə) iddiaçıya təklif etmişdir. BOKT-un təklifinin qəbul edilmədiyi halda isə evdə yaşayan şəxslərin əşyalarla birlikdə evdən çıxarılacağı barədə iddiaçıya xəbərdarlıq olunmuşdur. Sözügedən bildirişə torpaq sahəsinə və fərdi yaşayış evinə dair BOKT-un adına verilmiş çıxarış əlavə edilmişdir. MMC-nin həmin bildirişini və bildirişə əlavə olunmuş çıxarışı xx.xx.2019-cu il tarixdə iddiaçı ilə birlikdə mübahisəli evdə yaşayan oğlu Nümayəndə1 qəbul etmiş və bu barədə bildirişə imza etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının iddia ərizəsində evin hərraca çıxarılması, hərracdan satılması, BOKT-un evi əldə etməsindən məlumatlı olmaması barədə bildirdikləri inandırıcı sayıla bilməz. Ona ğörə də kollegiya hesab edir ki, iddia tələbi hərracın etibarsız hesab edilməsi hissəsində təmin edilə bilməz. Kollegiya iddia tələbinin çıxarışın ləğv edilməsi və mülkiyyət hüququnun bərpa olunması hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Göründüyü kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən Cavabdeh3 BOKT QSC-nin adına xüsusi mülkiyyət kimi hüquqi qe ydiyyatdan keçirilərkən qanunvericiliyin tələbləri pozulmamışdır. Ona görə iddia tələbi həmin hissədə də təmin edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
16. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41 və 42-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, hərracın keçirilmə qaydalarının ümumi tələblərindən görünür ki, hərrac barədə məlumatlar dərc edilməli, açıq olmalı, rəsmi bildirişlər göndərilməli və tərəflərin iştirakı, ən əsası da ipoteka qoyanın-iddiaçı Validə Qəbibovanın iştirakı təmin edilməli idi. Bundan əlavə, iddianı rədd edən məhkəmə öz qətnaməsinin 9-cu səhifəsinin 4-cü sətrində belə əsaslandırma etmişdir ki, iddiaçı və onun oğlu 23 aprel 2021-ci il tarixli akta imza atmış və e vi boşaldılmasına razılıq verərkən evin hərracda satılmasından sanki xəbəri olmuşdur. Bu yanaşma yanlışdır. İlk öncə yuxarıda da qeyd edildiyi kimi hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair subyektiv hüquq yalnız iddiaçıya-yəni İddiaçı məxsusdur. O, isə latın qrafikası ilə yazıb-oxuya bilmir. Həmçinin aktı tərtib edən X5 məhkəmə baxışı zamanı bildirmişdir ki, iddiaçıya aktın məzmununu oxutmamışdır və iddiaçının aktın məzmunundan xəbəri olmamışdır. Ümumiyyətlə həmin an iddiaçıya hərracın nəticələri, əldə edənin kimliyi, sənədləri belə təqdim edilməmişdir. Yalnız sənədlər iş məhkəməyə getdikdən sonra məhkəmənin tam sənəd paketi əldə edilmiş, orda da müəyyən edilmişdir ki, qəti olaraq hərrac keçirilməmiş, hərracın təşkili qaydasına riayət etməmiş, açıqlıq və məlumatlandırma prins iplərinə əməl edilməmiş, iddiaçının hərracın yekunlarında dair akt imzalanana qədər əmlakın yüklülüyünü ödənməsi üçün şərait yaradılmamışdır. Əksinə dəfələrcə iddiaçının oğulları banka yaxınlaşmış, pulu ödəmək istədiklərini bəyan etmiş, hazır pul ilə kredit təşkilatında olmuşlar. Lakin kredit təşkilatının əməkdaşları bu və ya digər səbəblərlə, bəhanə ilə bu məsələni uzatmışlar və həll etməkdən yayınmışlar. Qəti olaraq hərracın nəticələrinə dair bu günə qədər ya hərrac təşkilatı tərəfindən, ya icra məmuru tərəfindən, ya da tələbkar tərəfindən iddiaçıya hər hansı məlumat xarakterli sənəd təqdim edilməmişdir. Hərracın nəticələrinin etibarsızlığına dair məlumatları məhkəmənin özünün sorğusu ilə əldə etdiyi məlumatlardan sonra iddiaçı müəyyən etmişdir. Bu faktı Şəki Apellyasiya Məhkəməsi də nəz ərə almamışdır. Digər tərəfdən məhkəmə qeyd edir ki, hərracın nəticələri olaraq kredit təşkilatı əmlakı əldə etdikdən sonra məhkəmədə proses davam edən əsnada əmlakın X1 da iddiaçının xəbəri olmuşdur, ona görə də məhkəmə iddianı rədd etmişdir. Bununla bağlı onu qeyd etmişlər ki, digər şəxsin sonradan əmlakı əldə etməsi hərracın yekun nəticələrinin etibarsızlığını aradan qaldıran hal deyil. Etibarsızlığı o zaman aradan qaldıran hallar mövcud olur ki, qanunvericilikdə birbaşa təsbit edilsin. Digər alıcının olması belə etibarsızlığa haqq qazandıran amil deyil, məhkəmə qətnaməsini əsaslandıra bilməmişdir. Həmçinin nəzərə alsaq ki, hazırda da həmin əmlak iddiaçının və ailə üzvlərinin istismarındadır, fərdi yaşayış evinin maliyyə dəyəri 200 min manatdan artıqdır. Haqsız olaraq və qanunun tələblə rini pozaraq iddiaçı mülkiyyətdən məhrum edilmişdir. Bu gün də iddiaçı razıdır ki, indeksasiyanı, əldən çıxmış faydanı da nəzərə alaraq öhdəliyini yerinə yetirsin və əmlak hüququnu tam olaraq özünə qaytarsın. Həmçinin, iddiaçı qeyd edir ki, son proseslərlə bağlı zamanı demək olar ki, xüsusən də 22 dekabr 2022-ci il tarixli proses zamanı iddiaçıya/kassatora bildiriş göndərilməmiş, onun iştirakı prosesdə təmin edilməmiş, nəticədə ədalətsiz qətnamə çıxarılmışdır. Hansı ki, bu qətnamə ilə apellyasiya instansiya məhkəməsi formal əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə
416. Hərrac ke çirilməsi qaydalarının pozulması nəticələri 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
21. Maddə
41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2.Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanı n qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3.Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 41.4.Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka pred meti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər. 41.5.Hərrac açıq auksion formasında keçirilir.
22. Maddə
42. Hərracın keçirilmə qaydası 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dairmediadavə özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində ge ri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir. 42.3.İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4.Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.5.Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. 42.6.Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik o lan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.7.Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir.Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. 42.8.Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqa nına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instans iya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razılaşır.
33. Kassasiya şikayətinin əsas dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hərracın keçirilməsindən məlumatlı olmaması və ipoteka predmetinin dəyərindən aşağı qiymətə satılması baxımından hərracın nəticələrini mübahisləndirir.
34. İlkin olaraq qeyd edilməlidir ki, tələb qanuni qüvvədə olan məhkəmə qətnaməsi əsasında əmlaka yönəldilmiş, məhz həmin qərarda ipoteka predmetinin ilkin satış qiyməti 10.000 manat göstərilmişdir. Tələbin əmlaka yönəldilməsinə dair məhkəmə aktı qanuni qüvvədə olmaqla 18 oktyabr 20 11-ci ildə icra vərəqəsi verilmiş, hərrac isə xx.xx.2012-ci ildə keçirilmişdir.
35. Belə olan halda icra vərəqəsinin verilməsi və hərracın keçirilməsi arasında olan müddət çox qısa olmaqla əmlakın dəyərinin əhəmiyyətli qaydada artması baxımından yenidən qiymətləndirmə rəyinin alınması ağlabatan hesab edilə bilməz.
36. Bununla yanaş qeyd edildiyi kimi hərrac xx.xx.2012-ci ildə keçirilmiş, baxılan iş üzrə iddia ərizəsi isə xx.xx.2022-ci ildə məhkəmənin icraatına daxil olmuşdur. Keçən müddət 10 illik müddəti əhatə edir və bu müddət ərzində iddiaçının müvafiq tələblə məhkəməyə müraciət etməsinin qarşısını alan hər hansı bir müstəsna halın mövcudluğu ilə bağlı hər hansı sübut təqdim olunmamışdır.
37. İddiaçı hərracın keçirilməsi ilə bağlı məlumatlandırılmadığını göstərir. Lakin apellyasiya inst ansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclas zamanı İddiaçı dəfələrlə izahat verərkən ifadəsində qeyd etmişdir ki, neçə illər ərzində dəfələrlə Cavabdeh3 BOKT MMC-yə borcun bağlanması və evin geriyə götürülməsi barəsində müraciət etmişdir. Bu kimi fakt bir daha onu sübuta yetirir ki, İddiaçı bu prosedurlardan xəbərdar idi.
38. Eyni zamanda iş materiallarında olan iddiaçıya və Cavabdeh1nə ünvanladığı xx.xx.2019-cu il tarixli 1926/19 №-li bildirişdə (iş vər.44) bank bildirir ki, Qəbələ rayon Nic qəsəbəsində yerləşən 0,59 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 44 kv.metr yaşayış, 65.44 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi artıq uzun müddətdir ki, MMC-yə məxsusdur. Həmin bildiriş xx.xx.2019-cu ildə iddiaçının oğlu Nümayəndə1 tərəfindən şəxsən qəbul olunmuşdur.
39. Əl avə olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddiaçının və həmin ünvanda onunla birgə qeydiyyatda olan digər şəxslərin həmin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilmiş və yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. Lakin iddiaçı və evdə yaşayan digər şəxslər qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra etmək və evi boşaltmaqdan imtina edir və evdən istifadə etməkdə davam edirlər. Qeyd olunanları nəzərə alaraq BOKT iddiaçıya həmin evi almağı (ilkin olaraq evin bazar dəyərinin 15-20% ödənilməsi, qalan məbləğin isə 24-36 ay müddətində hissə-hissə ödəmək şərti ilə) iddiaçıya təklif etmişdir. BOKT-un təklifinin qəbul edilmədiyi halda isə evdə yaşayan şəxslərin əşyalarla birlikdə evdən çıxarılacağı barədə iddiaçıya xəbərdarlıq olunmuşdur.
40. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair 30 dekabr 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qaydağa qoymur.
41. Kassasiya şikayət inin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 2(107)-1316/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.