Məhkəmə qərarları › İş №2(102)-1833/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1833/2024

20.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1833/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh2, İddiaçı, "xxxx" Mənzil Tikinti Kooperativi, 44 saylı Notariat Ofisinin xüsusi notariusu X7 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil-tikinti koopertivlərinin fəaliyyətindən irəli gələn mübahisələr, müqavilənin etibarsızlığı, restitusiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin sahiblik və istifadəyə verilməsi, maneələrin aradan qaldırılması” barədə, müstəqil tələb irəli sürən üçüncü şəxs X12 cavabdehlər Cavabdeh2, İddiaçı, "xxxx" Mənzil Tikinti Kooperativi, Bakı şəhəri 44 saylı Notariat Ofisinin xüsusi notariusu X7 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın və maliyyə arayışının etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin, qeyd və çıxarışın ləğv edilməsi, mənzilə sahiblik və istifadə hüquqlarının tanınması” barədə iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiy asının 10 yanvar 2024-cü il tarixli 2(103)776/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında 20 may 2024-cü il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İcraçı "Kaspian-İnşaat MB” MMC ilə sifarişçi X12 arasında bağlanmış xx.xx.2012ci il tarixli, 113 saylı sifariş müqaviləsinin surətinə əsasən, müqavilənin predmeti Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə icraçının inşa etdiyi 3 girişli, yüksək mərtəbəli yaşayış binasının tərkibində sifarişçi tərəfindən yaşayış sahəsinin (mənzilin) əsaslı tikintisinin sifariş edilməsindən, icraçı tərəfindən isə həmin yaşayış sahəsinin (mənzilin) bu müqavilə ilə müəyyən edilmiş şərtlər və müddət daxilində, keyfiyyətlə və qüsursuz tikilib sifarişçiyə təhvil verilməsindən ibarətdir. Müqavilənin predmetində əsaslı tikintisi nəzərdə tutulmuş yaşayış sahəsi (mənzil) Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının 3 saylı blokunun 12-ci mərtəbəsində yerləşir. Mənzilin nömrəsi-201. Yaşayış sahəsinin (mənzilin) ümumi sahəsinin ölçüsü 144 m2 təşkil edir və 4 otaqdan ibarətdir. İcraçı tərəfindən tikilərək sifarişçiyə təhvil veriləcək ümumi sahəsi 144 m2 olan yaşayış sahəsinin qiyməti hər m2 ücün 700 AZN olmaqla ümumilikdə 100800 AZN müəyyən edilir. 2. "xxxx" MMC-nin maliyyə arayışına əsasən xx.xx.2012-ci il tarixli 113 saylı sifariş müqaviləsinə uyğun olaraq, X12 Bakı şəhəri, Yaşamal rayonu, A.Salam zadə küçəsi, 1055-ci məhəllədə MMC-nin inşaat etdiyi yaşayış binasının 3-cü giriş, 12-ci mərtəbəsində ümumi sahəsi 144 m2-dən ibarət olan mənzilin ümumi dəyərinin tam hissəsi olaraq MMCnin xəzinəsinə 100800 AZN ödəmişdir. Borcu yoxdur. 3. "xxxx" MTK-nın üzvlərinin xx.xx.2018-ci il tarixli ümumi iclasının 126 nömrəli protokolundan çıxarışın surətinə əsasən Cavabdeh2 kooperativə üzv qəbul olunmaqla, onun Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, giriş 3, sahəsi 124 m2 olan 201 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. "xxxx" MTK-nın xx.xx.2021-ci il tarixli 11-M saylı maliyyə arayışının surətinə əsasən qeyd olunan mənzilin dəyəri Cavabdeh2 tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur.

4. Satıcı Cavabdeh2 ilə alıcı İddiaçı arasında bağlanaraq, 44 saylı Notaria t Ofisində 4ə-295 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, giriş 3, sahəsi 127.9 kv.m olan 201 saylı mənzili 135000 manata alıcıya satmışdır.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********01 saylı məktuba əsasən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, giriş 3, 201 saylı mənzil xx.xx.2021-ci il tarixdə Cavabdeh2 adına ilkin qeydiyyatdan keçmişdir. 44 saylı notariat ofisinin xüsusi notariu su H.B.Süleymanlı tərəfindən təsdiqlənmiş 4Ə-295 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********80 saylı məktuba əsasən, ünvan 1 ünvanı X4 adına “Caspian İnşaat MB" MTK üzvlərinin 68 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarışa və eyni tarixli 01-M saylı maliyyə arayışına, habelə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5052/17, xx.xx.2017-ci il tarixli qərardadına əsasən xx.xx.2019-cu il tarixdə ilkin qeydiyyata alınmışdır. Sonradan sözügedən mənzil 53 saylı NO-nun 4ə-186 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X13 adına qeydiyyata alınmışdır və hazırda da onun mülkiyyətindədir.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********66 saylı məktuba əsasən "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq çoxmənzi lli yaşayış binalarındakı mənzillərin ünvanı nəqliyyat infrastrukturu obyektinin (küçənin, prospektin və s) adından, binanın giriş nömrəsindən və mənzilin mərtəbə üzrə nömrəsindən ibarət olur. Çoxmənzilli yaşayış binalarında mənzilin mərtəbə üzrə nömrəsi həmin mərtəbəyə qalxan pilləkənin yuxarı hissəsindən baxanda pilləkən meydançasının solundan, saat əqrəbi istiqamətində 1-dən başlamaqla ardıcıl nömrələmə qaydasında mənzilə nömrə verməklə formalaşır. Lift olan binalarda da pilləkənlər mənzil nömrələrinin müəyyən edilməsi zamanı başlanğıc istinad nömrəsi kimi qəbul edilir.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********54 say lı məktuba əsasən ilkin qeydiyyat zamanı sözügedən mənzilin texniki pasportu binanın layihəsinə və ərizəçi tərəfindən təqdim olunmuş hüquqmüəyyənedici sənədlərə əsasən tərtib olunmuş, Cavabdeh2 Ağamalı oğlunun adına ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizə ilə qeydiyyatdan keçmişdir. Həmin mənzil 4Ə-295 nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilərək İddiaçı adına ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizə ilə rəsmiləşdirilmişdir. Bundan sonra İddiaçı mənzilə dair texniki pasportun faktiki vəziyyətə uyğun tərtib edilməməsi barədə müraciət etmişdir. Müraciətə əsasən müayinə zamanı məlum olmuşdur ki, İddiaçı göstərdiyi mənzil 203 saylı nömrə ilə digər fiziki şəxs X4 adına ********** nömrəli 24 04.2019-cu il tarixli ərizə ilə qeydiyyatdan keçmişdir. Həmin mənzil 4Ə-186 nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilərək X13 adına ********** nömrəli xx.xx.2021-ci il tarixli ərizə ilə rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi (iddiaya əlavə) ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 2 ünvanında 3-cü giriş, 11-ci mərtəbə, yaşayış sahəsi 124 kv.m olan, 3 otaqlı, 201 nömrəli mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər "xxxx" MMC və “Kaspian-İnşaat MB“ MTK tərəfindən törədilən maneələrin aradan qaldırılması və bu cür maneələrin yaradılmasının onlara qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməs i X8 və X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxs qismində işə cəlb etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC üzvlərinin ümumi iclasının xx.xx.2021-ci il tarixli, 12 saylı iclas protokolunun qərarına əsasən Cavabdeh2 kooperativə üzv qəbul olunmaqla, MTK-nın ünvan 2 ünvanında 3-cü giriş, 11-ci mərtəbə, yaşayış sahəsi 124 m2 olan, 3 otaqlı, 201 nömrəli mənzilinin payçısı olması təsdiq edilmişdir. Mənzilə dair Cavabdeh2 adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 01101 1006613-05301-093167 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh2 ilə aralarında bağlanmış alqı-salqı müqaviləsinə əsasən sözügedən mənzil ona satılmış və adına **********13-05301- 093167 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırda mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən istifadə etməyə "xxxx" MMC-nin nümayəndələri tərəfindən qanunsuz maneələr yaradılır.

12. Sözügedən mənzili internet vasitəsi ilə tapıb mülkiyyətçisi ilə əlaqə saxlayaraq həmin mənzilə bir neçə dəfə baxmış, bundan sonra onu almaq qərarına gəlmiş, qiymətini razılaşdırdıqdan sonra Cavabdeh2la alqı-satqı müqaviləsi imzalamış və sonuncu həmin mənzili ona təhvil vermişdir. Həmçinin mənzildə olan bəzi tikinti materiallarını Cavabdeh2 hədiyyə etmişdir. Müqaviləsi imzalandıqdan bir neçə gün sonra həyat yoldaşı mənzilin qıfılını dəyişdirmiş və çıxarışın alınmasından sonra təmir işlərinin aparılmasını qərarlaşdırmışlar. Lakin çıxarışı alıb təmir üçü n ora getdikdə, mənzildə təmir işlərinin aparıldığını müəyyən etmiş, dərhal Cavabdeh2 bu barədə xəbər vermiş və onunla bərabər "xxxx" MMC-yə müraciət etmişlər. MMC isə bildirmişdir ki, evin nömrəsi başqadır və həmin mənzil başqa adama məxsusdur. Lakin Cavabdeh2 onlara bildirmişdir ki, kooperativə üzv olarkən məhz həmin mənzil ona göstərilib, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona çıxarış verilən zaman mütəxəssis məhz həmin mənzilə gələrək baxış keçirib və həmin mərtəbədə 124 m2 olan yeganə mənzil həmin mənzildir. Həmçinin o da öz növbəsində MMC-yə bildirmişdir ki, o, məhz həmin mənzili görüb bəyənmiş və həmin mənzil barəsində çıxarış əsasında alqı-satqı müqaviləsi bağlamışdır. Lakin MMC müxtəlif bəhanələrlə, mənzillərin nömrələrini dəyişdirmək yolu ilə mülkiyyətində olan m ənzildən istifadə etməyə maneələr yaradır. Hər dəfə MTK yeni yalanlar deyərək, gah düzgün nömrəli olmayan mənzilin satıldığını, yaxud da həmin mənzilin başqa adama məxsus olmasını göstərərək maneələr yaratmaqda davam edir. Əgər mənzil başqa adama məxsusdursa, o adam niyə indiyə qədər gəlib onunla görüşmür. Hesab edir ki, bütün bu maneələr MMC tərəfindən yaradılır və hal-hazırda orada aparılan təmir işlərini də özü həyata keçirir. Hətta MMC bu mənzili hansısa yolla digər şəxsə satsa belə, bu mənzili çıxarış əsasında alqı-satqı yolu ilə alıb və öz adına dövlət qeydiyyatından keçirmişdir. Cavabdeh həmin mənzildən onun istifadə etməsinə qanunsuz maneələr yaratmaqla mülkiyyət hüququnu kobud surətdə pozur.

13. X12 da sonradan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs kim i cavabdehlər Cavabdeh2, İddiaçı, "xxxx" MTK-ya, 44 saylı Notariat Ofisinin xüsusi notariusu X7 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “Caspian İnşaat MB" MTK üzvlərinin ümumi iclasının 126 nömrəli, xx.xx.2018-ci il tarixli protokolundan çıxarışın və 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Cavabdeh2 adına aparılmış qeydin və xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın, həmin mənzilə dair Cavabdeh2 ilə İddiaçı ar asında bağlanaraq, 44 saylı Notariat Ofisində 4ə295 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına aparılmış qeydin və xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, onun Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 4 otaqdan ibarət, müqavilə üzrə ümumi sahəsi 144 m2 (faktiki 138,9 m2) olan 201 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Günay Ələkbərova iddia tələbini onunla əsaslandırmışdır ki, "Kaspian-İnşaat MB” MMC ilə aralarında bağlanmış xx.xx.2012-ci il tarixli 113 saylı sifariş müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə "Kaspianİnşaat MB” MMC tərəfindən inşa edilmiş 3 girişli yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 12-ci mərtəbəsində yerləşən, 4 otaqdan ibarət və ümumi sahəsi 144 m2 olan 201 nömrəli mənzilin dəyərini təşkil edən 100.800 manat məbləğində pul vəsaiti tərəfindən tam ödənilməklə, mənzilin tikilib ona təhvil verilməsi sifariş edilmişdir. Mənzilin ümumi dəyərinin tam olaraq ödənilməsi və borcunun olmaması "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışı ilə tam təsdiq olunur. Tikinti işləri tam başa çatdırıldığı və mənzil təhvil verildiyi gündən hazırkı vaxtadək, mənzil onun sahibliyində və istifadəsində olmuş, orada təmir işləri aparmış, yaşamağa başlamış və həmin vaxtdan hazırki günədə k ailəsinin istifadəsindədir. Mənzillərin mərtəbəsi qeyri-yaşayış obyektlərinin yerləşdiyi alt mərtəbənin nəzərə alınıb-alınmamasından asılı olaraq dəyişir. Belə ki, "xxxx" MMC ilə aralarında bağlanılmış müqavilədə mənzilin mərtəbəsi qeyri-yaşayış obyektlərinin yerləşdiyi alt mərtəbə nəzərə alınmaqla qeyd edilmişdir. Qeyri-yaşayış obyektlərinin yerləşdiyi alt mərtəbə nəzərə alınmadıqda isə mənzilin yerləşdiyi mərtəbə 11-ci mərtəbədir və liftə daxil olarkən də 11 düyməsini basmaqla mənzilə qalxmaq mümkündür. 2022-ci ilin fevral ayının əvvəllərində məlum olmuşdur ki, ona məxsus olan mənzilin nömrəsi ilə, yəni 201 nömrə altında mənzil digər şəxsin adına rəsmiləşdirilmiş və həmin şəxsin adına Çıxarış verilmişdir. Dəqiq məlumat əldə etmək üçün əri "Kaspian-İnşaat MB“ MMC-nin direktoru X9 ofisin ə gedərək, məsələyə aydınlıq gətirilməsini xahiş etmiş və o bildirmişdir ki, onlara məxsus 201 saylı mənzil Cavabdeh2 adlı bir şəxsin adına rəsmiləşdirilmiş, sonradan isə həmin mənzil İddiaçı satılmışdır. xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-nin təsisçiliyi ilə "xxxx" MTK təsis edilmiş və MTK-nın sədri seçilmiş X2 bir neçə mənzili onun məlumatı olmadan kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarışlar vermək yolu ilə başqa şəxslərə təkrar satmışdır.

15. Araşdırma nəticəsində məlum olmuşdur ki, onların yaşadığı mənzillə bir mərtəbədə olan 3 otaqlı mənzil Cavabdeh2 satılmış, sonuncu isə mənzili İddiaçı satmışdır. Cavabdeh2 mənzil "xxxx" MTK tərəfindən satıldığı zaman, mənzilin nömrəsi 201 olaraq qeyd edilmişdir. Hər iki mənzilin nömrəsi eynilik təşkil etmişdir. Sonradan ona İddia çı hazırki iddia tələbi ilə Yasamal rayon məhkəməsinə müraciət etməsi məlum olmuşdur.

16. İş materialları ilə tanış olduğu zaman müəyyən olmuşdur ki, məhkəmənin verdiyi xx.xx.2022-ci il tarixli sorğuya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********97 nömrəli xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “ünvan 3 ünvanı Cavabdeh2 adına "xxxx" MTK tərəfindən verilən xx.xx.2018-ci il tarixli 126 say 11 protokoldan çıxarışa, 01-M saylı xx.xx.2021-ci il tarixli maliyyə arayışına, habelə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5052/2017 nömrəli xx.xx.2017-ci il tarixli qərardadına əsasən xx.xx.2021-ci il tarixdə ilkin hüquqi qeydiyyata alınmışdır. Lakin sözügedən mülk 44 saylı NO-nun 4ə-295 nömrəli xx.xx.2021-ci i l tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilmişdir. Ekspert tərəfindən mənzillərə baxış keçirilmiş və ekspertizanın nəticələrinə dair xx.xx.2022-ci il tarixli ekspert rəyi tərtib edilmişdir. ünvan 2 ünvanında yerləşən binada, eləcə də həmin binanın 3-cü girişində yerləşən mənzillərin nömrələnməsinin hansı ardıcıllıqla və hansı istiqamətdə (sağdan sola və ya soldan sağa) hesablanaraq həyata keçirilməsi barədə suala cavab olaraq, ekspert tərəfindən yerləşən binada, eləcə də, həmin binanın 3-cü girişində yerləşən mənzillərin nömrələnməsinin soldan sağa istiqamətdə hesablanaraq həyata keçirildiyi müəyyən edilmişdir. Yasam al rayonu, Ə.Salamzadə küçəsi, ev 3, məhəllə 1055 ünvanında 3-cü giriş, 11-ci mərtəbədə yerləşən yaşayış sahəsi 124 m2 olan, 3 otaqdan ibarət mübahisəli mənzil, həmin ünvanda 3-cü giriş, 11-ci mərtəbədə yerləşən 201 nömrəli mənzillə üst-üstə düşüb-düşməməsi (eyni mənzildirmi, mənzilin ümumi sahəsi, otaqların sayı nəzərə alınmaqla) sualına cavab olaraq, ekspert tərəfindən qeyd edilmişdir ki, iş materiallarında olan (səh 7) xx.xx.2021-ci il tarixli Çıxarışda göstərilmiş ünvan 4 ünvanında 3-cü giriş, 11-ci mərtəbədə yerləşən 201 saylı mənzilin faktiki olaraq dörd otaqdan ibarət olduğu və ümumi sahəsinin 138,9 m2 təşkil etdiyini nəzərə alınaraq, sahəsi 124 m2 olan, 3 otaqdan ibarət mənzilin həmin ünvanda 3-cü giriş, 11-ci mərtəbədə yerləşən 203 nömrəli mənzillə üst-üstə düşmədiyini müəyyən e tmişdir (mənzilin ümumi sahəsi, otaqların sayı nəzərə alınmaqla). xx.xx.2021ci il tarixli Çıxarışda göstərilmiş ünvan 4 ünvanında 3-cü giriş, 11-ci mərtəbədə yerləşən yaşayış sahəsi 124 m2 olan, 3 otaqdan ibarət mübahisəli mənzil, həmin ünvanda 3-cü giriş, 11-ci mərtəbədə yerləşən 201 nömrəli mənzillə üst-üstə düşüb-düşməməsi (eyni mənzildirmi, mənzilin ümumi sahəsi, otaqların sayı nəzərə alınmaqla) sualına cavab olaraq qeyd etmişdir ki, ünvan 5 ünvanında 3-cü giriş, 11-ci mərtəbədə yerləşən 203 saylı mənzilin faktiki olaraq üç otaqdan ibarət olduğunu və ümümi sahəsi 124.9 kv.m təşkil etdiyini nəzərə alaraq, iş materiallarında olan (səh 7) xx.xx.2021-ci il tarixli Çıxarışda göstərilən sahəsi 124 kv.m olan 3 otaqdan ibarət mənzilin həmin ünvanda 3-cü giriş, 11-ci mərtəbədə yerləşən 203 nömr əli mənzillə üst-üstə düşdüyü müəyyən edilir (mənzilin ümümi sahəsi, otaqların sayı nəzərə alınmaqla). Ekspert rəyindən də göründüyü kimi, İddiaçı adına qeydiyyata alınmış 201 nömrəli mənzil onun mənzili ilə faktiki olaraq üstüstə düşməsə də, mənzilin nömrəsi ona məxsus mənzilin nömrəsi ilə eynilik təşkil etdiyindən, 201 nömrəli mənzilə dair aparılmış qeydlər onun hüquqlarını pozur. Bu da bir daha sübut edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən ona məxsus 201 saylı mənzilə dair qanunsuz sənəd əsasında ilk növbədə Cavabdeh2, sonradan isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeyd aparılmışdır ki, bu qeyd də onun hüquqlarını pozur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

17. Birinci in stansiya məhkəməsində cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 göstərmişdir ki, mübahisə predmeti olan mənzil xx.xx.2012-ci il tarixdə X12 adlı şəxsə satılmışdır. İddiaçıya 201 saylı mənzil göstərilsə də, sənədlərində 203 saylı mənzil qeyd edilmişdir. Həmin binanın 203 saylı mənzili isə xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə çoxuşaqlı ailəyə bağışlanmışdır. Hazırda həmin mənzildə yaşayış var. MTK-nın əvvəlki sədrinin avtomobili yol kənarında yanmış vəziyyətdə tapılmışdır. Avtomobildə olan sümüklərin ekspertizası zamanı məlum olmuşdur ki, həmin sümüklər “onurğalılar” sinifinə aid canlının sümükləridir. Fakt üzrə cinayət işi açılmışdır. Hazırda MTK-nın əvvəlki sədrinin aqibəti məlum deyil, həmin şəxsin ölüm haqqında şəhadətnaməsi veril məmişdir, yəni şəxs ölü kimi qeydiyyata alınmamışdır, qarşı tərəfdə olan texniki pasport isə həmin binada yerləşən 200 saylı mənzilə aiddir. Ümumiyyətlə həmin binada yaşayan şəxslərin 50-60 faizi mənzillərinə çıxarış almamışlar. Günay xanım da mənzilinə çıxarış almamışdır.

18. Birinci instansiya məhkəməsi iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir.

19. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2679 saylı rəyinə əsasən: ünvan 5 ünvanında yerləşən binada, eləcə də, həmin binanın 3-cü girişində yerləşən mənzillərin nömrələnməsi soldan sağa istiqamətdə hesablanaraq həyata keçirilir; xx.xx.2021-ci il tarixli Çıxarışda göstərilmiş ünvan 4 ünvanında 3-cü giriş, 11-ci mərtəbədə yerləşən 201 saylı mənzil faktiki olaraq dörd otaqdan ibarət olması və ümümi sahəsinin 138,9 kv.m təşkil etdiyi nəzərə alınarsa, sahəsi 124 kv.m olan 3 otaqdan ibarət mənzil həmin ünvanda 3-cü giriş, 11-ci mərtəbədə yerləşən 201 nömrəli mənzillə üst-üstə düşmür (mənzilin ümümi sahəsi, otaqların sayı nəzərə alınmaqla); ünvan 5 ünvanında 3cü giriş, 11-ci mərtəbədə yerləşən 203 saylı mənzilin faktiki olaraq üç otaqdan ibarət olduğu və ümümi sahəsi 124,9 kv.m təşkil etdiyi nəzərə alınarsa xx.xx.2021-ci il tarixli Çıxarışda göstərilən sahəsi 124 kv.m olan 3 otaqdan ibarət mənzil həmin ünvanda 3-cü giriş, 11-ci mərtəbədə yerləşən 203 nömrəli mənzillə üstüstə düşür (mənzilin ümümi sahəsi, otaqların sayı nəzərə alınmaqla); ünvan 5 ünvanında 3-cü giriş, 11-ci mərtəbədə yerləşən 203 saylı mənzilnin faktiki olaraq üç otaqdan ibarət olduğu və ümümi sahəsinin 124,9 kv.m təşkil etdiyi nəzərə alınarsa, xx.xx.2021-ci il tarixli Çıxarışda göstərilən sahəsi 124 kv.m olan 3 otaqdan ibarət mənzilin həmin ünvanda 3-cü giriş, 11-ci mərtəbədə yerləşən 203 nömrəli mənzillə üst-üstə düşdüyü nəzərə alınaraq bu sual üzrə tədqiqat aparılmadı.

20. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 nömrəli iş üzrə 16 dekabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qismən təmin edilərək, "xxxx" MTK üzvlərinin ümumi iclasının 126 nömrəli, xx.xx.2018-ci il tarixli protokolundan çıxarış və 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 sayl ı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Cavabdeh2 tərəfindən "xxxx" MTK-ya ödənilmiş pul vəsaitinin (maliyyə arayışına əsasən) "xxxx" MTK-dan tutularaq Cavabdeh2 ödənilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Cavabdeh2 adına aparılmış qeyd və 29 iyul 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, 44 saylı Notariat Ofisində 4ə-295 nömrə ilə qeydə alınmış Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə, 201 saylı mənzilinə dair İddiaçı tərəfindən Cavabdeh2 ödənilmiş 135000 (bir yüz otuz beş min) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair İddiaçı adına aparılmış qeyd və 12 noyabr 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, X3 Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə 4 otaqdan ibarət və müqavilə üzrə ümumi sahəsi 144 kv.m (faktiki 138,9 kv.m. təşkil edən) olan 201 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməs i, ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın İddiaçı tutularaq X6 hesabına köçürülməsi qət edilmişdir. (hakim Toğrul Axundov)

21. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 4 ünvanında 3-cü giriş,11-ci mərtəbədə yerləşən 4 otaqlı, sahəsi 144 m2 olan 201 saylı mənzil "Kaspianİnşaat MB” MMC ilə aralarında bağlanmış xx.xx.2012-ci il tarixli, 113 saylı sifariş müqavilə əsasında X12 tərəfindən 100.800 manat məbləğində pul ödənilməklə əldə edilmiş, tikinti işləri başa çatddıqdan sonra mənzil ona təhvil verilmiş, onun sahibliyində və istifadəsində olmuş, orada təmir işləri aparmış, yaşamağa başlamış və həmin vaxtdan hazırki günədək mənzil onun ailəsinin istifadəsindədir. X20, Caspian İnşaat MB” MTK-nın sədri olmasından istifadə edərək, Cavabdeh2 aldadaraq "xxxx" MTK-nın üzvlər inin xx.xx.2018ci il tarixli ümumi iclasının 126 nömrəli protokolu ilə kooperativə üzv qəbul olunmasına və xx.xx.2012-ci il tarixli, 113 saylı sifariş müqaviləsinə əsasən X1 və dəyəri sonuncu tərəfindən tam ödənilmiş Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, giriş 3, sahəsi 144 m2 olan 4 otaqlı 201 saylı mənzilin göstəricilərini saxtalaşdırmaqla, yəni sahəsi 124 kv.m, otaq sayı 3 göstərilməklə, Cavabdeh2 həmin mənzilin payçısı olmasının təsdiq edilməsinə nail olmuş, bu əsaslarla həmin mənzil Cavabdeh2 adına xx.xx.2019-cu il tarixdə ilkin qeydiyyata alınmış, daha sonra o, X11 məxsus olan 3 otaqlı 203 saylı mənzil, alğı-satqı müqaviləsini 201 saylı mənzilə dair bağlayaraq, 135000 manata İddiaçı satmışdır. Bu hal məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyy at Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********54 saylı cavab məktubu ilə də təsdiq olunmuşdur. Halbuki, həmin binada eyni giriş, eyni mərtəbədə 1 ədəd 203 saylı mənzil olmuş, 201 saylı mənzil isə 4 otaqlı olmuşdur. Qeyd olunan 3 otaqlı 203 saylı mənzil X4 adına “Caspian-İnşaat MB" MTK üzvlərinin 68 nömrəli xx.xx.2019-cu il tarixli protokolundan çıxarışa və eyni tarixli 01-M saylı maliyyə arayışına, habelə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5052/17, xx.xx.2017-ci il tarixli qərardadına əsasən, sonradan 53 saylı NO-nun 4ə-186 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X13 adına qeydiyyata alınmışdır və hazır da da onun mülkiyyətindədir.

22. Birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürən şəxsin iddia tələbləri ilə bağlı qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeyd təkbaşına əşya hüquqlarının yaranmasını və ya xitamını təmin edə bilməz; qeydin göstərilən nəticələri doğura bilməsi üçün etibarlı hüquqi əsasa söykənməsi tələb edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci və Mülki Məcəllənin 139-1-ci maddələrində bu tələb açıq şəkildə ifadə edilmişdir. Mülki Məcəllənin 139-1.1, 139-1.1.3 və 139-1.1.4-cü maddələrinin tələbinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr və qanuni qüvvəyə minmiş məhkəmə qərarları, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) v ə xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

23. Birinci instansiya məhkəməsi göstərmişdir ki, qüvvədə olan qanunvericilik (MMin 139-1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddələri) üçün xarakterik olan əsasa bağlılıq prinsipi tələb edir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış istənilən qeydin etibarlı hüquqi əsası (müqavilə, məhkəmə qətnaməsi, vəsiyyətnamə və s.) olsun. Lakin Cavabdeh2, dolayısı ilə də, İddiaçı mübahisəli mənzilə münasibətdə mülkiyyət hüquqları etibarsız əqdlər əsasında qeydə alınmışdır. Bu baxımdan, onların həmin daşınmaz əmlaka dair hər hansı hərəkət etmək, o cümlədən özgəninkiləşdirmək hüququ olmamışdır.

24. Birinci instansiya məhkəməsi həmçinin iş materiallarına əsasən onu da müəyyən etmişdir ki, "xxxx" MTK-nın 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə, 201 saylı mənzilin pay dəyəri Cavabdeh2 tərəfindən "xxxx" MTK-ya tam ödənilmişdir. Həmçinin, 44 saylı Notariat Ofisində 4ə-295 nömrə ilə qeydə alınmış Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə, 201 saylı mənzilinə görə İddiaçı tərəfindən Cavabdeh2 135000 manat ödənilmişdir.

25. Mülki qanunvercilyə görə bağlandığı andan tərəflər üçün hüquq və vəzifələr yaradan, lakin etiraz nəticəsində məhkəmə qaydasında etibarsız hesab edilən əqdlər mübahisə edilən əqdlər adlanır. Bu əqdlər məhkəmədə mübahisələndirilməmişsə və onun tərəfindən etibarsız sayılmamışsa qüvvədə qalır. Əgər mübahisəli əqdi məhkəmə etibarsız sayırsa o, bağlandığı andan belə hesab edilir ki, məhkəmənin qətnaməsi geriyə qüvvəyə malik olur. Əqdin etibarsız sayılmasının birinci nəticəsi onun icrasının yolverilməzliyidir. Belə əqd tərəflərdən biri və yaxud hər ikisi tərəfindən icra edilmişsə, belə olan halda restitusiya tətbiq olunur.

26. Birinci instansiya məhkəməsinin mövqeyinə görə hazırki halda ikitərəfli restitusiyanın tətbiq edilməsini istisna edən hallar yoxdur, yəni İddiaçı hərəkətlərində hər hansı mülki hüquq pozuntusunun olması mülki iş materialları ilə təsdiq edilmir. Əksinə, işin mübahisə olunmayan hallarına görə İddiaçı dövlət reyestrindən çıxarışa əsasən satıcı Cavabdeh2 məxsus olan mənzili notarial qaydada təsdiq edilmiş müqavilə əsasında sonuncuya 135.000 manat pul vəsaiti ödəməklə əldə edib.

27. Belə olan halda "xxxx" MTK-ya ödənilmiş pul vəsaiti (maliyyə arayışına əsasən) "xxxx" MTK-dan tutularaq Cavabdeh2, Cavabdeh2 135000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir

28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 16.1, 1391.1, 139-1.1.3, 139-1.1.4, 149.2, 324.1, 324.2, 324.5, 337.1, 337.2, 337.5, 339.1, 425-ci, “Da şınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli, “Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli və “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2010-cu il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 05 dekabr 2011-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

29. Cavabdeh "xxxx" MTK apellyasiya şikayəti verərək qətnamənin “Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Cavabdeh2 tərəfində n "xxxx" MTK-ya ödənilmiş pul vəsaiti (maliyyə arayışına əsasən) "xxxx" MTK- dan tutularaq Cavabdeh2 ödənilsin” hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə özü də qeyd etmişdir ki, "xxxx" MTK-nın sədri olmuş X20 dələduzluq edərək Cavabdeh2 aldadaraq pulunu mənimsəmiş və bununla bağlı X15 barəsində AR CM-nin 178.3.2, 320.1, 320.2 və digər maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində olan cinayət işi hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Cavabdeh2 "xxxx" MTK-nın xəzinəsinə heç bir pul məbləğini mədaxil etməmiş və bu barədə hər hansı mötəbər sübut da iş materiallarında mövcud deyil. Bundan başqa, X20 barəsində olan cinayət işi üzrə Cavabdeh2 zərərçəkmiş kimi tanınmış və sübut olunmuşdur ki, həmin mənzili Rafət dələduzluq yolu ilə qanunsuz olaraq Cavabdeh2 satmışdır və həmin cinayət işi üzrə Cavabdeh2 da mülki iddiası vardır. Deməli, hazırki mülki iş üzrə məhkəmə heç bir obyektiv araşdırma aparmadan ödənilməsi ehtimal olunan pul məbləğini qanunsuz olaraq MTK-dan tutulması barədə qətnamə qəbul etmişdir. Bundan başqa, həmin pul məbləğinin ödənilməsi ilə bağlı heç bir iddia tələbi yoxdur, bununla bağlı dövlət rüsumu ödənilməmişdir və hakim səlahiyyətini aşaraq iddia tələbindən kənara çıxmış və belə bir qətnamə qəbul etmişdir.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2024-cü il tarixli 2(103)776/2024 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)993/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Fuad Talışinski)

32. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə hesab etmişdir ki, cavabdeh tərəfindən şikayətin əsasını təşkil edən halları təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır.

33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 16.1, 389.1.,139-1.1, 139-1.1.3, 139-1.1.4, 149.2, 324.1, 324.2, 324.5, 337.1, 337.2,337.5, 425.1-ci, Mülki Prosessual Məcəllənın 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh "xxxx" MTK kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və mülki işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 mənzilə görə "xxxx" MTK-nın xəzinəsinə heç bir pul məbləğini mədaxil etməmişdir (bu barədə hər hansı mötəbər sübut iş materiallarında mövcud deyil). X5 Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1, 320.2 və digər maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş və onun barəsində olan cinayət işinin icraatı davam edir. X20 barəsində olan cinayət işi üzrə Cavabdeh2 zərərçəkmiş şəxs kimi tanınmış və sübut olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilini Rafət Qəniyev dələduzluq yolu ilə, qanunsuz olaraq Cavabd eh2 satmışdır. Həmin cinayət işi üzrə Cavabdeh2 mülki iddiası vardır. Deməli, hazırki mülki iş üzrə apellyasiya instansiyası məhkəməsi heç bir obyektiv araşdırma aparmadan, MTK-dan pul tutulması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara obyektiv və qərəzsiz baxmaqla, qanunvericilik normalarına uyğun qiymət verməli olduğu halda, yalnız özünün düzgün olmayan, subyektiv mülahizəsinə əsasən qiymət vermiş, nəticədə prosessual hüquq normasının pozuntusuna yol verməklə, düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi "xxxx" MTK-nın nümayəndəsinin məhkəmə iclas(lar)ında iştirakını təmin etməmiş, çəkişmə prinsipinin pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 4 16.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Kass asiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində cavabdeh "xxxx" MTK qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın "xxxx" MTK-ya qarşı restitusiya tətbiq edilən hissəsi üzrə olub, buna görə qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan həmin hissə başa düşülür.

39. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas yoxdu r.

41. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə qiymət vermişdir.

42. İşdən görünür ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə "xxxx" MTK üzvlərinin ümumi iclasının 126 nömrəli, xx.xx.2018-ci il tarixli protokolundan çıxarış və 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışı etibarsız hesab olunduğu üçün Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Cavabdeh2 tərəfindən "xxxx" MTK-ya ödənilmiş pul vəsaitinin (maliyyə arayışına əsasən) "xxxx" MTK-dan tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir.

43. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə də əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

44. Başqa sözlə, əqdin etibarsızlığı halında restitusiyanın tətbiqi istisna edilmir. Çünki restitusiya məhz əqd etibarsız sayıldıqda, əqd bağlamış tərəflərin əvvəlki vəziyyətə qaytarılmasını nəzərdə tutur.

45. Bu baxımdan sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmış, apelyasiya şikayətini dəlillərinə qiymət verilmiş, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

46. Buna görə də hazırda qiymət verilməli olan məsələlər kassasiya şikayətinin dəlilləridir.

47. Cavabdeh2 mənzilə görə "xxxx" MTK-nın xəzinəsinə heç bir pul məbləğini mədaxil etməməsi, X5nun Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1, 320.2 və digər maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin cinayət işi üzrə Cavabdeh2 zərərçəkmiş şəxs kimi tanınması, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilini Rafət Qəniyevin dələduzluq yolu ilə, qanunsuz olaraq Cavabdeh2 satmasını sübut edilməsi bar ədə kassasiya şikayətinin dəlilləri əsassıdzır. Belə ki, Cavabdeh2 "xxxx" MTK-dan aldığı mənzilə görə ödəmiş olduğu pulun X20 tərəfindən MTK-nın xəzinəsinə daxil edilməməsi MTK-nı həmin pul vəsaitini Cavabdeh2 qaytarmasından imtina üçün hər hansı hüquqi əsas yoxdur. Üzvlərinin ümumi iclasının 126 nömrəli, xx.xx.2018-ci il tarixli protokolundan çıxarışı və 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışı məhz "xxxx" MTK tərəfindən verilmişdir. Başqa sözlə, Cavabdeh2 məhz "xxxx" MTK ilə hüquq münasibətinə girmiş, pulun ödənilməsi barədə arayış da MTK tərəfindən verilmişdir.

48. Apellyasiya instansiyası məhkəməsində cavabdeh "xxxx" MTK iştirakının təmin edilməməsi barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iş materialları ilə təkzib edilir. Çünki məhkəmə iclasının va xtı və yeri barədə cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə “SMS” bildiriş göndərilmiş, həmin “SMS” bildiriş nümyəndəyə çatmış, eləcə də həmin məlumat cavabdeh "xxxx" MTK-nın poçt ünvanına (apellyasiya şikayətində qeyd edilən ünvana) göndərilmişdir. Buna baxmayaraq, cavabdeh "xxxx" MTK-nın nümayəndəsi apellyasiya baxışında iştirak etməmiş və bunun səbəbləri barədə də qabaqcadan məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə görə də işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxs lərin gəlməməsi işə baxılmasına mane olmur.

49. Buna görə də məhkəmə iclasında iştirak etməməsinin məsuliyyətini cavabdeh özü daşıyır.

50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-776/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar