Məhkəmə qərarları › İş №2(102)-1834/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1834/2023

12.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1834/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və əmlakdan istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmlakın qanunsuz sahiblikdən tələb edilməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2022-ci il tarixli, 2(107)1369/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan R espublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Hazırki mübahisə Qəbələ şəhəri, 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri-yaşayış sahəsi və Qəbələ rayonu, Mirzəbəyli kəndində İddiaçı mülkiyyətində olan 0,035 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının (fındıq emalı zavodunun) qarşısında yerləşən 2 ədəd dəmir köşkdən istifadə ilə bağlıdır. Hər iki əmlakın hüquq müəyyənedici sənədləri yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus Qəbələ şəhəri, 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri-yaşayış sahəsind ən və həmçinin ona məxsus Qəbələ rayonu, Mirzəbəyli kəndində fındıq emalı zavodunun qarşısında yerləşən 2 ədəd dəmir köşkdən istifadəyə maneələrə son qoyulması, həmin əmlakların boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Qəbələ şəhərində hərbi şəhərcik deyilən ərazidə Qəbələ şəhəri, 2 hərbi şəhərcik (keçmiş ünvan A.Vasiliyev) ünvanında 90-cı illərdə mağaza almışdır. Həmin mağazanı rəsmi olaraq 2004-cü ildən qeydiyyata salmaqla işlətmişdir. Lakin, artıq 5 ildir ki, cavabdeh həmin mağazanı mənimsəyərək və başqa şəxslərə verərək ona həmin mağazadan istifadə etməyə imkan vermir. İddiaçı dəfələrlə cavabdehə mağazanı boşaltmağı və ona istifadəyə maneələrə son qoymağı tələb etsə də, cavabdeh bu hərəkətlərinə son qo ymamışdır. Vergi orqanlarından arayışdan da göründüyü kimi 22 may 2006-cı ildən həmin əmlakı vergidə iddiaçının adına qeydiyyata alınaraq işləməyi üçün sənəd verilmişdir. Həmçinin cavabdeh iddiaçıya məxsus fındıq zavodunun qabağında tikdirdiyi, fındıq və qarışıq malların satışı üçün düzəltdirdiyi dəmir köşkü də mənimsəmiş və istifadə etməyinə mane olmuşdur. Hətta orada olan iddiaçının mallarını belə götürmüş və qapının qıfılını qıraraq ora yeni qıfıl qoymuşdur. İddiaçı həmin dəmir köşkü hərbi şəhərcikdə düzəltmişdir. Bunu həmin köşkü düzəldənlər və texnika ilə ora gətirənlər də təsdiq edir. Həmçinin İcra nümayəndəliyindən təqdim etdiyi arayışdan da göründüyü kimi dəmir köşk onun fındıq emalı zavodunun qarşısındadır və ona məxsusdur. Göründüyü kimi cavabdeh hər iki əmlakını mənimsəyərək ist ifadə edir və ona onlardan istifadəyə maneçilik törədir.

4. Qəbələ Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(025)-921/2022 nömrəli qətnaməsi ilə (hakim A.B.Əliyev) iddia rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində Qəbələ şəhəri 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri-yaşayış sahəsinin və Qəbələ rayonu Mirzəbəyli kəndində ona məxsus fındıq emalı zavodunun qarşısında yerləşən 2 ədəd dəmir köşkün istifadəsinə maneələrə son qoyulmasını, həmin əmlakların boşaldılaraq ona təhvil verilməsini tələb etsə də, iddia tələbinin əsaslandığı hallara, yəni iddia etdiyi əmlaklara dair mülkiyyət hüququ olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh isə məhkəməyə iclasında iddia təl əbini etiraf etməmiş, qeyd olunan əmlakların iddiaçıya heç bir aidiyyətinin olmadığını bildirmişdir.

6. Hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsə də o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir.

7. Məhkəmə həmçinin iddiaçının təqdim etdiyi sübutlara, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi, X4 Təchizatı və Satışı İdarəsi Qəbələ Elektrik Şəbəkəsi və Qəbələ rayon İcra Hakimiyyəti başçısının Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlara hüquqi qiymət verərək, onları Qəbələ şəhəri 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyr i-yaşayış sahəsinin və Qəbələ rayonu Mirzəbəyli kəndində ona məxsus fındıq emalı zavodunun qarşısında yerləşən 2 ədəd dəmir köşkün iddiaçının mülkiyyətində olmasını təsdiqləyən sübut növü kimi nəzərə almamışdır.

8. Daha sonra məhkəmə qeyd etmişdir ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçı ilk növbədə mübahisəli əmlakların onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu, işin mübahisəsiz halı kimi müəyyən olunmalı, yəni cavabdeh həmin faktı etiraf etməlidir. Əks halda iddiaçının ümumiyyətlə belə iddianı qaldırmağa subyektiv hüququ olmadığı üçün məhkəmənin istinad olunan maddənin digər dispozisiya şərtləri üzrə, o cümlədən, cavabdehi n əmlaka sahibliyinin qanuniliyi barədə araşdırma aparması mübahisənin mahiyyəti üzrə həlli baxımından əhəmiyyətsizdir.

9. Hazırkı halda, İddiaçı məhkəmə iclasında Cavabdeh onun hansı hüququnu pozmasını sübuta yetirə bilməmişdir. İddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi əmlakların bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən əmlakların hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Normanın tələbinə görə məhkəməyə müraciət etmiş ş əxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda, İddiaçı məhkəmə iclasında Cavabdeh onun hansı hüquqlarını pozmasını sübuta yetirə bilməmişdir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152, 157.2, 157.5-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 217.4-cü maddələri, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 may 2007-ci il tarixli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(025)-921/2022 nömrəl i qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 dekabr 2022-ci il tarixli, 2(107)-1369/22 nömrəli qətnaməsi ilə (hakim M.A.Əsədlinin sədrliyi və məruzəsi ilə, V.İ.Məlikovun və Ə.T.Məcidovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(025)-921/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın təmin edilməsi, Qəbələ şəhəri 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri-yaşayış sahəsindən və Qəbələ rayonu Mirzəbəyli kəndində İddiaçı məxsus fındıq emalı zavodunun qarşısında yerləşən 2 ədəd dəmir köşkdən istifadəyə Cavabdeh tərəfindən edilən maneələrə son qoyulm ası, həmin əmlakların boşaldılaraq İddiaçı təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Qəbələ rayonu, Mirzəbəyli kəndində yol kənarında yerləşən dəmir köşklər 2001-ci ildə "xxxx" MMC-nin balansından çıxarılaraq kənd sakini İddiaçı satılmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 10 iyul 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, MH-0000963 saylı (daşınmaz əmlakın reyestr nömrəsi **********84-06301) çıxarışdan görünür ki, Qəbələ rayonu, Mirzəbəyli kəndində mülkiyyətində olan 0.035 ha torpaq sa həsində yerləşən 7 girişli, 463.9 kv.m ümumu, 463.9 kv.m əsas sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binası (fındıq emal zavodu) tam mülkiyyət hüququ üzrə İddiaçı adında daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Xalq Deputatları Sovetinin 28 iyul 1992-ci il tarixli 2 nömrəli iclas protokolundan 28 iyul 2022-ci il tarixli, 48 saylı çıxarışdan məlum olur ki, Qəbələ rayonunda fəaliyyət göstərən "xxxx" X5 adına kolxozun ərazisində tikdirdiyi mağaza binasının yerləşdiyi sahədən 300 kv.m torpaq sahəsindən istifadə hüququ verilmişdir. İş materiallarından məlum olur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 10 nömrəli Yol İstismarı MMC tərəfindən verilmiş 28 iyul 2022-ci il t arixli, 74 saylı arayış İddiaçı adına verilmişdir. İş materiallarında olan Qəbələ Rayon İHB Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən fındıq sexinin qarşısındakı yol kənarında olan iki dəmir köşk Qəbələ rayonu, Mirzəbəyli kənd sakini İddiaçı məxsusdur. Eyni zamanda iş materiallarında olan X4 Təchizatı və Satışı İdarəsi Qəbələ Elektrik Şəbəkəsi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, 317 saylı arayışdan görünür ki, İddiaçı Hərbi şəhərcikdə olan özünə məxsus mağazada 2013-cü ilin oktyabr ayında **********30084 (**********9) kodu ******* nömrəli sayğac ilə elektrik enerjisindən istifadə edir və sayğac İddiaçı adınadır. Göründüyü kimi mübahisə predmeti olan köşklər İddiaçı istifadəsində olmuşdur. Kollegiyanın qənaətinə görə iddiaçı qeyri-yaşayış sahəsinin boşaldılması, eyni zamanda qeyri-yaşayış sahəsinin (köşklərin) istifadə edilməsinə cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılmasını tələb etməkdə haqlı olmuşdur.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 152.2, 157.4-cü, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 372.1, 372.6, 372.7, 384-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

15. Cavabdeh kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2022-ci il tarixli, 2(107)-1369/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 146, 157.2-ci, Mülki Prosessual Məcəllənin 8.1, 9.1, 81, 88-ci maddələri, “M.Bağırovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı pozulmuşdur. Belə ki, iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinin tələb etdiyi üç zəruri şərtlə əsaslanmamış və onun iddia tələbini irəli sürmək üçün subyektiv hüququ olmamışdır. Məhkəmənin istinad etdiyi sənədlərdə göstərilən məlumatlar həqiqəti əks etdirməmişdir. Apellyasiya məhkəməsi bərabərlik prinsipini pozaraq, işi səthi və birtərəfli araşdırmış, təhrif olunmuş faktlara əsaslanmaqla iddianı təmin etmişdir.

17. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icr aat qaydasında baxılmışdır.

18. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

19. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması əd alətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

20. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən və hazırki kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübu tlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini ya lnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməl idir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 22. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun t ələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

24. Belə ki, hazırki tələbin hüqu qi əsasını Mülki Məcəllənin 157.2 və 157.8-ci maddələri təşkil edir. Həmin normalara əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

25. Qeyd olunan maddi hüquq normasının dispozisiyasına görə əmlak iddiaçının mülkiyyətində (qanuna və ya müqaviləyə əsasən sahibliyində) olmalı, tələb irəli sürülən vaxt əmlak başqa şəxsin sahibliyində olmalı və sonuncunun sahibliyi qanunsuz olmalıdır.

26. Hazırda barəsində tələb irəli sürülən qeyri-yaşayış sahəsinin və 2 ədəd köşkün cavabdehin sahibliyində olması işin mübahisəsiz halıdır. Odur ki, araşdırılmalı olan məsələ ilk olaraq həmin əmlakın iddiaçının mülkiyyətinin (qanuni sahi bliyinin) olması və cavabdehin mövcud sahibliyinin qanunsuz olub-olmamasıdır.

27. Apellyasiya məhkəməsi mübahisə olunan köşklərin iddiaçının istifadəsində olduğu nəticəsinə gəlmişdir.

28. Bu nəticəyə gələrkən, apellyasiya məhkəməsi qətnaməsində ziddiyyətli sübutları sadalamaqla kifayətlənmiş, lakin həmin sübutları MPM-in 88 və 218.1-ci maddələrinə uyğun qiymətləndirməmiş və iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini göstərməmişdir.

29. Halbuki, qeyd olunan sübutlar özü-özlüyündə mübahisəli əmlakların iddiaçının mülkiyyətində (qanuni sahibliyində) olması qənaətinə gəlmək üçün kifayət etmir.

30. Belə ki, məhkəmə dəmir köşklərin "xxxx" MMC tərəfindən İddiaçı satılmasına istinad etmişdir. Lakin həmin köşklərin MMC-nin mülkiyyətində olduğunu və müvafiq alqı-satqının baş verməs ini təsdiq edən hər hansı sənəd iş materiallarında mövcud deyildir. İşdə yalnız "xxxx" X5 adına kolxozun ərazisində tikdirdiyi mağaza binasının yerləşdiyi sahədən 300 kv.m torpaq sahəsində istifadə hüququnun verilməsinə dair Qəbələ rayon XDS-nin 28 iyul 1992-ci il tarixli 11 nömrəli İclas protokolundan çıxarış əlavə olunmuşdur ki, həmin torpaq sahəsinin hazırda mübahisələndirilən əmlaklara aidiyyəti iş materialları ilə müəyyən olunmur.

31. Həmçinin nəzərə almaq lazımdır ki, iş materiallarına "xxxx" MMC-nin tarixsiz və nömrəsiz məktubu əlavə olunmuşdur ki, “dəmir köşklər 2001-ci ilədək Pərvanə MMC-nin balansında olmuş, həmin ildə isə balansdan çıxarılaraq kənd sakini İddiaçı satılmışdır.” Məktub "xxxx" MMC-nin direktoru İddiaçı tərəfindən imzalanmışdır. (i.v. 126-127)

32. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron çıxarışdan isə müəyyən olunur ki, "xxxx" MMC-nin qanuni təmsilçisi İddiaçıdur.

33. Beləliklə, müəyyən olunur ki, apellyasiya məhkəməsinin istinad etdiyi arayışlar iddiaçının özü tərəfindən imzalanmışdır. Həmin arayışlarda əks olunan məlumatların hazırki qərarın 30-cu bəndinə göstərilən sənədlərlə təsdiq olunmadığı halda, apellyasiya məhkəməsi tərəfindən onların sübut kimi mötəbərliyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun qiymətləndirilməmişdir.

34. Həmçinin Qəbələ rayonunun Mirzəbəyli kəndində iddiaçının mülkiyyətində 0,035 ha torpaq sahəsində 2 mərtəbəli qeyri-yaşayış sahəsinin (fındıq emalı zavodunun) olması, həmin sahənin qarşısında quraşdırılmış köşklərin də sonuncunun mülkiyyəti kimi qiymətləndirilməsinə əsas vermir. Belə ki, köşklər iddiaçının torpaq sahəsində deyil, onun qarşısında yolun mühafizə zonasında yerləşir. Əmlaklar müxtəlif olduğu üçün torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun olması sonuncunun köşklərə də hüququnun olması kimi qiymətləndirilməsi anlaşılmazdır.

35. Daha sonra, məhkəmənin istinad etdiyi Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin "xxxx" MMC-nin 28 iyul 2022-ci il tarixli, 74 saylı arayışı tələbin əsaslılığına aidiyyəti də qeyrimüəyyəndir. Belə ki, apellyasiya məhkəməsi həmin arayışını İddiaçı verildiyini qeyd etmişdir. Lakin iş materiallarının 27, 119-cu vərəqələrində olan qeyd olunan arayışın məzmunundan müəyyən olunur ki, arayış Cavabdeh verilmiş və qeyd olunmuşdur ki, Qaraməryəm – İsmayıllı – Şəki avtomobil yolunun 80-ci km-də yolun sağ tərəfindən hər iki qeyri-yaşayış obyektinin altında yerləşən torpaq sahəsi həmin yolun təhkim zolağıdır.

36. Məhkəmənin istinad etdiyi Qəbələ rayon İHB-nın Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 22 aprel 2022-ci il tarixli arayışına gəldikdə isə, iş materiallarından müəyyən olunur ki, həmin arayışı imzalamış X1 birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, arayışın verilməsinə səbəb Mirzəbəyli kəndi ərazisində yerləşən fındıq sexinin qarşısındakı yol kənarında olan iki ədəd dəmir köşkün (dəmir dükanın) İddiaçı məxsus olmasını bilməsi olmuş, İddiaçı həmin dəmir köşklərin onun mülkiyyətində olan torpaq sahəsində yerləşməsinə dair torpaq sahəsinin mülkiy yət sənədini vermişdir.

37. Göründüyü kimi, həmin arayışın verilməsi də fındıq emalı zavodunun yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması ilə əsaslandırılmış və bu səbəbdən arayışın mötəbərliyi hazırki qərarın 34-cü bəndində göstərilən qaydada qiymətləndirilməmişdir.

38. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə qeyd olunan sübutlara istinad etməklə, mübahisə predmeti olan köşklərin iddiaçının istifadəsində olması qənaətinə gəlmişdir. Lakin nəticə olaraq cavabdehin həm Qəbələ şəhəri 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri-yaşayış sahəsindən, həm də Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 2 ədəd köşkdən iddiaçının istifadəsinə maneələrə son qoyulmasını və hər iki əmlakın ona təhvil verilməsini qət etmişdir. Göründüyü kimi, qətnamə hərbi şəhərcikd ə yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə ümumiyyətlə əsaslandırılmamışdır.

39. Nəhayət, işdən müəyyən olunur ki, cavabdeh tərəf də etirazının əsaslandırılması məqsədi ilə məhkəməyə müxtəlif sənədlər təqdim etmiş, lakin apellyasiya məhkəməsi qətnaməsində həmin sənədlərə ümumiyyətlə istinad etməmiş və onları iddiaçının təqdim etdiyi sübutlarla yanaşı qiymətləndirməmişdir. 40. “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiə haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

41. Hər kəs ədalətli məhkəmə araşdırılması hüququna malikdir. Bu ifadə lazımi qaydada həyata keçir ilən məhkəmə araşdırmasının bir çox aspektlərini, məsələn, məhkəməyə müraciət hüququnun, məhkəmə qərarının əsaslandırılması və sair məsələləri əhatə edir.

42. Ədalətli məhkəmə araşdırması hüququ tərəflərin bərabərliyi və işə çəkişmə prinsipi əsasında baxılması hüququnu da özündə ehtiva edir.

43. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların kons titusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

45. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunveric ilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

46. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, iddianın və ona etirazın dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

47. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

48. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıd a qeyd olunan məsələləri araşdırmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2022-ci il tarixli, 2(107)-1369/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar