Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1835/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: lizinq müqaviləsi, öhdəliyin icra edilməməsi, sübutetmə vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı avtomobilin qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-486/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasınd a yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – lizinq alan və ya iddiaçı) ilə Cavabdeh (bundan sonra lizinq verən, MMC və ya cavabdeh) arasında bağlanmış 00/0049/LZ saylı, 26 yanvar 2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən, lizinq verən əvvəlcədən lizinq vermək məqsədi ilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya lizinq alan tərəfindən seçilmiş, lizinq verənlə satıcı arasında bağlanan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd 2013-cü il buraxılışlı, ban və mühərrik nömrələri müqavilədə qeyd olunan “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsini lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürmüş, lizinq alan isə bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq ob yektindən istifadəyə görə lizinq verənə şərtləşdirilmiş muzd ödəməyi öz öhdəsinə götürmüşdür.
2. Müqavilənin 5-ci bəndinə əsasən, lizinq obyektinə mülkiyyət hüququ bütün lizinq ödənişlərinin verilməsi və lizinq alanın lizinq verən qarşısında mövcud olan digər bütün öhdəlikləri icra edildikdən sonra lizinq alana keçir. Lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətindədir. Lizinq obyekti üzrə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Maliyyə lizinqi müqaviləsinə əsasən lizinq obyektinə mülkiyyət hüququ bütün lizinq ödənişlərinin edilməsi və lizinq alanın lizinq verən qarşısında mövcud olan digər bütün öhdəlikləri icra edildikdən sonra lizinq alana keçir.
3. Müqavilənin 9.4-cü bəndinə əsasən, lizinq alanın lizinq verən ə ödəməli olduğu lizinq ödənişləri cəmi 18.963 manat təşkil etməlidir. Həmin məbləğdən 11.500 manatı əmtəənin dəyəri, 7.463 manat isə mükafatdır.
4. Müqavilənin 11-ci bəndinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə və ya iki dəfədən artıq ödənişləri gecikdirirsə, lizinq alan müqavilənin şərtləri ilə nəzərdə tutulmuş məlumatı tətbiq etməyib və ya bilə-bilə yalan və ya natamam məlumat təqdim etdikdə və müqavilədə müəyyən edilmiş digər hallarda vaxtından əvvəl ləğv etmək və lizinq obyektini geri almaq hüququ vardır.
5. İddiaçı ona təqdim edilmiş elektron qaimələr üzrə xx.xx.2022-ci il tarixdə 11.500 manat; xx.xx.2022-ci il tarixdə 345,26 manat; xx.xx.2022-ci il tarixdə 352,61 manat; xx.xx.2022-ci il tarixdə 312,59 manat olmaqla cəmi 12.510,46 manat icra etmişdir.
6. Tərəflər arasında bağlanmış 18 may 2022-ci il tarixli, 00/0049/LZ saylı maliyyə lizinqi müqaviləsinin xitamına dair sazişə əsasən, lizinq alan lizinq verənə lizinq obyekti olan nəqliyyat vasitəsini təhvil verir, lizinq alan hazırkı müqavilənin xitamı ilə bağlı gələcəkdə lizinq verənə heç bir iddiasının olmayacağını öhdəsinə götürür, lizinq verən isə lizinq alanın lizinq obyektini təhvil verməsi şərtilə cari tarixə olan borc məbləğini güzəşt edir və lizinq obyektini təhvil almağı öhdəsinə götürür. Müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflər arasında bağlanmış 00/0049/LZ saylı, 26 yanvar 2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinə xitam verilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Chevrolet Cruze” markalı avtomobilin cavabdehdən alınıb, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki aralarında bağlanmış lizinq müqaviləsinə əsasən, cavabdeh avtomobili müvəqqəti sahiblik və istifadə üçün ona vermiş, Buna müvafiq olaraq ilkin ödəniş kimi 9.200 manat pul məbləğini və müqaviləyə uyğun olaraq fevral ayında şərtləşdirilmiş aylıq muzdu ödəmiş, lakin cavabdeh mart və aprel aylarının qaimələrini vermədiyi üçün növbəti ayların ödənişini etməmiş və bildirmişdir ki, o, ödənişi yalnız qanuni formada etmək istəyir. Sonradan aralarındakı şifahi razılığa əsasən MMC avtomobili başqasına satmağı və onun ödədiyi ilkin ödəniş olan 9.200 manat pulu və əlavə ödədiyi aylıq pulları ona qaytarmağı öz öhdəsinə götürmüş, o da bununla razılaşmışdır. Bu şifahi razılığa görə məcbur qalaraq avtomobilin iyul və avqust aylarının ödənişlərini də etmişdir. Lakin sonradan məlum olmuşdur ki, avtomobil həmin şirkətin Bakı şəhərində yerləşən avtomobil kirayə salonunda istifadə edilir və satışa çıxarılmamışdır. Buna görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-362/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mübahi sələndirdiyi hallara münasibətdə toplanmış sübutlara, iddia tərəfinin verdiyi izahatlara əsasən müəyyən olunmuşdur ki, MMC mübahisəli avtomobili iddiaçı ilə bağladıqları müqavilənin şərtlərinə uyğun olaraq, müvəqqəti sahiblik və istifadə üçün ona vermişdir. İş materiallarından, iddiaçının təqdim etdiyi sübutlardan və tərəflər arasında bağlanmış lizinq müqaviləsindən də göründüyü kimi tələb olunan avtomobil MMC-nin vəsaiti hesabına əldə olunub və onun mülkiyyətindədir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsi iddiaçıya yalnız lizinq obyektindən istifadə və sahiblik hüququ verib. İddiaçı isə iddia ərizəsində qeyd edir ki, tərəflər arasında şifahi razılaşmaya əsasən, MMC avtomobili başqasına satmağı və onun ödədiyi ilkin ödəniş olan 9.200 manat pulu və əlavə ödədiyi aylıq pulları ona qay tarmağı öz öhdəsinə götürmüşdür. Bu şifahi razılığa görə, məcbur qalıb avtomobilinin iyul və avqust aylarının ödənişlərini də etmişdir. Lakin sonradan məlum olmuşdur ki, avtomobil həmin şirkətin Bakı şəhərində yerləşən avtomobil kirayə salonunda istifadə edilir və satışa çıxarılmayıb. Bu səbəbdən də, avtomobilin cavabdehdən alınaraq ona qaytarılmasını tələb edir.
11. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, iddiaçının iddia etdiyi şifahi razılaşma sübut kimi qəbul edilə bilməz. Həmçinin iddiaçı lizinq müqaviləsi qüvvədə olduğu müddətdə lizinq ödənişlərini vaxtında ödəməyərək artıq müqavilənin şərtlərini pozmuş, həmçinin həmin avtomobili cavabdehə qaytarmaqla öz öhdəliyini yerinə yetirmək və lizinq obyektindən istifadə etməyəcəyi niyyətini ifadə etmişdir.
12. Beləliklə, iddiaçının öz tələblə rini əsaslandırdığı faktlar təsdiqini tapmadığından və qeyd olunan avtomobilə mülkiyyət hüququ tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinin şərtlərindən də məlum olduğu kimi cavabdehə məxsus olduğundan iddia ərizəsi rədd edilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 385.1, 386.1, 747.1, 747-5.1, 747-5.2.1, 748-10.1, 748-10.2, 748-10.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə çıxarı lmasını xahiş etmiş və şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-486/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - İ.Şirinov (sədrlik edən və məruzəçi), E.Kazımov və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı lizinq obyektinin başqasına satılması, bundan sonra onun ödədiyi 9200 manat və aylıq etdiyi ödənişlərin ona qaytarılması şərti ilə avtomobili qaytarmasına dair şifahi qaydada cavabdehlə olan razılığa dair sübut təqdim edə bilməmişdir. Əksinə, cavabdeh tərəfindən elektron kabinet vasitəsi ilə verilmiş, tərəflər arasında bağlanmış 18 may 2022-ci il tarixli 00/0049/LZ saylı maliyyə lizinqi müqaviləsinin xitamına dair sazişdən görünür ki, lizinq alan lizinq obyekti olan nəqliyyat vasitəsini təhvil verməyi, hazırkı müqavilənin xitamı ilə bağlı gələcəkdə lizinq verənə heç bir iddiasının olmayacağını, lizinq verən isə lizinq alanın lizinq obyektini təhvil verməsi şərtilə cari tarixə olan borc məbləğini güzəşt etməyi və lizinq obyektini təhvil almağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçının apellyasiya şikayətinin bu dəlilləri təsdiqini tapmamışdır.
17. Bundan başqa, iddiaçı tələbində avtomobilin ona qaytarılmasını xahiş edir. İş materiallarınd a olan, həmçinin iddiaçının təqdim etdiyi sübutlardan və tərəflər arasında bağlanmış lizinq müqaviləsindən də göründüyü kimi, tələb olunan avtomobil MMC-nin mülkiyyətindədir. İddiaçı isə həmin avtomobilin mülkiyyətçisi deyildir.
18. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, bununla belə, iddiaçının avtomobilə görə, 9200 manat ilkin ödəniş etməsi mübahisəsiz qaydada müəyyən edildiyindən, iddiaçıya müvafiq tələblə cavabdehə qarşı ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışın a qaytarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi iddiaçının ədalətli məhkəmə araşdırması ilə bağlı konstitusion hüququnu kobud formada pozmuşdur. Belə ki, məhkəmə tərəfindən iddianın rədd olunmasının yeganə əsası o olub ki, iddiaçı 2 aydan artıq müqavilə üzrə aylıq ödənişləri ödəmədiyinə görə MMC ilə bağladığı müqaviləyə xx.xx.2022-ci il tarixdə qanuni əsaslarla və müqavilə şərtlərinə uyğun olaraq xitam verilmişdir. Halbuki bu tarixdən sonra da 2022-ci ilin noyabr ayınadək avtomobillə bağlı bütün cərimələr onun adına gəlmiş, adına olan etibarnamə ləğv olunmamışdır. Baxmayaraq ki, müqaviləyə xitam verən lizinq şirkətinin ilk addımı elə adına olan etibarnamənin ləğv olunması ilə bağlı olmalı idi. Bundan əlavə, məhkəmə aralarında bağl anmış müqaviləyə xx.xx.2022-ci ildə xitam verildiyini bildirsə də, onun adına ödəniş qaiməsi oktyabr və noyabr aylarına qədər çıxır və həmin aylara qədər adından aylıq ödənişlər ödənilir. Axı müqaviləyə xitam verilməsi ilə eyni vaxtda lizinq şirkəti maşının ödənişi üçün onun adına verilmiş elektron qaimələri, hesabları ləğv etməli, maşını onun adından çıxarmalı idi. Bütün bunları sübut edən mötəbər dəlillər iş materiallarında mövcud olsa da, apellyasiya məhkəməsi mühüm əhəmiyyət kəsb edən bu xüsusatları araşdırmamış, qətnaməsində həmin sübutlara qiymət verməmiş, öz mövqeyini işdə olan sübutlara uyğun əsaslandırmadan ədalətsiz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
23. Maddə 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur.
24. Maddə 748.3. Lizinq müqaviləsində tərəflərin öhdəliklərinin mübahisəsiz və aşkar pozuntular sayılan və lizinq müqaviləsinin ləğvinə səbəb olan hallar müəyyənləşdirilməli, tərəflər arasında hesablaşma və lizinq obyektinin geri götürülməsi proseduru hökmən qeyd olunmalıdır.
25. Maddə 748-1.12.4. Lizinq verənin lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
26. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
27. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bi r tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud q ətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynid ir və Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
40. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tələblərin əsaslandığı faktiki hallara dair işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
41. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bel ə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-486/2024 nömrəli 23 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.