Məhkəmə qərarları › İş №2(102)-1837/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1837/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1837/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı xxx cavabdeh xxx qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1837/21 (Açar sözlər: pul tələbi, istinad edilən halların sübut edilməsi ) Bakı şəhəri, 19 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi),Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili xxx, cavabdeh xxx iştirakı ilə, İddiaçı xxx cavabdeh xxx qarşı “pul tələbinə” dair ilk, Məmmədova Töhfə Cəlil qızının İddiaçı qarşı “şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərərin əvəzin in ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)2329/2020 nömrəli, 29.10.2020-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh xxx kassasiya şikayətlərinə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xxx 2000 manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılıb ki, 2020-ci ilin fevralın 9-da keçiriləcək deputat seçkilərindən oğlu Ömər Mirzəzadə də namizəd kimi iştirak etmişdir. Bu barədə məlumatı olan xxx onunla şəxsən görüşmüş və xxx vəkili olaraq çıxış etmək istəyini bildirmişdir. Cavabdeh oğlu Öm ərin orta məktəb müəlliməsi olmuşdur.

3. Cavabdeh daha əvvəl başqa deputalığa namizədlərin də vəkili olmasını və onun məharəti sayəsində həmin namizəldlərin deputat seçildiyini bildirib.

4. Seçki kompaniyasında təcrübəsiz olmağından çox məharətlə istifadə edən xxx bu işə görə təkcə özü üçün 2000 manat zəhmət haqqı istəyib. Eyni zamanda hər seçki məntəqəsində iştirak edəcək müşahidəçi üçün də müəyyən maddi vəsait lazım olacağını bildirən Töhfə Məmmədova 18 yanvar 2020-ci il tarixində deputatlığa namizəd X3 şəhəri, F.Eynullayev küçəsi, 15 saylı binada yerləşən qərargahında iddiaçı ilə şəxsən görüşüb, iddiaçı şahidlərin iştirakı ilə xxx 20 ədəd 100 manatlıq əskinası, toplam olaraq 2000 manat pul verib. Cavabdeh iddiaçını oğlunun deputat seçiləcəyinə əmin edib.

5. Seçkilərin nəticəsi olaraq id diaçının oğlu lazımı miqdarda səs toplamayıb. xxx 09.02.2020-ci il tarixində baş tutmuş seçkilər zamanı öncə fəal iştirak etsə də, axşam saat 1800-1900 arası ən vacib məqamda öz vəzifəsini icra etməkdən boyun qaçıraraq seçkiləri tərk edib. Nəticədə cavabdeh verdiyi sözə əməl etməyib.

6. İddiaçı 10.02.2020-ci il tarixində cavabdehə zəng edərək verdiyi sözə əməl etmədiyi üçün aldığı pulu qaytarmağını tələb edib, cavabdeh pulu qaytarmaqdan imtina edib, telefonunu söndürüb.

7. Cavabdeh iddya etiraz olaraq göstərib ki, Milli Məclisə seçkilərdə deputatlığa namizəd kimi iştirak edən iddiaçının oğlunun vəkili olub, bu işlə məşğul olmaq onun üçün vaxt və maddi itki olduğu üçün iddiaçıdan 2000 manat istəmiş və bu pulu almışdır. Deputatlığa namizəd kimi qeydə alınmaq üçün zəruri olan imzalar qısa zam an ərzində torlanmış, iddiaçının oğlu qeydə alınmış, iddiaçının oğlunu vəkili kimi qeydiyyata alınıb təbliğat-təşviqat kompaniyasında yaxından iştirtak etmişdir. İddiaçını oğlunun deputat seçiləcəyinə əmin etməmişdir. Çünki bu, onun səlahiyətində olan məsələ deyil. Seçkilərdən sonra iddiaçı verdiyi pulu ondan tələb etmişdir.

8. Cavabdeh Məmmədova Töhfə Cəlil qızı həmçinin qarşılıqlı iddia ərizəsi verərək, İddiaçı onun barəsində yaymış olduğu məlumatların şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilməsi və sonuncunun üzərinə həmin məlumatların təkzib edilməsi öhdəliyinin qoyulması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 20000 manat mənəvi ziyanın və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 20.030 manat pulun alınması barədə qətnamə çıx arılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılıb ki, cavabdeh İddiaçı oğlunun deputat seçilməməsi barədə nəticələri biləndən sonra iddiaçıya10 fevral və 18 fevral 2020-ci il tarixlərdə hədə-qorxu gəlməyə başlayıb. Cavabdeh iddiaçının işgüzar nüfuzunu aşağı salmaq məqsədilə onun barəsində əsassız olaraq Şirvan şəhər Təhsil Şöbəsinə ərizə ilə müraciət edib. Cavabdeh onun barəsində yaydığı məlumatlarla ona mənəvi zərər vurmuşdur. Bu mənəvi zərər ən azı 20000 manat qiymətləndirilməlidir.

10. Şirvan şəhər Məhkəməsinin 01 iyul 2020-ci il tarixli 2(032)-728/2020 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, iddiaçı xxx 2000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınıb İddiaçı verilməsi, xxx qarşı “şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi ziyan ın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. (hakim Ziya Əliyev)

11. Birinci instansiya məhkəməsi ilkin iddiaya münasibətdə qeyd etmişdir ki, X2 09.02.2020-ci il tarixdə keçiriləcək Milli Məclisinə namizəd kimi iştirak etmişdir. X4 Məmmədovaya kömək etmək üçün 2.000 manat pul vermişdir. Tərəflər arasında bu barədə hər hansı müqavilə bağlanmamışdır. Cavabdeh qanunla müəyyən edilmiş qaydada vəkil olmamış, yalnız pul müqabilində yaxından köməklik etmişdir.

12. Məhkəmə ilk iddiaçının cavabdehə 2000 manat verməsini işin mübahisəsi halı kimi müəyyən edərək belə qənaətə gəlib ki, cavabdeh əsassız varlanmışdır.

13. Həmçinin birinci instansiya məhkəməsi seçki qanunvericiliyinin müvafiq maddələrinə istinadən belə nəticəyə gəlib ki, ilk iddia üzrə cavabdeh qanun la müəyyən edilmiş qaydada vəkil olsaydı belə, onun yenə də namizədin vəkili kimi pul alması qanunsuz olardı.

14. Qarşılıqlı iddia tələbi üzrə birinci instansiya məhkəməsi qeyd edib ki, qarşılıqlı iddiaçı öz dəlillərinin əsaslandığı hallara dair sübut təqdim etməmiş, cavabdehin hansı hərəkətlərlə onun şərəf və ləyaqətini ləkələməsi aydın deyil.

15. Məhkəmə mövqeyinin Seçki Məcəlləsinin 72.1-72.5, 86.1, 86.3, 90.1, 156.1-ci, Mülki Məcəllənin 23.1, 23.2, 1091.2, 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh (qarşılıqlı iddiaçı) xxx apellyasiya şikayəti verib, qətnamənin ləğv, ilki iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını ni xahiş etmişdir.

17. Apelya siya şikayəti iddiaya etirazın və qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırlıb.

18. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2329/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 01 iyul 2020-ci il tarixli, 2(036)-728/2020 saylı qətnaməsi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı xxx tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən 2000 (iki min) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun xxx alınıb İddiaçı verilməsi hissəsində ləğv edilmiş, ilkin iddia tələbi cavabdeh xxx 2000 (iki min) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi hissəsində təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxanılmışdır. (hakimlər Fuad Soltanov (sədrlik edən və məruzəçi Tale Kərimov və Tofiq Heydərov)

19. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı tapşırığı üzrə cavabdeh xxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə deputatlığa namizəd X1 təyinatı əsasında onun vəkil edilmiş şəxsi kimi qeydə alınmışdır. Tərəflər arasında bağlanmış şifahi razılaşmaya görə xxx tərəfindən əvəzli olaraq xxx seçkiqabağı təbliğat və təşviqatının təşkili üzrə Seçki Məcəlləsinə uyğun olaraq tədbirlər həyata keçirilmişdir.

20. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında mövcud olmuş münasibətlərin xarakterindən göründüyü kimi hazırki mübahisə onlar arasında şifahi qaydada bağlanmış tapşırıq müqavilələsindən əmələ gəlmişdir. Belə ki, tapşırıq müqaviləsi mülki hüquq münasibətləri iştirakçıların a bu münasibətlərdə öz seçimi ilə təyin etdiyi və müvafiq vəkalət verdiyi şəxs vasitəsilə iştirak etməyə imkan verən hüquqi vasitədir. Tapşırıq müqaviləsi, hər şeydən əvvəl, bir şəxsin (vəkalət verənin) digər şəxs (vəkalət alan) tərəfindən təmsil edilməsi haqqında ikitərəfli, kosensual, tərəflərin iradəsindən asılı olaraq əvəzli və ya əvəzsiz müqavilədir. Tapşırıq müqaviləsinin spesifik xüsusiyyəti ondadır ki, müqavilə üzrə tapşırığı həyata keçirməyi öhdəsinə götürmüş vəkalət alan konkret nəticə əldə olunmasına təminat vermir. Tapşırığın icrası üçün lazım olan bütün hərəkətləri vicdanla həyata keçirmiş vəkalət alan istənilən nəticəni əldə etməsə belə, müqavilə üzrə öz borcunu yerinə yetirmiş sayılır.

21. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh Töhfə Məmmədova ilkin İddiaçılə bağlamış olduğu əvəzli şifahi tapşırıq müqaqviləsi üzrə 2000 (iki min) manat pul müqabilində üzərinə götürdüyü vəzifələri, yəni 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə deputatlığa namizədliyi qeydə alınmış iddiaçının oğlu Ömər Mirzəzadənin seçkiqabağı təbliğat və təşviqatınının təşkili üzrə müvafiq işləri yerinə yetirmiş və öhdəliyini icra etmişdir. İlkin iddia üzrə iddiaçı tərəfindən həmin halı təkzib edən, yəni ilkin iddia üzrə cavabdehin üzərinə götürmüş olduğu konkret hansı vəzifələri yerinə yetirməməsinə dair məhkəməyə heç bir sübut təqdim olunmamışdır.

22. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş bu halına əsasən belə nəticəyə gəlib ki, ilkin iddia üzrə cavabdehin iddiaçının qarşısında hər hansı icra edilməmiş öhdəliyi qalmış olduğundan ilk iddi a təmin edilməməlidir.

23. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin qarşılıqlı iddia ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edib ki, xxx qarşılıqlı iddiasının və apellyasiya şkayətinin dəlillərinin əsasını İddiaçı onun barəsində Şirvan Şəhər Təhsil Şöbəsinə əsassız şikayət etməsi və onun barəsində yaşadıqları şəhərdə böhtan xarakterli məlumatlar yayması təşkil edir ki, həmin fikirlər də işin həqiqi halları ilə inkar olunur. Belə ki, qarşılıqlı iddia üzrə cavabdehin iddiaçı barəsində ünvanlandığı ərizəsinin məzmunu belə bir nəticəyə gəlməyə əsas verir ki, cavabdehin həmin ərizəni yazmaqda niyyəti iddiaçını ittiham etmək və bununla da onun şərəf və ləyaqətinə toxunan məlumatlar yaymaq deyil, aralarında mövcud olmuş münasibətlərdən irəli gələn və özünün pozulduğunu ehtimal etdiyi hüquqlarının bərpasını təmin etməkdir. Bu halda həmin ərizədə göstərilən məlumatlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilmiş qaydada şərəf və ləyaqətin ləkələnməsinə yönəlmiş məlumatlar kimi qiymətləndirilə bilməz.

24. Apellyasiya məhkəməsi eyni zamanda ona da istinad edib ki, qarşılıqlı iddiaçı cavabdehin onun barəsində yaşadıqları şəhərdə böhtan xarakterli məlumatlar yaymasını hər hansı sübutla təsdiq edə bilməyib.

25. Apellyasiya məhkəməsi ilk iddia ilə bağlı mövqeyini Seçki Məcəlləsinin 72.1, 72.4, 72.5-ci, Mülki Məcəllənin 385.1, 386.1, 777.1, 777.2-ci maddələri, qarşılıqlı iddia tələbi ilə bağlı mövqeyini isə Mülki Məcəlləsinin 23-cü, Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri və “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkə mələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 14 may 1999-cu il tarixli 7 saylı Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı xxx kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın tam, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh iddiaçının hesabına əsassız varlansa da, apellyasiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 777-ci maddəsini tətbqi etməklə səhvə yol verib.

28. Cavabdeh (qarşılıqlı iddiaçı) xxx da (Vəkil2) kassasiya şikayəti verib, qətnamənin qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

29. Cavabdeh (qarşılıqlı iddiaçı) xxx kassasiya şikayəti apellyasiya şikayətinin dəlilərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

30. Kassasiya şikayətlərinə qarşı tərəfin yazılı etiraz daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları

31. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili xxx kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, cavabdehin kassasiya şikayətiin təmin edilməməsini xahiş etdi.

32. Məhkəmə kollegiyasının iclasında cavabdeh xxx və vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, iddiaçının kassasiya şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kred itorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1-ci maddəsinə əsasən isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şif ahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətlərində iddiaçı qətnaməni iddianının təmin edilməyən hissəsində, cavabdeh (qarşılıqlı iddiaçı) isə qarşılıqlı iddianının təmin edilməyən hissəsində mübahisələndirib. Buna görə də məhkəmə kollegiyası qənaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. İlk olaraq qarşılıqlı iddiaçının kassasiya şikayəti üzrə kollegiya qeyd edir ki, qarşılıqlı iddiaçının kassasiya şikayətlərinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilib.

34. Töhfə Məmmədovanın qarşılıqlı iddiasının və apellyasiya şkayətinin dəlillərinin əs asını İddiaçı onun barəsində Şirvan Şəhər Təhsil Şöbəsinə əsassız şikayət etməsi və onun barəsində yaşadıqları şəhərdə böhtan xarakterli məlumatlar yayması təşkil edib ki, apellyasiya məhkəməsinin də bununla bağlı mövqeyi belə olub ki, həmin fikirlər işin həqiqi halları ilə inkar olunur. Üstəlik, apellyaisya məhkəməsi qeyd edib ki, qarşılıqlı iddiaçı cavabdehin onun barəsində yaşadıqları şəhərdə böhtan xarakterli məlumatlar yaymasını hər hansı sübutla təsdiq edə bilməyib.

35. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qarşılıqlı iddia üzrə hazırki qərarın 23 və 24-cü bəndlərində qeyd olunan mövqeyi ilə razılaşır və həmin bəndlərdə qeyd edilən digər xüsusatları təkrar etməyə lüzum görmür.

36. Qarşlılıqlı iddianın rədd edilməsi işin müəyyən edimiş hallarına və tətbiq edilən maddi hüquq nor malarına uyğun olub. Apellyasiya məhkəməsi qarşılıqlı iddia üzrə işin halların da sübutları MPM-in 88-ci maddəsinə uyğun qiymətləndirməklə müəyyən edib. Buna görə də məhkəmə kollegiyası qarşılıqlı iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə nəticəyə gəlir ki, T.Məmmədovanın kassasiya şikayəti təmin edilməməli, qətnamə qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanmalıdır.

37. İddiaçının kassasiya şikayətinin də dəlilləri əsassızdır.

38. İşdən görünür ki, apellyasiya məhkəməsi işdəki sənədlər və tərəflərin izahatı ilə iddia tələbi üzrə tərəflərin tapşırıq müqaviləsindən irəli gələn hüquq münasibətlərində olmasını müəyyən edib və belə nəticəyə gəlib ki, tapşırıq müqaviləsinin tələbləri baxımından iddia təmin edilə bilməz.

39. Məhkəmə kollegiyası iddia tələbi üzrə də apellyasiya məhkəməsinin hazlrki qərarın 19-22-ci bəndlərinə əks olunan mövqeyi və dəyərləndirməsi ilə razılaşır və əlavə olaraq onları bir daha qeyd etməyə zərurət görmür.

40. Bu baxımdan, məhkəmə kollegiyası mübahisəyə tapşırıq münaisbətlərinə aid maddi hüquq normalarının düzgün tətbiq edilməməsi barədə iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edirərək, belə nəticəyə gəlir ki, iddiaçı E.Mirzyevin kassasiya şikayəti təmin edilməməli, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində də dəyişdirilmədən saxlanmalıdır.

41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənləri MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh xxx kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2329/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar