Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1837/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1nə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə (ƏM-in 70-ci maddəsinin b bəndi), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1nə (müstəqil təl əb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti) qarşı əmrin ləğvi, işə bərpa və işə bərpa olunanadək olan müddət ərzində əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-510/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi:. İşin halları
1. Cavabdeh1 MMC (bundan sonra – MMC) ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli, T14 nömrəli əmək müqaviləsi bağlanmışdır. Müqavilənin 9.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsas larla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər.
2. MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli işçilərin sayının ixtisarı ilə bağlı xəbərdarlıq məktubuna əsasən tutduğu "xxxx" vəzifəsi üzrə çalışan işçilərin sayının Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş qaydada ixtisar edilməsi nəzərdə tutulmuşdur. MMC-nin işəgötürəni ilə bağlanmış əmək müqaviləsinə uyğun olaraq MMC-dəki əmək stajı on ildən çox olduğu üçün Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən bu xəbərdarlıq məktubunu aldığı (tanış olduğu) vaxtdan etibarən doqquz təqvim həftəsi qabaqcadan çalışdığı “Texniki xidmət üzrə supervayzer’’ vəzifəsi üzrə çalışan işçilərin sayının ixtisar ediləcəyi barədə rəsmi xəbərdar edilmişdir. Əmək qanunverici liyinə nisbətən daha geniş əmək şəraitini - bu halda xəbərdarlıq müddəti ərzində həftədə bir gün deyil, hər gün əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılmasını təmin etmək məqsədilə əmək funksiyasının icrasından azad edildiyi qeyd edilmişdir. Xəbərdarlıq müddəti bitdikdən sonra onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayının azaldılması) əsasən xx.xx.2023-cü il tarixində xitam verilməsi və orta aylıq əməkhaqqının 2 misli miqdarında işdənçıxarma müavinəti ödənilməsi qeyd edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən onun razılığı ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli ödənilməklə müvafiq əsasla əmək müqaviləsinə xəbərdarlıq müddəti g özlənilmədən xitam verilə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilərsə, xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılması qeyd edilmişdir. Bu xəbərdarlıqla tanış olduğu tarixdən 3 iş günü ərzində əmək müqaviləsinə xəbərdarlıq müddəti gözlənilmədən xitam verilə bilməsi təklifinə rəsmi münasibət bildirməyi xahiş olunmuşdur. İddiaçı xəbərdarlıqla xx.xx.2022-ci il tarixdə imza etməklə tanış olmuşdur.
3. MMC tərəfindən verilmiş 26 yanvar 2023-cü il tarixli, 0**-CH-***3 nömrəli əmrə əsasən MMC-də "xxxx" vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) ilə xitam ve rilmiş, İddiaçı müqaviləsinə xitam verildiyi gün (son iş günü) son haqq-hesabın (ödənilməli olan əmək haqqının və orta aylıq əmək haqqının 2 misli miqdarında işdən çıxma müavinətinin) ödənilməsi Maliyyə departamentinə həvalə edilmişdir. İşçinin xx.xx.2022 - xx.xx.2023-cü iş ili bitənədək işdən çıxdığını nəzərə alaraq, müvafiq iş ili üzrə artıq istifadə edilmiş 9 təqvim gününün məzuniyyət pulunun İddiaçı son haqq-hesabından tutulması Maliyyə departamentinə tapşırılmışdır. İşçinin əmək müqaviləsinə xitam verilməsi əmri barədə məlumat elektron informasiya sisteminə daxil edilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 0 **-CH-***3 nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və işə bərpa olunanadək olan müddət ərzindəki orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya şəkildə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, 27 ildir ki, dəniz qurğularında müxtəlif növ vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 5 il MMC-də "xxxx" vəzifəsində çalışmışdır. MMC tərəfindən qəbul edilən əmr tam əsassız və qanunsuz olmuşdur. Belə ki, 27 illik fəaliyyəti dövründə heç vaxt intizam məsuliyyətinə cəlb edilməmiş və vəzifə öhdəliklərini daim tam şəkildə, hətta yüksək səviyyədə icra etmişdir. İddia ərizəsinə əlavə edilmiş qiymətləndirmə cədvəlindən də göründüyü kimi 3 il ard-arda ilin ən yaxşı işçisi statusunu qazanmışdır. Ali təhsili olmaqla yanaşı hər ingilis, həm də rus dilləri mükəmməl bilmişdir. MMC tərəfindən AR ƏM-in 78-ci maddəsinin İ bəndinin şərtləri nəzərə alınmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Yəni işçilərin sayı azaldılarkən onun peşəkarlıq şəviyəsi, 3 il ard-arda ilin ən yaxşı işçisi seçilməyi, bu günədək hər hansı intizam məsuliyyətinə cəlb edilməməyi nəzərə alınmamışdır.
6. Məhkəmə iclasında iştirak etmiş MMC-nin nümayəndəsi iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya münasibətdə Əmək Məcəlləsinin müddəaları işəgötürən tərəfindən pozulmamışdır. Belə ki, Əmək Məcəlləsinə əsasən işçilərin sayı ixtisar edilərkən işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. MMC-də 10 müxtəlif layihədə mövc ud olan "xxxx" vəzifəsi 19 ştat vahidindən 18-ə azaldılmışdır. İddiaçıya münasibətdə işlədiyi dövrdə peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması halları olmamışdır. Əmək Məcəlləsində ştatların ixtisarı zamanı işçinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi üçün işçilərin attestasiyadan keçirilməsi nəzərdə tutulmamışdır. Əgər nəzərdə tutulsaydı, bu halda attestasiya komissiyası işçiləri attestasiya edərək hansı işçinin ixtisar ediləcəyi barədə işəgötürənə öz təkliflərini verə bilərdi. Ona görə də, ştatların ixtisarı zamanı seçim edilərək məhz iddiaçının işəgötürən tərəfindən ixtisar edilməsi işəgötürənin müstəsna səlahiyyətinə aid olan məsələ olmuşdur. İddiaçının Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsində göstərilən işdə saxlanmas ına üstünlük verən güzəştləri olmamışdır. Onun iddia ərizəsində qeyd edilən hallar (ali təhsilli olması, ingilis və rus dillərini bilməsi, 27 il əmək stajının olması və s.) Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmamışdır. Bu səbəbdən onun ixtisar edilməsi işəgötürən tərəfindən qanunvericiliyin pozulması halı kimi qiymətləndirilə bilməz. İddiaçı iddia ərizəsində konkret olaraq "xxxx" vəzifəsində çalışan hansı işçi ilə münasibətdə üstün olduğunu iddia etməmişdir. Ümumiyyətlə qeyd etmişdir ki, bu vəzifələrdə çalışan hər bir işçi (hər layihədə 2 nəfər) əsasən bilavasitə həmin layihə ilə bağlı işləri daha yaxşı bilmişdir ki, digər layihə ilə bağlı onların bilik və bacarıqlarının müqayisəsinin aparılması məntiqli olmamışdır. Ona görə də bu halda işəgötürən iddiaçının çal ışdığı "xxxx" layihəsində "xxxx" vəzifəsində çalışan işçinin ixtisar edilməsi qənaətində olmuşdur ki, bu da Əmək Məcəlləsinin müddəalarına zidd olmamışdır. İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmənin "xxxx" platformasının “Texniki xidmət üzrə supervayzeri” olan iddiaçının ixtisar edilməsi ilə əlaqədar yaranmış vəziyyətlə bağlı sorğusuna cavab olaraq MMC bildirmişdir ki, iddiaçıya xx.xx.2022-ci il tarixində ixtisar olunacağı barədə 9 həftə öncə xəbərdarlıq verilmiş, onun xəbərdarlıq müddətində 17.01.23-xx.xx.2023-cü il dövrü üçün xəstəlik vərəqəsi əsasında işdə olmaması səbəbindən son iş günü xx.xx.2023-cü il tarixi müəyyən edilmişdir. Xəbərdarlıq müddəti ərzində iddiaçı, işəgötürənin iradəsindən asılı olmayan səbəbdən platformaya buraxılmaması sə bəbindən, planlaşdırılmış işləri yekunlaşdırmaq məqsədi ilə Ehtiyat Briqadasının işçiləri ardıcıl olaraq xx.xx.2022xx.xx.2022-ci il və xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində "xxxx" platformasına göndərilmişlər. Əvəz edilmə dövründə MMC-də 18 "xxxx" ştat vahidi mövcud idi. İddiaçı ixtisar edildikdən sonra həmin ştat vahidlərinin sayı 17 vahid (nəfər) olaraq qalmışdır. Bu müddət ərzində ümumi olaraq bir vəzifə dəyişikliyi olmuşdur ki, MMC-nin işlədiyi “X2” buruğunda baş mexanik vəzifəsində işləyən Serqey Petrovun vəzifəsi artırılaraq "xxxx" vəzifəsinə keçirilmişdir, hansı ki “X2” buruğunda baş vermiş bu dəyişikliyin iddiaçının ixtisarı ilə heç bir əlaqəsi olmamışdır. Belə ki, “X2” təbii qaz qazma və emalı buruğu olmuş və neft buruqlarından fərqli hasilatın pay bölgüsü haqqında sazişə dair protokollar (PSA) üzrə fəaliyyət göstərmişdir. Ona görə də, iddiaçının ştatının ixtisar edilməsi heç də o anlama gəlməmişdir ki, guya onun ştat vahidini ixtisar etmədən onunla bağlanmış əmək müqaviləsinə ştat vahidinin ixtisarı əsası ilə yanlış və ya qərəzli olaraq xitam verilmişdir. MMC-də olan vakant iş yerləri barədə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək MMC tərəfindən elan edilmişdir. İddiaçı elanlardan biri olan “Texniki xidmət üzrə rəhbər” vəzifəsinə müraciət etmiş, lakin səriştə yetərsizliyi səbəbindən vəzifəyə uyğun görülməmişdir.
8. Məhkəmənin ixtisar meyarları ilə əlaqədar sorğusuna MMC cavab olaraq bildirmişdir ki, işəgötürən "xxxx" vəzifəsini ixtisar edərkən qanunvericilikdə müəyyən edilmiş meyarlarla yanaşı, həm də müxtəlif layihələrdə bu vəzifədə çalışan işçi lərin peşəkarlıq səviyyəsini nəzərə almışdır ki, bu da məntiqli olmuşdur. Yəni eyni və ya oxşar layihələrdə bu vəzifədə çalışan işçilərin peşəkarlıq səviyyəsi müqayisə edilərək ixtisar ediləcək işçini işəgötürən müəyyən etmiş və gələcəkdə zəruri halda ixtisar edilən işçinin işini görə bilən işçi müəyyən edilmişdir. Qanunvericilikdə işçilərin ixtisar edilməsi və peşəkarlıq səviyyəsinin yüksəkliyinin müəyyən edilməsi ilə bağlı qaydaların və ya meyarların müəyyən edilməsi nəzərdə tutulmamışdır. Bu halda ixtisar zamanı işçinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi işəgötürənin müstəsna hüququ olmuşdur ki, layihədə görülən işlərin xarakteri (yəni onun çalışdığı layihədə bu işlərin digər layihələrdə çalışan "xxxx"lər tərəfindən yerinə yetirilməsi imkanları) nəzərə alınmaqla işəgötürən iddiaçı nın ixtisar edilməsi qənaətinə gəlmişdir. Qanunvericiliyə uyğun olaraq görülmüş tədbirlər nəticəsində iddiaçı məşğulluq orqanında uçota alınaraq işsizlik müavinəti almışdır. Bununla bağlı müvafiq sənədlər məhkəmənin iş materiallarına əlavə edilmişdir. Sorğu edilən meyar və qaydalar ilə bağlı məlumat üçün analoji hal olaraq bildirilmişdir ki, məsələn, işçilərin attestasiyası zamanı işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi üçün xüsusi attestasiya komissiyası yaradılır və bu halda suallar tərtib olunur. Bu kimi mexanizmlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları" ilə tənzimlənir. Lakin ştatların ixtisarı zamanı işçilərin peşəkarlıq səviyyəs inin müəyyən edilməsi ilə bağlı qanunvericilikdə xüsusi bir qaydalar müəyyən edilməmiş və qanunvericiliklə bu səlahiyyət birbaşa işəgötürənə verilmişdir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-874/2023 nömrəli iş üzrə 21 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Rəna Qafarova).
10. Məhkəmə əmək qanunvericiliyində işçilərin sayının və ya ştatının ixtisarı zamanı işçinin razılığı ilə onun peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla müvafiq işə (vəzifəyə) keçirilməsi üçün işəgötürən tərəfindən tədbirlər görülməsinin, işçinin peşəkarlıq səviyyəsinin isə işəgötürən tərəfindən müəyyən edilməsi nəzərdə tutulduğunu, həmçinin iddiaçının əmək müqaviləsinə xitam verilməzdən əvvəl işlədiyi vəzifələri (peşə və ixtisasını) nəzərə alaraq, iş materiallarını və sübutları tədqiq edərək belə qənaətə gəlmişdir ki, MMC tərəfindən iddiaçıya münasibətdə əmək qanunvericiliyinin pozulması hallarına yol verilməmişdir.
11. Məhkəmə iddiaçının “əmək müqaviləsinə işçilərin sayı və ştatın ixtisarı ilə əlaqədar olaraq xitam verilərkən işdə saxlanmaq üçün əsas meyarlar olan peşəkarlıq təcrübəsi və uzunmüddətli əmək stajına malik olma faktı nəzərə alınmaması” dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin birinci hissəsinin də məzmunundan görünmüşdür ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə s axlanılır. İşçinin peşəkarlıq səviyyəsini isə işəgötürən müəyyən edir.
12. Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas vermişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsi ləğv edilmiş işçinin başqa işə keçirilməsi işçinin başqa işə keçirilməyə (yazılı formada) razılıq verməsi halında işəgötürənin vəzifəsidir. Bu halda işçinin tutduğu vəzifəyə uyğun vəzifəyə və ya başqa işə keçirilməsi dedikdə, işçiyə istər işdən çıxarılana qədər tutduğu vəzifəyə (işə) uyğun boş vəzifənin (işin), istərsə də onun təhsili, ixtisası, iş təcrübəsi və səhhəti nəzərə alınmaqla yerinə yetirə biləcəyi boş aşağı vəzifənin (daha aşağı maaşlı işin) təklif olunması başa düşülür.
13. Məhkəmə belə hesab etmişdir ki, işçilərin sayı və ya ştatların ixtisarı zamanı işəgötürən müəssisənin mənafelər ini əsas götürsə də, bu zaman işçilərin hüquq və qanuni mənafelərini poza bilməz. Ştat ixtisarı müəssisənin işinin yaxşılaşdırılması və onun daha ixtisaslı kadrlarla komplektləşdirilməsi üzrə tədbirlərdən biri olduğundan bu əsas üzrə daha aşağı ixtisaslı işçilərlə əmək müqaviləsi ləğv olunmalıdır. İxtisaslılıq işçinin müəyyən mürəkkəblik səviyyəsinə malik əmək funksiyasını yerinə yetirməsinə imkan verən hazırlıq səviyyəsidir, yəni işçinin zəruri nəzəri biliklərə və praktik təcrübəyə malik olmasıdır.
14. Məhkəmə iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, onun izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz.
15. Məhkəmə, MMC-nin 007-CH2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli əmrinin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar iddiaçının iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsinə dair hissələrinə də hüquqi qiymət verilməsinə zərurət görməmiş və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir.
16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 11, 68, 70, 71, 77, 78, 80-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini x ahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmiş, onun uzun illərin təcrübəsi, qüsursuz fəaliyyəti, peşəkarlığı nəzərə alınmamış, MMC-nin əsası olmayan dəlillərinə istinad edərək qanunsuz qətnamə qəbul etmişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-510/2024 nömrəli mülki iş üzrə 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Kamran Ək bərov).
20. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının işdən azad edilmə əmri qanuni olmuş, MMC tərəfindən əmək müqaviləsi ləğv edilərkən hər hansı pozuntuya yol verilməmiş, qanunvericiliyin tələblərinə tam riayət olunmuşdur. Bu baxımdan iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz.
21. Apellyasiya baxışı zamanı MMC-nin nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı işdən çıxarılmasının əsaslı olduğunu qeyd etmiş və bunun təsdiqi kimi işdən ayrılandan dərhal sonra başqa xarici şirkətdə yüksək əmək haqqı (4000-5000 manat) almaqla işə başlamışdır. İddiaçı izahatında bu faktı təsdiq edərək, həqiqətən də, noyabr ayından başqa bir şirkətdə mühəndis kimi fəaliyyətə başladığını bildirmişdir. Məhkə mə araşdırmaları zamanı “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC-də mühəndis vəzifəsinə işə qəbul olunmuş və əmək haqqı 4669,71 manat təşkil etmişdir.
22. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 11, 68, 70, 71, 77, 78 və 80-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.
25. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi bilavasitə cavabdehin sorğusuna uyğun şəkildə mövqeyini belə əsaslandırmışdır ki, “qeyd edilən normalardan da müəyyən edilir ki, peşəkarlıq səviyyəsinin nəzərə alınması işəgötürənin vəzifəsi yox, hüququdur.” Lakin ƏM-in 78-ci maddəsinin 1-ci bəndinin məzmunundan və mahiyyətindən işəgötürənin üzərinə işçinin peşəkarlıq səviyyəsini müəyyən etməyin imperativ xarakterli bir göstəriş olduğu açıq-aydın görünmüşdür. Əks yanaşma hazırkı işdə olduğu kimi işəgötürənlərin özbaşınalığına gətirib çıxarar. Beləliklə, apellyasiya instansiyası məhkəməsi ƏM-in 78-ci maddəsinin 1-ci bəndinin tətbiq edilməsində səhvə yol vermişdir.
26. İşçilərin sayının ixtisarı haqqında MMC təqdim etdiyi etiraz və məhkəmə sorğularına cavablarında ixtisarın zəruriliyini əsaslandırarkən ziddiyyətli məlumatlar vermişdir. Belə ki, MMC etirazda qeyd etmişdir ki, “"xxxx" vəzifəsində çalışan hər bir işçi (hər layihədə iki nəfər) əsasən bilavasitə həmin layihə ilə bağlı işləri daha yaxşı bilir ki, digər layihə ilə bağlı onların bilik və bacarıqlarının müqayisəsinin aparılması məntiqli deyildir. Ona görə də bu halda işəgötürən iddiaçının çalışdığı "xxxx" layihəsində "xxxx" vəzifəsində çalışan işçinin ixtisar edilməsi qənaətində olmuşdur ki, bu da yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsinin müddəalarına zidd deyildir.” Bundan fərqli olaraq, cavabdeh sorğuya cavab məktubunda qeyd etmişdir: “İşəgötürən "xxxx" vəzifəsini ixtisar edərkən qanunvericilikdə müəyyən edilmiş yuxarıda göstərilən meyarlarla yanaşı (AR ƏMin 78-ci maddəsinin 1-ci bəndi nəzərdə tutulur), həm də müxtəlif layihələrdə bu vəzifədə çalışan işçilərin peşəkarlıq səviyyəsini nəzərə almışdır ki, bu da məntiqlidir. Yəni eyni və ya oxşar layihələrdə bu vəzifədə çalışan işçilərin peşəkarlıq səviyyəsi müqayisə edilərək ixtisar ediləcək işçini işəgötürən müəyyən etmiş və gələcəkdə zəruri halda ixtisar edilən işçinin işini görə bilən işçi müəyyən edilmişdir.” Bu əsaslandırmalardan göründüyü kimi cavabdeh gah həmin vəzifə üzrə hər layihədə çalışan iki nəfərin, gah da müxtəlif layihələrdə çalışan işçilərin peşəkarlıq səviyyəsini müqayisə edərək iddiaçının ixtisar olunması zərurətinə gəldiyini qeyd etmişdir. Bundan başqa, etirazda göstərilmişdir ki, “"xxxx" vəzifəsi 19 ştat vahidindən 18-ə azaldılmışdır.” Lakin xx.xx.2023-cü il tarixli cavab məktubunda cavabdeh qeyd etmişdir ki, “MMC-də 18 "xxx x" ştat vahidi mövcud idi, iddiaçı ixtisar edildikdən sonra həmin ştat vahidlərinin sayı 17 vahid (nəfər) olaraq qalmışdır.” MMC müxtəlif layihələrdə sayını belə dəqiq qeyd etmədiyi şəxslərin peşəkarlıq səviyyəsini müqayisə edərək iddiaçının ixtisar olunması qənaətinə gəlmişdir. Göstərilən ziddiyyətli məlumatlara məhkəmələr tərəfindən aydınlıq gətirilməmişdir. Əksinə, məhkəmə yalnız cavabdehin verdiyi məlumatlara uyğun şəkildə əsassız qətnamə çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi bu ziddiyyətli məlumatları nəzərə alıb araşdırmalı, ifadələrin doğruluğunu təsdiqləyən zəruri sənədləri cavabdehdən tələb etməli idi. Yəni, ixtisarın real olması barədə məhkəməyə ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyi şiklik edilməsi barədə əmr, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə və s. sənədlər təqdim edilməli idi.
27. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, “məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi izahatında eyni zamanda bildirdi ki, iddiaçı işdən çıxarılmasının əsaslı olduğunu bilirdi və bunun təsdiqi kimi işdən ayrılandan dərhal sonra başqa xarici şirkətdə yüksək əməkhaqqı almaqla işə başlamışdır.” Məhkəmə də apellyasiya şikayətini rədd edərkən və mövqeyini əsaslandırarkən həmin izahata istinad etmişdir. Məhkəmənin bu faktı nəzərə alması, hüquqi qiymət verməsi, ümumiyyətlə, işin faktiki hallarına aid olmayan məsələ olmuşdur. Mübahisənin predmetini iddiaçının qanunsuz və əsassız olaraq işdən çıxarılması təşkil etmi şdir. İddiaçının başqa bir yerdə işə başlaması onun işdən çıxarılmasının əsaslı və qanunvericiliyin tələblərinə uyğun olduğunun qəbul edilməsinə dəlalət etməmişdir. Maddi ehtiyaclarının ödənilməsi üçün iddiaçı işləməli idi. O, işdən qanunsuz şəkildə azad olunmasından 9 ay sonra yeni işə başlamışdır. İddiaçının işdən azad olunması qanunsuz və əsassız olduğundan onun yeni işə başlaması pozulmuş hüquqlarının bərpasını tələb etməyəcəyi anlamına gəlməmişdir. İddiaçının başqa bir xarici şirkətdə aldığı əməkhaqqının işin hallarına aid olmadığı halda apellyasiya məhkəməsi tərəfindən araşdırılması MPM-in 80-ci maddənin tələblərinə zidd olmuşdur. Çünki apellyasiya məhkəməsi işə baxılmasının hədlərindən kənara çıxmış və işin hallarına aidiyyəti olmayan fakta hüquqi qiymət vermişdir.
28. İddiaçı şik ayətini Azərbaycan Respublikası Konstitusiyasının 24-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16-cı, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 80, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. MMC kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Etirazın dəlilləri birinci instansiya məhkəməsində MMC tərəfindən təqdim edilmiş etirazın dəlilləri ilə eynilik təşkil etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
31. Maddə
2. Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir.
32. Maddə 11 (bənd “b”). Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri kimi qeyd olunmuşdur.
33. Maddə
68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər.
34. Maddə 70 (bənd “b”). İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.
35. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
36. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsi nin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir.
37. Maddə 77.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbər darlıq müddəti əvəzinə orta aylıq əmək haqqından az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
38. Maddə
78. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsi nin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin işdə saxlanmasına üstünlük verir.
39. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübut ları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifa də olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istin ad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
49. İddiaçının kassasiya şikayətinin dəlilləri işə aşağı instansiya məhkəmələri tərəfindən işə baxılan zaman, həm də apellyasiya şikayətində irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
50. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarları nda formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
51. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apelly asiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-510/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsi dəyiş dirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.