Məhkəmə qərarları › İş №2(102)-1838/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1838/2023

16.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1838/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: reqres qaydasında pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “reqres qaydasında pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-335/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2023- cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MMC yük daşıma fəaliyyəti ilə məşğuldur. "xxxx" markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili MMC-yə aid olduğu iddia olunan “Mercedes-Benz Sprinter” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini arxadan vurmaqla, qəza törətmişdir. İddiaçı MMC qəza zamanı avtomobildə olan 15 ədəd reklam lövhələrinin olduğunu və yararsız hala düşdüyünü iddia edir və hazırki tələbi bununla bağlı dəymiş zərərin ödənilməsi barədədir.

2. Belə ki, "xxxx" markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh1 məxsusdur və o, həmin avtomobili xx.xx.2019-cu il tarixdə idarə etmək üçün Cavabdeh2 etibarnamə vermişdir.

3. Cavabdeh2 etibarnamə əsasın da idarə etdiyi "xxxx" markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə xx.xx.2021-ci il tarixdə Bakı-Qazax-Gürcüstan yolunun 24-cü km-də hərəkətdə olarkən, yolun sağ tərəfində ehtiyat zolaqda dayanmış, X1 idarə etdiyi “Mercedes-Benz Sprinter” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini arxadan vurmaqla, qəza törətmişdir.

4. Həmin yol-nəqliyyat hadisəsi ilə bağlı xx.xx.2021-ci il tarixdə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində, X2 isə 346.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə məsuliyyətə cəlb edilərək, onlara cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

5. Hadisədən sonra "xxxx" MMC İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-dən 8469 manat zərərin t utulmasını tələb etmiş və tələbini belə əsaslandırmışdır ki, ona məxsus 12 ədəd reklam lövhələrinin daşınması üçün İddiaçı MMC-nə sifariş vermiş və 31 mart 2021-ci il tarixdə həmin reklam lövhələri təyinat ünvanına daşınması üçün “Mercedes-Benz Sprinter” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yüklənmişdir. Lakin qəza nəticəsində reklam lövhələri yararsız vəziyyətə düşmüş və ona zərər dəymişdir.

6. Həmin məhkəmə mübahisəsi üzrə tərəflər razılığa gələrək, 7.000 manat borcu xx.xx.2021-ci il tarixində 2.000 manat, xx.xx.2021-ci il tarixədək 5.000 manat ödəmək şərti ilə barışıq sazişi imzalamış, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-22(113)-2314/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair kommersiya müb ahisəsinə dair işlə bağlı barışıq sazişi təsdiqlənmiş və bu əsasla iş üzrə icraata xitam verilmişdir. 7. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışında “X3 Ltd” MMC şirkəti ilə olan razılaşmaya əsasən üzən platforma üzərində qurulması nəzərdə tutulmuş, dəniz havası şəraitinə dözümlü olması üçün xüsusi materiallardan hazırlanmış 12 ədəd 3x1,5 metr ölçüdə olan reklam xarakterli lövhələrin istehsalı üçün çəkilən xərclər cəmi 8.489 manat məbləğində qeyd edilmişdir. 8. xx.xx.2021-ci il tarixdə 2.000 manat, xx.xx.2021-ci il tarixdə 2.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat və 2.000 manat olmaqla, cəmi 7.000 manat məbləğində vəsait İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilmişdir. 9. "xxxx" markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sığortalandığı sığorta tə şkilatı tərəfindən iddiaçıya məxsus avtomobilə dəymiş zərər kimi 3.700 manat pul ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçıya dəymiş 7000 manat məbləğdə maddi ziyanın və ödənilmiş 90 manat dövlət rüsumunun, ümumilikdə 7090 manat məbləğində pulun müştərək qaydada alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı daxil olan sifariş əsasında "xxxx" MMC-yə məxsus olan reklam lövhələrini xx.xx.2021-ci il tarixdə Nizami rayonu, Babək prospektindən Qaradağ rayonu, Salyan şossesində yerləşən “X5 Ltd” şir kətinə daşımağı öz üzərinə götürmüş və xidmətin icrası üzrə həmin reklam lövhələrinin daşınması üçün **-JM-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz Sprinter” markalı avtomobil göndərilmişdir. Şirkətə məxsus həmin nəqliyyat vasitəsi Bakı-Qazax istiqamətində hərəkətdə olarkən mülkiyyətçi Cavabdeh1 məxsus və xx.xx.2019-cu il tarixli etibarnamə əsasında cavabdehin idarə etdiyi **-BZ-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı minik avtomobili yol hərəkəti qaydalarını kobudcasına pozduğundan arxadan şirkətə məxsus avtomobilə çırpılmış və nəticədə nəqliyyat vasitəsinə və daşınan reklam lövhələrinə ciddi ziyan dəymişdir. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində əmlakına ziyan dəymiş "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8.469 manat məbləğində zərər, 60 manat məbləğində da şıma haqqı, 700 manat məbləğində hüquqi yardım xərci və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-dən tutulmasını xahiş etmiş, sonradan xx.xx.2021-ci il tarixində "xxxx" MMC ilə barışıq sazişi imzalanmış və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021 ci il tarixli e-2-2(113)-2314/2021 saylı qərardadı ilə müvafiq saziş təsdiq olunmuşdur. Sazişin 1.2-ci bəndində əsasən tərəflər razılaşmışlar ki, sazişin imzalandığı tarixə cavabdehin iddiaçıya ümumi borcu 7.000 manat təşkil edir və cavabdeh bu borcu xx.xx.2021-ci il tarixində 2.000 manat, xx.xx.2021-ci il tarixədək 5.000 manat olmaqla tam şəkildə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müvafiq ödəniş tapşırıqları əsasında xx.xx.2021-ci il tarixdə 2.000 manat, xx.xx.2021-ci il tarixdə 2.000 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat və 2.000 manat olmaqla, cəmi 7.000 manat borc məbləği "xxxx" MMC-yə tam ödənilmişdir. Qanunvericiliyin tələblərinə əsasən vurulmuş ziyanı geriyə tələb etmək hüququ yaranmışdır. Bu əsasla şirkət tərəfindən cavabdehlərə 7.000 manat borc məbləğini tələb etmə barədə pretenziya məktubu göndərilmiş, lakin buna baxmayaraq həmin pul şirkətə ödənilməmiş və məktuba cavab verilməmişdir.

12. Ağdam Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 21 sentyabr 2022-ci il tarixli, 2(013)-1736/2022 nömrəli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 31 mart 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində səlahiyyətli orqanların qərarı ilə həm "xxxx" markalı **-BZ-*** d övlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2, həm də “Mersedes Sprinter” markalı **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişlər. Bu hal isə onu deməyə əsas verir ki, məhkəmə iclasında cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin iddiaçıya birbaşa ziyan və ya zərər vurulması ilə nəticələnən hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması sübut olunmamışdır.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1114.1-ci maddələri və Azərbaycan Respu blikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, "xxxx" minik markalı **BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı şirkətə məxsus avtomobilə çırpılaraq nəqliyyat vasitəsinə və onun daşıdığı reklam lövhələrinə ciddi ziyan vurulması ilə əlaqədar mülki hüquq pozuntusu birbaşa olaraq cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Bu fakt cavabdehin yol hərəkəti qaydalarını kobudcasına pozması səbəbindən onun İnzibati Xətalar Məcəlləsinin 3 27.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2021 -ci il tarixli İXP38688784 nömrəli protokol əsasında qəbul edilmiş TP4281248 saylı inzibati tənbeh vermə haqqında qərarla öz təsdiqini tapır. Lakin məhkəmə baş vermiş hadisə ilə cavabdehin təqsirli hərəkəti arasında bu səbəbli əlaqəni görməzdın gələrək, maddi hüquq normasını düzgün tətbiq etməmiş və nəticədə şəxs mülki məsuliyyətdən kənarda qalmışdır. Avtoqəza ilə bağlı birinci instansiya məhkəməsinə təqdim edilmiş fotoşəkillərdən də aydın olur ki, şirkətə məxsus avtomobil yolun hərəkət hissəsindən kənarda, asfalt yolun kənarındakı sarı xətdən sağ tərəfdə, ehtiyat hissə hesab olunan torpaq yolda dayanmışdır. Birinci instansiya məhkəməsi isə qətnaməsində göstərmişdir ki, guya ki iddiaçının sürücüsünün idarə etdiyi nəql iyyat vasitəsinin yolun kənarında dayanması və beləliklə parklanma qaydalarının pozulmasının səbəbkarı olması yol-nəqliyyat hadisəsinin baş verməsinə gətirib çıxarmışdır. Halbuki, sürücünün parklanma qaydasını pozması hələ öz-özlüyündə mülki hüquq pozuntusuna səbəb olmur. Bunun üçün mütləq qaydada pozuntu ilə zərərli nəticə arasında səbəbli əlaqənin olması şərtdir. Səbəbli əlaqənin olması üçün şəxs elə bir hərəkət etməlidir ki, onun bu hərəkəti zərərli nəticənin baş verməsinə gətirib çıxarsın. Yol-nəqliyyat hadisəsinin baş verməsinə şirkətin sürücüsünün nəqliyyat vasitəsini yolun kənarında saxlaması deyil, cavabdehin "xxxx" minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozmaqla yolun hərəkət hissəsindən kənara çıxarması səbəb olmuş dur.

17. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-335/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, cavabdehdən dəymiş ziyanın əvəzi olaraq ödənilmiş 7000 manat məbləğində pul və ödənilmiş 90 manat dövlət rüsumu, ümumilikdə 7090 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia Cavabdeh1 münasibətdə təmin edilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçının baş vermiş yol-nəqliyyat hadisəsi z amanı reklam lövhələrinə vurulmuş zərər qismində 7.000 manat xərc çəkməsi mübahisəsiz olmaqla yanaşı, həm də bu xərc mülki hüquq pozuntusu nəticəsində "xxxx" MMC-yə dəymiş zərərin aradan qaldırılması ilə bağlı olmuşdur ki, qanunvericilik bu halda zərərvuran tərəfindən zərərin əvəzinin tam ödənilməsini tələb edir. Yol-nəqliyyat hadisəsi baş verən zaman cavabdeh həmin avtomobili etibarnamə əsasında idarə etmiş, başqa sözlə avtomobil onun qanuni sahibliyində olmuşdur, yol-nəqliyyat hadisəsi də məhz onun təqsiri üzündən baş vermişdir və buna müvafiq olaraq da o, qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilmişdir. Demək ki, törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyət-zərərin əvəzini ödəmək vəzifəsi də onun üzərindədir. Belə olan halda, iddia tələbi Cavabdeh2 qanuni əsaslarla idarə etdiyi avtomobilin mülkiyyətçisi olan digər Cavabdeh1 aid hissədə təmin edilə bilməz, çünki o, mülkiyyətçi kimi məsuliyyət daşımır.

19. Bu isə o deməkdir ki, digər sürücünün yol hərəkəti qaydasını-dayanma və ya durma qaydalarını pozması, hələ öz-özlüyündə mülki hüquq pozuntusuna görə məsuliyyətə səbəb olmur. Bunun üçün, həm də mütləq qaydada, pozuntu ilə zərərli nəticə arasında səbəbli əlaqənin olması şərtdir. Digər sürücü Rövşən Quliyevin qanunsuz hərəkəti ilə baş vermiş yol-nəqliyyat hadisəsi arasında isə hər hansı səbəbli əlaqə olmamışdır.

20. Yol-nəqliyyat hadisəsi baş vermiş, həmin hadisə zamanı cavabdehin qanuni əsaslarla idarə etdiyi avtomobil yol kənarında dayanmış iddiaçıya məxsus olan yük avtomobilinə çırpılmış, nəticədə həmin avtomobildə daşınan reklam lövhələrinə maddi ziyan də ymiş və iddiaçı daşıyıcı şirkət olaraq həmin ziyanın əvəzi kimi 7.000 manat məbləğində pul vəsaitini "xxxx" MMC-yə ödəmişdir ki, bu da həmin xərcin reqres qaydasında geriyə tələb hüququnu iddiaçıya vermişdir.

21. Məhkəmə kollegiyası cavabdeh tərəfin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçıya məxsus yük avtomobilini idarə edən sürücü X2 barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək, inzibati tənbeh tətbiq edilmişdir. Həmin pozuntu dayanma və ya durma qaydalarının pozulması ilə bağlı olmuşdur.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2, 1114.1-ci maddələri və MPM-in 217.1, 217.2, 217.3, 218.1, 385.1, 390-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin qərardadında xəbərdar olmamış, işdə iştirak etməmişdir. Ona görə də hazırda həmin qərardaddan şikayət vermişdir. Qəza zamanı yük maşınında 12 ədəd lövhə olmamışdır. Qəzadan sonra çəkilən fotoşəkillərdə yalnız 2 ədəd lövhənin sol künclərinin cüzi zədə aldığı görünür. İddianın əsasları sübuta yetirilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. İddiaçının nümayəndəsi kassasiya şikayətinə qarşı yazılı etirazında şikayətin rədd edilməsini, apelyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsin də fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

30. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

31. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə s ahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

32. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli h üquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntu su hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.

43. Belə ki, iddiaçı hüquqi şəxsdir. MPM-nin 69.1-ci maddəsinə görə hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər.

44. MPM-nin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.

45. MPM-nin 150.1.3-cü maddəsinin tələbinə görə iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) əlavə olunmalıdır.

46. Mülki Məcəllənin 44.1-ci maddəsinə əsasən, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

47. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur (MM-nin 69.2 və 69.3-cü maddələri).

48. Mülki iş materiallarında iddia ərizəsini imzalayan şəxsin buna səlahiyyətini, habelə ümumiyyətlə hüquqi şəxsin mövcud olmasını (qeydiyyata alınmasını) təsdiq edən sübutlar təqdim olunmamışdır.

49. Bundan başqa, qeyd olunan “Mercedes-Benz Sprinter” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya məxsus olması barədə (qeydiyyat şəhadətnaməsi və s.), həmin avtomobili idarə etmiş X2 ilə əlaqəsi (iddiaçı ilə bağlanmış əmək müqaviləsi və s.), yükün sifarişçi tərəfindən iddiaçıya təhvil verilməsi barədə sənəd (qa imə, akt və s.) iş materiallarına əlavə edilməmişdir.

50. Bundan başqa, kassatorun qəza zamanı yük avtomobilində 12 ədəd reklam lövhəsinin olmadığı barədə dəlilləri də tam araşdırılmamışdır. Belə ki, iddiaçı hadisə zamanı reklam lövhələrinin korlanmasını sübut etmək üçün fotoşəkilləri təqdim etmişdir. Həmin fotoşəkillərdən birində - 83-cü səhifədə olan fotoşəklin hadisə yerində çəkildiyi görünür (hadisə yerinin panoram fraqmenti əksini tapdığına görə) və bu şəkildə avtomobildə iki lövhənin olduğu görüntülənir. Lakin 82, 84-100-cü səhifələrdə olan fotoşəkillərdən lövhələrin zədələnməsi müəyyən olunmur. 101-ci səhifədə olan fotoşəkildə isə iddiada deyildiyi kimi 12 deyil, 6 lövhə görünür və həmin şəklin hadisə yerində çəkilməsi müəyyən olunmur.

51. Məhkəmə kollegiyası hesab edir ki, apelyasi ya instansiyası məhkəməsi işin mahiyyəti üzrə düzgün həll olunması üçün zəruri olan həddə işin hallarını araşdırmamışdır. Məhkəmələr tərəfindən mülki mübahisənin həll edilməsi üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli araşdırılmaması, nəticədə qəbul edilmiş qərarın mübahisənin həll edilməsi üçün yetərli olmamasına gətirib çıxarır. Bu da öz növbəsində həmin məhkəmə aktı ilə hər-hansı hüquqi nəticəyə gəlinməsinə ciddi çətinliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.

52. Məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli və s. Qərarları).

53. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normaları nı düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilmədən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

54. Məhkəmə kollegiyası hesab edir ki, digər sürücü Rövşən Quliyevin qanunsuz hərəkəti ilə baş vermiş yol-nəqliyyat hadisəsi arasında hər hansı səbəbli əlaqə olmadığı barədə apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır və işə yenidən baxan məhkəmə kollegiyası bu halı nəzərə almalıdır. Yenidən işə baxılarkən 43-48-ci paraqraflarında olan nöqsanları aradan qaldırdıqdan sonra məhkəmənin həll etməli əsas məsələ avtomobildə neçə reklam lövhəsinin olduğunu və dəyərini araşdırmaqdır. Həmçinin cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)2314/2021 saylı qərardadından şikayət verilmişdirsə, həmin iş üzrə cavabdehin hansı prosessual statusda tanınması və qəbul edilmiş yekun qərarın hazırki işə preyudisial təsiri araşdırılmalı və nəzərə alınmalıdır.

55. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

56. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-c u maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-335/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar