Məhkəmə qərarları › İş №2(102)-1839/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1839/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1839/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) 22.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X2 və cavabdehin vəkili X1 iştirakları ilə, Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1650/2020 nömrəli iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açı q məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 16.04.2018-ci il tarixli qəbzlə Cavabdeh İddiaçı iş görmək məqsədi ilə aldığı 9160 (doqquz min bir yüz altmış) manat pulu həmin ilin may ayından başlayaraq hissə-hissə ödəyəcəyini göstərmişdir. Cəlilabad rayon Polis Şöbəsinin İB-nin 07.06.2019-cu il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarınla İddiaçı şikayəti üzrə Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş və mübahisə mülki xarakterli olduğu üçün İddiaçı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə 2015-ci ildə Bakı şəhə ri Xətai rayonu Əhmədli yarmarkasında tanış olmuşlar və bir müddətdən sonra aralarında səmimi münasibətlər yaranmışdır. Cavabdeh ona təklif etmişdir ki, o (iddiaçı) pul qoysun, cavabdeh də qaz-ördək alıb-satsın, kartof əksin, qazancını bölsünlər. Aralarında olan səmimi münasibətlərə görə ona (cavabdehə) etiraz etməmiş və onunla razılaşmışdır. Bundan sonra Cavabdeh iş görmək məqsədi ilə hissə-hissə cəmi 10.113 (on min bir yüz on üç) manat pul göndərmişdir. Lakin cavabdeh ona göndərilmiş pulu təyinatı üzrə istifadə etməmiş və heç bir iş görməmişdir. Buna görə də cavabdehdən verdiyi pulu tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. 16 aprel 2018-ci ildə isə cavabdeh mövcud borcun etirafı ilə əlaqədar qəbz yazaraq ona (iddiaçıya) vermiş və həmin ilin may ayın dan borcunu ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin cavabdeh yenə də müxtəlif bəhanələrlə ona olan borcunu qaytarmaqdan yayınmışdır. Bununla bağlı hüquq mühafizə orqanlarına (prokurorluq, polis şöbəsi) müraciət etmiş, mübahisə mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim Q.Paşayev, 2(073)-2231/2019) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilərək Cavabdeh 9160 (doqquz min bir yüz altmış) manat borc pulun və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İ ddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçıya yaranmış borcunu 2018-ci ilin may ayından başlayaraq hissə-hissə ödəyəcəyinə dair öhdəlik götürdüyü halda, həmin öhdəliyə əməl etməyərək borcunu qaytarmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək Cəlilabad Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(073)-2231/2019 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2020-ci il tarixli 2(106) -1650/2020 saylı qətnaməsi ilə (hakim N.Mirzəyevin sədrliyi və məruzəsi ilə, hakimlər Q.Kərimov və Z.Babayevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Ray on Məhkəməsinin 11 dekabr 2019-ci il tarixli 2(073)-2231/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh ilə iş görmək, yəni qaz-ördək alaraq saxlamaqla qazanc əldə etmək, habelə kənd təsərrüfatı işləri görməklə kartof əkmək, əldə edilmiş gəliri öz aralarında bölmək barədə razılığa gəlmişlər. Bu məqsədlə iddiaçı cavabdehə həmin işlərin görülməsi məqsədi ilə hissə-hissə cəmi 9.160 (doqquz min bir yüz altmış) manat pul vermiş, lakin cavabdeh ona göndərilmiş pulu təyinatı üzrə istifadə etməmişdir. Buna görə iddiaçı cavabdehdən verdiyi pulu tələb etmiş, lakin cavabdeh aldığı qaz-ördəyin tələf olduğunu, əkilmiş kartof bitkisinin havaların soyuq keçməsi səbəbindən məhv olmasını bildirməklə müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamışdır. 16 aprel 2018-ci ildə isə cavabdeh qəbz yazaraq iddiaçıya vermiş və həmin ilin may ayından başlayaraq borcunu ödəyəcəyini bildirmişdir. Lakin cavabdeh yenə də müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu qaytarmaqdan yayınmışdır. Bununla bağlı iddiaçı hüquq mühafizə orqanlarına (prokurorluq, polis şöbəsi) müraciət etmiş, mübahisə mülki xarakterli olduğu üçün ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2020-ci il tarixli 2(106)-1650/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırlımışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, apellyasiya məhkəməsi şikayətində qeyd olunanlarla bağlı heç bir araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili X3 izahatında kassasya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nın vəkili X4 izahatında kassasya şikayətinin dəlillərinə etiraz edərək rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan v əzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci madəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəli k həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pu l və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarını araşdıran məhkəmələr səlahiyyətləri çərçivəsində işdə olan Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə uyğun qiymətləndirmiş və əsaslı olaraq cavabdeh tərəfindən öhdəliyin yerinə yetirilməməsi nəticəsinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının 2(106)-1650/2020 nömrəli iş üzrə 17 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar