Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1839/2022 18.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar X8, X10 və X1 Cavabdehnə qarşı İddiaçı Cavabdehlər X8, X10 və X2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1839/22 (Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, kompensasiya ödənilməsi) Bakı şəhəri, 18 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçılar X8, X10 və X1 Cavabdehnə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” barədə ilk, Cavabdeh X8, X10 və X2 qarşı “kompensasiya ödənilməsi” barədə qarşılıql ı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11057/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kassasiya şikayətinə 18 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Pilot layihəyə əsasən "Poleks” MMC ilə (bundan sonra “cavabdeh”) X8 və X6 arasında 30 sentyabr 2017-ci il tarixində, X10 (bundan sonra “iddiaçılar”) arasında 03 oktyabr 2017-ci il tarixində Bakı şəhəri 21 saylı notariat kontorunda ayrı-ayrı üç müqavilə imzalanıb.
2. Müqavilələrə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən iddiaçıların mülkiyyətində olan mənzilləri söküb, yerində tikilən hundürmərtəbəli binada iddiaçıların hər birinə tam təmirli, sahəl əri 83 kv.m olan 02 (iki) otaqlı mənzil verməyi, mənzilləri təhvil verənədək yaşayışlarını təmin etmək məqsədi ilə kompensasiya şəklində iddiaçıların hər birinə aylıq 500 (beş yüz) manat kirayə haqlarını əvvəlcədən ödəniş gününə istinad edilməklə uç ayda 1 (bir) dəfə 1500 (bir min beş yüz) manat ödəməlidir.
3. Mübahisə həmin müqavilənin icrası ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 21 nömrəli notariat kontorunda X8 ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq, Cavabdeh tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən X3 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ər azidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı X4 təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına kimi hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 (on) manat hissəsi olmaqla, cəmi 4.510 (dörd min beş yüz on) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı X4 verilməsi; Bakı şəhəri 21 nömrəli notariat kontorunda X6 ilə Cavabdeh arasında bağlanmış 30 sentyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən X1 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəs i 83 kv.metr olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı X2 təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına kimi hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi olmaqla, cəmi 4.510 (dörd min beş yüz on) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı X2 verilməsi; Bakı şəhəri 21 nömrəli notariat kontorunda X10 ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh Məhdud Məsuliyyəli Cəmiyyəti tərəfindən ünvan 3 ünvanında yerləşən X5 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.metr olan 02 (iki) otaqlı ta m təmirli mənzilin iddiaçı X7 təhvil verilməsi və Cavabdehndən 2019-cu ilin dekabr ayından 2020-ci ilin avqust ayına kimi hər ay üçün ödənilməli olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi olmaqla, cəmi 4.510 (dörd min beş yüz on) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı X7 verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılıb ki, müqavilə üzrə ödənişlər 2017-ci ilin oktyabr ayının əvvəlindən fasilələrlə ödənilsə də (cəmi 26 ay), 2019-cu ilin dekabr ayından cavabdeh müqavilədə qeyd olunan, sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı mənzilləri vermir, yaşayış üçün razılaşdırılan 500 manat kirayə haqqını da 9 aydır kı, ödəmir. Hər bir iddiaçıya cavabdehin 4500 manat borcu yaranıb.
6. Bundan əlavə, binanın komendantı iddiaçılara bildirmişdir ki, Cavabdeh MMC-nin rəhbəri Şahin Qasımov sahəsi 83 kvadrat metrlik bütün mənzilləri 90 kvadrat metr adı ilə müştərilərə satıb və hazırda iddiaçılara verilməli olan sahəli mənzillərdən boş qalanı yoxdur. Beləliklə, aydın görünür ki, cavabdeh müqavilələr üzrə iddiaçıların qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir.
7. İddiaçılar müqavilələrdə qeyd olunan 02 (iki) otaqlı, 83 kv.m mənzillərinin iddiaçılara təhvil verilməsi və eyn zamanda kirayə haqlarının ödənilməsi barədə dəfələrlə şifahi və yazılı şəkildə cavabdehin rəhbərinə xahişlə müraciət etsələr də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyini bildirmişdir.
8. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yer inə yetirmək istəmir, iddiaçıların etimadından istifadə edərək onları aldadır, artıq gəlir əldə etməyə çalışır.
9. Bu çətin günlərdə müqavilə üzrə sahəsi 83 kv.m olan 02 (iki) otaqlı mənzilləri verməməklə yanaşı, kirayə haqlarını da ödəməyərək cavabdeh iddiaçıları acınacaqlı duruma salıb.
10. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 389.1, 399.1, 425.1, 442, 448.1-ci, Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2 və 59.3-cü maddələrinə istinad etmişlər.
11. İddiaçılar bir neçə dəfə kirayə puluna aid hissədə tələblərini dəyişmiş, sonda digər tələblər yerində qalmaqla, hər birinə cavabdeh tərəfindən 21 ay üçün 10.500 (on min beş yüz) manat kirayə pulu ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
12. Birinci instansiya məhkəməsi 20 oktyabr 2020-ci il tarixli qərardadla tikinti-texniki ekspertizası təyin edərək, iddiaçılara verilmiş iki otaqlı mənzillərin sahəsinin nə qədər olması barədə ekspertiza qarşısında suallar qoymuşdur.
13. Məhkəmə Ekspertizası Mərkəzinin 10/3209 saylı, 24.12.2020-ci il tarixli rəyinə əsasən ünvan 4 ünvanda Poleks" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş hündürmərtəbəli binada X4 verilmiş mənzilin ümumi sahəsi 79.0 m2, X2 verilmiş mənzilin ümumi sahəsi 78.81 m2, X7 verilmiş mənzilin ümumi sahəsi 78,96 m2 təşkil edir.
14. Cavabdeh də qarşılıqlı iddia verərək, tərəflər arasında bağlanmış müqavilə üzrə 83 kv.m sahə ilə faktiki təşkil edən 79 kv.m sahə arasında olan 4 kv.m fərq üçün hər kvadrat metrə 1.200 manatdan hesablanmaqla iddiaçılara kompensasiya ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmə dən xahiş etmişlər.
15. Qarşılıqlı iddia onunla əsaslandırmışdır ki, 27 09.2017-ci il, 30.09.2017-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudluşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa və Azərbaycan Respublikası əmlak X9 Yanında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 11.08.2017-ci il tarixli Seriya RX № 1123090, Seriya RX № 1123089, Seriya RX № ******* saylı Cıxarışa əsasən iddiaçılar (hər üçü) ünvan 5 ünvan olmaqla, yaşayış sahəsi 64.4 kv.m, köməkçi sahəsi 36 kv.m, ümumi sahəsi 100.4 olan, 3 otaqdan ibarət bir mənzildə 1/3 hissə üzrə paylara malik olmuşlar. Başqa sözlə, ümumi sahəsi 100.4 kv.m olan, 3 otaqdan ibarət bir mənzildə iddiaçıların hər birinin 33.4 kv.m sahəsi olmuşdur. Lakin iddia əriz əsindən görünür ki, cavabdeh iddiaçıların mülkiyyət hüquqlarını pozaraq, onların etimadından istifadə edərək, xüsusi rifahı naminə artıq gəlir əldə etmək məqsədi ilə onları aldadaraq hər birinə ümumi sahəsi 83 kv.m olan iki otaqdan ibarət, 3 ayrı-ayrı mənzil təklif etmişdir.
16. Cavabdeh uzun müddət təmirsiz istismar olunmuş, fiziki aşınmalara məruz qalmış mülkiyyətçilərə məxsus evləri sökərək qanunla iddiaçılara düşən bir mənzildən ibarət 121.2 kv.m (100.4 kv.m + 20.8 (20%) = 121.2) sahənin əvəzinə iddiaçılara 83 kv.m, 2 otaqdan ibarət 3 ayrı- ayrı mənzil (ümumi sahəsi 249 kv.m) təklif etmişdir.
17. Ekspertizanın nəticələrindən görünür ki, təklif olunan mənzıllər faktiki olaraq 83 kv.m deyil, 79 kv.m təşkil etmişdir. Bu hal binanın ümumi ilkin layihəsi üzrə bağlanmış müqavilələr ilə tikin tidən sonra divar arakəsmələri və digər texniki sahələr səbəbindən yaranmış itkilərlə əlaqədar baş vermişdir.
18. Buna görə də bu hal kompensasiya ödənilməklə aradan qaldırıla bilər və heç bir halda iddiaçı tərəfindən müqavilə öhdəliklərinin pozulması anlamını ortaya çıxartmır. Nəzərə almaq lazımdır ki, iddiaçılara Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən qanunla müəyyən edilmiş 1 mənzildən ibarət ümumi sahəsi 120 kv.m sahə əvəzinə 2 otaqdan ibarət, hər mənzilin sahəsi 79 kv.m olmaqla üç ayrı-ayrı mənzil (ümumi 237 kv.m) təqdim edilmişdir. Bu da mütənasiblik prinsiplərinə əsasən mülkiyyətin dəyərinə ağlabatan dərəcədə uyğundur.
19. Birinci instansiya məhkəməsi ünvan 4 ünvanda Poleks" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş hündürmərtəbəli binada 83 m2 2 otaqlı mənzil m övcud olub-olmamasını müəyyən etmək üçün 03 iyun 2021-ci il tarixli qərardadla tikinti-texniki ekspertizası təyin etmişdir.
20. Məhkəmə Ekspertizası Mərkəzinin 10/2750 saylı, 12.07.2021-ci il tarixli rəyinə əsasən faktiki vəziyyətdə götürülmüş ölçülər arasında aparılmış hesablamalarla müəyyən olunur ki, baxış zamanı təqdim olunmuş 2-ci blok 14-cü mərtəbədə yerləşən iki otaqlı mənzilin ümumi sahəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən 83,65 kv.m təşkil edir. Həmin mənzilin quruluşu və yerləşmə yeri iş materiallarında olan (iş.m. 1-ci cild, səh 167-190) 30.10.2017-ci il tarixli, 24392/24124 nömrəli ekspertiza rəyi ilə razılaşdırılmış “Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev, Qarabağ, Ə.Ağaoğlu və Xətai prospektinin kəsişməsində yaşayış binaları” üzrə eskiz layihədə 2-ci blok, 3-14 cü mərtəbələrin planında göstərilmiş 83,4 kv.m sahəli, 2 otaqlı mənzilə uyğundur.
21. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 saylı, 09 avqust 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, Bakı şəhəri 21 saylı notariat kontorunda X8 ilə Cavabdeh MMC arasında bağlanmış 30.09.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən X3 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaql ı tam təmirli mənzilin iddiaçı X4 təhvil verilməsi və mənzilin iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinə 21 ay) 10.500 (on min beş yüz) manat kirayə haqqının Cavabdeh MMC-dən tutulub X4 ödənilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda X6 ilə Cavabdeh MMC arasında bağlanmış 30.09.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən X1 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı X2 təhvil verilməsi və mənzilin iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 20 19-dan avqust ayı 2021-ci il tarixinə 21 ay) 10.500 (on min beş yüz) manat kirayə haqqının Cavabdeh MMC-dən tutulub X2 ödənilməsi, Bakı şəhəri 21 saylı notariat kontorunda X10 ilə Cavabdeh MMC arasında bağlanmış 03.10.2017-ci il tarixli müqavilə şərtlərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 34, mənzil 36 ünvanında yerləşən X5 mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzilin iddiaçı X7 təhvil verilməsi və mənzilin iddiaçıya təhvil verilənədək hər ay üçün ödənilməli olan (dekabr 2019-dan avqust ayı 2021-ci il tarixinə 21 ay) 10.500 (on min beş yüz) manat kirayə haqqının Cavabdeh MMC-dən tutulub X7 ödənilməsi, ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən tutulub iddiaçılara ödənilməsi, qarşılıqlı iddianın rədd edilməsi, ekspertiza xərcinin cavabdehdən tutulması qət edilmişdir. (hakim Gültəkin Əsədova)
22. Birinci instansiya məhkəməsi işdəki sübutlara istinadən müəyyən edib ki, Bakı şəhəri, Nərimanov rayonu, Qarabag küçəsi, ümumi sahəsi 100.4 kv.m olan ev 34, mənzil 36 iddiaçılar X3 adına 1/3 hissədə, X5 adına 1/3 hissədə və X1 adına 1/3 hissədə 11.08.2017-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Pilot layihəyə əsasən cavabdeh "Poleks” MMC ilə iddiaçılar X8 və X6 arasında 30 sentyabr 2017-ci il tarixində, X10 arasında isə 03 oktyabr 2017-ci il tarixində qarşılıqlı razılaşma yolu ilə Bakı şəhəri 21 saylı notariat kontorunda müqavilələr imzalanıb. Müqavilə şərtlərinə əsasən cavabdeh ünvan 1 ünvanında yerləşən iddiaçıların mülkiyyətində olan mənzilləri söküb, yerində tikilən hundürmərtəbəli binada iddiaçıların hər birinə tam təmirli, sahələri 83 kv.m olan 02 (iki) otaqlı mənzillər verir, mənzillər iddiaçılara təhvil verənədək kompensasiya şəklində iddiaçıların hər birinə aylıq 500 (beş yüz) manat kirayə haqlarını əvvəlcədən ödəniş gününə istinad edilməklə üç ayda 01 (bir) dəfə 1500 (bir min beş yüz) manat ödəməlidir.
23. Birinci instansiya məhkəməsi mülkiyyət hüququ, müqavilə və öhdəlik münasibətləri ilə bağlı qanunvericiliyin normalarına istinad edərək göstərib ki, tərəflər (fiziki və hüquq şəxslər) azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Eyni zamanda müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir v ə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilə azadlığı tərəflərin öz iradə ifadələrini əks etdirməklə bağlanılır və heç kimi hər hansı bir öhdəlik vəzifəsi kimi müqavilə bağlanılmasına məcbur edilə bilməz. Hazırki işdə tərəflər şərtlərlə razılaşdıqdan sonra öz iradə ifadələrini bildirməklə müqavilə imzalamışlar. Cavabdeh MMC müqavilə şərtlərinə əsasən iddiaçılara sökülmüş mülkiyyətlərinin əvəzinə hər birinə 2 otaqlı, təmirli 83 kv.m mənzil verməyi öhdəsinə götürüb. Həmçinin müqavilə şərtlərindən biri də Əmlak mülkiyyətçisi"-nə kompensasiya şəklində aylıq 500 ( beş yüz ) manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda 1 (bir) dəfə (1500AZN(bir min beş yüz) manat ödənil məsidir ki, həmin məbləg dekabr 2019-cu ildən ödənilmir. Cavabdeh tərəf kirayə haqlarının verilməməsinə səbəb kimi mənzillərin 2019-cu ilin dekabrında iddiaçılara təklif olunması, iddiaçıların bundan imtina etməsi ilə izah etmişdir. İddiaçılar isə mənzillərin sahəsinin məhz müqavilə şərtinə uyğun 83 kv.m deyil, 79-78 olması səbəbinən təhvil almaqdan imtina etmişlər.
24. Birinci instansiya məhkəməsi ekspert rəylərinə əsasən iddiaçılara verilmiş mənzillərin müvafiq olaraq 79.0 m2, 78.81 m2, və 78,96 m2 olması, eyni zamanda 2-ci blok 14-cü mərtəbədə yerləşən iki otaqlı mənzilin ümumi sahəsinin eskiz layihədə 2-ci blok, 3-14-cü mərtəbələrin planında göstərilmiş 83,4 kv.m sahəli, 2 otaqlı mənzilə uyğun olmasını nəzərə alaraq, qeyd edib ki, tərəflər arasında imzalanmış müqavilə şərtləri məhz Ca vabdeh tərəfindən pozulmuş, inşa olunmuş binada 83 kv.m mənzillər olduğu halda, iddiaçılara daha sahəli – 78-79 kv.metlik mənzillər təklif olunmuşdur.
25. Birinci instansiya məhkəməsi vurğulayıb ki, mənzillər vaxtında iddiaçılara təhvil verilmədiyindən onlar kirayələrdə yaşamağa məcbur olmuşlar, bununla da bağlı kirayə haqları dekabr 2019-cu ildən kəsilməklə, cavabdeh müqavilə şərtlərini pozmuşdur. Buna görə də cavabdeh şirkət onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.1, 385.1, 386.1, 390.1, 390.5, 405.1, 421.2, 422.1, 422.2, 422.4, 424.1, 424.3, 425.1, 427.3, 442, 445.2.1, 448.1 v ə 448.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. Cavabdeh apellyasiya şikayəti verib qətnamənin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti qarşılıqlı iddianın dəlillərinə uyğun məzmunda əsaslandırılmışdır.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11057/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-276/2021 saylı, 23 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Elnur Həsənov)
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qey d edib ki, iddiaçılara təklif olunan mənzillər öz texniki parametrlərinə görə müqavilələrdə göstərilən şərtlərə uyğun gəlmirlər.
31. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlib ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qarşılıqlı iddia tələblərinə münasibətdə qeyd edilməlidir ki, hazırda ilkin iddia tələbi təmin edildiyindən qarşılıqlı iddia tələbi üzrə araşdırılma aparılmasına lüzum yoxdur. Belə ki, iddia tələbləri bir-biri ilə bağlıdır. İddiaçıların tələbi təmin olunmasa idi, bu zaman qarşılıqlı iddia üzrə əlavə araşdırmaya ehtiyac olardı. a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh (Vəkil) k assasiya şikayəti verib, qətnamənin ləğv, iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
33. Kassasiya şikayətinin dəlilləri: - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiqedilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən mənzillərin hesablanması faktiki sahə ilə bu qaydalara uyğun hesablamalar arasında 4-5 kv.metr fərq (azalma) yaradır. Bu, balkon, dəhliz, sanitar qovşağın və digər köməkçi sahələrin azalma əmsalları ilə hesablanmasından irəli gəlir; - ekspertizanın həmin qaydalara uyğun hesabladığı 2-ci blik, 14-cü mərtəbədə yerləşən 2 otaqlı mənzilin faktiki sahəsi 89 kv.metr olmaqla başqa şəxslərə satılm ışdır; - istər iddiaçı, istərsə də, məhkəmə FHN-in göndərdiyi layihə əsasında həmin binada 83 kv.metr mənzil olması qənaətinə gəliblər. Lakin cavabdeh tərəf bununla bağlı məhkəmədə dəfələrlə məsələ qaldıraraq həmin layihənin ilkin layihə olması və sonradan tikinti getdikcə texniki parametrlərin dəyişərək sahələrdə itki olmasını demiş, Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən layihənin axırıncı (qüvvədə olan) variantı təqdim edilmiiş, lakin məhkəmə bunu nəzərə almamışdır; - yaşayış kompleksi 2019-cu ildə təhvil verilmiş, elə həmin ildə də istismara qəbul edilmişdir. Yəni iddiaçılar üçün nəzərdə tutulmuş evlərdən savayı, başqa boş mənzil yoxdur; - iddiaçılara çatışmayan sahəyə görə kompensasiya təklif edilib, lakin onlar kompensasiyanı qəbul etmirlər. Bu hal iddiaçıların hüquqlarından sui -istifadə etməsi deməkdir. b) Kassasiya şikayətinə yazılı etirazın dəlilləri
34. Kassasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılıb ki, cavabdeh şikayəti vaxt uzatmaq üçün verib. Cavabdeh müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri icra etməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məc əllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cav abdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmi n olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yo xlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qə rar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələr ək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. İşdən görünür ki, birinci instansiya məhkəməsi ekspert rəylərinə əsasən iddiaçılara verilən mənzillərin 79.0 m2, 78.81 m2 və 78,96 m2 olması, eyni zamanda 2 -ci blok 14-cü mərtəbədə yerləşən iki otaqlı mənzilin ümumi sahəsinin eskiz layihədə 2-ci blok, 3-14-cü mərtəbələrin planında göstərilmiş 83,4 kv.m sahəli, 2 otaqlı mənzilə uyğun olmasını nəzərə alaraq iddianı təmin etmişdir. Apellyasiya instansiyası məhkəməsi də bununla razılaşmışdır.
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.
40. Əvvəla, cavabdehin binanın ilkin layihəsindən fərqli olaraq son layihədə müəyyən texniki parametrlərin dəyişməsi barədə dəlillərinə qiymət verilməyib. Bu dəlillərin əsaslı olub-olmamasına həmin dəlillər üzrə işin faktiki hallarını müəyyən etməklə qiymət verilməli olduğu halda, məhkəmələr bunu etməmişlər. Buna görə də qeyd edilən dəlil üzrə məhkəmələrin gəldiyi nəticənin əsaslılığına kollegiya qiymət verə bi lmir.
41. Bundan əlavə, birinci instansiya məhkəməsi iddiaçıların hər birinə onların mülkiyyətində olan yaşayış sahəsinin sökülərək həmin ərazidə inşa edilmiş yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasında sahəsi 83 kv.m. olan 02 (iki) otaqlı tam təmirli mənzil verilməsi nəticəsinə gəlsə də, həmin mənzillərin hansı mərtəbədə olmasına aydınlıq gətirməmişdir.
42. Həmçinin məhkəmələr cavabdeh tərəfindən inşa edilən yaşayış kompleksində faktiki boş olan 3 ədəd 83 m2 sahəli mənzillərin olub-olmamasını araşdırmadan iddianı təmin etməklə, qətnamənin gələcəkdə icrasının mümkünlüyünə şübhələr yaratmışdır. Halbuki məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiy alar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. (MPM, 15.2-ci maddə)
43. Prosessual qanunverciliyin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (MPM, 88 və 218.1)
44. Qeyd edilən hallar göstərir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr, o cüml ədən apellyasiya məhkəməsi qeyd edilən prosessual hüquq normalarının tələblərinə əməl etməmişlər.
45. Həmçinin kirayə haqqının ödənilməsi tələbi də iddiaçılara mənzil təqdim edilməsi tələbi ilə bağlı olduğu üçün bu hissədə gəlinən nəticə də düzgün olmamışdır. Buna görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməlidir.
46. Məhkəmə kollegiyası yuxarıda göstərilən əsaslarla ilk iddianın təmin edilməsi hissəsində qətnamənin ləğv edilməsi nəticəsinə gəldiyi üçün, hesab edir ki, qətnamə qarşılıqlı iddianın rədd edilən hissəsində də ləğv edilməlidir. Çünki qarşlılıqlı iddia öz məzmununa görə ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmağa yönəlib.
47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kass asiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11057/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.