Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1839/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (X2-üçüncü şəxs) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-605/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 3 may 2023-cü il tarixdə Ali Məhkəməni n binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli sərəncamı ilə İddiaçı (bundan sonra-iddiaçı) Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivi 28 May küçəsinin qərb tərəfində yerləşən 50,0 kv.m torpaq sahəsində (bundan sonramübahisələndirilən torpaq sahəsi) xidmət obyektinin yerləşdirməsinə icazə verilmiş, inşaat pasportunun hazırlanması Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsindən xahiş edilmiş, bu sərəncamın inşaat pasportu ilə birlikdə yalnız layihələndirmə üçün əsas olduğu, layihələndirmə başa çatdırıldıqdan, müvafiq qaydada razılaşdırılaraq təsdiq edildikdən və torpaq sahəsinin ayrılması rəsmiləşdirildikdən sonra tikintiyə icazə alınması üçün aidiyyəti üzrə müraciət olunmalı olması sifarişçinin nəzərinə çatdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh (bundan sonra-cavabdeh) qarşı mübahisələndirilən torpaq sahəsindən cavabdehin çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və 200 manat pulun alınaraq ona verilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, tikinti aparmaq üçün mübahisələndirilən torpaq sahəsinə bir maşın çay daşı və bir maşın qum gətirmişdi. Qeyd edir ki, bir maşın cay daşına 100 manat, bir maşın quma isə 100 manat vermişdi. Hazırda daş və qumu cavabdeh özünə aid torpaq sahəsinə aparıb. Xidməti işi ilə əlaqədar olaraq o həmin torpaq sahəsində heç bir tikiinti apara bilməmişdi. 25 okt yabr 2018-ci ildə ona məlumat verdilər ki, cavabdeh ona məxsus olan torpaq sahəsini zəbt edib. Torpaq sahəsinin boşaldılmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Həmin torpaq sahəsini o Gəncə şəhər sakini X1 razılığı əsasında satmışdır. Səfər Kazımov torpaq sahəsinin zəbt olunması barədə aidiyyatı orqanlara müraciət etsə də heç bir nəticəsi olmamışdır.
4. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(044)-83/2021 saylı mülki iş üzrə 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim: Zaur Hünmətov) iddia tələbi qismən təmin edilmiş, cavabdehin mübahisələndirilən torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun cavabdehdən al ınaraq iddiaçıya verilməsi qət edilmişdir.
5. Məhkəmə hesab etmişdir ki, nə qədər ki, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli sərəncamı mübahisələndirilməyərək, hazırda da qüvvədədir, bu səbəbdən də cavabdeh iddiaçıya münasibətdə həmin torpaq sahəsinin qanuni sahibi deyildir. Cavabdehin heç bir hüquqi əsas olmadan mübahisəli torpaq sahəsindən istifadə etməsi iddiaçının həmin torpaq sahəsinə dair sahiblik hüququnu pozduğundan və o Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli sərəncamından irəli gələn məsələləri həyata keçirə bilmədiyindən o, cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməli, cava bdeh torpaq sahəsindən çıxarılmalıdır.
6. Məhkəmə torpaq sahəsinin rəsmi olaraq iddiaçıya təhvil verilməsi ilə bağlı iddia tələbini əsaslı hesab etməmişdir. Belə ki, iddiaçı Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli sərəncamından irəli gələn məsələləri həll etməmişdir. Belə ki, sərəncamın məzmunundan göründüyü kimi torpaq sahəsi hələ iddiaçının adına rəsmiləşdirilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Buna baxmayaraq məhkəmə hesab etmişdir ki, həmin torpaq sahəsi boşaldılmalıdır.
7. Məhkəmə 200 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair də iddia tələbini əsaslı hesab etməmişdir. Belə ki, iddiaçı bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Konstitusiyanın 125-ci maddənin 7-ci hissəsinə, Mülki Məcəllənin 157.8, 157.2, 157.4, 157.5, Torpaq Məcəlləsinin 84.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, işə baxan məhkəmə iş üzrə ekspertiza keçirmədən, onun faktiki sahibliyində və istifadəsində olan əraziyə bitişik torpaq sahəsinə dair verilmiş sərəncamı mötəbər sübut kimi hesab edərək, iddia tələbini əsassız olaraq təmin etmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsi Mülki koll egiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-605/2022 nömrəli iş üzrə 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Aygül İsgəndərova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, irəli sürülən iddia əsassız olduğundan təmin edilməmişdir.
12. Məhkəmə kollegiyası hesab etmişdir ki, neçə ki mübahisəli torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi barədə qanunun tələb etdiyi qaydada əldə edilmiş rəsmi sənəd iş materiallarında aşkarlanmır, yalnız qeyd edilən Sərəncamın mövcudlunua istinad etməklə iddiaçının cavabdehə qarşı qaldırdığı hazırki iddia qanuni əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsinin “t orpaq sahəsindən çıxarılma” hissəsində tətbiq etdiyi maddi hüquq normaları hazırki işin faktiki halları ilə uzlaşmır. Yaranmış vəziyyəti təhlil edən və MPM-in 217.3-cü maddəsinə əsaslanan kollegiya irəli sürülən iddianın təmin edilməsini mümkün saymamışdır.
13. Məhkəmə gəldiyi nəticəni Torpaq Məcəllənin 5, 55, 66, 67-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, işin ha llarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməmiş, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Maddi hüquq normalarının pozulması onda ifadə olunur ki, torpaq sahəsi tikinti işləri aparmaq üçün verilmişdir. Gəncə şəhər Memarlıq şöbəsi tərəfindən torpaq sahəsində tikintiləri aparmaq üçün layihə verilmişdir. Cavabdeh tərəfin mübahisə olunan torpaq sahəsi üzərində heç bir hüquqi sənədi olmamışdır, ona görə də məhkəmə kollegiyası cavabdehin torpaq sahəsinə münasibətdə hər hansı bir sənədi olmadan torpaq sahəsini əsassız zəbt etməsini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil ol mamışdır. Tətbiq edilən hüquq Torpaq Məcəlləsi
17. Maddə
5. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
18. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü və vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
19. Maddə
66. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əs asında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
20. Maddə
67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Mülki Prosessual Məcəllə
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş h allara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayət in hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiy ası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət ve rilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-605/2022 nömrəli, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.