Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-184/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-184/21 (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlak və pul tələbi) Bakı şəhəri, 08 fevral 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh1 qarşı “pul və əmlak” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1645/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli q ətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə xx xxxxxx 2020ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 xx.xx.2016-cı il tarixdə nikaha daxil olmuşlar.
2. Tərəflərin nikahı Cəlilabad rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulub.
3. İddiaçı cavabdehlə birgə nikahda olduğu dövrdə, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək iddiaçının əmək haqqı kartı cavabdehdə olmuşdur.
4. İddiaçıya məxsus 150 manat dəyərində ətçəkən maşın da cavabdehdə qalmışdır. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Cəlilabad rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 dəyəri 750 manat olan bir ədəd nişan üzüyü, dəyəri 100 manat olan bir ədəd qızıl boyunbağı, dəyəri 3750 manat olan qızıl dəstinin, dəyəri 150 manat olan bir ədəd ət çəkən maşının, Cavabdeh2 isə xx xxxxxxxx 2016-cı ildən xx xxxxxx 2017-ci ilədək əldə etdiyi 3660 (üç min altı yüz altmış) manat əmək haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı sonradan iddianın həcminin azaldılmasına və dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh1 150 (bir yüz əlli) manat dəyərində elektrik ət çəkən maşının və 3660 (üç min altı yüz altmış) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunl əsaslandırılıb ki, tərəflər xx.xx.2016-cı ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, birgə nikahdan uşaqları yoxdur. Boşanıblar.
8. Gəlin köçərkən i ddiaçıya el adətinə uyğun olaraq valideynləri tərəfindən cehiz əşyaları verilmiş və toyda qızıl-zinət əşyaları hədiyyə edilmişdir.
9. Cavabdeh iddiaçıya məxsus əşyaları qaytarmış lakin, bir ədəd 150 (bir yüz əlli) manat dəyərində elektrik ət çəkən maşını qaytarmamışdır.
10. İddiaçı cavabdehlə birgə nigah dövründə iddiaçıya məxsus əmək haqqı kartından 2016-cı ilin sentyabr ayından xx.xx.2017-ci il tarixədək cəmi 3 660 (üç min altı yüz altmış) manat pul çıxartmışdır.
11. İddiaçı cavabdehdən əmək haqqı kartından çıxardığı həmin vəsaiti ona qaytarmasını xahiş etsə də, cavabdeh maddi imkanının olmadığını bildirərək, borcunu qaytaracağını bildirmişdir.
12. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2 və 225.2-ci maddələrinə istinad etmişdir.
13. Cavabdeh iddiaya etiraz edərək, göst ərib ki, həqiqətən də iddiaçıya məxsus əmək haqqı kartı onda olub, 2016-cı ilin sentyabr ayından 2017-ci ilin noyabr ayınadək həmin kartdan çıxardığı 3660 manatı iddiaçının müalicəsinə və ailənin zəruri tələbatına xərcləmişdir. Heç kimə borcu olmayıb və əmək haqqı kartını da cavabdeh özü könüllü olaraq ona verib. Ətçəkən maşını mübahisələndirmir, onun pulunu ödəməyə razıdır.
14. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1613/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 1 ədəd elektrik ət çəkən maşın, 3.660,0 (üç min altı yüz altmış) manat pul və 30 (otuz) manat dövlət rüsumunun alınraq İddiaçı verilməsi qət edilmişdir.(hakim Qalib Paşayev)
15. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsasən müəyyən etmişdir ki, tərəflər nikahda olublar, sonra boşanıblar,. Bir ədəd elektrik ət çəkən maşının mövcudluğu, dəyəri və iddiaçıya hədiyyə edilməsi, iddiaçıya məxsus əmək haqqı kartının cavabdehdə olması, cavabdehin həmin kartdan 3660 manat çıxarması mübahisə doğurmur.
16. Birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdeh iddiaçının əmək haqqı kartını ona könüllü verməsi, həmin kartdan çıxardığı 3660 manatı iddiaçının müalicəsinə xərclənməsini bildirsə də, həmin halları təsdiq edən sübut verməmişdir.
17. Birinci instansiya məhkəməsi müəyyən etdiyi işin bu hallarına görə iddianın təmin edilməli olması nəticəsinə və gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 181.1, 181.2, 1091.1, 1091.2, Ailə Məcəlləsinin 34.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh1 apelyasiya şikayəti vermiş, qətnamənin 3660 manat pulun ondan iddiaçının xeyrinə tutulması hissəsində ləğv, iddianın həmin hissədə rədd olunmasını xahiş etmişdir.
19. Apelyasiya şikayəti onunla əsaslandırılıb ki, birinci instansiya məhkəməsi iddia tələbini pul vəsaitinin tutulması hissəsində təmin edərkən mötəbər sübutlara əsaslanmayıb, mübahisəyə Ailə Məcəlləsinin ər-arvadın birgə mülkiyyətinə dair müddəalarını tətbiq etmək əvəzinə, Mülki Məcəllənin 1091-ci maddəsini tətbiq etməklə, əsassız qətnamə çıxarmışdır.
20. İddiaçının tələb etdiyi məbləğ birgə nikah dövründə əldə etdiyi əmlakdır, həmin dövrdə o da iddiaçı ilə bərabər işləyib, hər ikisinin əldə etdiyi əmlakı ailənin maddi ehtiyaclarına yönəlib.
21. Həmçinin iddiaçının əmək haqqı kartından çıxarılan pulun 3660 manat olması ilə bağlı mötəbər sübut yoxdur.
22. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1645/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmiş, Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən Cavabdeh1 3660 (üç min altı yüz altmış) manat məbləğində pulun alınıb İddiaçı verilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, qətnamə Cavabdeh1 1 ədəd elektrik ət çəkən maşınının alınıb İddiaçı verilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh1 1 ədəd elektrik ət çəkən maşınının dəyərini təşkil edən 150 manatın alınıb İddiaçı verilməsi, Cəlilabad Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin Cavabdeh1 tərəfindən verilmiş apel yasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilnmişdir. (hakimlər Qəzənfər Kərimov (sədrlik edən və məruzəçi), Zəki Babayev və Nüsrət Mirzəyev)
23. Apellyasiya instansiyası birinci instansiya məhkəməsinin cavabdehdən 3660 manat pul tutulması hissəsində iddia tələbinin təmin olunmasına dair gəldiyi nəticəni qanuni hesab etməmiş, bunu da onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin 3660 manat məbləğində pulun qaytarılması qənaətinə gələrkən yalnız iddiaçının izahatına istinad etmiş və nəzərə almamışdır ki, cavabdeh izahatında, həqiqətən də iddiaçının əmək haqqı kartının onda olmasını və onun kartından iddiaçı ilə ayrılana qədər hər ay pul çıxardığını və həmin pulu ailənin ehtiyaclarına xərclədiyini etiraf etmişdir.
24. Apellyasiya məhk əməsi müəyyən etmişdir ki, Cavabdeh1 iddiaçıya məxsus olan əmək haqqı kartından xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək istifadə etmişdir, tərəflər arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə, yəni kartın cavabdehdə olduğu sonuncu tarixdən təxminən 1 il 4 ay sonra məhkəmə qaydasında pozulmuşdur.
25. Apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının tələb etdiyi pullar tərəflərin birgə nikah dövründə cavabdeh tərəfindən iddiaçının öz razılığı ilə götürülmüş və ailənin ehtiyaclarına xərclənmişdir. İddiaçı izahatında cavabdehin, guya həmin pulları ona qaytaracağına söz verməsini göstərsə də, iş materiallarında cavabdehin belə bir öhdəlik götürməsi barədə heç bir sübut yoxdur.
26. Apellyasiya məhkəməsi işin bu halına əsasən hesab edib ki, birini instansiya məhkəm əsi iddianın əmək haqqını təşkil edən 3660 manatın Cavabdeh1 alınaraq iddiaçı G.Yayubovaya verilməsinə dair nəticəyə gəlməkdə haqlı olmamışdır.
27. Apellyasiya məhkəməsi onu da qeyd edib ki, Cavabdeh1 birinci instansiya məhkəməsində iddia tələbinin elektrik ət çəkən maşına aid hissəsini etiraf etmiş və izahatında göstərmişdir ki, həqiqətən də elelktrik ət çəkən maşını mövcud olmuşdur. Lakin hazırda həmin əşya mövcud olmadığından onun dəyərini təşkil edən 150 manatı iddiaçıya ödəməsinə hazırdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddia ərizəsində göstərilən, lakin cavabdehin izahatına əsasən hazırda mövcud olmayan elektrik ət çəkən maşının özünün cavabdehdən alınaraq iddiaçıya verilməsini qət etmişdir ki, bu da düz olmamışdır.
28. Bu baxımdan, apellyasiya məhkəməsi qətnamənin həm in hissəsini dəyişdirib, elektrik ət çəkən maşının dəyərini təşkil edən 150 manatın Cavabdeh1 alınıb İddiaçı verilməsini qət etmişdir.
29. Apelyasiya məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
30. İddiaçı qızı (Vəkil) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyaisya baxışına qaytarılmasını xahiş etmişdir.
31. Kassasiya şikayətində iddiaçı ona istinad edib ki, əmək haqqı kartını cavabdehə könüllü verməyib, həm də kartdan çıxarılmış pul ailə ehtiyaclarına sərf edilməyib. Eyni zamanda nikahlarının rəsmi qaydada pozulmasından təqribən iki il əvvəl ca vabdehin evini tərk edib, bu dövrdə də əmək haqqı kartı cavabdehdə olub. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazın dəlilləri
32. Kassasiya şikayətinə cavabdehin yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsa sı kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışı nın hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində cavabdeh apelyasiya instansiyasının qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətini məzmunu və dəlilləri yalnız apelyasiya məhkəməsinin qətnaməsinin 3660 manat pulun tutulması barədə iddianın təmin olunmayan hissəsinin ləğvinə yönəlib. Bu baxı mdan, məhkəmə kollegiyası apellyasiyanın qətnaməsini yalnız 3660 manat pulun cavabdehdən tutulması barədə iddianın təmin olunmayan hissəsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəti cəyə gəlmişdir.
38. Apellyasiya instansiyası Cavabdeh1 iddiaçıya məxsus olan əmək haqqı kartından xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək istifadə etməsini, tərəflər arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə, yəni kartın cavabdehdə olduğu sonuncu tarixdən təxminən 1 il 4 ay sonra məhkəmə qaydasında pozulmasını, bununla da iddiaçının tələb etdiyi pulların tərəflərin birgə nikah dövründə cavabdeh tərəfindən iddiaçının öz razılığı ilə götürülərək ailənin ehtiyaclarına xərclənməsini müəyyən edərək, birinci instansiya məhkəməsinin 3660 manat pula dair hissədə gəldiyi nəticəni əssasız və qanunsuz hesab etmiş və qətnaməni həmin hissədə ləğv, iddianı isə həmin hissədə rədd edərək, gəldiyi nəticəni də MPM-in 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının 3660 manat pula dair hissəsində öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməməsinə istinad edərək, həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv və iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir.
40. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticə işin hallarına uyğun olmaqla prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
41. Belə ki, iş materialarından görünür ki, iddiaçı cavabdehin onun əmək haqqı kartından 3660 manat pulu çıxarıb ailə ehtiyacları üçün xərcləmədiyini bildisə də, istinad etdiyi bu halları təsdiq edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Əksinə, apellyaisya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının tələb etdiyi pullar tərəflərin birgə nikahı dövründə cavabdeh tərəfindən iddiaçının öz razılığı ilə götürülmüş və ailənin ehtiyaclarına xərclənmişdir. İddiaçı cavabdehin, guya həmin pulları ona qaytaracağına söz verməsini göstərsə də, cavabdehin belə bir öhdəlik götürməsini sübut edə bilməmişdir.
43. Məhkəmə kollegiyası öz növbəsində qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
44. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, 3660 manat pula dair hissədə iddia tələbi nin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, bu hissədə iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün apelyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, həmin hissədə iddanı təmin etməmişdir.
45. Apelyasiya məhkəməsi iş materiallarında olan sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq düzgün qiymətləndirib.
46. Əmək haqqı kartını cavabdehə könüllü verməməsi, kartdan çıxarılmış pulun ailə ehtiyaclarına sərf edilməməsi barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər işin faktiki halları ilə bağlıdır. İşin faktiki hallarına yuxarıda qeyd edildiyi kimi apellyasiya məıhkəməsi qiymət verib və həm də faktiki hallar kassasiya baxı şında araşdırılmır.
47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2020 il tarixli 2(106)1645/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.