Məhkəmə qərarları › İş №2(102)-184/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-184/2024

22.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-184/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-184/2024 (Açar sözlər: təzminatın bərpa olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “təzminatın bərpa olunması və s.” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4579/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qətnaməsindən İdd iaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 22 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı 1989-cu ildən "xxxx"-nın X2 maşınist köməkçisi vəzifəsində işə başlamış, 1994-cü ildə işlədiyi zaman Qarabağın azad olunması ilə bağlı döyüşlərdə iştirak etmişdir. 2. "xxxx"-nın, X3, daha sonra QSC-nin xx.xx.1995-ci il tarixli 24 nömrəli, xx.xx.1997ci il tarixli 151 nömrəli, xx.xx.1998-ci il tarixli 85 nömrəli, xx.xx.1999-cu il tarixli 96 nömrəli, xx.xx.2001-ci il tarixli 87 nömrəli, xx.xx.2003-cü il tarixli 64 nömrəli, xx.xx.2017-ci il tarixli 327 nömrəli əmrlərinə əsasən, İddiaçı zərərə görə aylıq əmək haqqı həcmində ödəncin ödənilməsi əmr edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 saylı Zona TSEK tərəfindən verilmiş 02 dekabr 1999-cu il tarixli və daha sonraki arayışlara əsasən, İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar İİ qrup əlildir. 4. ”Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2022-ci illər üçün X6 9.4.1-ci bəndinə əsasən döyüşlərdə aldığı xəsarət(lər) nəticəsində İ və ya İİ qrup əlil olmuş, hazırda işləməyən şəxsə Azərbaycan dəmir yollarında tutduğu sonuncu vəzifə (peşə) üzrə orta aylıq əmək haqqı həcmində maddi yardım ödənilir. 5. 2022-ci ilin avqust ayından etibarən İddiaçı həmin aylıq təzminat ödənişi dayandırılmışdır. 6. "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdu r ki, ADY və X1 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2022-ci illər üçün X7 9.4.1-ci bəndinə əsasən yalnız döyüşlərdə aldığı xəsarət(lər) nəticəsində İ və ya İİ qrup əlil olmuş, hazırda işləməyən şəxsə Azərbaycan dəmir yollarında tutduğu sonuncu vəzifə (peşə) üzrə orta aylıq əməkhaqqı həcmində maddi yardım ödənilir.

7. İddiaçılə bağlanmış xxxxxxx000303 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişə əsasən, İddiaçı "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Qatarların idarə edilməsi xidmətinin Dispetçer idarəetmə mərkəzində böyük yol qatar dispetçeri vəzifəsində işləyir, onunla müddətli növü əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanılmış, aylıq əmək haqqı 751 manat təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkə mə aktları. Birinci instansiya məhkəməsində icraat:

8. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra cavabdeh və ya QSC) qarşı “təzminatın bərpa olunması və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona təyin olunmuş təzminatın bərpa edilməsi və 2022-ci ilin avqust ayından bu günə qədər olan təzminat borcunun ona birdəfəlik ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Dəmir Yolları QSC-də 1989-cu ildən maşinist köməkçisi kimi işə başlamışdır. 1994-cü ildə Dəmir Yolunda maşınist köməkçisi işlədiyi zamani idarə rəhbərliyi tərəfindən Qarabağ döyüşlərinə göndərilmişdir (X5 tərəfindən). Təxminən 1 ay döyüşdükdən sonra ya ralanmışdır və Hospitalda yatdıqdan sonra yararsız kimi xidmətdən təxris olunmuşdur. O vaxtdan QSC-nin X5 Rəisinin əmrinə əsasən ona iş qabiliyyətini itirdiyinə görə aylıq 549 manat təzminat ödənilirdi. 2022-ci ilin avqust ayından etibarən həmin aylıq ödəniş mühasibatlıq tərəfindən dayandırılmışdır. Sözügedən təzminatın hansı səbəbdən və hansı əsasla dayandırılması barədə məlumatın ona verilməsi və əmək qabiliyyətinin olmaması səbəbindən təzminatın yenidən bərpa olunması tələbinə dair cavabdeh orqana ərizə ilə müraciət etsə də, cavadeh orqan tərəfindən aldığı cavab onu qane etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbinə qarşı yazılı etirazını təqdim edərək göstərmişdir k i, ADY və X1 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2022-cı illər üçün X6 9.4.1-ci bəndinə əsasən yalnız döyüşlərdə aldığı xəsarətlər nəticəsində İ və İİ qrup əlil olmuş, hazırda işləməyən şəxsə QSC-də tutduğu sonuncu vəzifə üzrə orta aylıq əmək haqqı həcmində maddi yardım göstərilir. İddiaçı həqiqətən əlillik dərəcəsi alsa da hazırda ADY-nin İfrastruktur departamentinin qatarların idarə edilməsi xidmətinin dispetçer idarəetmə mərkəzində böyük qatar dispetçeri vəzifəsində çalışır. Buna görə də qeyd edilən saziş ona şamil olunmadığından ona ödənilən müavinat ödənişi dayandırılmışdır. ADY-nin əlil olmuş keçmiş işçilərinə belə bir müavinat vermək kimi öhdəliyi də yoxdur. Bu sadəcə ADY-nin öz keçmiş işçilərinə qarşı olan humanistliyi ilə əlaqədar ödənilir. Bu səbəbdən iddia tələb inin rədd olunması barədə qətnamə qəbul edilməsim məhkəmədən xahiş etmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-1517/2023 nömrəli, 05 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının istinad etmiş olduğu müvafiq əmrə istinad olunan qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarının müvafiq bəndlərindən görünür ki, bu qərar istehsalat və yaxud peşə xəstəliyi zamanı baş vermiş nəticələr ilə əlaqədar olmuş, hərbi xidmət zamanı xəsarət almasının nəticələri ilə əlaqədar olmamışdır. Bu isə onu deməyə əsas verir ki, vaxtilə cavabdeh təşkilat iddiaçıya humanizm gö stərərək əmri rəsmiləşdirmişdir. Hazırda iddiaçı sırf hərbi xidmət zamanı aldığı xəsarət nəticəsində (2-ci qrup əlillik) müvafiq pensiya ilə təmin olunur (yəni xəsarətin nəticəsində müvafiq komensasiya almaqda davam edir). Hazırda iddiaçı QSC-nin İnfrastruktur departamentinin qatarların idarə edilməsi xidmətinin dispetçer idarəetmə mərkəzində böyük yol qatar dispetçeri vəzifəsində işləyir və onun aylıq əmək haqqı 751 manat təşkil edir.

13. Məhkəmənin qənaətinə görə, iddiaçı hazırda işlədiyindən və QSC ilə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2022-ci illər üçün X6 9.4.1-ci bəndi ona şamil olunmadığından, habelə cavabdeh təşkilatın əlil olmuş keçmiş işçilərinə belə bir müavinat verməsinin öhdəliyi olmadığından, əvvəlki Azərbayca n Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı qüvvədən düşdüyündən, cavabdeh təşkilatın öz keçmiş işçilərinə qarşı olan humanistliyi ilə əlaqədar ödənilməsini nəzərə alaraq iddia tələbi təmin edilməməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci, Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarına, İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 09 yanvar 2003-cü il tarixli 03 nömrəli qərarı ilə əvvəlki qərar (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı), Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 786.2, 217.3, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini rədd edərkən işin faktiki hallarını, onun müharibəyə məhz cavabdeh təşkilat tərəfindən göndərildiyi, bunun nəticəsində 1 ay döyüşdükdən sonra onun yaralanaraq əlil olmasını nəzərə almamış, q eyd olunan maddi hüquq normalarını hazırki mübahisəyə tətbiq etməməklə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarında olan sübutlardan müəyyən edilir ki, QSC-nin X3 xx.xx.1995-ci il tarixli 24 nömrəli əmrinə əsasən Deponun keçmiş maşinist köməkçisi kimi ona xx.xx.1994-cü il tarixdən hər ay aylıq ödəncin ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 saylı Zona TSEK tərəfindən verilmiş arayışların surətlərindən görünür ki, o, Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar İİ qrup əlildir. Məhkəmə bu sübutları nəzərə almamış, cavabdeh təşkilatın yanlış olaraq müavinat vermək öhdəliyinin olmadığı qənaətinə gəlmişdir.

17. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Oqtay oğlu apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instasiya məhkəməsi iddia tələbini rədd edərkən işin faktiki hallarını nəzərə almamışdır. Belə ki, iddiaçının məhz cavabdeh təşkilat tərəfindən müharibəyə göndərilməsi, 1 ay döyüşdükdən sonra iddiaçının ağır xəsarət alaraq yaralanması və 2-ci qrup əlil olması əmək qabiliyyətini itirməsinə səbəb olmuşdur. 1995-ci il tarixli cavabdeh təşkilatının əmrinə, əsasən, 1994-cü ilin dekabrdan aylıq ödəniş müəyyən olunmuşdur. Aylıq ödənişin təyin olunması ilə bağlı əmrdə hüquqi əsas kimi 1996-cı il Nazirlər Kabinetinin qərarı göstərilir. Həmin qərar istehsalatda baş vermiş bədbəxt hadisə və peşə xəstəliyi ilə bağlı qərardır. Orada hərbi xəsarət alanlara ödənc verilməsi nəzərdə tutulmasa da hesab edir ki, oxşar münasibətlərdir. Qətnamədə qeyd olunur ki, bununla bağlı qərar qüvvədən düşüb. Bunun düzgün olduğunu hesab etmir, belə ki, mübahisə yarandığı zaman maddi hüquq norması nədirsə ona uyğun olaraq qətnamə çıxarılmalıdır və eyni zamanda həmin qərar ləğv olunarkən yeni bir qərar qəbul olunmuşdur, həmin qərar da oxşar münasibətləri tənzimləyir. Bundan əlavə sahə kollektiv sazişi ilə bağlı bildirmişdir ki, bu qanuni əsasla müəyyən olunmuş ödənişdir. Bununla bağlı sahə kollektiv sazişi ilə həmin ödənişin kəsilməsi düşünür ki, düzgün deyil, hüquqlarını müdafiə etdiyi şəxs həmin kollektiv sazişin tərəfi olmamış, yəni sazişi imzalamamışdır.

18. Apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyi şdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, QSC-nin hərbi xidmətə göndərmək kimi səlahiyyəti olmamışdır. İddiaçı müharibəyə getmiş, müharibədən qayıtdıqdan sonra əlilliyi yaranmış, buna görə də ona arayış verilmişdir. Arayışda da iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralandığı göstərilmişdir. Bundan sonra iş yeri olaraq QSC öz işçisinə müharibədə iştirak etdiyinə görə humanist yanaşaraq müəyyən bir maddi yardım məqsədi ilə bu əmri vermişdir. QSC-nin belə bir vəzifəsi və öhdəliyi yoxdur. İddiaçı tərəf cavabdehin onu müharibəyə göndərdiyini subuta yetirə bilməmişdir. Bundan başqa həmin şəxs əlilliyinə görə pensiya alır. 1995-ci ildən 2022-ci ilə qədər QSC-nin yanaşmasına görə hər ay müəyyən bir ödəniş etmiş, hətta maaşlar qalxdıqca hər ay h əmin ödənişə əlavələr olunmuşdur. İddiaçı hal-hazırda QSC-də işləyir. Kollektiv sazişə əsasən birinci və ikinci qrup əlilliyi olan, lakin işləməyən şəxslərə ödənişlər yenə də edilir. Edilmiş ödənişlər hər hansı vəzifə və öhdəlik deyildir, sadəcə humanist yanaşmadır.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4579/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsindən və apellyasiya şikayətindən göründüyü kimi iddiaçı qanunvericilik normalarını sadalamaqla kifayətlənmiş, lakin istinad etdiyi qanuni əsa sının işin faktiki halları ilə əlaqələndirməmişdir. Belə ki, iddiaçı QSC-də 1989-cu ildən maşinist köməkçisi kimi işə başladığını, 1994-cü ildə QSC-də maşınist köməkçisi işlədiyi zaman idarə rəhbərliyi tərəfindən Qarabağ döyüşlərinə göndərildiyini, hərbi xidmətdən yararsız kimi təxris olduğu vaxtdan müvafiq əmrə əsasən ona iş qabiliyyətini itirdiyinə görə aylıq 549 manat təzminat ödənildiyini bildirmişdir. İddiaçı iddia tələblərinin hüquqi əsasının Mülki Məcəllənin 459.2-ci maddəsi, qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı olmasını qeyd etmişdir. Göstərilən normativ hüquqi aktlar istehsalat qəzası, peşə xəstəliyi və yaxud başqa formada zərər dəyməsi nəticəsində sağlamlığı pozulmuş və əmək qabiliyyətini itirmiş (azalmış ) işçiyə müvafiq ödənclərin verilməsi barədədir.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı cavabdeh tərəfindən zərərin yaranmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) yol verilməsi, bununla da onun məsuliyyət daşıması faktını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının cavabdeh tərəfindən dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edilməklə döyüşlərə göndərilməsinə dair irəli sürdüyü dəlillər isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakter daşıyır.

22. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2 və 459.2-ci, Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarına, İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlam lığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 09 yanvar 2003-cü il tarixli 03 nömrəli qərarı ilə əvvəlki qərar (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı), Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

23. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş sübutlardan iddiaçının QSC-də 1989-cu ildən maşinist köməkçisi vəzifəsində işə başladığı, 1994-cü ildə işlədiyi zaman müəssisə rəhbərliyi tərəfindən Qarabağ döyüşlərində iştirak etməyə göndərildiyi, döyüşdə yaraladığı üçün QSC-nin X3 xx.xx.1995-ci il tarixli 24 nömrəli əmrinə əsasən iş qabiliyyətini itirdiyinə görə ona xx.xx.1994-cü il tarixdən hər ay, aylıq ödəncin ödənilməsi, son dövrdə aylıq 549 manat məbləğində hər ay təzminat ödənilməsi kimi faktlar müəyyən edilsə də, iddiaçının Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar İİ qrup əlil olması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyinin 4 saylı Zona TSEK tərəfindən verilmiş arayışı nəzərə almamış, cavabdeh təşkilatın yanlış olaraq müavinat vermək öhdəliyinin olmadığı qənaətinə gəlmişdir. Nəticədə məhkəmə tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Qeyd edilən bu pozuntular düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası.

25. Maddə 38 (İİİ hissə) hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

28. Maddə 459.2. Əgər bədən xəsarəti və ya sağlamlığa zərər vurulması nəticəsində zərərçəkən əmək qabiliyyətini itirmişsə və ya bu qabiliyyəti azalmışsa, yaxud onun tələbatı artırsa, zərərçəkənə zərərin əvəzi aylıq dolanacaq xərcinin verilməsi ilə ödənilməlidir. Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi Qaydaları” müəyyən edilmişdir. 29. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 09 yanvar 2003-cü il tarixli 03 nömrəli qərarı ilə əvvəlki qərar (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarı) ləğv edilmişdir. Həmin Qaydalara görə təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

30. Maddə 239 (birinci və ikinci hissələri). İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdı rmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

40. Madd ə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya ş ikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətin in dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

45. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyas ı məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

48. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4579/2023 nömrəli, 05 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar