Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-184/2025 04.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı Şəhəri 31 saylı Notariat Ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə ilk iddia, Cavabdeh1 iddiaçılar İddiaçı2 və İddiaçı1 qarşı iş üzrə qarşılıqlı iddia, üçüncü şəxslər X10 və X9 cavabdehlər İddiaçı2, Cavabdeh1 və İddiaçı1 qarşı iş üzrə müstəqil iddia və üçüncü şəxs X5 cavabdehlər İddiaçı2, İddiaçı1 və Bakı Şəhəri 31 saylı Notariat Ofisinə qarşı iş üzrə müstəqil iddia QƏRARİ Açar sözlər: miras əmlakın bölünməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər, Nurmə mmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Bakı şəhəri 31 saylı notariat ofisinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməsi” tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh1 İddiaçı2 və İddiaçı1 qarşı “mirasın faktiki qəbulu və miras əmlaka vərəsəlik payının tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər X3 və X9 cavabdehlər İddiaçı2, Cavabdeh1 və İddiaçı1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və pa yların müəyyən olunması” tələbinə dair iddia ərizəsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər İddiaçı2, İddiaçı1 və Bakı şəhəri 31 saylı notariat ofisinə qarşı “mirasın faktiki qəbulu və miras əmlaka vərəsəlik payının tanınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3115/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı1, İddiaçı2 tərəfindən birgə qaydada və X10 tərəfindən verilmiş kassasiya şikayətlərinə 4 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Miras əmlak Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ceyhun Mirzəyev küçəsində yerləşən və ümumi sahəsi 139,8 kv metr olan 42 saylı fərdi yaşayış evi və həmin ünvanda yer ləşən, ümumi sahəsi 0,06447 ha olan torpaq sahəsindən ibarətdir.
2. Həmin ev və torpaq sahəsi X8 mülkiyyətində olmuşdur.
3. Tofiq Heydərov xx.xx.2006-cı il tarixdə Bakı şəhərində ölmüşdür.
4. Miras qoyan Tofiq Heydərov sağlığında üç dəfə nikaha daxil olmuşdur: birinci nikah 1960-cı ildə X2 ilə, ikinci nikah xx.xx.1974-cü il tarixdə X4 ilə, üçüncü nikah isə xx.xx.1997-ci il tarixdə X10 ilə bağlanmışdır.
5. İlk iddia üzrə Cavabdeh1 və müstəqil iddia irəli sürmüş İradə Heydərova birinci nikahdan, ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ikinci nikahdan, müstəqil iddia irəli sürmüş Azər Heydərov isə üçüncü nikahdan doğulmuşlar.
6. Müstəqil iddia irəli sürmüş üçüncü şəxs Kamilə Heydərova isə Tofiq Heydərovun sonuncu arvadıdır.
7. Miras qoyanın övladlarından biri – İradə Heydərova Bakı şəh əri Xəzər Rayon Məhkəməsinin 2(003)-2822/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.
8. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının 10 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamı ilə Cavabdeh1 bacısı İradə Heydərova üzərində qəyyum təyin edilmişdir.
9. Cavabdeh1 xx.xx.2018-ci il tarixli müraciəti əsasında 31 saylı Notariat Ofisində 2V-152 reyestr nömrəli vərəsəlik işi açılmışdır.
10. Həmin vərəsəlik işi üzrə verilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən miras əmlaka tək vərəsə kimi Cavabdeh1 tam miras payı müəyyən edilmişdir.
11. Həmin şəhadətnamə əsasında mübahisə predmeti olan fərdi yaşayış evi və torpaq sahəsi xx.xx.2021-ci il tarixdə “Daşınmaz əmlakın dövlət reyestrində ” Cavabdeh1 adına tam pay hüquqlu xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı1 və İddiaçı2 Cavabdeh1, Bakı şəhəri 31 saylı notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X19 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ““Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 adına Bakı şəhəri 31 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 2V-152 sayla reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi; həmin şəhadətnamə əsasında ƏMDK yanında DƏDRX Hüquqlar ın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli mülkiyyət haqqında çıxarışın ləğv olunması, X1 miras əmlakı olaraq faktiki qəbul etdikləri Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 42 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə İddiaçı1 1/2 və İddiaçı2 1/2 hissədə paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, miras əmlak yalnız iddiaçılar tərəfindən faktiki qəbul edilmişdir. Miras qoyanın digər övladları miras əmlakı qəbul etməmişlər. Cavabdeh1 mübahisəli evdən 1991-ci ildən qeydiyyatdan çıxaraq atalarının ona bağışladığı 2 otaqlı mənzilə ailə quraraq köçmüşdür. 202 2-ci ilin avqust ayında iddiaçılara məlum olmuşdur ki, Cavabdeh1 miras əmlaka tək vərəsə kimi yiyələnmişdir. Notarius tərəfindən vərəsəlik şəhadətnaməsi verilərkən digər vərəsələrin olması araşdırmamışdır.
14. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət edərək, miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması, həmin əmlak üzərində ona düşən vərəsəlik payına uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 miras əmlakı faktiki qəbul etmişdir. Mirasın qəbul edilməsi üçün məhz Notariat Ofisinə müraciət etməli olduğunu bilmədiyi üçün gec müraciət etmişdir. Müraciətində mərhum atasının ondan başqa vərəsələrinin olmasını bildirmiş və həmçinin onların adlarının yazılı qe yd edildiyinə də əmin olmuşdur. Lakin vərəsələrdən heç birinin Notariat Ofisinə gələrək öz paylarını qəbul etməkdə maraqlı olmamalarını öz təqsiri hesab etmir. Miras əmlak bərabər paylarda olmaqla vərəsələr arasında bölünməlidir.
16. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər Kamilə Heydərova və Azər Heydərov iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında xx.xx.2021-ci il tarixdə verilmiş mülkiyyət haqqında çıxarışın ləğv olunması, miras əmlakı faktiki qəbul etmələri və miras əmlak üzərində hər birinin ikidə bir hissədə payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
17. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Ka milə Heydərova miras qoyanla nikaha daxil olduqdan sonra onlar mübahisəli evdə yaşamışlar. Digər vərəsələr mübahisəli evdə yaşamadıqlarından mirası Kamilə Heydərova və Azər Heydərov faktiki qəbul etmişlər. Miras qoyan vəfat edən zaman faktiki olaraq Kamilə Heydərova ilə nikahda olduğundan əmlakın 50 faizi Kamilə Heydərovaya çatmalı, qalan əmlak isə yenidən vərəsələr arasında bərabər payda bölünməlidir. Mübahisəli mənzil birgə nikah dövründə əldə edilməsə də, birgə nikah dövründə əldə edilən vəsait hesabına təmir edildiyindən birgə mülkiyyət hesab ediməlidir. Bundan başqa, notariat orqanı digər vərəsələrin olubolmaması barədə hər hansı tədbir görməmişdir.
18. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs İradə Heydərova iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əm lakın qəbul edilməsi faktının müəyyən edilməsi, həmin əmlak üzərində ona düşən vərəsəlik payına uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Həmin iddia tələbi isə belə əsaslandırılmışdır ki, miras əmlak üzərində İradə Heydərovanın da payı vardır. Miras əmlak bərabər paylarda olmaqla vərəsələr arasında bölünməlidir.
20. İlkin iddia tələbi üzrə iddiaçılar, qarşılıqlı və müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiaları üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia ərizəsinə etiraz təqdim etmişdir.
21. Etiraz onunla əsaslandırılmışdır ki, atalarının vəfatından sonra heç bir övladı, o cümlədən Cavabdeh1 mübahisəli evdə yaşamamış, həmin evə heç vaxt gəlib-getməmiş, miras əmla ka sahib çıxmamışlar. Cavabdeh1 həmin evdən 1991-ci ildən qeydiyyatdan çıxaraq atalarının ona bağışladığı 2 otaqlı mənzilə ailə quraraq köcmüşdür. Cavabdeh1 qarşılıqlı iddia tələbində qeyd etdiyi dəlilləri əsassız olmuşdur. Dəlillərin əsassız olması elə onun özünün məhkəməyə təqdim etdiyi əmlak və torpaq vergisinə görə ödəniş qəbzləri ilə təkzib olunur. Belə ki, məhkəmə işinin materiallarında olan (səhifə 26) 000149 saylı xx.xx.2017-ci il tarixli tədiyyə bildirişininin “ötən dövrlər üçün vergi borcu adlanan 7-ci bəndində 2006-2014-cü illər üçün 32,4 manat torpaq, 2012-2014-cü illər üçün 55,2 manat əmlak vergisinin olduğu bildirirlir. Həmin məhkəmə işinin materiallarında olan 000148 saylı xx.xx.2017-ci il tarixli tədiyyə bildirişininin 4-cü bəndində 2017-ci il üçün 67,26 manat məbləğində əm lak vergisini, yenə həmin bildirişdə 2017-ci il üçün 3,6 torpaq vergisi hesablandığı göstərilir. Həmin bildirişin ötən dövrlər üçün vergi borcu adlanan 7-ci bəndində isə 2015-2016-cı illər üçün 7,2 manat torpaq, 134,5 manat əmlak vergisinin olduğu bildirirlir. Həmin işin materiallarında olan (səhifə 29) TT **********178876 saylı xx.xx.2017-ci il tarixli bank qəbzindən İddiaçı2 tərəfindən Buzovna Bələdiyyəsinin hesabına 87,6 manat (yəni 2006-2014-cü illərin borcu), TT **********74121258 saylı xx.xx.2017-ci il tarixli bank qəbzindən isə 212,51 manat ödənildiyi görünür. Beləliklə, qeyd olunan tədiyyə bildirşlərindən, bank qəbzlərindən aydın görünür ki, 2006-cı ildən 2017-ci ilədək Cavabdeh1 tərəfindən heç bir ödəniş aparılmayıb.
22. Bundan başqa iş üzrə məhkəmənin sorğusuna əsasən Buzovna B ələdiyyəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixində, yəni iş məhkəməyə verilən gün (işin məhkəməyə daxil olma tarixi xx.xx.2021-ci il) Buzovna Bələdiyyəsinə müraciət edərək, Buzovna qəsəbəsi Ceyhun Mirzəyev 42 ünvanına dair torpaq və əmlak vergisini əmlak atasının adına olsa da digər vərəsələr xaricdə olduğundan onun ödəyəcəyini bildirmişdir. Beləliklə, bir daha aydın olur ki, Cavabdeh1 mirası nə faktiki nə də qanuni qəbul etməyib və bu ödəniş qəbzləri mirasın onun tərəfindən qəbul olunması görünüşü yaratmaq üçün lazım olub. Əks halda kommunal ödənişləri etmək üçün 2017-ci ili gözləmək ehtiyacı olmazdı. “Belə ki, İlham və İddiaçı2 ailələri ilə birlikdə xaricdə yaşadıqları üçün ümumiyyətlə, sözügedən yaşayış sahəsinə gəlib getmirdilər”. Cavabdeh1 bu dəlilini tamamilə əsassız hesab edirlər. İş materiallarında olan Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş çıxarışlarda iddiaçıların Azərbaycandan Rusiyaya nə vaxt getmələri, gəlmələri tam əks olunmuşdur. Mirasın rəsmiləşdirilməsi üçün notariat orqanına müraciət etməmələrinin səbəbi miras əmlaka məhz onlar tərəfindən faktiki olaraq sahiblənmələri, ondan istifadə etmələri və bununla da miras əmlakı qəbul etdiklərini şəksiz nümayiş etmələri olmuşdur. Atası vəfat edən gündən miras əmlakı öz əmlakları olaraq istifadə edib, ona sahib çıxmışlar. Miras əmlakı sahiblənmələrinə dair sübutlardan biri də xx.xx.1992-ci ildən atalarının adına olan ***-**-** nömrəli ev telefonunu onun vəfat etdiyi xx.xx.2006-cı il tarixdən sonra xx.xx.2006cı ildə öz adına (İddiaçı2) keçirmişdir (məktu b əlavə olunur). Buradan aydın olur ki, onlar həqiqətən mübahisəli evdə yaşamış, əmlakdan istifadə etmiş, əmlaka aid əşyaları özününküləşdirmişlər. İlkin iddia ərizəsində bütün bunlar əhatəli göstərilmişdir. Qısa olaraq bir daha bildirirlər ki, İddiaçı1 işi ilə əlaqədar Rusiya Federasiyasına gedib-gəlmiş, İddiaçı2 da təxminən 2016-2017-ci illərdə mütəmadi Rusiya Federasiyasına gedib-gəlmişdir. Yalnız pandemiya dövründə ata evinə gələ bilməmişlər. 2022-ci ilin avqust ayında isə Cavabdeh1 onların ailə üzvləri ilə birgə öz ata evlərindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasına nail olmuşdur. Heç bir əsas olmadan atalarından qalan miras əmlakına sahib çıxan Cavabdeh1 atalarının dəfnindən sonra bir gün də olsun Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsi 42 saylı fərdi yaşayış evində yaşamayıb, onlarla birgə həmin evdə həyətdə xırda bir iş də olsa görməyib, üstəlik atalarından miras qalası xırda bir əmlakı da götürüb aparmayıb, xx.xx.2022-ci il tarixədək bu evə gəlib-getməyib. Bununla da atalarından miras qalmış əmlakı heç bir üsulla (formal, qeyri-formal) qəbul etməyib. Hətta dəfn günü yad insanlar kimi gəlib və bir neçə saatdan sonra camaatla birgə çıxıb gedib. Maraqlıdır, əgər həqiqətən də bu illər ərzində Cavabdeh1 arada bir (xx.xx.2021-ci il tarixli qətnamədə qeyd olunduğu kimi) evə gəlib getmişdirsə, onda niyə mirasın qəbul müddəti üçün 12 il (notariat kontoruna 2018-də müraciət edib) gözləyirdi? Həyətləri, evləri nəzarətsiz qalmasın deyə onların təşəbbüsü ilə qonşuları X14 ailəsi ilə birgə onların evində kirayənişin kimi yaşamağa başladılar və xx.xx.2022-ci il tarixdə Cavabdeh1 polis orqanlarına müraciət etmiş, X12 hədə-qorxu gələrək illərlə onların icazəsi ilə onlara məxsus evdə yaşayan, təsərrüfat aparan Tərxanı və ailəsini evdən qovmuşdur. Bu zaman onlara məxsus mebelləri, pal-paltar və digər əşyaları da hörmətsizcəsinə evdən çıxarıb atmışdır. X1 onlara miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Ceyhun Mirzəyev küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi (torpaq sahəsi ilə birgə) yalnız onlar - İddiaçı1 və İddiaçı2 tərəfindən faktiki olaraq qəbul edilmiş, həmin əmlaka sahib çıxılaraq əmlak idarə olunmuş, mühafizəsi həyata keçirilmiş, maddi imkanları çatan qədər miras əmlakında yaxşılaşdırmalar aparmışlar. Bundan başqa, Bakı şəhər Xətai rayonu 82 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan da məlum olur ki, Cavabdeh1 öz ailə üzvləri ilə birgə xx.xx.1996-cı ildən 2021-ci ildə mənzillərini satanadək Bakı şəhəri Xətai rayonu,Xudu Məmmədov küçəsi,23 saylı evin 12 saylı mənzilində yaşamışdır.
23. İlkin iddia tələbi üzrə iddiaçılar, qarşılıqlı və müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddiaları üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə məhkəməyə yazılı izahat təqdim etmişdir. İzahat qarşılıqlı iddia tələbində qeyd olunanlarla eynilik təşkil etmişdir.
24. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)225/2023 saylı qətnaməsi ilə ilkin iddianın təmin edilərək, Bakı şəhəri 31 saylı notariat ofisinin xüsusi notariusu X13 tərəfindən verilmiş reyestrdə 2V-152 nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139,8 kv metr olan fərdi yaşayış evinin və həmin ünvanda yerləşən ümumi sahəsi 0,06447 ha torpaq sahəsinin Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydə alınmasına dair ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, X6 miras qalan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 139,8 kv metr olan fərdi yaşayış evinə və həmin ünvanda yerləşən ümumi sahəsi 0.06447 ha torpaq sahəsinə ikidə biri hissədə İddiaçı2, ikidə bir hissədə isə İddiaçı1 miras pa yının müəyyən edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi və müstəqil iddia tələblərinin təmin olunmaması qət edilmişdir (hakim Emin Məmmədli).
25. Rayon məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçıların miras əmlakı faktiki qəbul etmələri iş materialları ilə öz təsdiqini tapmış, iddiaçı lar tələblərinin əsası kimi istinad etdikləri halları sübuta yetirə bilmişlər, ona görə də ilk iddia təmin edilməlidir. Digər vərəsələr tərəfindən isə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etmələri öz təsdiqini tapmır, onlar iddia tələblərinin əsası kimi istinad etdikl əri halları sübuta yetirə bilməmişlər, ona görə digərlərin iddiaları əsassız hesab olunmaqla rədd edilməlidir.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4, 1133.1, 1133.2, 1145, 1146, 1151, 1155.1, 1155.2, 1159, 1243, 1256, 1268.1, 1300 və 1318-cü, Mülki Prossesual Məcəlləsinin 14.2, 88, 119.1, 217.2 və 217.4-cü istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
27. İlk iddia üzrə Cavabdeh1 və üçüncü şəxs İradə Heydərova həmin qətnamədən birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, onlar tərəfindən verilmiş iddiaların isə təmin olunmasını xahiş etmişlər.
28. Əsasları qarşılıqlı iddianın və üçüncü şəxs İradə Heydərovanın iddiasının əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozularaq qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur.
29. Üçüncü şəxs Kamilə Heydərova da rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, onun iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmiasını xahiş etmişdir.
30. Müstəqil iddia tələbinin məzmununa uyğun əsaslandırılmış bu apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi işdə olan sübutlara və işin hallarına düzgün qiymət verməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir.
31. Üçüncü şəxs Azər Heydərov da həmçinin rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətna mənin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, onun iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
32. Müstəqil iddia tələbinin məzmununa uyğun əsaslandırılmış bu apellyasiya şikayətində də əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi işdə olan sübutlara və işin hallarına düzgün səhv qiymət verməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir.
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3115/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin qismən təmin edilməsi, hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək və iş üzrə yeni qətnamənin qəbul olunması, iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə verdikləri ilk iddianın, Cavabdeh1 qarşılıqlı iddianın, müstəqil tələb irəl i sürən üçüncü şəxslər X10 və X9 birgə verdikləri müstəqil iddia və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 müstəqil iddiasının qismən təmin edilməsi, Bakı Şəhəri 31 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adına verilmiş 2V-152 sayla reyestrdə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli “Çıxarışın” ləğv olunması, X6 miras qalmış və Xəzər rayonu, Buzovna qəsəbəsi, Ceyhun Mirzəyev küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, Cavabdeh1, X5 və X9 hər birinin payı 1/5 hissədə müəyyən edilməsi və qalan hissələrdə iddiaların rədd olunması qət edilmişdir (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov).
34. Apellyasiya məhkəməsi ilk öncə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi çıxarıldıqdan sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı qəbul edilmişdir.
35. Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarı ilə Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələrini mütənasiblik kon stitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və həmin qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab etmişdir.
36. Mülki Məcəllənin artıq qüvvədən düşmüş 1246-cı maddəsində qeyd edilirdi ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
37. Mülki Məcəllənin artıq qüvvədən düşmüş 1273-1-ci maddəsində isə qeyd edilirdi ki, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263cü maddələri tətbiq edilir.
38. Konstitusiya Məhk əməsinin Plenumunun həmin qərarında qeyd etmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.
39. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələbləri nə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.
40. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir.
41. Apellyasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, MPM-in 13.7-ci maddəsinə görə, Azərbaycan Respublikası Konstitus iyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.
42. Belə olan halda, vərəsələrin qanunla müəyyən edilmiş müddətdə miras əmlakı qəbul etmək üçün notariat orqanına ərizə verməməsi və ya mirası faktiki qəbul edəcək hərəkətlər etməməsinin onun öz subyektiv vərəsəlik hüququnu həyata keçirməməsi kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə vərəsələr tərəfindən X1 miras qalmış əmlakın qəbul edilməsindən imtina edilməmişdir.
43. Kamilə Heydərova tərəfindən Bakı şəhəri 25 saylı Notariat Kontoruna verilmiş xx.xx.2006-cı il tarixli ərizədən görünür ki, o, əri Tofiq Heydərova məxsus evdə pasport qeydiyyatında olmamış və orada yaşamamışdır. Onun həmin evə dair heç bir iddiası yo xdur, gələcəkdə də həmin evə dair hər hansı bir vərəsəlik işi açılanda o, həmin evdən heç bir pay tələb etməyəcəkdir və bu barədə məhkəmə orqanlarında heç bir iddia qaldırmayacaqdır.
44. Məhkəmə Kamilə Heydərovanın bu ərizəsini nəzərə alaraq hesab etmişdir ki, Kamilə Heydərova miras əmlakı qəbul etməmiş və mirasın qəbulundan imtina etmişdir. Ona görə də, onun və övladı Azər Heydərovun birgə verdikləri iddianın ona aid hissəsi təmin edilə bilməz.
45. Kamilə Heydərova ilə Azər Heydərovun birgə verdikləri iddiada Kamilə Heydərovaya münasibətdə qeyd edilir ki, mübahisəli ev Kamilə Heydərova ilə Tofiq Heydərovun birgə nikahları dövründə əldə edilməsə də, birgə nikah dövründə əldə edilən vəsait hesabına təmir edildiyindən birgə mülkiyyət hesab ediməlidir.
46. Məhkəmə, Kamilə Heydərovanın mübahis əli evin və torpaq sahəsinin Tofiq Heydərovla birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi barədə dəlilini də əsassız hesab etmişdir.
47. Belə ki, mübahisəli fərdi yaşayış evində müəyyən yaxşılaşdırmalar apardığını bildirən Kamilə Heydərova bu halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Kamilə Heydərova qeyd etdiyi xüsusatı sübuta yetirə bilmədiyindən qəbul edilməlidir ki, onun tərəfindən verilmiş iddia tələbi və apellyasiya şikayəti əsassızdır.
49. Bundan başqa apellyasiya baxışının nəticəsi il ə müəyyən edilir ki, mərhum Tofiq Heydərovun övladı Cavabdeh1 “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” almaqla mirası qəbul etsə də, mərhumun digər 4 övladı – İddiaçı1, İddiaçı2, İradə Heydərova və Azər Heydərov miras əmlakın qəbulundan imtina etməmişlər.
50. İşin müəyyən edilmiş bu halına “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqedən yanaşdıqda müəyyən edilir ki, mərhumun birinci növbə vərəsələri olan hər 5 övladı mirası qəbul etmişlər. Lakin “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” yalnız Cavabdeh1 verilmiş və mirası əmlak üzərində yalnız onun payı müəyyən edilmişdir. 5
1. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4, 1133.1, 1133.2, 1145, 1146, 1151, 1155.1, 1155.2, 1159, 1243, 1256, 1268.1, 1300 və 1318-cü, Mülki Prossesual Məcəlləsinin 14.2, 88, 119.1, 217.2 və 217.4-cü istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
52. İddiaçı1 və İddiaçı2 (vəkil: Vəkil1) apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən birgə qaydada kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-3115/2024 saylı qətnaməsinin ləğv edilməsi, işin düzgün və hərtərəfli araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
53. Kassasiya şikayəti onunla əsaslandı rılmışdır ki, apellyasiya məhkəməsinin istinad etdiyi Konstitusiya Məhkəməsinin Plenumunun qərarı hazırkı mübahisəyə tətbiq edilə bilməz. Həmin qərarın hazırkı işə tətbiqi onların vərəsəlik hüququnun konstitusiya ilə təminatına xələl yetirmiş olur. Lakin bu mübahisə üzrə həmin Qərarın tətbiqindən əvvəl işə baxan apellyasiya məhkəməsi ilk növbədə Cavabdeh1, İradə Heydərovanın, Kamilə Heydərovanın, Azər Heydərovun (hansı ki, sonuncunun iddia ərizəsində tələbi ümumiyyətlə qeyri müəyyəndir) iddialarının predmetinin nədən ibarət olmasına, iddia tələblərinin hüquqi mahiyyətinə qiymət verməli, həmin şəxslərin iddia tələblərinə xüsusi icraat, yoxsa iddia icraatı qaydasında baxılmalı olmasını araşdırmalı, yalnız bundan sonra hazırkı mübahisəyə Konstitusiya Məhkəməsinin sözügedən Qərarının göstərişl ərinin tətbiq olunub-olunmayacağı barədə nəticəyə gəlməli idi. Məhkəmə Cavabdeh1, İradə Heydərovanın, Kamilə Heydərovanın və Azər Heydərovun iddia tələblərinə iddia icraatı qaydasında deyil xüsusi icraat qaydasında baxılmalı olub-olmaması dəlilinə ümumiyyətlə əhəmiyyət verməmişdir. Halbuki onların tələblərindən biri mirasın qəbulu faktının müəyyən edilməsindən ibarətdir. Həmçinin işmateriallarında olan Xəzər rayon məhkəməsinin 2(003)-2478/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən də görünür ki, Cavabdeh1 oxşar iddia tələbi təmin olunaraq “Ərizəçi Cavabdeh1 atası X8 ölümündən sonra ondan miras qalmış Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi C.Mirzəyev küçəsi (Orta) küçəsi 42 saylı evini qəbul etməsi faktı müəyyən edilməsi” barədə qətnamə çıxarılmışdır. Həmin qətnamə əsasında Cavab deh1 miras əmlaka bütünlüklə öz adına şəhadətnamə və onun əsasında Çıxarış almışdır. Sonradan həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1223/2023 xx.xx.2023-cü il tarixli Qərardadı ilə ləğv edilərək Cavabdeh1 “mirasın qəbul edilməsi” faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmışdır. Məhz bundan sonra Cavabdeh1 yenidən həmin tələblə (torpaq sahəsi də əlavə edilməklə) Xəzər rayon məhkəməsinə “HeydərovTofiq Şirin oğlunun ölümündən sonra ondan miras qalmış ünvan 2 ünvanında yerləşən ümumisahəsi 139,8 kv metr olan fərdi yaşayış evinin və ünvan 3 ünvanında yerləşən ümumisahəsi 0,06447 ha olan torpaq sahəsinin qəbul edilməsi faktının müəyyən edilməsi və s. tələblərlə qarşılıqlı iddia ərizəsiilə müraciət etmişdir. Təəssüf ki, işə baxan apellyasiya məhkəməsi Mülki Prosess ual Məcəllənin normalarının göstərişlərinə əhəmiyyət vermədən işin icraatına xitam verməli olduğu halda Cavabdeh1, İradə Heydərovanın, Kamilə Heydərovanın, Azər Heydərovun (hansı ki ümumiyyətlə tələbi aydın deyil) iddia tələblərinə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir.
54. Qətnamədən həmçinin üçüncü şəxs X10 kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ona münasibətdə ləğv olunaraq X6 miras qalmış və Xəzər rayonu, Buzovna qəsəbəsi, Ceyhun Mirzəyev küçəsində yerləşən 42 saylı fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, Cavabdeh1, X5, X9 və X3 hər birinin 1/6 hissədə müəyyən edilməsini xahiş etmişdir.
55. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinə təqdim etdiyimiz üzük məhruma məxsus olmuş v ə öləndən sonra Heydərova Kamilənin sahibliyində qalmışdır. Kamila Heydərovanın notariatda olan ərizəyə istinad etməsi əsassızdır. Belə ki, miras əmlakı hesab edilən üzüyü qəbul edib əmlakdan imtina etməsi o halda yol verilir ki, mübahisə edilən miras əmlakdan o başqa vərəsənin xeyrinə imtina etmiş olsun. Bundan əlavə, həmin ərizə mötəbər sayıla bilməz, çünki onu aldadaraq, azərbaycan dilinin bilməməsindən istifadə edərək ərizəni yazdırmışdırlar. “Notariat haqqında" Qanununun 13-cü maddəsinə uyğun olaraq notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Həmin sənədin notari us tərəfindən edilmiş tərcüməsinin düzgünlüyü və ya sənədi tərcümə etmiş tərcüməçinin imzasının həqiqiliyi təsdiq olunur. Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilir. İş materiallarından görünür ki, üçüncü şəxs Kamilə Heydərova hər hansı tərcüməçi ilə təmin edilməmiş, habelə imzaladığı sənədlər tərcümə edilməmişdir. Beləliklə, iddiaçıların notariusla birlikdə üçüncü şəxsin aldatmaq niyyətində olmuşdur. Təqdim etdiyimiz sənədlərdən görünür ki, X7 ərizəni qəbul edərkən, sonuncunun əsl iradəsini araşdırmamışdır. Belə ki, azərbaycan dilinin bilməyən Kamila Heydərovanı tərcüməçi ilə təmin etməli idi. Birinci instansiya məhkəməsi ilə yanaşı apellyasiya məhkəməsi belə bu halı araşdırmamışdır. Həqiqət ondan ibarət idi ki, iddiaçılar Heydərova Kamilaya ərizənin notariusa yazılmasını xahiş edərkən, əmin etmişdilər ki, sözügedən ərizənin yazılması ilə miras əmlakının satılmasına nail olub, əldə etdikləri pul məbləğinin aralarında bölmüş olarlar. Qeyd etməliyəm ki, həmin ərizə məhrumun ölən günündən 3-cü günündə verilmişdir. Bu da onu göstərir ki, iddiaçıların tələsərək sözgedən ərizəni K.Heydərovan tələb etməsi onların qeyri-səmimi mövqeyini göstərir. Beləliklə, sözügedən ərizə mötəbər sayıla bilməz, çünki Kamila Heydərova hər hansı miras əmlakdan imtina etməmişdir. Hesab edirik ki, məhkəmə iş materiallarında olan sənədlərə düzgün qiymət verməmiş və yanlış nəticəyə gəlmişdir. Digər vərəsələrlə yanaşı üçüncü şəxsinmiras payı da müəyyən edilməlidir.
56. İddiaçı2 və İddiaçı1 tərəfindən birgə qaydada tərtib olunan izahat məhkəməyə daxil olmuşdur.
57. İzahatda qeyd olunmuşdur ki, işə baxan apellyasiya məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarını tətbiq etməzdən əvvəl qarşılıqlı iddiaçının, müstəqil tələb irəli sürən 3-cü şəxslərin iddia tələblərinin uğurlu olub-olmadığı, onların məhkəmədən tələblərinin nədən ibarət olmasını araşdırmalı, bu tələblərin qanu nvericiliyin hansı müddəaları ilə tənzimlənməli olduğu məsələsinə qiymət verməli idi. Belə ki, kassasiya şikayətində də qeyd olunduğu kimi Elmira və İradə Heydərovaların, Kamilə və Azər Heydərovların iddia tələblərindən açıq-aşkar aydın olur ki, onların tələbləri hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədədir. Üstəlik nəzərə alınmalı idi ki, Cavabdeh1 münasibətdə artıq bir dəfə həmin miras əmlakının qəbul edilməsi faktı Xəzər rayon məhkəməsinin 2(003)-2478/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur.
58. İddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli s ürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir.” Lakin təəssüf ki, apellyasiya məhkəməsi ümumiyyətlə bu hala qiymət verməmiş, Ali Məhkəmənin analoji işlər üzrə formalaşdırdığı hüquqi mövqeyi nəzərə almadan - mirasın qəbul edilməsi faktının müəyyən olunması (yekun nəticədə mirasın qəbulu faktının təsdiq edilməsi) - barədə verilmiş iddia tələblərinə iddia icraatı qaydasında baxaraq yeni qətnamə qəbul etmişdir.
59. Hesab edirlər ki, hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə e dən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir.
60. Göründüyü kimi hazırkı işdə Elmira və İradə Heydərovaların, Kamilə və Azər Heydərovların iddia tələblərinə münasibətdə həmin tələblərə iddia icraatı qaydasında (mülki məhkəmə icraatı qaydasında) deyil xüsusi icraat qaydasında baxılmalı olan tələb olduğundan hazırkı mübahisə məhkəmənin icraatında olan iş kimi qəbul edilə və işə Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarındakı mövqelər tətbiq oluna bilməzdi. b)
61. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İş üzrə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
62. Maddə 1133.1.Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir
63. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
64. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
65. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin ) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
66. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
67. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
68. Maddə 1261. Vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxs in xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər;
69. Maddə 1268.1. Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu:
70. Maddə
55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir.
71. Maddə
59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırı lmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
74. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkə mə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;
75. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir;
76. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
77. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;
78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;
79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;
80. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
81. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmı ş və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
82. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
83. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
84. İddiaçı və qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən birgə qaydada və müstəqil tələb irəli sürən üçüncü şəxs X3 kassasiya şikayətlərinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarındakı mövqe nəzərə alınmaqla qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
85. Kassasiya şikayətlərinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayə tində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
86. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmi ş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə qaydada, müstəqil tələb irəli sürən üçüncü şəxs X10 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3115/2024 nömrəli iş üzrə 31 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.