Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1840/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Həsənov Vüqar Təvəkkül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103) -661/2024 nömrəli, 30 yanvar 2024- cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2010-cu ildə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına işə qəbul edilmiş, həmçinin İddiaçı ilə 3-cü dərəcəli “kran operatoru” vəzifəsi üzrə bağlanmış xx.xx.2010-cu il tarixli müddətsiz əmək müqaviləsinə müvafiq qaydada əmək müqaviləsinin mərkəzləşdirilmiş elektron informasiya sistemində xx.xx.2014-cü il, xx.xx.2016-cı il, xx.xx.2018-ci, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərində - aldığı əmək haqqı məbləğində və tutduğu vəzifədə dəyişiklik edilməsi qeydiyyata alınmışdır. Dəyişiklik edilən müqavilə - xx. xx.2010-cu il tarixli əmək müqaviləsi olmuşdur.
2. İddiaçı tərəf olduğu əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.850 manat məbləğində məzuniyyət pulunun və 55 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, O, 3-cü dərəcəli kran-operator (maşinistmexanik) vəzifəsinə işə qəbul olunmuş və işçiyə 21 gün əsas əmək məzuniyyəti təyin edilmişdir. xx.xx.2011-ci il tarixdən onun vəz ifəsi 3-cü dərəcəli “kran operatoru/təlimçi”, xx.xx.2018-ci il tarixdən isə 3cü dərəcəli “kran operatoru/koordinatoru/təlimçi/qiymətləndirici” kimi müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə tərəflər arasında bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. 2011ci ildən 2022-ci ilədək iddiaçının əsas iş vəzifəsi cavabdehin işçilərinin istehsalat təlimi olmuşdur. Lakin onun vəzifəsinin dəyişdirilməsinə baxmayaraq, onun məzuniyyət müddəti eyni olaraq 21 təqvim günü saxlanılmışdır. 2011-2022-ci illər ərzində o, ona verilməli olan 30 gün məzuniyyətdən yalnız 21 gün almış və hər iş ili üçün onun əsas məzuniyyətindən 9 təqvim günü kəsilmişdir. Beləliklə, o, 11 il ərzində cavabdehin ucbatından məzuniyyətdən 99 təqvim günü istifadə edə bilməmişdir. 2011-ci ildən başlayaraq işçinin günlük orta əmək haq qı 150 manat civarında olmuşdur.
5. Cavabdeh “Enermech Limited» Şirkətinin Azərbaycan Respublikasındakı filialı” iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının 2011-2022-ci illər ərzində çalışdığı peşənin adında dəyişiklik edilsə də o fəhlə kateqoriyasına aid edilən peşədə çalışmışdır. Ümumiyyətlə, normativ hüquqi akt hesab edilən kitabçalara əsasən işçilər 4 kateqoriyaya bölünürlər: 1) Rəhbərlər 2) Mütəxəssislər 3) Texniki icraçılar (digər qulluqçular) və 4) Fəhlələr. Qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 9 avqust 2006-cı il tarixli 10-2 №-li qərarı ilə təsdiq edilmiş bütün sahələr üçün ümumi olan “Fəhlə peşələri və işlərin Vahid X1”nda (bundan sonra - Kitabça) əməyinin ödəniş dərəcəsi 2-6-cı dərə cələr diapazonunda tarifləşdirilən “Kran maşinisti” peşəsi nəzərdə tutulmuşdur ki, iddiaçının 2011-2022-ci illər ərzində çalışdığı peşələr mahiyyət etibarı ilə bu peşəyə uyğun olmuşdur. Ümumiyyətlə, yuxarıda qeyd edilən kitabçalarda əməyin ödənilməsinin 1-6 dərəcələri fəhlə və ya texniki icraçılar (digər qulluqçular) kateqoriyasına, 7-13-cü dərəcələri mütəxəssis, 14-19-cu dərəcələri isə rəhbər kateqoriyasına aid edilən işçilərə aid edilmişdir. Göründüyü kimi iddiaçının əməyinin ödəniş dərəcəsi 3-cü dərəcə olmuşdur ki, bu da onun fəhlə kateqoriyasına aid edilən peşədə çalışdığını sübut edir. Yuxarıda qeyd edilən 09 avqust 2006-cı il tarixli 10-2 №-li qərarla təsdiq edilmiş Kitabçanın “Ümumi müddəalar” hissəsinin onuncu abzasına əsasən “aşağı dərəcəli peşələrin ixtisas xüsusiyyətlərində göst ərilir ki, istehsal şəraitindən və ya yerinə yetirilən işlərin xüsusiyyətindən asılı olaraq ayrı-ayrı texnoloji proseslər və ya ayrı-ayrı işlər yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında yerinə yetirilir. Belə olan hallarda yüksək dərəcəli fəhlə daha aşağı dərəcəli fəhlənin işinə rəhbərlik etməyi bacarmalıdır. Texnoloji prosesin aparılması ilə məşğul olan yüksək dərəcəli fəhlə bu prosesdə iştirak edən fəhlələrə rəhbərlik etməlidir. Bu baxımdan əmək müqaviləsindəki əmək funksiyasının xarakterinə görə İddiaçı əmək funksiyasında göstərilən “yeni kran operatorlarının iş bacarıqlarının təkmilləşdirmək üçün təlim keçmək” funksiyası onun peşəsinin mütəxəssis kateqoriyasına aid edilən təlimçi və ya usta vəzifələri anlamına gəlmir. İddiaçı əmək müqaviləsində göstərilən “Kran operatoru/ təlimçi/ qiymətləndirici” peşəsinin adı və əmək funksiyası yuxarıda qeyd edilən sorğu kitabçasındakı “Kran maşinisti” peşəsinin adına uyğundur ki, əmək funksiyasında təlim keçməsi ilə bağlı bəzi funksiyalar nəzərə alınmaqla peşənin adına işin profilini göstərən sözlər əlavə edilmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü maddəsinə istinad edərək qeyd edir ki, bu maddəyə əsasən təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir. İddiaçının neft və qazın hasilatı ilə bağlı sahələrdə fəaliyyət göstərən “EnerMech” şirkətinin Azərbaycan Respublikasınd akı Filialında çalışan 3-cü dərəcəli kran-operator (maşinistmexanik), 3-cü dərəcəli kran-operatoru/təlimçi və kran operatoru/koordinatoru/təlimçi/qiymətiəndirici peşələrinin Əmək Məcəlləsinin 114-cü maddəsinin 3-cü hissəsinin ç) bəndində nəzərdə tutulmuş təhsil müəssisələrinin metodistləri, baş ustaları, istehsalat təlimi ustaları, təlimatçılar, kitabxanaçılar, laborantlar, emalatxana rəhbərləri, dayələr, dəyişək xidmətçilər, bədii rəhbərlər kimi peşələrlə də eyniləşdirməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, əvvəla onun peşəsinin adında Əmək Məcəlləsinin 114-cü maddəsinin 3-cü hissəsinin ç) bəndində nəzərdə tutulan vəzifə adları yoxdur. İkincisi, onun əmək funksiyasında müəyyən edilmiş “yeni kran operatorlarının iş bacarıqlarının təkmilləşdirmək üçün təlim keçmək” funksiyası yuxarıda qeyd edildiyi kimi kitabçada nəzərdə tutulan fəhlə peşəsi üzrə ayrı-ayrı işlərin yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında yerinə yetirilməsi, yüksək dərəcəli fəhlənin daha aşağı dərəcəli fəhlənin işinə rəhbərlik etməsi hallarından irəli gələn funksiyadır.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-1268/2023 saylı, 5 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, 30 gün əmək məzuniyyəti məhz təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə verilir. Lakin iddiaçı təhsil müəssisəsində təlimçi vəzifəsində çalışmadığından o qanunla 30 gün əmək məzuniyyəti verilməli olan işçilərin təsir dairəsinə düşmür.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarında olan İddiaçı vəzifə təlimatından görünür ki, yeni işçiləri öyrətmək və inkişaf etdirmək, kranın təhlükəsiz idarə edilməsini izah etmək iddiaçı ilə əmək müqaviləsi bağlanarkən onun vəzifə təlimatında nəzərdə tutulmuşdur. Bu səbəbdən, iddiaçının yeni işçilərə öz vəzifəsi ilə bağlı təlimlər keçməsi onun iş yerində istehsalat təlimi ilə məşğul olması anlamına gəlməməlidir. Belə ki, o, sadəcə öz vəzifə təlimatında nəzərdə tutulmuş işlə məşğul olmuşdur və bu iddiaçının təlimçi qismində cavabdeh tərəfindən işə cəlb olunması kimi qiymətlə ndirilməməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1, 7.2, 43.2, 59, 144.2, 144.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmısını xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin məhkəmənin istinad etdiyi xx.xx.2010cü il tarixli vəzifə təlimatı xx.xx.2010-cü il tarixli əmək müqaviləsinə aiddir. Həmin müqavilədə və vəzifə təlimatında onun vəzifəsi 3-cü dərəcəli kran operatoru kimi qeyd edilmiş, lakin kran-operatorun vəzifə təlimatları hal-hazırda mü bahisələndirilmir. xx.xx.2011-ci il tarixdə isə tərəflər arasında yeni müqavilə imzalandıqdan, xx.xx.2010-cü il tarixli müqavilənin və ona dair vəzifə təlimatının artıq hər hansı bir hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi, iddiaçıya başqa vəzifə üzrə yeni əmək funksiyalarının yerinə yetirilməsinin həvalə edilməsi üçün, tərəflər Əmək Məcəlləsinin 59-cü maddəsinə əsasən yeni əmək müqaviləsi bağlamışdırlar. Həmin müqavilənin 9-cü maddəsinə əsasən, bu əmək müqaviləsi 18 fevral 2011-ci il tarixdən qüvvəyə minir və müddətsiz bağlanır. Bu əmək müqaviləsi işçi ilə kompaniya arasında bağlanmış istənilən digər əmək müqavilələri, sazişlər və ya məktublardan üstün tutulur. Lakin işə baxan məhkəmə hazırki mübahisənin və tərəflər arasında olan əmək münasibətlərinin əsası olan müqaviləyə hər hansı bir hüq uqi qiymət verməyərək, öz qərarı heç bir hüquqi qüvvəyə malik olmayan sənədlərlə əsaslandırmışdır. Məhkəməyə təqdim edilmiş Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialında çalışan işçilərin (İlyas Məmmədov, Mehdi Hamidov və dig.) sertifikatlarından görünür ki, o, 3-cü dərəcəli kran operatoru vəzifəsində çalışan işçilərə həmin vəzifəyə uyğun olub-olmamasını müəyyən edən kursu (təlimin) keçirdərək, kursun təlimatçı kimi işçilərə qeyd olunan vəzifədə çalışmağa icazə verən sertifikatları imzalanmışdır. Bundan əlavə, işdə olan qiymətləndirmə cədvəllərinə əsasən, o, 3-cü dərəcəli kran operatoru vəzifəsində çalışan İlyas Məmmədovun təlimatı keçirdərək, onun öz iş vəzifələrinin hansı səviyyədə yerinə yetirilməsinə qiymət vermişdir. Göründüyü kimi, o, yüksək dərəcəli fəhlə kimi daha aşa ğı dərəcəli fəhlənin işinə rəhbərlik yox, məhz təlimçi/qiymətləndirici kimi özü ilə eyni dərəcədə olan işçilərə sərbəst təlimçi kimi təlim keçirdib onların həmin iş vəzifəsinə yararlı olub-olmamasını müəyyən edirdi. Onun təlimçi qismində cavabdeh tərəfindən işə cəlb edilməsi xx.xx.2011-ci il tarixli müqaviləsi ilə tam sübuta yetirilir. Həmin müqaviləyə əsasən, 2011-ci ildən vəzifəsi 3-cü dərəcəli kran operatoru/təlimçi, xx.xx.2018-ci il tarixdən isə 3-cü dərəcəli kran operatoru/kordinatoru/təlimçi/qiymətləndirici kimi müəyyən edilmişdir. Lakin məhkəmə qətnaməsində yuxarıda göstərilən sənədlər və sübutlar öz əksini tapmamış və onlara hər hansı bir hüquqi qiymət verilməmişdir. Hazırki iş üzrə qəbul edilmiş qətnaməsində məhkəmənin istinad etdiyi xx.xx.2010-cü il tarixli əmək müqaviləsinin və ona dair vəzifə təlimatının isə onun tələbinə hər hansı bir aidiyyəti yoxdur. Tərəfindən mübahisələndirilən məsələlər 2011-ci ildən sonra bağlanmış müqavilədən irəli gəlir.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-661/2024 nömrəli iş üzrə 30 yanvar 2024-ci il tarixli qətnaməsi ilə (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 114-cü maddəsində işçi kateqoriyalarına müvafiq olaraq, hər iş ili üçün verilən ödənişli əsas əmək məzuniyyətinin minimum müddəti müəyyən edilmişdir. Belə ki, minimum müddəti 21 təqvim günündən az olmayan ödənişli əsas məzuniyyətlər ixtisassız peşələrdə işləyən fəhlə kateqoriyalarına və ya kiçik xidmətçi, yaxud texniki peşə və vəzifələrdə çalışan işçilərə verilir. İddiaçıya hesablanan ödənişli əsas əmək məzuniyyətinin minimum müddəti onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsində dəqiq şəkildə tənzimlənmişdir. Bundan başqa, iddiaçının istinad etdiyi maddənin üçüncü hissəsinin “ç” bəndinə görə də hər iş ili 30 təqvim günü müddətində ödənişli əsas məzuniyyət təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətç ilərinə, bədii rəhbərlərinə verilir, onun da işçisi olduğu qurumun təhsil müəssisələrinə hər hansı aidiyyəti yoxdur.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının qəbul edildiyi vəzifə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 9 avqust 2006cı il tarixli 10-2 №-li qərarı ilə təsdiq edilmiş bütün sahələr üçün ümumi olan “Fəhlə peşələri və işlərin Vahid X1”nda əməyinin ödəniş dərəcəsi 2-6-cı dərəcələr diapazonunda tarifləşdirilən “Kran maşinisti” peşəsinə uyğun olmuşdur. 3-cü dərəcəli kran operatoruna aid vəzifə təlimatında da yeni işçiləri öyrətmək və inkişaf etdirmək, kranın təhlükəsiz idarə edilməsini izah etmək vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının əmək müqaviləsi üzrə vəzifəsinin kran operatoru/kordinatoru/təlimçi/ qiymətləndirici kimi müəyyən edilməsi iddiaçıya daha yüksək tarif dərəcəsinin verilməsi və ya başqa vəzifəyə aid əmək funksiyalarının yerinə yetirilməsinin həvalə edilməsi anlamına gəlmir. Belə ki, yuxarıda göstərildiyi kimi yeni işçiləri öyrətmək və inkişaf etdirmək, kranın təhlükəsiz idarə edilməsini izah etmək vəzifəsi onun tutduğu vəzifə ilə uyğunluq təşkil edirdi. Fəhləyə hər hansı bir tarif dərəcəsinin verilməsi və ya artırılması məsələsinə onun ərizəsi və müvafiq bölmənin rəhbərlərinin təqdimatına əsasən işəgötürən tərəfindən əmək qanunvericiliyinə uyğun olaraq baxılır. Bunun üçün işəgötürən tərəfindən ixtisas imtahanları təşkil edilir. İxtisas imtahanlarının təşkilinə və keçirilməsinə həmin sahə üzrə ixtisaslaşmış elm, təhsil və istehsalat müəssisələri və ya onların mütəxəssisləri cəlb edilirlər. Halbuki, iş materiallarında iddiaçının daha yüksək tarif dərəcəsinə uyğun hesab edilməsini şərtləndirən prosedurdan keçdiyini təsdiq edən hər hansı sənəd mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil Asimovna) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə iclaslarında araşdırılan və müəyyən edilən işin hallarını qətnamədə göstərməmiş və həmin qətnaməni həmin hallara uyğun əsaslandırmamış, h əmçinin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli qiymət verməmiş və MPM-in 88-ci maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı etiraz təqdim edirək iddiaçı tərəfindən verilən kassasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi
18. Maddə 21.(hissə 1). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
19. Maddə 3 (5-1-ci hissə). Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmi ş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tər əfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır.
20. Maddə
11. Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur.
21. Maddə 83 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
22. Maddə 113 (hissə 1). Əmək məzuniyyəti — işçinin normal isti rahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.
23. Maddə 113 (hissə 3). Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və y a ayrı-ayrılıqda istifadə edə bilər.
24. Maddə 114 (hissə 3, “ç” bəndi). təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir.
25. Maddə 135. bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
26. Maddə 143 (hissə 2). İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədi kdə, ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.
27. Maddə 144 (hissə 2). Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
28. Maddə 156 (hissə 2). Yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir.
29. Maddə 172 (hissə 4). İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
30. Maddə 195 (d bəndi). işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarını n sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gə lir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-661/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.