Məhkəmə qərarları › İş №2(102)-1840/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1840/2025

12.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1840/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlövsət oğluna, Cavabdeh3 və maraqlı şəxs Ağstafa rayon Notariat Ofisinə qarşı iş üzrə QƏRARI (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin ləğvi ilə bağlı mübahisələr, mirasın bölüşdürülməsi ilə bağlı mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 Əlövsət oğluna, Cavabdeh3 Əlövsət oğluna və maraqlı şəxs Ağstafa rayon Notari at Ofisinə qarşı “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölüşdürülməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-236/2025 nömrəli 16 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X15 və X19 24 iyun 1957-ci il tarixdə rəsmi nikaha daxil olmuş birgə nikahdan xx.xx.1958-ci il tarixdə Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı, xx.xx.1960-cı ildə Cavabdeh3 Əlövsət oğlu, xx.xx.1964-cü ildə Cavab deh2 Əlövsət oğlu anadan olmuşdur.

2. X6 adına ünvan 1 ünvanında, 1965-ci ildə tikilmiş, 3 otaqlı, ümumi sahəsi 168.7 kv.m olan fərdi yaşayış evi qeydiyyata alınmışdır.

3. X19 xx.xx.1967-ci ildə vəfat etmişdir.

4. Bundan sonra - xx.xx.1968-ci il tarixdə X3 Bülbül Əli qızı ilə nukah bağlamışdır. Həmin nikahdan xx.xx.1970-ci ildə Şəfəq və xx.xx.1972-ci ildə Afaq adlı uşaqları doğulmuşdur.

5. X16 xx.xx.2002-ci ildə ildə vəfat etmişdir.

6. X4 miras qalan əmlaka dair xx.xx.2024-cü ildə 2V-02/2V-03 nömrəli vərəsəlik işi açılmışdır. Vərəsəlik işində olan sənədlərə görə X16 vəfat edən günədək ünvan 1 ünvanında yaşamışdır. Vəfatından sonra aşağıdakı ailə üzvləri olub:

1. Həyat yoldaşı X31 (xx.xx.1937),

2. Oğlu - Cavabdeh2 Əlövsət oğlu (xx.xx.1964),

3. Qızı - X17 (xx.xx.1972),

4. Oğlu - Cavabdeh3 Əl övsət oğlu (xx.xx.1960),

5. Qızı - X12 (xx.xx.1970).

7. X12, Cavabdeh3 Əlövsət oğlu və X17 notarial qaydada təsdiq olunmuş ərizələrində məhrum ataları X4 qalmış miras əmlakın onlara çatası hissəsindən imtina etmişlər.

8. Ağstafa rayon Notariat ofisi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 2V-02 nömrəli “Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” çəhadətnamə ilə ünvan 1 ünvanında yerləşən yaşayış evinin ½ hissəsinə X6, ½ hissəsinə isə Cavabdeh1 payı müəyyən edilmişdir. 9. xx.xx.2004-cü il tarixli, 2V-03 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X6 vərəsələri – Cavabdeh1 və Allahyarov X23 şəhəri, Ü.Hacıbəyov küçəsi 32 ünvanında yerləşən yaşayış evinin ½ hissəsindən bərabər hi ssədə pay almışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən X2 adına olmuş yaşayış evi üzrə Ağstafa rayon Notariat ofisində verilmiş xx.xx.2004-cü il tarixli, 2V-03 reyestr nömrəli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin ləğv edilməsi, xx.xx.2002-ci ildə vəfat etmiş məhrum atası X16 ilə xx.xx.1967-ci ildə vəfat etmiş mərhum anası Allahyarova (Nəbiyeva) Arus Heydər qızının 1965-ci ildə birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən yaşayış evi üzrə miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi və miras əmlakın miras sahiblərindən mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı bundan sonra - xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcmini artırmış, Ağstafa rayon Notariat kontorunda verilmiş xx.xx.2004-cü il tarixli, 2V-02 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması barədə də qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə onunla əsaslandırmışdır ki, valideynləri ailə qurduqdan sonra ünvan 2 ünvanında yerləşən torpaq sahəsini alaraq orada ev tikmişlər. 1965-ci ildə yaşayış evi hazır olmuş, rəsmi q eydiyyata alınmış və içində yaşamağa başlamışlar. Yaşayış evi atası X6 adına qeydə alınmışdır. xx.xx.1967-ci ildə anası X20 vəfat etmişdir. Anası vəfat etdikdən 1 il sonra atası iş üzrə Cavabdeh1 ilə ailə həyatı qurmuşdur. Atası xx.xx.2002-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra iş üzrə Cavabdeh1 və Cavabdeh2 Əlövsət oğlu atasının adına olan yaşayış evi üzrə vərəsəlik işi açdırmışlar. Ağstafa rayon Notariat ofisində verilmiş xx.xx.2002-cü il tarixli, 2V-03 reyestr nömrəli “Qanun üzrə vərəsəliq hüququ haqqında” şəhadətnamə əsasında atasının adına olan yaşayış evinin yarısı üzrə Cavabdeh1 atası ilə birgə nikah dövründə əldə etdiyi əmlak kimi nəzərə alınaraq, əmlakın digər yarısı miras əmlak kimi açılaraq ¾ hissəsi Cavabdeh1, ¼ hissəsi isə Cavabdeh2 Əlövsət oğluna verilmişdir. Bu b arədə verilən vərəsəlik şəhadətnaməsi əsasında əmlak qeyd edilən hissələr üzrə bölünüb daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmışdır. Halhazırda da iş üzrə Cavabdeh1 həmin əmlakın naturada bölgüsünü tələb edir. O, bu işdən indi xəbər tutmuş və hüquqları nəzərə alınmadan belə bir bölgü mümkün deyil. Mübahisəli yaşayış evi atası ilə anasının birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan, yaşayış evinin ər-arvaddan hansının adına olmasından asılı olmayaraq hər ikisinin mülkiyyəti sayılır, onlar vəfat etdiklərindən də hər ikisindən qalan miras əmlak sayılır. Onun həm mərhum anası Allahyarova (Nəbiyeva) Arus Heydər qızından miras qalan, həm də atasından miras qalan əmlakdan payı vardır.

13. Birinci instansiya məhkəməsində Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 iddia tələbi ni qəbul etməyərək bildirmişdir ki, başqa bir icraatda vəkili və nümayəndəsi olduğu Cavabdeh1 adından “miras əmlakın naturada bölünməsi” ilə bağlı iddia vermişlər. Həmin işə baxılan müddətdə İddiaçı da məhkəmə iclasında iştirak edib. Hazırki iddiadan görünür ki, iddia tələbi planlı şəkildə qoyulub və Azalyanın mirasın qəbulu ilə bağlı hər hansı bir sübutu yoxdur. Hətta iddiaçı atasının vəfatı müddətində Ağstafa rayonunda yaşamayıb, Bakı şəhərində yaşayıb. Həmin vaxt mirasın açıldığı müddətdə mirasın qəbulu ilə bağlı Azalya tərəfindən hər-hansı bir hərəkət edilməyib. Hesab edir ki, iddianı sübut edəcək bir əsas yoxdur. Sadəcə digər məhkəmə işini yubatmaq üçün verilmiş bir iddiadır və qanunvericiliyin tələbinə əsasən bu iddia təmin edilə bilməz. Əmlakın iddiaçının atasının birgə nikahı dövrü ndə tikilməsi ilə bağlı iş materiallarında hər-hansı bir sənəd yoxdur. Sadəcə əmlakın qeydiyyat vəsiqəsi var, orada da əmlakın nə vaxt tikilməsi ilə bağlı konkret tarix göstərilməmişdir.

14. Birinci instansiya məhkəməsində Cavabdeh2 Əlövsət oğlu iddianı etiraf edərək iddianın təmin olunmasına razı olduğunu bildirmişdir.

15. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(015)-20/2024 nömrəli qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia təmin edilmiş, xx.xx.2003-cü ildə X2 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair Cavabdeh1 və Cavabdeh2 Əlövsət oğlunun adlarına verilmiş Ağstafa rayon Notariat ofisinin 2V-02 və 2V03 reyestr nömrəli xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, X6 miras qalmış ünvan 1 ünva nında yerləşən yaşayış evinin 1/3 hissəsinə X22, 1/3 hissəsinə Cavabdeh2 Əlövsət oğlunun, 1/3 hissəsinə Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının qanun üzrə vərəsəlik hüquqlarının tanınması qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, miras qoyan X1 əldə etdiyi hüquqları, mirası qəbul etmiş vərəsələrin miras əmlakı hesab edilir. Bu əmlak isə yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş 955 nömrəli qeydiyyat vəsiqəsinə əsasən X2 adına ünvan 1 ünvanında yerləşən, 1965-ci ildə tikilmiş, 3 otaqlı, ümumi sahəsi 168.7 kv/m olan fərdi yaşayış evinin 1/3 hissəsi təşkil edir. Göründüyü kimi, X12, Cavabdeh3 Əlövsət oğlu və X17 mi ras əmlakdan özlərinə çatası paydan imtina etmişlər. Mülki Məcəllənin 1270.3-cü maddəsinə əsasən, ölmüş vərəsənin bir neçə vərəsəsinin hər biri yalnız öz miras payından imtina edə bilər. Ona görə də, X5, Cavabdeh3 Əlövsət oğlunun və X7 miras əmlakdan imtinaları məhkəmə tərəfindən qəbul olunmalıdır. X2 övladı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı da qanun üzrə vərəsə sayılmalıdır. X4 miras qalmış əmlaklar toplusu bərabər şəkildə 3 hissəyə, X31, Cavabdeh2 Əlövsət oğlu və Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı arasında paylara uyğun bölünməlidir.

17. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 Əlövsət oğlunun adlarına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən digər vərəsələr barədə tam məlumat verilməmiş, onlar vərəs əliyə çağırılmamış, olduqları yer müəyyənləşdirilməmiş, onlara mirası bölüşdürmək niyyətləri barəsində bildiriş göndərilməmiş, digər vərəsələrinin olması gizlədilmiş, onların mövcudluğu barədə notarius tərəfindən notariat hərəkətinin aparılması zamanı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına sorğu göndərilməmiş, bununla da “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın və Mülki Məcəllənin tələbləri pozulmuşdur. Bu səbəbdən həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, həmin şəhadətnamələrdə göstərilmiş əmlaklar da qanun üzrə vərəsələr arasında paylara bərabər şəkildə bölünməlidir.

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan s onra - Mülki Məcəllə) 1133.1, 1134.1, 1145, 1159.1.1, 1160, 1292.1, 1301.1, 1301.2, 1304-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarına, Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, Ağstafa rayon Notar iat Kontorunda verilmiş xx.xx.2004-cü il tarixli, 2V-03 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında atasının adına olan yaşayış evinin yarısı iş üzrə Cavabdeh1 atası ilə birgə nikah dövründə əldə etdiyi əmlak kimi nəzərə alınaraq, əmlakın digər yarısı miras əmlak kimi tanınıb əmlakın ¾ hissəsi Cavabdeh1, ¼ hissə isə Cavabdeh2 Əlövsət oğluna verilmişdir. Mübahisəli yaşayış evi atası ilə anasının birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan yaşayış evinin ər-arvaddan hansının adına olmasından asılı olmayaraq, hər ikisinin mülkiyyəti sayılır, onlar vəfat etdiklərindən də hər ikisindən qalan miras əmlak sayılır. Onun həm mərhum anası Allahyarova (Nəbiyeva) Arus Heydər qızından miras qalan, həm də atasından miras qalan əmlakdan payı vardır. Yaşayış evi mərh um valideynlərinin birgə nikah dövründə əldə etdiyi əmlak olduğundan iş üzrə Cavabdeh1 yalnız atası X6 əmlakdan ona çatası pay üzrə vərəsə hesab oluna bilər. Anasından miras qalan hissə üzrə yalnız o və qardaşları, iş üzrə digər cavabdehlər Cavabdeh2 Əlövsət oğlu və Cavabdeh3 Əlövsət oğlu vərəsə ola bilər. Məhkəmənin qətnaməsi ilə qismən razı deyil. Belə ki, məhkəmə yaşayış evinin atası ilə anasının birgə nikah dövründə əldə etdikləri əmlak olduğu faktını müəyyən etsə də, qətnamə çıxararkən yalnız atasından miras qalan əmlak kimi əmlakı bölmüşdür. Amma, əslində miras əmlak atası ilə-anasının birgə nikah dövründə əldə etdikləri əmlak kimi hər iki miras qoyandan (yəni, ər-arvaddan kimin adına olmasından asılı olmayaraq, həm atasından, həm də anasından miras qalan əmlak kimi) miras qalmış əml ak kimi mirası qəbul edən şəxslər arasında bölüşdürülməli idi. Yəni, miras əmlakın atası ilə anasının birgə nikah dövründə əldə etdiklərini qeyd edərək, miras sahiblərindən (bu söz birləşməsini yazmaqla həm atasını, həm də anasını miras qoyan kimi nəzərdə tutmuşdur) miras qalmış əmlakın bölüşdürülməsini tələb etmişdir. Məhkəmə isə 2004-cü ildə notariat kontoru tərəfindən verilmiş şəhadətnamələri etibarsız hesab etsə də, miras əmlakı mərhum anasını nəzərə almadan mərhum atasından qalan miras əmlak kimi bölüşdürmüşdür ki, bu da mərhum anasından onlara çatası miras əmlakın onlara çatmamasına, bununla da eyni zamanda Cavabdeh1 artıq pay almasına səbəb olmuşdur. Hansı ki, Cavabdeh1 anasından miras qalan hissə üzrə vərəsə sayıla bilməz. Miras əmlak həm anasının, həm də atasının birgə nikah döv ründə əldə etdikləri əmlak kimi sayılmaqla, həm atasının vərəsələri, həm də anasının vərəsələri arasında bölünməli idi.

21. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağstafa rayon Notariat kontorunda verilmiş xx.xx.2004-cü il tarixli, 2V-02 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsində heç bir qanun pozuntusuna yol verilməmiş və bu şəhadətnamənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Buna baxmayaraq məhkəmə heç bir əsaslandırma aparmadan bu şəhadətnaməni etibarsız hesab etmişdir. Digər bir məsələyə - idd iaçının bu iddia tələbi üzrə mübahisə etmək üçün subyektiv hüququnun olub-olmamasına məhkəmə qiymət verməmişdir. Hansı ki, iş materiallarında olan mərhumun adına verilmiş mübahisəli əmlaka dair qeydiyyat vəsiqəsində evin tikilmə tarixi göstərilməmiş və iş materiallarında olan əsassız arayış əsasında evin tikilmə tarixli 1965-ci il göstərilmişdir. Hansı ki, bu evin tikilməsi 1968-ci ildən sonra onların nikahı dövründə olmuşdur. Bu əmlak isə mülkiyyət hüququ əsasında 2003-cü ilin dekabrın 24-də qeydiyyata alınmışdır. Əslində mübahisələndirilən xx.xx.2004-cü il tarixli, 2V-02 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamədir. Məhkəmə isə qanun üzrə vərəsəlik şəhadətnamələrini etibarsız hesab etmişdir. Məhkəmə qətnaməsində xx.xx.2004-cü il tarixli, 2V-02 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsini əsaslandırmamışdır. Yalnız qeyd edilir ki, mübahisələndirilən fərdi yaşayış evi 1965-ci il tarixdə tikilmişdir. Hansı ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X9 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 955 nömrəli qeydiyyat vəsiqəsində evin tikilməsi tarixi qeyd edilməmişdir. Belə ki, iş materiallarında olan arayışda evin tikilmə tarixi əsassız olaraq 1965-ci il göstərilmişdir. Əslində həmin ev 1968-ci ildən sonra tikilərək yaşamaq üçün həmin evə köçmüşlər. Bundan başqa, məhkəmə münasibətin yarandığı vaxt qüvvədə olmuş heç bir madd i hüquq normalarına istinad etməklə işi əsaslandırmamışdır. Məhkəmə qərarında Ağstafa rayon Notariat kontorunda verilmiş xx.xx.2004-cü il tarixli, 2V-02 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab edilməsini qeyd etməmiş və qət etdi hissəsində isə vərəsəlik şəhadətnamələrini etibarsız hesab etmişdir. Bundan başqa iddiaçı iddia tələbində xx.xx.2004-cü il tarixli, 2V-03 reyestr nömrəli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin ləğv edilməsini və xx.xx.2004-cü il tarixli, 2V-02 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb etdiyi halda məhkəmə Ağstafa rayon Notariat ofisinin 2V-02 və 2V03 reyestr nömrəli xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab etmişdir.

23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(104)-236/2025 nömrəli 16 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - L.Süleymanov (sədrlik edən və məruzəçi), G.Cavadova və Ş.Rzaquliyev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - X6 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evinin 1/3 hissəsinə X22, 1/3 hissəsinə Cavabdeh2 Əlövsət oğlunun, 1/3 hissəsinə Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının qanun üzrə vərəsəlik hüquqlarının tanınması hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, mərhumlar X8 v ə X4 miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində 5/48 hissədə Cavabdeh1, 5/48 hissədə X7, 5/48 hissədə X5 (miras qoyan X10 münasibətdə), 11/48 hissəsinə Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının, 11/48 hissədə Cavabdeh3 Əlövsət oğlunun, 11/48 hissədə Cavabdeh2 Əlövsət oğlunun (mirasqoyanlar X13 və X10 münasibətdə) miras paylarının müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mirasın bölünməsi zamanı həll olunmalı məsələlərdən birincisi mirasın kütləsinin düzgün müəyyən olunmasıdırsa, ikinci növbədə həm qanun üzrə vərəsələrin, həm də vəsiyyət üzrə vərəsənin miras əmlakı qəbul edib-etməməsi araşdırılmalıdır. Göründüyü kimi, miras qoyan X19 xx.xx.1967-ci ild ə vəfat etdiyindən, ona münasibətdə həmin gün mirasın açıldığı vaxt sayılır (1964-cü il redaksiyalı Mülki Məcəllənin 528-ci maddəsi). Məhkəmə kollegiyasının iclasında X11 vəsiyyətnamə qoyması müəyyən edilməmişdir. X16 ilə X11 birgə nikahından doğulmuş uşaqları və əri X16 yəni birinci növbə vərəsələr vərəsəliyin açıldığı zaman, yəni 1967-ci ildə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmişlər. Mübahisəli miras əmlakın faktiki qaydada qəbul edilməsinə gəlincə isə, işin müəyyən edilmiş hallarından görünmüşdür ki, Arus Allahyarova vəfat etdikdən sonra miras əmlak miras qoyanın əri Əlövsət və uşaqları Məcid, Arzu və Azalya tərəfindən qəbul edilmişdir.

25. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab etmişdir ki, miras qoyan X19 xx.xx.1967-ci ildə vəfat etməsi ilə bağlı miras m ülkün 1/2 hissəsinə miras açılmış və həmin əmlakın birgə mülkiyyətçi olan X6 əmlakda 1/2 hissədə payı nəzərə alınmaqla, 1/8 hissəsi üzərində Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının, 1/8 hissədə Cavabdeh3 Əlövsət oğlunun 1/8 hissədə Cavabdeh2 Əlövsət oğlunun, 5/8 hissədə isə X6 payı tanınmalıdır.

26. Məhkəmə kollegiyasının iclasında həmçinin müəyyən edilmişdir ki, X6 xx.xx.2002-ci il tarixdə vəfat etməsi və onun vəfatından sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 5/8 hissəsinin miras qalması, həmçinin mərhumun 6 nəfər birinci növbədə qanun üzrə vərəsəsinin, yəni Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı, X14, Cavabdeh2 Əlövsət oğlu, X12, X17 adlı 5 uşaqlarının və arvadı Cavabdeh1 olması işin mübahisə edilməyən halıdır.

27. Apellyasiya instansiyası məhkəməsi hes ab etmişdir ki, X2 xx.xx.2002-ci il ildə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.

28. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci hissəsində təsbit olunmuş vərə səlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqi mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin mə hz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.

29. Məhkəmə kollegiyasında müəyyən edilmişdir ki, hazırkı iş üzrə tərəflər mərhumun qanun üzrə b irinci növbə vərəsələridir. Miras əmlak barədə vəsiyyətnamə qoyulmamış və qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. Belə ki, birinci növbə vərəsələrdən X12, X17 və Cavabdeh3 Əlövsət oğlu miras əmlakdan onlara çatası hissəsində imtina ilə bağlı ərizə versələr də, kollegiya hesab edir ki, mirasdan imtina ilə bağlı ərizələr miras açıldıqdan 2 il keçdikdən sonra verilmişdir. Bu isə qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Belə ki, MMnin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Qeyd edildiyi kimi, mərhum Cavabdeh3 Əlövsət oğlundan qalmış miras predmeti ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 5/8 hissəsidir. Belə olan hal da, 6 nəfər qanun üzrə birinci növbə vərəsələrin hər birinin (5/8:6=5/48) 5/48 hissədə vərəsəlik payları vardır. Həmin əmlak üzərində Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının, Cavabdeh2 Əlövsət oğlunun və Cavabdeh3 Əlövsət oğlunun 1/8 hissədə mülkiyyət payının olması nəzərə alınmaqla, onların hər birinin payı (5/48+1/8= 11/48) 11/48 hissədə, digər vərəsələrin payları isə 5/48 hissədə olacaqdır. Qətnamə üzrə iddianın təmin edilmiş digər hissələri, yəni xx.xx.2003-cü ildə X2 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair Cavabdeh1 və Cavabdeh2 Əlövsət oğlunun adlarına verilmiş Ağstafa rayon Notariat ofisinin 2V-02 və 2V-03 reyestr nömrəli xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin etibarsız hesab edilməsi qanuni və əsasl ı olmuşdur. Ona görə də, cavabdehin həmin hissədə apellyasiya dəlilləri əsassız olmaqla, təmin edilməməli və qətnamə həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

30. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərində, onun nümayəndəsi (vəkili) Vəkil1 isə məhkəmə kollegiyasının iclasında verdiyi izahatında mübahisə edilən evin 1968-ci ildən sonra, yəni onunla X2 birgə nikahı dövründə tikilməsini göstərsələr də, həmin hal öz təsdiqini tapmamışdır. Belə ki, işdə iştirak edən digər şəxslərin izahatları və işin 75-77-ci vərəqələrində olan həmin evin xx.xx.1989-cu ildə tərtib edilmiş texniki pasportunun təsdiq edilmiş surətində evin tikildiyi il kimi 1965-ci ildə tikilməsinin göstərilməsi ilə müəyyən olunur ki, mübahisə edilən yaşayış evi 1965-ci ildə, yəni Cavabdeh1 nikaha daxil olmasına qədər tikilmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticəsi qismən qanuni olmamış, mübahisənin maddihüquqi əsasları qismən düzgün müəyyən edilməmişdir.

32. Məhkəmə gəldiyi nəticəni 01 mart 1965-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsinin 1-ci hissəsinə, 528, 530, 552, 556-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1159, 1166, 1193, 1256-cı maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin MPM-in 14.2, 77.1, 88, 217.1, 385 və 386cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, mərhumlar X4 və X8 miras qalan fərdi yaşayış evinin üzərində mirasqoyan X10 münasibətdə X5, X7 və Cavabdeh3 Əlövsət oğlunun mirasın qəbulundan notariat orqanı vasitəsi ilə imtina etdiyini nəzərə alıb, bu 3 şəxsin miras payının müəyyən edilməsi hissəsində ləğv edilərək, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında mərhumlar X4 və X8 miras qalan, ünvan 1 ünvanında yerləşən yaşayış evinin üzərində 8/24 hissə üzrə onun miras payının, 8/24 hissə üzrə Cavabdeh2 Əlövsət oğlunun miras payının (miras qoyanlar X10 və X1 3 münasibətdə), 3/24 hissə üzrə Cavabdeh3 Əlövsət oğlunun miras payının (X13 münasibətdə), 5/24 hissədə Cavabdeh1 (X10 münasibətdə) miras payının müəyyən edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 29, 60-cı, maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli Qərarına, Mülki Məcəllənin 1256-cı, xx.xx.2000-ci ilədək qüvvədə olan qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552, 556-cı və MPM-in 386-cı maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mirasdan imtina edən şəxslərə də miras payı tanımaqla digər vərəsələrin miras paylarına şərik çıxmışdır. Qanunvericiliyə uyğun olaraq adına tanınmalı olan hüquq, bu hüquq dan könüllü şəkildə imtina edən şəxslərin adına tanınmışdır ki, bununla da iddiaçıya çatası miras payın qismən azalmasına səbəb olmuşdur. Məhkəmə isə qanunvericiliyin tələblərini nəzərə almadan onların imtinasını ləğv etmiş, onların miras payı müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin vərəsəlik hüququ bölməsinin müddəalarını düzgün tətbiq etməmiş, mirasın qəbulu, mirasın qəbulundan imtina məsələləri üzrə maddi hüquq normaları üzrə hüquqi aktı düzgün tətbiq etməmişdir.

35. Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Ağstafa rayon Notariat Kontorunda verilmiş xx.xx.2004-cü il tarixli, 2V-02 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamən in etbarsız hesab edilməsi, mərhum X18 əmlak payının müəyyən edilməsi və buna əsaslanaraq aparılmış bölgü hissəsində ləğv edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə onun ½ hissəsyə payı saxlanılmaqla, mərhum X4 miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən onun payı hissəsi üzərində 1/6 hissədə özünün, 1/6 hissədə X7, 1/6 hissədə X5, 1/6 hissədə Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının, 1/6 hissədə Cavabdeh3 Əlövsət oğlunun, 1/6 hissədə Cavabdeh2 Əlövsət oğlunun miras paylarının müəyyən edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti 01 mart 1965-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci, 528, 530, 532, 552-ci, MPM-in 77, 88, 217-ci maddələrinə istinad edilməklə onunla əsa slandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli əmlakın mərhum X16 ilə kimin birgə nikahı dövründə əldə edilməsinə hüquqi qiymət verə bilməmiş və buna görə də qətnaməsində əmlak payı ilə bağlı heç bir əsaslandırma aparmadan birbaşa miras bölgüsünə keçmişdir. Məhkəmə qətnaməsində mirasın bölünməsi zamanı həll olunmalı məsələlərdən birincisi mirasın kütləsinin düzgün müəyyən olunmasıdırsa, ikinci növbədə həm qanun üzrə vərəsələrin, həm də vəsiyyət üzrə vərəsənin miras əmlakı qəbul edib-etməməsi araşdırmaq olmasını qeyd etsə də, miras kütləsini müəyyən edə bilmədən miras paylarının bölgüsünü aparmağa başlamışdır. Hansı ki, mübahisəli əmlakın hansı maddi hüquq normalarına əsasən hansı dövrdə əldə edildiyi müəyyən edilməmişdir. Bununla da əmlak hüquqları kobud şəkildə pozulmuş dur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 01 mart 1965-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsi

38. Maddə 527, birinci hissə. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

39. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılması vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, Bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

40. Maddə

530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.

41. Maddə

532. Qanu n üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar.

42. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəslər olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bi müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

43. Maddə 556, 3-cü hissə. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina, vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

44. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

45. Maddə 1133.2 Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxsl ərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

46. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

47. Maddə 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

48. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

49. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etmə lidir.

50. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı

51. Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatı nı yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir....Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin t əqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məh kəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməs i işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətlərində qətnamə qətnamə tərəflərlə qarşılıqlı olaraq iddianın təmin edilən və təmin edilməyən hissələrində mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətlərinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

64. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunveric iliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

65. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

66. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ar aşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

67. Kassasiya şikayətlərinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayət də qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

68. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

69. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-236/2025 nömrəli 16 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar