Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1842/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı3nın və İddiaçı4 Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsinə dair tələblər, torpaq sahəsinin qanunsuz sahiblikdən qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 Cavabdeh2 qarşı “tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-366/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 kassasiy a şikayətinə 01 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 küçəsində yerləşən 0.0365 ha torpaq sahəsi və onun üzərindəki 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 69,3 m2 olan 18 saylı fərdi yaşayış evi hər birinin 1/3 hissədə olmaqla İddiaçı1, İddiaçı3 və İddiaçı4 (bundan sonra – iddiaçılar) paylı mülkiyyətindədir. 2. ünvan 1 küçəsində 353 m2 torpaq sahəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 70 m2 olan 20 saylı fərdi yaşayış evi isə Cavabdeh2 (bundan sonra – cavabdeh) mülkiyyətindədir.
3. Tərəflər qonşu olmaqla, hazırda aralarında torpaq sahəsi ilə bağlı mübahisə vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin onlara məxsus torpaq sahəsindən, yəni zəbt etdiyi 2,40 metr sərhəd boyunca sahədən, ümumilikdə 4 m2 sahədə inşa etdiyi hasarın sökülərək məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. İddia onunla əsaslandırılmışdır ki, məhkəmə tikinti-texniki ekspertizası keçirilərsə, iddiaçılara sənəd üzrə məxsus sahələrlə faktiki yaşadıqları sahələr arasında fərq yaranacaqdır. Yəni, onlara aid olan torpaq sahəsinə cavabdeh müdaxilə edərək, sahəsi 2,40 metr olan sərhədləri öz tərəfinə qatmaqla daş tikililərlə hasara alaraq zəbt etmişdir. Bu isə ümumilikdə 4 m2 sahəni əhatə edir.
6. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 164.1, 164.2-ci və Torpaq Məcəlləsinin 111-ci maddələrinə istinad etmişlər.
7. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, ona məxsus evi təxminən 30 il əvvəl hazırkı vəziyyətində olduğu kimi almış və sonradan heç bir tikinti işləri aparmamışdır. İddiaçıların sökülməsini tələb etdikləri ərazi tualetdir ki, onun da pəncərəsi ancaq öz həyətinə açılır, iddiaçılara heç bir maneçilik törətmir.
8. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2019-cu il tarixli, 30879 nömrəli ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən mülklər arasında olan 3,80 m2 ((7,10-4,20)x1,30) torpaq sahəsindən cavabdeh istifadə edir.
9. Birinci instansiya məhkəməsi tərəflərin yaşadığı ünvanlarda yerli baxış da keçirmişdir.
10. Gəncə şəhə ri Kəpəz Rayon Məhkəməsinin 2(043)-40/2019 nömrəli, 24 aprel 2019-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehin mülkiyyətində olan 20 nömrəli fərdi yaşayış evinin həyətində inşa olunmuş tualet kimi istifadə olunan tikilinin iddiaçıların paylı mülkiyyətlərində olan 18 nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə düşən 3,77 m2 hissəsinin sökülməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. (hakim Yaşar Həşimov)
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı ekspert rəyini əsas götürərək qeyd etmişdir ki, cavabdehin tualet kimi istifadə etdiyi tikilinin bir hissəsi iddiaçıların mülkiyyətində olan torpaq sahəsində inşa olunmuşdur ki, bu da iddiaçıların mülkiyyətçi kimi hüquq və mənafelərinə toxunduğundan həmin tikilinin sökülməsi tələbi il ə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Bununla yanaşı, iddiaçılar 4 m2 ərazinin söküldüyünü tələb etmiş, ekspert rəyində həmin sahə 3,80 m2 qeyd olunsa da, riyazi hesablamalarla (7,10-4,20=2,90 / 2,90 x 1,30=3,77) bu rəqəmin 3,77 m2 olduğu müəyyən edildiyindən, bu rəqəm əsas götürülmüşdür.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 215.1, 215.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə iddianı o əsasla təmin edib ki, gu ya mübahisəli ərazi iddiaçıların mülkiyyətində olan ərazidir və həmin ərazini guya cavabdeh istifadə edir. Bu nəticə əsassızdır. - cavabdehin məhkəməyə təqdim etdiyi mülkiyyətində olan 20 saylı evə dair tərtib edilən texniki pasportdan görünür ki, inşa edilən tikli cavabdehə məxsus torpaqda yerləşir; - məhkəmənin tikinti-texniki ekspertizasının rəyinə istinadla iddianı təmin etməsinin heç bir hüquqi əsası yoxdur. Həmin rəydə mübahisəli torpaq sahəsinin kimin mülkiyyətində olması barədə heç bir məlumat yoxdur. Cavabdeh isə onun istifadəsində olmasını etiraf edir. Bu halda, qeyd olunan faktın yenidən sübut olunmasına ehtiyac yox idi. Bir sözlə, ekspertin verdiyi rəy iş üzrə qoyulmuş məsələni aydınlaşdırmır.
15. Cavabdehin vəsatəti əsasında apellyasiya baxışında təyin edilmiş təkrar məhkəmə t ikinti-texniki ekspertizası üzrə “X3” MMC-nin 19 iyun 2020-ci il tarixli, 230 nömrəli rəyinə görə, iddiaçıların mülkiyyətində olan 18 saylı evin torpaq sahəsi ilə cavabdehə məxsus 20 saylı evin torpaq sahəsi arasında həmsərhəddə olan mübahisəli hissə, yəni 18 saylı evin texniki pasportu üzrə 2,8 kv.metrlik, 20 saylı evin plan-sxemi üzrə 1,4 kv.metrlik hissə cavabdeh tərəfindən tutularaq istifadə olunur və həmin hissələri əhatə edən hasar iddiaçıların mülkiyyətinə aid olan torpaq sahəsində yerləşir.
16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə “X3” MMC-nin 31 may 2021-ci il tarixli, 171 nömrəli rəyində də tədqiqatın nəticəsi əvvəlki rəyin (19 iyun 2020-ci il tarixli, 230 nömrəli) nəticəsi ilə eyni olmuşdur.
17. Gəncə Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(104)-61/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmiş, cavabdehin mülkiyyətində olan 20 saylı evin həyətyanı torpaq sahəsi arasında həmsərhəddə yerləşən mübahisəli hissənin inşa olunmuş tualet kimi istifadə olunan tikilinin iddiaçıların paylı mülkiyyətində olan 18 saylı evin texniki pasportu üzrə yerləşdiyi torpaq sahəsinə düşən 2.8 kv.metrlik, 20 saylı evin plan-sxemi üzrə 1.4 kv.metrlik hissələrini əhatə edən iddiaçıların mülkiyyətində olan torpaq sahəsində yerləşən hasarın sökülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Ədil Məmmədov)
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı haqlı olaraq qismən təmin etsə də, cavabdeh tərəfindən inşa edilmiş hasarın söküləcək hissəsini düzgün müəyyən etməmişdir. Belə ki, apellyasiya baxışında aparılmış araşdırma nəticəsində əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsinin məhz cavabdehin torpaq sahəsi ilə həmsərhəddə olan hissədəki ölçülərində 2,8 metr (7,1-4,3) və 1,4 metr (5,7-4,3) azalmağa doğru fərq vardır ki, bu da evlərin müvafiq texniki sənədlərinə uyğun deyildir. İş üzrə alınmış mütəxəssis rəyi məhkəmə üçün məcburi qüvvəyə malik olmasa da, hazırkı kateqoriya işlər üzrə mühüm əhəmiyyət kəsb edir. Belə ki, mübahisəli həyətyanı torpaq sahəsin də cavabdeh tərəfindən müvafiq tikililərin inşa edilməsi öz təsdiqini tapır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İddiaçılar və cavabdeh ayrı-ayrılıqda apellyasiya instansiyası məhkəməsinin 16 fevral 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)3870/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti qismən, cavabdehin kassasiya şikayəti tam təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 16 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
21. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: - apellyasiya məhkəməsi Mülki Məcəllənin 157.2-ci maddəsini hazırkı mülki mübahisəyə düzgün tətbiq etsə də, həmin maddənin tələblərinə uyğun olaraq iddiaçıların cavabdehin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsini şərtləndirən halları, yəni iddiaçıların mübahisələndirdikləri 4,0 m2 torpaq sahəsinin həqiqətən onların faktiki sahibliyindən çıxıb-çıxmadığını, ümumiyyətlə həmin torpaq sahəsinin naturada mövcud olmaqla cavabdehin sahibliyində olub-olmadığını, habelə tərəflər arasında sözügedən torpaq sahəsi ilə bağlı hər hansı razılaşmanın və yaxud sair öhdəliyin əmələ gəlibgəlmədiyini araşdırmadan, başqa sözlə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaqla, zərurət yarandığı halda xüsusi bilik tələb edən sözügedən suallara aydınlıq gətirməyib; - digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, X1 sözügedən rəylərini mütəxəssis rəyləri kim i qiymətləndirib, həmin rəylərə istinad etsə də, Məhkəmə Ekspertiza Mərkəzinin 22 fevral 2019-cu il tarixli ekspert rəyi ilə nəyə görə razılaşmamasını, habelə X1 rəylərini nəyə görə mütəxəssis rəyləri kimi qiymətləndirib mötəbər sübut kimi qəbul etməsini qətnamədə əsaslandırmayıb. Halbuki, X1 rəyləri ilə, Məhkəmə Ekspertiza Mərkəzinin rəyi arasında kifayət qədər ziddiyyətlər vardır. Belə ki, X1 rəylərində iddiaçılara məxsus 18 saylı evin texniki pasportu üzrə 2,8 kv.metrlik, cavabdehə məxsus 20 saylı evin plan-sxemi üzrə 1,4 kv.metrlik hissənin cavabdeh tərəfindən tutularaq istifadə olunduğu və həmin hissələri əhatə edən hasarın iddiaçıların mülkiyyətinə aid olan torpaq sahəsində yerləşdiyi müəyyən edildiyi halda, Məhkəmə Ekspertiza Mərkəzinin rəyində cavabdehin əslində 18 və 20 saylı ünva nda yerləşən mülklər arasında olan 3,80 m2 torpaq sahəsindən istifadə etdiyi müəyyən edilir; - apellyasiya instansiyası məhkəməsi bu ziddiyyətlərə aydınlıq gətirmək üçün təkrar və ya əlavə ekspertizalar keçirməklə, tərəflərin həm sənəd üzrə, həm də faktiki istifadələrində olan torpaq sahələrinin yerində sərhədlərini, kordinatlarını, bütövlükdə ölçülərini, iddia olunan torpaq sahəsinin həqiqətən iddiaçıların mülkiyyətində olubolmadığını lazımi şəkildə araşdırmadan, sözügedən rəylərin mötəbərliliyini digər sübutlarla müqayisəli şəkildə yoxlamadan, birinci instansiya məhkəməsinin qətnaməsini yuxarıda göstərilən hissədə dəyişdirmişdir: - apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə sözügedən X1 belə bir rəy verməyə səlahiyyətli olub-olmadığını və həmin rəylərin mötəbərliliyini Mülki Prosess ual Məcəllənin 76.1, 76.2, 76.3, 81-ci maddələrinin tələbləri baxımından kifayət qədər yoxlamayıb. Sadalanan prosessual normaların mənasına görə, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Məhkəmənin mülki prosessual məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz; - habelə, Ədliyyə Nazirliyinin birinci və apellyasiya instansiyası məhkəmələrinə ünvanladığı 01 iyun 2021-ci il tarixli məktubdan görünür ki, heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda, ayrı-ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tər əfindən (bəzən əvvəllər əldə etdikləri məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrdən istifadə edilməklə) müxtəlif məsələlərlə bağlı özəl məhkəmə ekspertizası rəyi kimi qələmə verilən sənədlər hazırlanır və məhkəmələrə təqdim olunur. Bildirilir ki, belə sənədlərin özəl məhkəmə ekspertizası rəyi kimi qəbul olunması qanuna ziddir və onlardan məhkəmə icraatı çərçivəsində istifadə olunmasına yol verilmir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Apellyasiya instansiyası məhkəməsinin 2(104)-366/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), İslam Həsənov, Şamil Rzaquliyev)
23. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd edib ki, iddiaçıların subyektiv hüququ 05 mart 2013-cü il tarixli Çıxarışla təsdiq edildiyi üçün sonrakı dəyərləndirmə iddiaçıların torpaq sahəsindən və ya onu bir hissəsindən cavabdehin istifadə edib-etməməsinin müəyyən edilməsi və orada tikli inşa edilməsinin müəyyən olunmasıdır.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, bu halın müəyyən edilməsi xüsusi bilik tələb etdiyinə görə birinci instansiya məhkəməsi haqlı olaraq ekspertiza təyin etmişdir. Həmin rəyə əsasən də ünvan 2 ünvanda yerləşən mülklər arasında olan 3,80 m2 torpaq sahəsindən cavabdeh istifadə edir.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə göstərib ki, cavabdeh Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə mübahisəli torpaq sahəsinin kimin istifadəsində olmasının müəyyən edilməməsini bildirsə də, bu dəlil həmin rəylə təkzib olunur. Belə ki, rəylə müəyyən olunur ki, iddiaçılara məxsus 18 saylı ünvanda yerləşən yaşayış evinə dair 3.80 m2 torpaq sahəsindən cavabdeh istifadə edir.
26. Apellyasiya instansiyası məhkəməsi işdə olan X1 rəyləri ilə razılaşmayaraq, Məhkəmə Ekspertiza Mərkəzinin rəyini mötəbər sübut kimi qəbul edərək, bunu onunla əsaslandırmışdır ki, həmin rəylə qonşu mülklər arasında olan 3.80 m2 torpaq sahəsindən cavabdehin istifadə etməsi müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin birinci və apellyasiya instansiyası məhkəmələrinə ünvanladığı 01 iyun 2021-ci il tarixli məktubdan görünür ki, heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən (bəzən əvvəllər əldə etdikləri məhkəmə eksperti ixtisası verilməsi barədə şəhadətnamələrdən istifadə edilməklə) müxtəlif məsələlərlə bağlı özəl məhkəmə ekspertizası rəyi kimi qələmə verilən sənədlər hazırlanır və məhkəmələrə təqdim olunur. Bildirilir ki, belə sənədlərin özəl məhkəmə ekspertizası rəyi kimi qəbul olunması qanuna ziddir və onlardan məhkəmə icraatı çərçivəsində istifadə olunmasına yol verilmir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (vəkil X4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi ni, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayət belə əsaslandırılıb: - məhkəmə tərəfindən yerli baxış keçirilirkən iddiaçı özü də etiraf edib ki, həmin evdə 1977-ci ildən yaşayır və hələ cavabdeh qonşu evi almamışdan əvvəl həmin tikili mövcud olub. Cavabdeh də bu faktı təsdiq edərək, evi alarkən reyestr xidmətinin işçiləri tərəfindən evə baxış keçirildiyini, texniki pasport və çıxarış tərtib edilərək, həmin tualetin onun mülkiyyəti kimi qeyd edildiyini bildirib; - işdən də göründüyü kimi, mübahisələndirilən və cavabdehin sahibliyində olan torpaq sahəsi və tikili onun qanuni sahibliyindədir və adına verilən çıxarışda və texniki pasportda öz əksini tapır; - bundan başqa, 1977-ci ildən bəri mübahisəli 4 m2 torpaq sahəsi heç vaxt iddiaçıların faktiki sah ibliyində olmamışdır; - apellyasiya məhkəməsi isə kassasiya instansiyası məhkəməsinin göstərişlərini pozaraq, yalnız mübahisələndirilən yerin cavabdehin sahibliyində olması məsələsini aydınlaşdırmış və birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertizanın rəyini əsas götürməklə iddianı təmin etmişdir. Halbuki, həmin rəydə mübahisəli sahənin kimin mülkiyyətində olması göstərilməmişdir; - həmçinin, əvvəlki apellyasiya baxışında alınmış alternativ ekspertiza rəylərində də ziddiyyətlər vardır. Belə olan halda, işin həlli üçün mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə tərəfindən ekspertiza təyin etməli idi ki, kassasiya məhkəməsinin də göstərişləri bu istiqamətdə olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahi bliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (1, 2 və 3-cü bəndlər). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazl arının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərar dadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi i şə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərə k işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüq uq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Apellyasiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib.
35. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
36. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
37. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi barədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə y iyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamalıdır.
38. İşin apellyasiya instansiyası tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçılara məxsus ünvan 3 ünvanda yerləşən yaşayış evinə dair 3.80 m2 torpaq sahəsindən cavabdeh istifadə edir. Cavabdeh Məhkəmə Ekspertiza Mərkəzinin rəyi ilə mübahisəli torpaq sahəsinin kimin istifadəsində olmasının müəyyən edilməməsini bildirsə də, bu dəlil həmin rəylə təkzib olunub.
39. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir.
40. Məhkəmə kollegiyası iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya məhkəməsinin hazırki qərarın 23-26-ci bəndlərində əks edilən mövqeyini əsa slı sayır. Həmin bəndlərdə qeyd edilənlərdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət hazırki iş üzrə kassasiya məhkəməsinin qərarında verdiyi göstərişlərə əməl edərək qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
41. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
42. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin kassasiya instansiyası məhkəməsinin göstərişlərini pozaraq, yalnız mübahisələndirilən yerin cavabdehin sahibliyində olması məsələsini aydınlaşdırması, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspe rtizanın rəyi əsas götürülsə də, həmin rəydə mübahisəli sahənin kimin mülkiyyətində olmasının göstərilməməsi, əvvəlki apellyasiya baxışında alınmış alternativ ekspertiza rəylərində də ziddiyyətlər olması, belə olan halda, işin həlli üçün mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə tərəfindən ekspertiza təyin edilməli olması barədə kassasiya məhkəməsinin göstərişlərinə əməl edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsaslı saymır.
43. Əvvəla, qeyd edildiyi kimi, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarında ekspert rəyləri ilə bağlı göstərişlərinə əməl edərək, məhz Məhkəmə Ekspertizası Mərkəzinin rəyi əsas götürməli olmasını qətnamədə əsaslandırmışdır. Bundan əlavə, X1 rəyləri apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmədiyindən, həmi n rəylərdə ziddiyyət olması və bu əsasla təkrar və ya əlavə ekspertiza təyin edilməli olması barədə dəlilə qiyməıt verməyə artıq zərurət də aradan qalxmışdır.
44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-366/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.