Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1843/2020 04.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7687/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Emin Mehdiyev) xx xxxxxx 2018-ci il tarixli 2(006)-4159/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, 11-ci Ordu küçəsi, 7 saylı evə istifadə hüquqlarınana xitam verilməsi barədə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Raqib Qurbanov –sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseyn) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, 11-ci Ordu küçəsi, 7 saylı evə istifadə hüququn a xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul edilən qətnamə maddi hüquq normalarının formal tətbiqi nəticəsində qəbul edilmiş, işin mahiyyətinə obyektiv qiymət verilməmiş, nəticədə iddiaçının qanunla qorunan hüquqları pozulmuş, həmin hüquqların bərpa edilməsi yoll arı göstərilməmiş, bunun nəticəsində iddiaçı tərəf faktiki olaraq çıxılmaz vəziyyətdə qalmışdır, Cavabdehlərin mübahisəli evdə daimi qeydiyyatda olması və orada yaşamadıqları işin mübahisəsiz halı olsa da, iddia tələbini təmin etməyən məhkəmə həmin şəxslərin mübahisəli evdə istifadə hüququ olmadığı qənaətinə gəlməklə, faktiki şəkildə onları əsassız olaraq məsuliyyətdən kənarda qoymuşdur. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2020-ci il tarixdə Ali Məhkəməyə ərizə göndərərək iş üzrə İddiaçı xx.xx.2020-ci il tarixdə öldüyünü və iddiaçının prosessual hüquq varisliyinin müəyyən edilməsi üçün mülki işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Ərizəyə “Ölüm haqqında Şəhadətnamə”nin surəti əlavə edilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə laz ımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və İddiaçı nümayəndəsi və vəkili Vəkil təqdim etdiyi ərizəni nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxx 2019-cu il tar ixli qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil nun məhkəməyə təqdim etdiyi ərizədən və ərizəyə əlavə edilmiş “Ölüm haqqında Şəhadətnamə”nin surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Proesessual Məcəlləsinin 261.0 və 261.0.7-ci madələrinə görə, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraat xitam verir. İşdən göründüyü kimi hazırki iddia tələbi iş üzrə cavabdehlərin iddiaçının mülkiyyətinə olan Bakı şəhəri, Nəsimi rayonu, 11-ci Ordu küçəsi, 7 saylı evə istifadə hüquqlarınana xitam verilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu məsələ ilə bağlı hüquq münasibətlərində hüquq varisliyinə yol verilmir. Həmin münasibətlərdə şəxslərin dəyişməsi yolverilməzdir. İddia tələbi sırf Nail Talıbovun iradəsi ilə bağlıdır. Ona görə də, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırki iş üzrə icraat xitam verilməsi maraqlarına toxunan digər şəxslərin hazırki mübahisə ilə bağlı müstəqil iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Mülki Prosessual Məcəllənin 417.1.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələ rinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-261.0.7, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7687/2019 nömrəli iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş üzrə icraat xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-1843/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1843/2020
04.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver