Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1843/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı BOKT QSC-nin cavabdeh XXXna qarşı iş üzrə QƏRARİ İş № 2(102)-1843/22 (Açar sözlər: tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, 19 aprel 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı İddiaçı BOKT QSC-nin cavabdeh XXXna qarşı «əsas borcun və faizin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9631/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh XXX tərəfindən veri lmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 18.04.2013-cü il tarixli 0946 saylı kredit müqaviləsinə əsasən, "xxxx" ASC-nin «Sənaye» filialı tərəfindən XXXna 60 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 20.730 ABŞ dolları məbləğində kredit verilmişdir. 2. 18.04.2013-cü il tarixli 946 saylı ipoteka müqaviləsinə əsasən, kredit müqaviləsi üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə XXX, özünə məxsus olan, «Hyundai Elentra» markalı ** DP *** dövlət qeydiyyat nişanlı (2013-cü il buraxılışlı, G4NBDU614174 mühərrik nömrəli, KMHDH41EBDU770499 ban nömrəli, safari rəngli) minik avtomobilini banka ipoteka qoymuşdur. 3. “X2 Edilməsi Agentliyi MMC”-nin 17 senty abr 2018-ci il tarixli, 2420 nömrəli bildirişinə əsasən, XXXndan borcu ödəməsini tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
4. İddiaçı BOKT QSC XXXnın müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə hazırki mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" MMC cavabdeh XXXna qarşı «əsas borcun və faizin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh XXXndan 18 aprel 2013-cü il tarixli 0946 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 17.754 ABŞ dolları, faiz üzrə 4.595 ABŞ dolları 05 sent, ümumilikdə 22.349 ABŞ dolları 05 sent məbləğində kredit borcu və ödənilmiş 30 manat məbləğində dö vlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi; kredit borcunun cavabdeh XXXnın mülkiyyətində olan «Hyundai Elentra» markalı ** DP *** dövlət qeydiyyat nişanlı (2013-cü il buraxılışlı, G4NBDU614174 mühərrik nömrəli, KMHDH41EBDU770499 ban nömrəli, safari rəngli) minik avtomobilinə yönəldilərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin cavabdeh XXXna qaytarılması; satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda cavabdeh XXXna məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSCnin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişd ir.
6. Sonradan əsl olmayan iddiaçı "xxxx" MMC əsl İddiaçı BOKT QSC ilə əvəz edilmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmış, müəyyən edilmiş qrafik üzrə ödənişləri etməmiş, nəticədə kredit borcu yaranmışdır.
8. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-680/2019 nömrəli, 25 yanvar 2019-cu il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2019-cu il tarixli 8559 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, XXX tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış və 18 aprel 2013-cü il tarixli 0946 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə XXXnın 18 aprel 2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu ümumilikdə 29.577 ABŞ dolları 16 sent məbləğində müəyyən edilir, o cümlədən: 18.04.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): - əsas borc üzrə – 18.007 ABŞ dolları 40 sent; - faiz üzrə – 11.569 ABŞ dolları 76 sent.
10. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-680/2019 nömrəli, 21 oktyabr 2019-cu il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2020-ci il tarixli 2347 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən XXX tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış və 18 aprel 2013-cü il tarixli 0946 saylı kredit müqaviləsinin şərtl əri əsas götürülməklə XXXnın 18 aprel 2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu ümumilikdə 26.653 ABŞ dolları, 94 sent məbləğində müəyyən edilir, o cümlədən: 18.04.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): - əsas borc üzrə – 18.007 ABŞ dolları 40 sent; - faiz üzrə – 8.646 ABŞ dolları 54 sent.
12. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-156/2020 nömrəli, 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2021-ci il tarixli 9/4526 saylı iqtisad ekspertizasının rəyinə əsasən, Respublikada yerləşən avtobazalarda mövcud olan qiymətlərə, internet saytı və məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında top lanmış məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 2013-cü il buraxılışlı, mühərrik tutumu 1800 kub/sm, 117886 km yürüşlü, «Hyundai Elantra» markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə orta bazar qiyməti təxminən 18.000 manat müəyyən olunur.
14. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-64/2021 nömrəli, 05 aprel 2021-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2021-ci il tarixli 9/2517 saylı ekspert rəyinə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş 2013-cü il buraxılışlı, mühərrik tutumu 1800 kub/sm, 117886 km yürüşlü, «Hyundai Elantra» markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə orta bazar qiyməti təxminən 18.000 manat, likvid qiyməti 17.000 manat müəyyən olunur.
16. Cavabdeh tərəfindən iddia tələbinə etiraz ərizəsinə əlavə edilmiş “X1” MMCnin 22 aprel 2020-ci il tarixli 217 saylı ekspert rəyinə əsasən, "xxxx" ASC “Sənaye” filialı ilə bağlanmış 18.04.2013-cü il tarixli, 0946 saylı kredit müqaviləsi şərtlərini, yəni borc ödənişi dəfələrlə gecikdirildiyi, borc alanın ödəniş olmadığı səbəbindən müqavilnin 6.9.1-ci bəndinin tələbləri əsas tutularaq 30.05.2014-cü il tarixdən qanunvericiliklə müəyyən edilmiş qaydada borc alanın öhdəliklərinin icrasının təminata yönəldilməsi proseduru başlayıb əmlaka iddia irəli sürüb faizlərin hesablanması bank tərəfindən dayandırıla bilərdi. Qeyd edilən hallar nəzərə alınmaqla 30.05.2014-cü il tarixdən faizlərin hesablanması dayandırılması şərti ilə 18.04.2018-ci il tarixinə Ə.Ağayevanın banka olan borcu 14.238,95 (18.607,36 + 264,81 – 4.633,22) ABŞ dolları məbləğində müəyyən edilir.
17. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-64/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia tələbi qismən təmin edilmiş, 17.754 ABŞ dolları əsas borc, 4.595 ABŞ dolları 05 sent faiz olmaqla, cəmi 22.349 ABŞ dolları 05 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh XXXndan tutularaq İddiaçı BOKT QSC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan «Hyundai Elentra» markalı **-DP-*** dövlət qeydiyyat nişanlı (2013-cü il buraxılışlı, G4NBDU614174 mühərrik nömrəli, KMHDH41EBDU770499 ban nömrəli, safari rəngli) minik avtomobilinə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, avtomobilin ilkin satış qiymətinin 17.000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləğinin İddiaçı BOKT QSC-yə ödənilməsi, İddiaçı BOKT QSC-nin tələbləri ödənildikdən sonra qalan məbləğin XXXna qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdeh XXXndan tutularaq İddiaçı BOKT QSC-yə ödənilməsi qət edilmiş, qalan hissədə iddia ərizəsi təmin edilməmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda cavabdeh XXXna məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi hazırda deyil, qətnamənin icrası mərhələsində arcİ» haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilə bilər.
19. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 319.1, 385.1, 386.1, 442, 445, 448.1, “İpoteka haqqında” Qanunun 34.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
20. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və şikayətini belə əsaslandırmışdır ki, iddiaçı öz hüququndan sui-istifadə etmiş, öz vəzifəsinə əməl etməyərək zamanında təminat üsuluna tələb yönəltməmiş, bununla da, borc məbləğinin əsassız şişirdilməsinə nail olmuşdur. İş materiallarında olan X1 tərəfindən tərtib edilmiş 22.04.2020-ci il tarixli ekspert rəyindən görünür ki, iddiaçı tərəfindən müqavilənin 6.9.1-ci bəndi kobud şəkildə pozu lmuş, 30.05.2020-ci il tarixdən etibarən müvafiq yönəltmə proseduruna başlamalı olduğu halda, bunu qəsdən etməmiş və nəticədə artıq məbləğ hesablanmışdır. Digər tərəfdən, cavabdeh mübahisə predmeti olan nəqliyyat vasitəsini 18.04.2013-cü ildə 18900 manata almışdır. Lakin, müqavilədə manatın məzənnəsi daha aşağı göstərilib və bu minvalla cavabdehi aldadaraq 465 manat maddi ziyan vurulmuşdur. Məhkəmə sadalanan hallara heç bir qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9631/2021 nömrəli, 04 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- R.Həsənov (sədrlik edən və məruzəçi), V.İbayev və Ş.Məhərrəmova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-64/2021 nö mrəli, 01 iyul 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
23. Belə ki, apellyasiya şikayətində cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6.9.1 və 9.1-ci maddələrinə istinad etməklə, iddiaçının öz hüquqlarından suiistifadə etdiyini, öz vəzifəsinə əməl etməyərək zamanında təminat üsuluna tələb yönəltmədiyinə, bununla da borc məbləğinin əsassız şişirdilməsinə nail olduğunu bildirmişdir.
24. Cavabdehin qeyd etdiyi kimi, müqavilənin 6.9.1-ci bəndi öhdəliyin onun tərəfindən lazımı qaydada icra etməməsi səbəbindən iddiaçının tələbin təminat üsullarından istifadə etməsi gec ikdirilmiş borc məbləğinin ödənilməsi üçün ipoteka ilə yüklü edilmiş avtomobilin qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi özgəninkiləşdirilməsini, habelə bütün borc məbləğinin birdəfəlik şəkildə cavabdeh tərəfindən ödənilməsini ehtiva edir. Bunun əvəzində, iddiaçının həmin təminat tədbirinə əl atmaması cavabdehə gecikdirilmiş ödənişləri həyata keçirməyə və bundan sonra qrafik üzrə ödənişlərini etməklə müqavilə münasibətlərini davam etdirməyə imkan yaratmış olur.
25. Bundan başqa, cavabdeh müqavilə üzrə ödənişləri gecikdirməyə başladığı vaxt öz təşəbbüsü ilə banka müraciət etməklə ipoteka predmeti olan avtomobili özgəninkiləşdirərək borcunun və ya onun bir hissəsinin bağlanmasına nail ola bilərdi. Lakin cavabdehin belə bir təkliflə banka müraciət etməsi iş materialları ilə müəyyən e dilmir.
26. Belə olan halda, cavabdehin kredit müqaviləsinin şərtinə istinad etməklə iddiaçı tərəfindən ona qarşı vaxtında məcburi tədbirlərin həyata keçirilməməsinin hüquqdan sui-istifadə kimi qiymətləndirilməsini məhkəmə kollegiyası düzgün hesab etməmişdir.
27. Cavabdeh tərəfindən təqdim edilmiş X1 tərəfindən tərtib edilmiş məhkəmə mühasibətlıq ekspertizasının rəyi ilə bağlı apellyasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əsassız hesab etmişdir.
28. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə bankdan 20.730,00 ABŞ dolları kredit götürmüş, ödəniş qrafiki üzrə ödənişlərin aparılacağı təqdirdə, cavabdeh tərəfindən 60 ay ərzində ödənilməli olan əsas və faiz borcunun ümumi məbləği 31586,40 ABŞ dolları təşkil etməli idi. Lakin cavabdehin tə rəfindən müqavilə üzrə cəmi 7683,00 ABŞ dolları ödəniş edilmişdir. Bank tərəfindən həmin məbləğin 2722,60 ABŞ dolları əsas borcdan, 4960,40 ABŞ dolları isə faiz borcundan silinmişdir.
29. Təqdim edilmiş X1 tərəfindən tərtib edilmiş rəydə isə cavabdehin banka olan borcunun 14238,95 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir.
30. Göründüyü kimi, cavabdeh tərəfindən ödənilməli olan ümumi məbləğin 31586,40 ABŞ dolları təşkil etdiyi halda, onun cəmi 7683,00 ABŞ dolları ödəniş etdikdən sonra qalıq borc məbləğinin 14238,95 ABŞ dolları təşkil etməsi, ödənişlərin cavabdeh tərəfindən gecikdirilməsi də nəzərə alınmaqla, işin hallarına uyğun deyildir.
31. Cavabdehin kredit alarkən iddiaçı tərəfindən aldadılması və ona 465 manat maddi ziyan vurulması ilə bağlı dəlilini də məhkəmə əsassız hesab edərək qeyd etmişdir ki, iş materiallarında olan kassa məxaric orderindən görünür ki, cavabdeh 24.04.2013-cü il tarixdə 20.730,00 ABŞ dolları pulu şəxsən imza etməklə bankdan götürmüşdür. Hazırkı iddia tələbi də məhz 20.730,00 ABŞ dolları məbləğində kreditin ödənilməməsi əsası ilə irəli sürülməklə, hesablamalar da həmin məbləğdən çıxış etməklə aparılmışdır.
32. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərini t əkrarlamaqla əsaslandırmışdır. Kassasiya şikayətində Mülki Məcəllənin 16.1, 560.2, 560.3.2, Mülki Prosessual Məcəllənin 14, 80, 81, 88, 217.3, 217.4-cü maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
37. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
38. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
39. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pu la və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
40. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq po zuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
49. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
52. İşin mübahisəsiz halı bundan ibarətdir ki, cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş avtomobili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir.
53. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edir ki, həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmaqla düzgün və ətraflı hüquqi qiymət verilmişdir.
54. Belə olan halda, kassasiya şikayətinin dəlilləri formal olmaqla, apellyasiya insta nsiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. 55. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun
56. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikl əri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əs as yoxdur.
58. Qeyd olunan hallarını nəzərə alan kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9631/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova