Məhkəmə qərarları › İş №2(102)-1844/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1844/2020

10.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1844/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X15 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Cavabdeh, vəkili X16, üçüncü şəxslər XXX oğlu və X7 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(008)-9776/2017, hakim V.İ.Həsənov) İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə d air iddiası təmin edilmiş, İddiaçı XXX (özbaşına tikiliyə) köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-2659/2018, hakimlər M.A.Məmmədov, X.Ə.Sarıyev və H.Ü.Həmidov) Cavabdeh və XXX oğlunun apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (iş 2(102)-7296/2018 hakimlər Ə.A.Əhmədov, A.Ə.İsgəndərov, İ.K.Dəmirov) Cavabdeh, XXX oğlunun kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi nin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-2411/2019, hakimlər Ş.Ə.Məhərrəmova, E.Y.Şamayev və İ.Ə.Kərimli) Cavabdeh və XXX oğlunun apellyasiya şikayətləri təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (iş 2(102)-6073/2019 hakimlər İ.R.Xələfov, Ə.A.Mirzəliyev, Ə.Ə.Şadiyev)İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-12976/2019, hakimlər A.Q.Hüseynov, A.N.İman ov və V.N.Sadıqov) Cavabdeh və XXX oğlunun apellyasiya şikayətləri təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia rədd edilmişdir Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh ilə İddiaçı xx xxxxx 2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, həmin nikahdan xx xxx 2009-cu il tarixdə Hüseyn, xx xxxxxx 2010-cu il tarixdə Vüsal adlı uşaqları doğulmuşdur. xx xxx 2017-ci il tarixdə İddiaçı ailəsinə bir daha qayıtmayacağını, onu axtarmamaları və s. barədə məktub qoymaqla evdən getmiş və bununla əlaqədar Cavabdeh tələbi əsasında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar ataları Cavabdeh yanında saxlanılmışlar. xx xxx xxx 2017-ci il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək XXXyerləşən uşaqlarının yaşadıqları evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar araşdırılmamış, təqdim edilmiş sübutlar tam, obyektiv və qərəzsiz qiymətləndirilməmiş, o cümlədən təqdim edilmiş orderin mübahisəli ünvana aid olub-olmaması ümumiyyətlə aydınlaşdırılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbər dar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini əsassız edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxslər vəkilsiz iştirak etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edil məsinin əsasları müəyyən edilmişdir. İddiaçı hazırda cavabdehlə birgə nikah dövründə yaşadığı evə köçürülməsini tələb edir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx xxxxxxxx 1989-cu il tarixli, 19 saylı xüsusi orderə əsasən, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu ərazisində 2 otaqlı 40 kv.m sahəsi olan yaşayış ev Mübariz Məmmədova verilmişdir. Orderdə ailə üzvləri kimi X10, Cavabdeh, X2 və X3 qeyd edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, mübahisəli evin iki otağı orderlə Mübariz Məmmədova verilmiş, həmin evə bitişik olan otaq isə sonradan (1992-ci ildə) özbaşına inşa edilmişdir və hər hansı hüquq müəyyənedici sənədə əsaslanmır. İddiaçı evə gəlin köçərkən sol tərəfdən evə bitişik olan zalın və yataq otaqlarından birin in ona verildiyini, cehizləri həmin otaqlara yerləşdirdiyini, digər otaqların isə ümumi istifadədə olduğunu iddia etmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh adına özbaşına və ya xüsusi mülkiyyətdə tikilmiş ev olması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. Eyni zamanda iş üzrə digər üçüncü şəxs X19 Məmmədova məxsus evə bitişik inşa edilmiş özbaşına tikilinin onun özü tərəfindən inşa edildiyini, ona məxsus olduğunu və hazırda da həmin evdə özü, ailəsi ilə yaşadığını bildirmişdir. Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu ünvanında qeydiyyatda olan qonşular X4, X5 və X1 tərəfindən verilmiş yazılı və notarius qaydasında təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizədə də gö stərilmişdir ki, Əziz Məmmədov Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran Sovxozu ərazisində qardaşı Mübariz Məmmədovun evinə bitişik şəkildə ev tikmişdir və həmin evdə yaşayır. Beləliklə, iş üzrə müəyyən olunur ki, iddiaçının köçmək istədiyi mübahisəli ev cavabdehə məxsus olmadığı halda iddiaçı hazırkı iddiası ilə keçmiş ərini cavabdeh qismində seçərək ona qarşı, ona məxsus olmayan evə köçürülməsi tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin əsl cavabdehlə əvəz olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi iş üzrə iddia tələbinə cavab verməli olmayan şəxsə qarşı verilmiş iddia tələbinə mahiyyəti üzrə baxaraq iddianı təmin etmişdir. Apellyasiya məhkəməsi mülki prosessual qanunvericiliyə əsasən cavabdehin əsl cavabdehlə əvəz edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsini və həllini mümkün hesab etməmişdir. Apellyasiya baxışı zamanı cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ya əlavə cavabdehin cəlb edilməsi işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququnda məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə ziddir. Apellyasiya məhkəməsi hazırkı icraat çərçivəsində cavabdehin əsl cavabdehlə əvəz edilməsi və ya əlavə cavabdehin cəlb olunmasını qeyri-mümkün hesab edərkən, həmçinin nəzərə almışdır ki, iddiaçı işə birinci instansiya məhkəməsində baxılarkən vəkil olan nümayəndə vasitəsilə təmsil olunmuşdur. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edil ə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar