Məhkəmə qərarları › İş №2(102)-1844/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1844/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1844/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, pul vəsaitinin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, pul vəsaitinin tutulması tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)2690/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 03 may 2023-cü il tarixdə A li Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 10 fevral 2004-cü il tarixli aktın surətinə əsasən, X9 və həyat yoldaşı X4 ailə üzvülərinin razılığı ilə onlara məxsus olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı JN0086 0,45 ha və JN-0048 0, 28 ha, cəmi 0,73 ha pay torpağını X8 və X11 ilə öz razılıqları ilə dəyişdirərək 0,84 ha pay torpağını 2.500.000 (iki milyon beş yüz min) manat pula X1, X2 0.84 ha pay torpağına görə İddiaçı 2.500.000 manat alması, İddiaçı X7 2.500.000 manat pul verməsi aktlaşdırılmışdır.

2. RX ******* Dövlət reyestrindən çıxarışın surətinə əsasən, Bərdə rayonu, Yenidaşkənd kəndində Cavabdeh mülkiyyətinə kənd təsərrüfat təyinatlı 0.45 ha torpaq sahəsi qeydiyyata alınmışdır.

3. RX ******* Dövlət reyestrindən çıxarı şın surətindən müəyyən olunur ki, Bərdə rayonu, Yenidaşkənd kəndində Cavabdeh mülkiyyətinə kənd təsərrüfat təyinatlı 0.28 ha torpaq sahəsi qeydiyyata alınmışdır.

4. Bərdə Rayon Məhkəməsinin 2(021)-2065/2021 saylı, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin olunması, cavabdeh İddiaçı Azərbaycan Respublikası Əmlak Məssələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh və qeyrilərinə məxsus Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən 0.45 ha torpaq sahəsindən çıxarılmış, İddiaçı X10 qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası isə təmin edilməmişdir.

5. Gəncə Apellyasiya Məhkəməs inin 2(104)-422/2022 saylı, 13 yanvar 2022-ci il tarixli qətnaməsinin surətinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(021)-2065/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Bərdə rayon Yenidaşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 303 saylı, 03 avqust 2022-ci il tarixli arayışa əsasən Yenidaşkənd kənd icra nümayəndəliyi ərazisində bazar qiymətinə görə satılan torpaqlar təxminən 10-12 min manata satılır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq 04 avqust 2004-cü ildə Bərdə rayonu, Yenidaşkənd kəndində Cavabdeh və onun əri mərhum X9 ilə aralarında tərtib edilmiş alqı-satqı müqaviləsinin bağla nmış hesab edilməsinə, əks hala onun torpağın alınmasına görə ödədiyi 2.500.000 manat pul öz dəyərini itirdiyindən hazırkı aldığı torpağın bazar qiymətinə uyğunlaşdırılaraq 10000 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Yenidaşkənd kəndində yaşayır, 04 avqust 2004-cü ildə Cavabdeh və onun əri mərhum X9 ilə aralarında akt tərtib edərək, JN 0086 saylı dövlət aktı ilə Cavabdehnnın tam mülkiyyətində olan 0.45 ha torpaq sahəsini və JN 0048 ha dövlət aktı ilə mərhum X6 mülkiyyətində olan 0.28 ha torpaq sahəsini ona şahidlərin iştirakı ilə akt tərtib etməklə 2.500.000 manat pula satmış və torpağın sənədlərinin əsillərini ona təqdim etmişdir. X9 2010-cu ildə rəhmətə getmişdir. Yaməddin vəfat etdikdən sonra o, dəfələrlə mərhum Yaməddinin xanımı Cavabdeh təklif etmişdir ki, torpaq sahəsini adına rəsmiləşdirsinlər. Xanım isə öz növbəsində bildirmişdir ki, 2000 manat yenidən pul versin, bundan sonra torpağı rəsmiləşdirsin. Ona bildirmişdir ki, əlində şahidlərin iştirakı ilə akt var, həmin torpağı ona satıblar, şahidlərin iştirakı ilə mərhum əri Yaməddinə və ona pulu vermişdir, buna baxmayaraq cavabdeh dəfələrlə söz verməsinə baxmayaraq torpağı onun adına rəsmiləşdirməkdən yayınmışdır. Ona görə də o, məcbur olub, məhkəməyə müraciət etmişdir.

9. Daha sonra İddiaçı məhkəməyə iddia həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh torpağı almasına görə verdiyi 2.500.000 manatın hazırkı dövrdə olan pulla 10000 manatın alınıb on a verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq göstərmişdir ki, torpağı ona satıblar, orda artezian quyusu qazdırıb, tikililər tikib. Buna görə də cavabdehdən 10000 manat pul tələb edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, torpağı mərhum əri ilə birlikdə iddiaçıya satıb. Lakin yenə də torpaq onundur. İddiaçının ağlı olsa idi torpağı alandan sonra öz adına rəsmiləşdirərdi. Rəsmiləşdirmədiyinə görə torpağı ona məxsusdur və buna görə də torpağı iddiaçı boşaltmalıdır.

12. Bərdə Rayon Məhkəməsinin (X3) 2(021)-241/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 10.000 (on min) manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh, X9 arasında bağlanmış və 2004-ci il tarixli “tərəflər arasında alğı-satqı müqaviləsini əvəz edən” akt başlıqlı yazılı razılaşmadan görünür ki, Cavabdeh, X9 0.73 ha pay torpağını 2.500.000 (iki milyon beş yüz min manat) qarşılığında İddiaçı satmışdır. Digər tərəfdən Cavabdeh məhkəmə iclasında “torpağı İddiaçı satmışıq, ağlı var idi adına rəsmiləşdirərdi kimi” ifadəsində də qeyd etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən 0.45 ha torpaq sahəsi üçün ödənilmiş pulun hazırki bazar dəyəri, yəni 10.000 manat məbləğində pul tutularaq İddiaçı veril məlidir

14. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

16. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmədə işə baxılarkən mübahisəli torpağın icrəyə verildiyi barədə məhkəməyə məlumat versə də, məhkəmə onun bu dəlillərini nəzərə almamışdır. Bundan əlavə, iddiaçının tələb etdiyi məbləği təmin edərkən, keçmişdə verilən pulla hazırki pulun fərqini müqayisə etmək üçün ekspertiza təyin etməmiş və ya ban ka sorğu verməmişdir.

17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (Ə.Məmmədov, R.Muradov, F.Mehtiyev) 2(104)-2690/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, cavabdehdən 1889 manat məbləğində pul tutularaq İddiaçı verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

43. Kollegiya qeyd etmişdir ki, İddiaçı Bərdə rayonu Yenidaşkənd kəndində torpaq sahəsi almaq üçün 04 avqust 2004-cü ildə ödədiyi 2.500.000 manat pulun hazırki vaxta infliyasiyası nəzərə alınmaqla dəyərinin hansı məbləği təşkil etməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankına sorğu verilmiş və Mərkəzi Bankın 2022-ci il tarixli məktubuna əsasən pul məbləğinin indeksasiyasının Azərbayca n Respublikası Mərkəzi Bankının səlahiyyətlərinə aid olmaması, 01 yanvar 2006-cı il tarixdən etibarən 5000 köhnə manatın 1 yeni manat nisbətində denominasiya olunaraq 2.500.000 manatın nominal olaraq, 500 manat təşkil etdiyi, inflyasiya ilə bağlı hər hansı məlumat əldə edilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə müraciət olması bildirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Gəncə şəhər Statistika idarəsinə sorğu verilmiş, 07 dekabr 2022-ci il tarixli məktuba əsasən, 2022ci ilin oktyabr ayında 2004-cü ilin avqust ayına nisbətən inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 377.8 faiz təşkil etdiyi müəyyən edilmişdir. Adi riyazi hesablamadan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Yenidaşkənd kəndində torpaq sahəsi almaq üçün 04 avqust 2004-cü ildə ödədiyi 2.500.000 manat pulun hazırki vaxta inflyasiyası nəzərə alınmaqla dəyəri 500 manat x 377.8 faiz=1889 (bir min səkkiz yüz səksən doqquz) manat məbləğini təşkil etmişdir.

18. İşin apellyasiya baxışı zamanı aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Bərdə rayonu, Yenidaşkənd kəndində torpaq sahəsi almaq üçün 04 avqust 2004cü ildə ödədiyi 2.500.000 manat pulun hazırki vaxta inflyasiyası nəzərə alınmaqla dəyəri 1889 (bir min səkkiz yüz səksən doqquz) manat məbləğini təşkil edir. Birinci instansiya məhkəməsi isə 2004-cü ildə iddiaçıya etibarsız əqd əsasında verilmiş torpaq sahəsinin hazırki vaxta olan dəyərinin (10.000 manatın) alınması barədə qərar qəbul etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməs inin iş üzrə qəbul etdiyi qətnamə tətbiq edilməli olan maddi hüquq normasının tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir

19. Kollegiya öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 337, MPM-in 285-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh məhkəmə iclas zalında bildirdi ki, torpağı İddiaçı satmışdır. Həmin mübahisəli torpaq sahəsinin Cavabdeh və onun əri mərhum X9 tərəfindən İddiaçı 2.500.0 00 manata satması tam sübuta yetmişdir. Y.Məmmədov vəfat etdikdən sonra iddiaçı, dəfələrlə Cavabdeh təklif etmişdir ki, torpaq sahəsini adına rəsmiləşdirsinlər Cavabdeh isə öz növbəsində yenidən ona pul ödənildiyi halda həmin torpaq sahəsini sənədləşdirəcəyini bildirmişdir. Bundan əlavə İddiaçı tərəfindən mübahisəli torpaq sahəsində artezan quyusu vurulmuş torpağın münbitləşdirilməsi üçün xeyli məbləğdə pul xərclənmişdir. Həmin məbləğlər apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən ə qdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir

25. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

26. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

27. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 3

2. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya ba xışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya sı məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

39. Kassasiya şikayəti nin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 01 yanvar 2006-cı il tarixdən etibarən 5000 köhnə manatın 1 yeni manat nisbətində denominasiya olunaraq 2.500.000 manat nominal olaraq 500 manat təşkil etmişdir. 2022-ci ilin oktyabr ayında 2004-cü ilin avqust ayına nisbətən inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi 377.8 faiz təşkil etdiyi müəyyən edilmişdir.

40. Məhkəmə kollegiyasının qənaətinə görə İddiaçı Bərdə rayonu, Yenidaşkənd kəndində torpaq sahəsi almaq üçün 04 avqust 2004-cü ildə ödədiyi 2.500.000 manat pulun hazırki vaxta inflyasiyası nəzərə alınmaqla dəyəri 1889 manat (500 manat x 377.8 faiz) məbləğini təşkil etmişdir.

41. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və qeyd edir ki, iddiaçının tələb etdiyi 10.000 manat məbləğinin həm in vaxt verilmiş pul məbləğinin inflyasiyanin nəticəsi olan məbləğ olaraq qəbul edilməsi üçün əsaslar mövcud deyildir.

42. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2690/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar