Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1845/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkdən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mülkdən çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2(104)-2844/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair mülki işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. 2. 30 iyul 2021-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-saqı müqaviləsinə əsasən, satıcı X7 qızı, alıcı isə İddiaçıdur. Satıcı ünvan 2i ünvanında yerləşən, mülkiyyətdə olan 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 103.5 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə alıcı İddiaçı 20000 manat qiymətinə satması qeyd edilmişdir. 3. ünvan 2ində 0, 12 hektar torpaq sahəsində yerləşən xüsusi mülkiyyət növlü 103,5 kv/m fərdi yaşayış evi hüquq sahibi kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehi onun mülkiyyətində olan ünvan 2ində yerləşən fərdi yaşayış evindən bütün əşyaları və təsərrüfatı ilə çıxarılması və 7 ay onun mülkiyyətindən istifadə etdiyi üçün hər ay üçün 500 manat olmaqla, cəmi 3500 manat pul vəsaitinin və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 iyun 2021-ci ildə Gəncə Asan Xidmət X1 xüsusi mülkiyyətində olan ünvan 2ində yerləşən 0,12 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 103,5 kv/m olan fərdi yaşayış evini, tam mülkiyyət üzrə daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində həmin ev iddiaçının adına xüsusi mülkiyy ət kimi qeydiyyata alınmışdır. İddiaçı mülkü alan zaman cavabdeh həmin evdə yaşayıb toyuq-cücə saxlamaqla fermer təsərrüfatı ilə məşğul olmuşdur. İddiaçı həmin evi alanda evin əvvəlki mülkiyyətçisi olan Vahidə Mustafayevaya cavabdehin evdən çıxarılmasını bildirmişdir. Vahidə Mustafayeva iddiaçıya cavabdehin həmin evə müəyyən məbləğ verməklə evi kirayəyə götürüb istifadə etməsini və razılaşma olarsa cavabdehin həmin evdən yenidən istifadəsini davam etdirməsini bildirmişdir. Vahidə Mustafayeva cavabdehi çağıraraq evi iddiaçıya satmasını bildirməklə ya evi boşaltmasını, ya da ki, işini davam etdirmək üçün iddiaçı ilə razılaşmasını bildirmişdir. Beləliklə, cavabdeh hər ay iddiaçıya 500 manat ödəməklə işini davam etdirməsi barədə öz aralarında razılaşmışlar. Həmin vaxtdan 7 ay keçməsinə baxmaya raq cavabdeh iddiaçıya hər hansı ödəniş etməmişdir. İddiaçı tərəfindən cavabdehə evin boşaldılması barədə bildirilməsinə baxmayaraq o, evi könüllü olaraq boşaltmamışdır. Bu səbəbə görə iddiaçı məcbur olub Göygöl rayon Polis Şöbəsinə müraciət etmişdir. Şöbədən ona bu məsələ mülki xarakterli olduğu üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
6. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin yalnız cavabdehin fərdi yaşayış evindən bütün əşyaları ilə birlikdə çıxarılması hissəsində qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Göygöl rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(066)-411/2022 nömrəli, 10 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddia təmin edilmiş, cavabdehin iddiaçıya mə xsus olan ünvan 2ində yerləşən fərdi yaşayış evindən bütün əşyaları ilə birlikdə çıxarılması, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, ünvan 2ində yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Cavabdehin mübahisəli evdə qanunsuz yaşaması iddiaçının bir mülkiyyətçi kimi konstitusiya və qanunlarla təminat verilmiş mülkiyyət hüquqlarını pozur. Belə ki, cavabdehin müvafiq evdə yaşaması üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olduğu halda, iddiaçı haqlı olaraq, cavabdehin çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin ailə üzvü hesab edilmədiyindən, həmçinin iddiaç ı ilə mülkiyyətçi arasında notariat qaydasında təsdiq edilmiş heç bir yazılı razılaşma bağlanmadığından və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından iddia tələbi təmin edilərək cavabdeh mübahisəli evdən çıxarılmalıdır.
10. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 125.7-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 152, 157.4, 164.1, 165.1-ci maddələrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4, 220.5-ci maddəsinə, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya əlavə protokolun 1-ci maddəsinə, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas a zadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzər Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci maddəsinə, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsininin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına,“”Ü.Rəhimovanın şikayəti üzə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 17 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Resp ublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2009-cu il tarixli qərarına, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işinə, “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarına, “Oferta Plus S.R.L Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarına, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına, “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007ci il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əs aslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, ünvan 2ində yerləşən fərdi yaşayış evini iddiaçı ilə aralarında olan razılığa əsasən öz şəxsi işləri ilə əlaqədar ayda 500 manat ödəmək şərti ilə arendaya götürmüşdür. Həmin müddətdən sonra razılaşdıqları ödənişləri iddiaçıya ödəmişdir. Məhkəmə qətnamə qəbul edərkən qeyd edilən halları araşdırmamışdır.
13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-2844/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi) Rəhman Muradov, Fikrət Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasi ya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən müəyyən edilmişdir ki, Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Cavabdehin mübahisəli evdən iddiaçının iradəsinə zidd olaraq istifadə etməsi iddiaçının bir mülkiyyətçi kimi Konstitusiya və qanunlarla təminat verilmiş mülkiyyət hüquqlarını pozur. Belə ki, iddiaçının mülkiyyətində olan həmin evdən cavabdehin istifadə etməsi üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Buna görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən iddia tələbi təmin edilmişdir.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab etmişdir.
16. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işdə olan sənədlərdən göründüyü kimi İddiaçı 30 iyun 2021-ci il tarixdə ünvan 2ində yerləşən 0.12 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 103.5 kv.m olan fərdi yaşayış evini X2 alqı-satqı yolu ilə almışdır. Həmin tarixdən sözügedən fərdi yaşayış evi onun mülkiyyətindədir. İddiaçı qeyd edilən evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli çıxarış almışdır. Cavabdeh isə həmin əmlakla bağlı hər hansı bir hüquqları qeydə alınmamışdır. Bu baxımdan cavabdeh tərəfin iddiaçıya məxsus olan mülkdən sərbəst və səmərəli istifadə etmək istəkləri tam əsassızdır.
17. Məhkəmə kollegiyası mövqey inin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 14, 152.1, 157.2, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına 1 saylı əlavə Protokolun 1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 76.1, 76.2, 77.1, 78.1, 88, 106.1, 217.3, 372.7, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd olunan mənzildə doğularaq orada böyüyüb boya-başa çatmışdır. Uşaqları da orada doğulmuşlar. Hazırda da qeyd olunan mənzildə yaşamaqdadırlar. Cavabdeh qeyd etmişdir ki, mübahisəli mənzil onun valideyninə məxsus olmaqla onların orada yaşamaq hüququ olmuş və hazırda da mülkiyyətçi dəyişsə də belə onların oradan istifadə etməklə yaşamaq hüquqları vardır. Birinci və apellyasiya instansiya məhkəmələri bunların heç birinə qiymət vermədən iddianı təmin etmişlər. Apellyasiya instansiya məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericiliyin onlara verdiyi mümkün vasitələrdən istifadə etməmişdir. Bu isə Konstitusiyada, mülki və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin hüquqlarının təmin olunması prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna etmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
21. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokol
22. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllə
23. Maddə 6.1.4. Mülki qanunvericiliyin prinsipləri ndən biri mülkiyyətin toxunulmazlığıdır.
24. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər (14.2.1)
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorum aq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir
30. Maddə 77.1.Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci in stansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər süb utlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kassasiya baxışının hədləri
37. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən pro sessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
41. Belə ki, cavabdehin kassasiya şikayətinin dəlili iddiaçının mülkiyyətində olan yaşayış evindən istifadə hüququnun olması ilə əlaqəd ardır.Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış evindən istifadə hüququnun olmadığını müəyyən etmiş, apelyasiya instansiyası məhkəməsi isə birinci instansiyasının mövqeyi ilə razəılaşaraq qeyd etmişdir ki, işdə olan sənədlərdən göründüyü kimi İddiaçı 30 iyun 2021-ci il tarixdə ünvan 2ində yerləşən 0.12 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 103.5 kv.m olan fərdi yaşayış evini X2 alqı-satqı yolu ilə almışdır. Həmin tarixdən sözügedən fərdi yaşayış evi onun mülkiyyətindədir. İddiaçı qeyd edilən evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli çıxarış almışdır. Cavabdeh isə h əmin əmlakla bağlı hər hansı bir hüquqları qeydə alınmamışdır. Bu baxımdan cavabdeh tərəfin iddiaçıya məxsus olan mülkdən sərbəst və səmərəli istifadə etmək istəkləri tam əsassızdır.
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 dekabr 2022-ci il tarixli 2(104)-2844/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir