Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1845/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbləri barədə iş üzrə QƏRARİ (Açar sözlər: ailə nikah münasibətlərindən irəli gələn mübahisələr, ər-arvad arasında əmlak bölgüsü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “daşınar və daşınmaz əmlaka dair payın müəyyən edilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “əmlakda payın müəyyən edilməsi və pul” tələbi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4833/2024 nömrəli 22 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 31 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hazrki iş üzrə İddiaçı Cavabdeh birgə nikah vaxtı əldə olunmuş əmlaklarının (yaşadıqları mülklərin və bağ evinin) bərabər paylara bölünməsi, müəyyən olunmuş paylara onun hüquqlarının tanınması, birgə nikah vaxtı götürdüyü kredit borcunun yarısının cavabdehdən tutularaq ona ödənilməsi, birgə nikah vaxtı əldə etdikləri əşyalarının 1/2 hissəsinə onun payının tanınması, həmin payın və ya dəyərinin cavabdehdən tutularaq ona ödənilməsi, ona məxsus geyim əşyalarının və o na məxsus qızıl əşyalarının cavabdehdən alınaraq ona qaytarılmasını tələb edir. Cavabdeh də öz növbəsində iddiaçıdan birgə nikah dövründə əldə etdiyi qızıl-zinət əşyalarının və pula 1/2 hissədə pay hüququnun tanınması və qızıl-zinət əşyalarının yaxud onların 1/2 hissədə dəyəri olan 25.000 manat, 28.310 manat pulun 1/2 hissəsini təşkil edən 14.115 manatın iddiaçıdan alınaraq ona verilməsini tələb edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı ilk iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2000-ci il tarixli nikahın ləğv olunması, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü Xədicənin nikahın pozulmasından sonra cavabdehin yanınd a saxlanılması, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun təqaüdünün 1/4 hissəsi miqdarında alimentin ondan tutularaq cavabdehə ödənilməsi, birgə nikah vaxtı əldə olunmuş əmlaklarının (yaşadıqları mülklərin və bağ evinin) bərabər paylara bölünməsi, müəyyən olunmuş paylara onun hüquqlarının tanınması, birgə nikah vaxtı götürdüyü kredit borcunun yarısının cavabdehdən tutularaq ona ödənilməsi, birgə nikah vaxtı əldə etdikləri əşyalarının (3.000 manat dəyərində olan yataq mebeli, 800 manat dəyərində olan divan, 800 manat dəyərində olan 1 ədəd böyük xalça, birinin dəyəri 250 manat olmaqla cəmi 1.500 manat dəyərində olan 6 ədəd balaca xalça, 5.000 manat dəyərində olan stol-stul dəsti, 2.800 manat dəyərində olan 4 ədəd divan, 600 manat dəyərində olan 2 ədəd kreslo və 2 ədəd yazı masası dəsti, 1 ədədinin dəyəri 150 manat olmaqla cəmi 1.050 manat dəyərində olan 7 ədəd çılçıraq, 5.000 manat dəyərində olan kombi sistemi, 2.000 manat dəyərində olan işıq stabilizatoru, 600 manat dəyərində olan 1 ədəd kondisioner, 900 manat dəyərində olan 1 ədəd kondisioner, 1.500 manat dəyərində olan 2 ədəd televizor, 800 manat dəyərində olan “Kiment” markalı qaz sobası, 600 manat dəyərində olan “Samsung” markalı paltaryuyan maşın, 2.000 manat dəyərində olan mətbəx mebeli, 300 manat dəyərində olan tozsoran, 3.000 manat dəyərində olan onun şəxsi geyim paltarları, 800 manat dəyərində olan 1 ədəd nişan üzüyü, 1.600 manat dəyərində olan 1 ədəd boyunbağı, ümumilikdə 34.650 manat dəyərində olan əşyalar) 1/2 hissəsinə onun payının tanınması, həmin payın və ya dəyərinin cavabdehdən tutularaq on a ödənilməsi, ona məxsus geyim əşyalarının və ona məxsus qızıl əşyalarının cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2000-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2001-ci il təvəllüdlü Firudin, xx.xx.2003-cü il təvəllüdlü Vaqif və xx.xx.2013-cü il təvəllüdlü Xədicə adlı üç övladları doğulmuşdur. Firudin və Vaqif yetkinlik yaşına çatmışlar. İddiaçı, uzun müddət Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsində çalışmışdır, hazırda yaşa görə pensiyaçıdır. İddiaçı, birgə nikahda olduğu 20 il müddətində həmişə ailəsinə qayğı ilə yanaşmışdır, aldığı əmək haqqısı ailəsinin, uşaqlarının firavan yaşamasına x ərclənmişdir. Lakin, pensiyaya çıxdıqdan sonra cavabdeh iddiaçıdan işləməyi tələb etmişdir. İddiaçı, səhhəti buna imkan vermədiyindən işləyə bilməmiş və bu səbəbdən cavabdehlə aralarında mübahisə yaranmış, nəticədə cavabdeh, yetkinlik yaşına çatmış övladları və cavabdehin anası iddiaçını döyərək evdən qovmuş, iddiaçının əmlaklarını mənimsəmişlər. İddiaçı hazırda kirayəyə götürdüyü mənzildə yaşayır. İddiaçı qeyd etmişdir ki, artıq ailəni bərpa etmək mümkün olmadığı üçün nikahları məhkəmə qaydasında ləğv olunmalıdır. İddiaçı, birdə nikahdan doğulmuş azyaşlı uşağı Xədicənin cavabdehin yanında qalmasına və uşağın yetkinlik yaşına çatana kimi onun təqaüdünün 1/4 hissəsi miqdarında alimentin cavabdehin xeyrinə tutulmasına razıdır. İddiaçı, cavabdehlə nikaha daxil olduqdan sonra iddiaçının mərhum atasına məxsus olan və ünvan 1 ünvanında yerləşən 9 saylı mənzildə yaşamışlar. Həmin vaxtdan iddiaçı, FHN-nin Yanğından Mühafizə İdarəsində, cavabdeh isə “Neftçi” İctimai Birliyinin “Sağlamlıq” klubunda tibb bacısı kimi çalışmışlar. Hazırda da cavabdeh həmin vəzifədə işləyir və ayda 400 manat məbləğində əmək haqqı alır. İşlədikləri müddətdə əmək haqqı və digər gəlirlərlərini toplayaraq, banklardan kredit götürərək özlərinə ünvan 2 ünvanında 3 mərtəbəli fərdi yaşayış evi inşa etmişlər və sonra həmin evə köçərək ailəsi ilə birgə döyülüb qovulan günə kimi həmin evdə yaşamışlar. Yaşadığı dövrdə həmin evin otaqlarını kirayə verməklə pul toplamışlar. Ailənin büdcəsi hesabına topladıqları pulla özlərinə ikinci ev və Mərdəkan qəsəbəsində bağ evi tikmişlər. Həmin evləri birgə nikah vaxtı qazandıql arı pulla təmir etdirmiş və bağ evindən mövsümi olaraq istifadə etmişlər. Bütün evlər hazır olduqdan və tam təmir olunduqdan sonra ikinci evi də kirayəyə vermişlər (bir evin otaqlarını 250 manata, digər mərtəbədəki evin otaqlarını 750 manata). Birgə nikah vaxtı götürdükləri kredit borcunu iddiaçı pensiyasından ödəyir. Cavabdeh iddiaçını evə buraxmır, birgə nikah vaxtı əldə olunmuş əmlaklarını, qızıl zinət əşyalarını mənimsəmiş və kreditin ödənilməsində üzərinə düşən öhdəlikləri icra etmir. Bundan başqa, tərəflər bankdan kredit götürməklə və öz əmək haqlarını toplamaqla evlərinə iddia ərizəsində qeyd edilmiş cehiz əşyaları almışlar. İddiaçı evdən qovulduqdan sonra həmin əşyalar hazırda cavabdehin yaşadığı evində qalmışdır.
4. Cavabdeh də öz növbəsində iddiaçıya qarşı qarşılıqlı iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdiyi qızıl-zinət əşyaları olan 1 ədəd komplekt, 1 ədəd kulon, 1 ədəd üzük, 1 tay sırğa, 750 əyar 23, 5 qram çəkidə 1 ədəd qolbaq, 3 ədəd sep, 1 ədəd qolbaq, 1 ədəd saat, 3 ədəd üzük, 1 ədəd kulon (8 qr), 1 ədəd qolbaq, 1 ədəd saat, 1 tay sırğa, 1 ədəd komplekt, 2 ədəd üzük və 28.310 manat pula onun 1/2 hissədə pay hüququnun tanınması və qeyd edilən qızıl-zinət əşyalarının yaxud onların 1/2 hissədə dəyəri olan 25.000 manat, 28.310 manat pulun 1/2 hissəsini təşkil edən 14.115 manat və ödənilmiş dövlət rüsumunun əvəzinin - 208 manat məbləğində pulun iddiaçıdan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilk iddianı qismən, yəni nikahın pozulması və uşağın onun yanında saxlanması hissəsində qəbul edir, ilk iddia qalan hissədə əsassızdır. Cavabdeh qeyd etmişdir ki, iddiaçının təklif etdiyi təqaüdünün 1/4 hissəsində aliment uşağın saxlanması üçün yetərli deyil. 2023-cü il üçün uşaqların yaşayış minimumunun məbləği 220 manat təşkil edir. Odur ki, alimentin miqdarı 220 manat sabit pul məbləğində müəyyən edilməlidir. Bundan başqa, ilk iddiada bərabər bölünməsi tələb edilən əmlakların nə olması qeyd edilmir. Çünki, iddiaçı özü də bilir ki, birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlak mövcud deyil. Hazırda yaşadıqları ev cavabdehin atasının evidir. Cavabdehin atası həmin torpaq sahəsini 2005-ci ildə almış və Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün atasına sərəncam verilmişdir. Bund an sonra cavabdehin atası həmin yaşayış evini tikdirmişdir. Onlar yalnız 2010-cu ildən iddiaçıya məxsus olan mənzil kiçik olduğu üçün cavabdehin atasına məxsus olan yaşayış evinə köçüb orada yaşamışlar. İddiaçının qeyd etdiyi bağ evi cavabdehin anasının mülkiyyətində olmuşdur. Anası həmin bağ evini cavabdehə bağışlamışdır. İddiaçının kredit ödənişləri ilə bağlı cavabdeh məlumatlı deyil. Birgə nikah zamanı iddiaçı onlara aid qızıl-zinət əşyalarını lombarda verərək pul götürmüşdür. Götürdüyü pulu cavabdehə verməmiş, yaxud lombarda qoyulmuş qızıl-zinət əşyalarını geri qaytarmamışdır. İddiaçı 2022-ci ilin dekabr ayında 2.000 manat dəyərində telefon almışdır. Buna görə cavabdeh iddiaçıya zamin durmuşdur. İddiaçı 1.200 manat ödəniş etsə də, daha sonra ödəniş etməmiş və ödənişlərin edilməsi icr a qaydasında cavabdehin əmək haqqısına yönəldilmiş və nəticədə cavabdeh bugünə qədər 600 manat ödəniş etmişdir. Bundan əlavə, birgə nikah dövründə əldə etdikləri qazancdan iddiaçı müxtəlif şəxslərə şifahi və yazılı qaydada borc müqaviləsi bağlamaqla borc vermişdir. Belə ki, iddiaçı tərəfindən X3 xx.xx.2021-ci il tarixdə ərizə almaqla 3.000 manat, X4 xx.xx.2021-ci il tarixdə 10.000 manat, xx.xx.2020-ci il tarixdə 5.000 manat, X5 2019-cu ildə 2.500 manat, X6 xx.xx.2020-ci il tarixdə 3.500 manat, X2 xx.xx.2020-ci il tarixdə 2.500 manat, X1 1.810 manat məbləğində borc pul vermişdir. Bunlardan cavabdeh daha sonra məlumatlı olmuş və hazırda borc olaraq verilmiş pul məbləğləri birgə nikah dövründə əldə edilmiş qazancdır və həmin 28.310 manat pul məbləği üzərində cavabdehin pay hüququ tanınmalı və həmin məbləğin 1/2 hissəsi yəni 14.155 manat pul iddiaçıdan alınaraq cavabdehə verilməlidir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardad ilə hər iki iddia üzrə “əmlak üzərində payların müəyyən edilməsi” hissəsində ayrıca icraata ayırmışdır.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardad ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi xx.xx.2023-cü il tarixli, 9/7300/2023 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Balandin küçəsi ev 7 döngə 4 fərdi yaşayış evində olan əşyaların qiyməti aşağıdaki kimidir: - yataq mebeli 750 manat, - divan 300 manat, - xalça 1 ədəd (böyük) 300 manat, - xalça balaca 6 ədəd 600 manat, - stul-stol dəst i 1 ədəd 500 manat, - divan 4 ədəd 400 manat, - kreslo 2 ədəd 300 manat, - jurnal masası dəsti 2 ədəd 200 manat, - çıl-çıraq 7 ədəd 700 manat, - kombi sistemi 1 ədəd 650 manat, - elektrik enerjisi stabilizatoru 1 ədəd 50 manat, - “Gree” markalı kondisioner 2 ədəd 700 manat, - “Samsung” markalı televizor 1 ədəd 500 manat, - “Kiment” markalı qaz sobası 1 ədəd 300 manat, - “Samsung” markalı paltar yuyan maşın 1 ədəd 200 manat, - mətbəx mebeli 1 ədəd 400 manat, -“Bosch” markalı tozsoran 50 manat, cəmi 6.900 manat. Həmçinin, 1 ədəd qolbağın qiyməti (23,5 qram 750 əyyar) – 2.585 manatdır. Digər 14 qızıl-zinət əşyalarının haqqında kifayət qədər məlumat (əyyarı, çəkisi) olmadığından həmin qızıl-zinət əşyaları üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır.
8. Məhkəmə iclasında şahid qismində dindir ilmiş Şahid1 bildirmişdir ki, iddiaçının qohumudur. Evlə əlaqədar olaraq gəldiyini, ilkin iddia üzrə cavabdehin qaynı olduğunu, onların evliliyində iştirak etdiyini bildirmişdir. Sirudinin 4 yaşında yetim qaldığını, onun himayəsində yaşadığını, mübahisəli evi onun tikdiyini, həmin ərazinin zibilik olduğunu qeyd etmişdir. İddiaçının əvvələr barmekdə və fövqaladədə işlədiyini həm də evlərə tor çəkdiyini, Əhmədağa adlı şəxsin ona 1250 manat borcu olduğunu və onun müqabilində həmin torpaq sahəsinin götürdüyünü, evin fundametrini onun qoyduğunu, qonşudan 5 m torpaq aldıqlarını, evin xərclərini Sirudinin çəkdiyini və özunun orda usta kimi işlədiyini bildirmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, iddiaçının dostudur. Evin tikintisi ilə bağlı gəldiyini, o vax t Fövqaladədə işlədiyini, özünün şəxsi maşını olduğunu, Sirudinin onunla material aldığını, evin tikintisinin 2000-2003-cü illərdə olduğunu bildirmişdir.
10. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-84/2024 nömrəli qətnamə ilə ilk iddianın qismən təmin edilməsi, ilk iddia üzrə tərəflərin birgə nikah dövründə əldə etdikləri əşyaların – 750 manat dəyərində yataq mebeli, 300 manat dəyərində divan, 300 manat dəyərində 1 ədəd böyük xalça, 600 manat dəyərində 6 ədəd balaca xalça, 500 manat dəyərində 1 ədəd stol-stul dəsti, 400 manat dəyərində 4 ədəd divan, 300 manat dəyərində 2 ədəd kreslo, 200 manat dəyərində 2 ədəd yazı masası dəsti, 700 manat dəyərində 7 ədəd çılçıraq, 650 manat dəyərində 1 ədəd kombi sistemi, 50 manat dəyərində 1 ədəd işıq stabilizatoru, 700 manat dəyəri ndə 2 ədəd “Gree” markalı kondisioner, 500 manat dəyərində 1 ədəd “Samsung” markalı televizor, 300 manat dəyərində 1 ədəd “Kiment” markalı qaz sobası, 200 manat dəyərində 1 ədəd ”Samsung” markalı paltaryuyan maşın, 400 manat dəyərində 1 ədəd mətbəx mebeli, 50 manat dəyərində ”Bosch” markalı tozsoranın 1/2 hissəsinə ilk iddia üzrə iddiaçının payının müəyyən edilməsi, həmin payın və ya əşyaların dəyəri olan 6.900 manatın 1/2 hissəsinin – 3.450 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, birgə nikah dövründə götürülən 12.942,46 manat borc məbləğinin faktiki münasibətlər kəsildikdən sonra ödənilmiş məbləğin yarısının cavabdehdən tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, qarşılıql ı iddia üzrə tərəflərin birgə nikah dövründə əldə etdiyi çəkisi 23,5 qram olan 750 əyarlı 1 ədəd qolbağın 1/2 hissəsinə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) payının müəyyən edilməsi, həmin payın və ya onun dəyəri 2.585 manatın 1/2 hissəsinin – 1.292,50 manat pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, (iş üzrə tərəf olmayan) X2 verilmiş birgə vəsaitlər hesabına olan 2.500 manat borcun 1/2 hissəsinin – 1.250 manat məbləğində pulun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri qismində 50 manatın 25 manatının iddiaçıdan, 25 manatının cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
11. Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilk iddia üzrə payların müəyyən edilməsi tələb edilən daşınmaz əmlaklar cavabdehin atasının adına olan torpaq sahəsi və anası tərəfindən bağışlanan bağ evidir. Bağışlama əsasında verilmiş əmlak ərarvadın hər birinin ayrıca əmlakıdır. İddiaçının bu tələbləri əsassızdır.
12. İlk iddia üzrə kredit borcu birgə nikah dövründə götürüldüyündən, faktiki münasibətlər kəsildikdən sonra ödənilmiş məbləğin yarısı cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, ilk iddia üzrə ekspert tərəfindən evə baxış zamanı müəyyən edilən daşınar əşyalar və dəyəri nəzərə alınaraq həmin həcmdə tələb təmin edilməlidir.
14. Məhkəmə hesab etmişdir ki, ilk iddia üzrə geyim və qızıl-zinət əşyaları tələbi ilə bağlı iddiaçı mötəbər sübut təqdim etmədiyindən ilk iddia bu hissədə əsassızdır.
15. Məhkəməsi qarşıl ıqlı iddia üzrə qızıl-zinət əşyaları tələbi ilə bağlı qeyd etmişdir ki, ekspert rəyinə əsasən, yalnız 1 ədəd qolbağın qiyməti (23,5 qram 750 əyar) – 2.585 manat kimi müəyyən edilmişdir. Digər 14 qızıl-zinət əşyalarının haqqında kifayət qədər məlumat (əyarı, çəkisi) olmadığından həmin qızıl-zinət əşyaları üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qızıl-zinət əşyalarının bəziləri birgə nikah dövründə, 2017-ci ildə lombarda girov qoyulmuşdur. Ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. İddiaçı tərəfindən əşyaların lombarddan götürülməsi və ya onda olması barədə sübut təqdim edilməmişdir.
16. Bunları nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə yalnız 1 ədəd qo lbağa 1/2 hissədə pay hüququ tanınmalı və qeyd edilən qızıl zinət əşyası yaxud onun dəyərinin yarısı (2.585/2=) 1.292,5 manat iddiaçıdan alınaraq cavabdehə verilməlidir.
17. Məhkəmə qarşılıqlı iddia üzrə 14.115 manat pul tələbi ilə bağlı isə qeyd etmişdir ki, həmin tələbin yalnız 1.250 manat hissəsi ilə bağlı mötəbər sübut təqdim edildiyindən tələb həmin hissədə təmin edilməlidir.
18. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 213.1, 213.2, 213.5, 213.6, 213.7, 222, 222.1, 222.2, 222.3, 223, 223.1, 223.2, 223.3, 220, 220.3, 220.4, 225.1. 225.2, 225.3, 225.4-cü, Ailə Məcəlləsinin 32.1, 32.2, 32.2.1, 32.2.2, 33.1, 33.2, 33.3, 34.1, 34.2, 35, 36.1, 36.3, 36.4, 37.1, 37.3, 41.1, 41.2-ci madddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiya sı məhkəməsindəki icraat
19. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir.
20. Əsasları ilk iddianın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, məhkəmə iş üzrə hərtərəfli araşdırma aparmamış, sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
21. Cavabdeh də həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin “birgə nikah dövründə götürülən 12.942,46 manat borc məbləğinin faktiki münasibətlər kəsildikdən sonra ödənilmiş məbləğin yarısının tutulması” hissəsində ləğv edilərək ilk iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Əsasları qarşılıqlı iddianın əsasları ilə eynilik təşkil edən cavabdehin apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, məhkəmə mübahisələndirilən hissədə ilk iddianı tam araşdırmamış, kredit müqavilələri üzrə iddiaçının 12.942,46 manat borcunun olduğunu müəyyən edərkən yalnız xx.xx.2023-cü il tarixli SF-8319 saylı Azərbaycan Kredit Bürosundan alınmış çıxarışa əsaslanmışdır. Lakin işdə kredit müqavilələri, kreditlərin birgə təsərrüfat aparılarkən xərclənməsinə dair digər sübutlar yoxdur. Bu baxımdan məhkəmənin kredit müqavilələri üzrə ödənilmiş məbləğin yarısının cavabdehdən tutulması qənaəti əsassızdır.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4833/2024 nömrəli 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Məmməd Məmmədov-sədrlik edən və məruzə çi, Azad İmanov və Fuad Talışinski) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə kollegiyası daşınmaz əmlaklarla bağlı ilk öncə qeyd etmişdir ki, iddiaçı birgə nikah dövründə əldə edildiyini iddia etdiyi əmlakların cavabdehin atasının adına olan torpaq sahəsi və anası tərəfindən bağışlanan bağ evi olduğu müəyyən edilmişdir.
25. Belə ki, “Torpağın mülkiyyətə verilməsi şəhadətnaməsindən” görünür ki, torpaq sahəsi 2005-ci ildə Suraxanı RİH tərəfindən fərdi yaşayış evinin tikintisi üçün cavabdehin atasına Vaqif Qurbanova verilmişdir. Bağ evi isə cavabdehin anası Hörmət Şirməmmədovanın mülkiyyətində olmuş və “Bağışlama müqaviləsi” əsasında cavabdehə hədiyyə edilmişdir. Bağışlama əsasında verilmiş əmlak isə ə r-arvadın hər birinin ayrıca əmlakı hesab edilir.
26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehlə nikahda olduqları dövrdə həmin əmlakların dəyərini xeyli artıran (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) vəsait qoymasını təsdiq edən mötəbər sübutlar təqdim edə bilmədiyi üçün həmin əmlakların tərəflərin birgə mülkiyyəti sayılması üçün əsas müəyyən edilməmişdir.
27. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı tərəfin təqdim etdiyi şahidlərin ifadələri bu halın müəyyən edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz, ona görə də, ilk iddia müzakirə edilən hissədə əsassızdır.
28. İlk iddianın birgə nikah vaxtı götürülmüş kredit borcunun və faktiki nikah pozulduqdan sonra ödənilmiş kredit borcunun yarısının cavabdehdən tutulması hissəsi ilə ba ğlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Kredit Bürosunun xx.xx.2023-cü il tarixli, SF8319 saylı çıxarışından görünür ki, iddiaçının aktiv kreditlərin cəmi qalıq məbləği 12.942,46 manat təşkil edir. Çıxarış əldə olunduğu məqamda tərəflərin nikahının pozulması ilə bağlı iddia artıq məhkəmənin icraatına daxil olmuşdur. Çıxarışda göstərilən kreditlər isə nikah dövrünə əldə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarındakı mövqeyini və Azərbaycan Kredit Bürosunun verdiyi çıxarışı nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, həmin borc birgə nikah dövründə götürüldüyündən, faktiki münasibətlər kəsildikdən sonra ödənilmiş məbləğin yarısı cavabd ehdən tutulub iddiaçıya ödənilməlidir.
29. İddiaçının tələb etdiyi əşyalarla bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmiş, ekspert tərəfindən evə baxış zamanı əşyalar müəyyən edilmiş və qiymətləndirilmişdir. İddiaçı həmin əşyaların dəyərinin daha yüksək olmasını təsdiq edən sübutları təqdim edə bilmədiyindən, məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi həmin əşyaların dəyərini ekspert rəyini əsas götürməklə cəmi 6.900 manat müəyyən etməkdə haqlı olmuşdur.
30. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçıya məxsus geyim və qızıl əşyaları ilə bağlı mötəbər sübut təqdim edilmədiyindən, iddiaçı tərəfindən hansı əşyaların tələb edilməsi dəqiq göstərilmədiyindən ilk iddia həmin hissədə əsassızdır.
31. Məhkəmə kollegiyası qızıl-zinət əşyaları ilə bağlı qarşılıqlı iddia tələbilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu tələbə hüquqi qiymət vermək üçün iş üzrə ekspertiza təyin etmiş və ekspertizanın rəyini almışdır.Rəyə əsasən, yalnız 1 ədəd qolbağın qiyməti (23,5 qram 750 əyar) – 2.585 manat kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə qızıl-zinət əşyaları tələbi ilə bağlı qeyd etmişdir ki, ekspert rəyinə əsasən, yalnız 1 ədəd qolbağın qiyməti (23,5 qram 750 əyar) – 2.585 manat kimi müəyyən edilmişdir. Digər 14 qızıl-zinət əşyalarının haqqında kifayət qədər məlumat (əyarı, çəkisi) olmadığından həmin qızıl-zinət əşyaları üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Buna görə də qarşılıqlı iddia üzrə yalnız 1 ədə d qolbaq üzərində iş üzrə tərəflərin hər birinin payı 1/2 hissədə tanınmalı və qeyd edilən qızıl zinət əşyası yaxud onun dəyərinin yarısı (2.585/2=) 1.292,5 manat iddiaçıdan alınaraq cavabdehə verilməlidir. (Qarşılıqlı iddianın digər 14 qızıl-zinət əşyalarına aid hissəsi rədd edilmişdir. Həmin hissəsində qətnamə mübahisələndirilməmişdir və hazırkı apellyasiya baxışının predmetini təşkil etmir).
32. Göstərilənləri və cavabdehin həmin qolbaq üzərində onun payının 1/2 hissədə tanınması və qeyd edilən qolbağın yaxud onun dəyərinin yarısının iddiaçıdan alınaraq ona verilməsini tələb etməsini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi 1.292,5 manatın iddiaçıdan alınaraq cavabdehə verilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.
33. Bundan başqa, cavabdeh qa rşılıqlı iddiada qeyd etmişdir ki, birgə nikah dövründə iddiaçı tərəfindən müxtəlif şəxslərə borclar vermiş, o cümlədən X2 birgə əmlak hesabına 2.500 manat borc vermişdir.
34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu hal Solmaz Babayeva ilə iddiaçı arasında xx.xx.2020-ci il tarixdə notarial qaydada bağlanmış “Kredit müqaviləsində” öz təsdiqini tapmışdır.
35. Birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə qarşılıqlı iddia üzrə 14.115 manat pul tələbi ilə bağlı qeyd etmişdir ki, həmin tələbin yalnız Solmaz Babayevaya 2.500 manat məbləğində borcun verilməsi öz təsdiqini tapır. Buna görə də, həmin məbləğin yarısı, yəni 1.250 manat məbləğində pul iddiaçıdan alınaraq cavabdehə verilməlidir. (Qarşılıqlı iddianın qalan məbləğ ilə bağlı hissəsi rədd edilmişdir. Həmin hissəsində qətna mə mübahisələndirilməmişdir və hazırkı apellyasiya baxışının predmetini təşkil etmir).
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
37. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 32.1, 32.2.2, 34.1, 34.2, 35, 36.1, 36.3, 36.5, 37.1, 37.3-cü, Mülki Məcəllənin 213.5, 220.3, 222.2, 223.3, 225.1, 225.2, 225.3 225.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
38. Qətnamədən həm iddiaçı, həm də cavabdeh ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.
39. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, işin yenidən apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 9 saylı yaşayış evi iddiaçının mərhum atasına məxsus olmuşdur. İddiaçı, cavabdehlə nikaha daxil olduqdan sonra həmin evdə yaşamışlar, hazırda həmin yasayış evi də cavabdeh tərəfindən zəbt edilmişdir. Məhkəmədə bu hala qiymət verilməmişdir. 41. ünvan 2 ünvanında 3 mərtəbəli fərdi yaşayış evi, Mərdəkan qəsəbəsində bağ evi birgə nikah vaxtı qazanılsa da, hazırda iddiaçı öz mülkiyyətindən məhrum olmaqla kirayədə yaşamğa məcbur olmuşdur. Belə ki, İddiaçı bir əmlak atadan vərəsəlik qaydasında, iki əmlak birgə nikah dövründən qazanılmasına baxmayaraq, hazırda iddiaçı məhkəmələrə iddia ərizəsi ilə müraciət etməsinə baxmayaraq, əmlaklardan məhrum olmuşdur.
42. Kassator şikayətini Mülki Məcəllənin 152.1, 152.5-ci, Ailə Məcəl ləsinin 32-ci maddələrinə, Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında 12 mart 2024-cü il tarixli, 1/2024 saylı AR Ali Məhkəməsinin Plenum Qərarına istinad edərək əsaslandırmışdır.
43. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilkin iddia üzrə “birgə nikah dövründə götürülən 12942,46 manat borc məbləğinin faktiki münasibətlər kəsildikdən sonra ödənilmiş məbləğin yarısının Cavabdeh tutularaq, ilkin iddia üzrə İddiaçı Firudin oğluna ödənilməsi” tələbi hissəsində iddianın rədd edilməsini xahiş etmişdir.
44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Suraxanı rayon Məhkəməsi öz qətnaməsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 23 iyul 2 021-ci il tarixli plenum qərarına istinad etmişdir. Həmin qərara əsasən ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsinin qərarında olan önəmli məsələ odur ki, kredit kimi alınmış məbləğ ailənin ehtyaclarına xərclənməlidir. Ancaq məhkəmə öz qərarında buna dair heç bir əsas göstərməmişdir. Cavabdeh isə iddianı qəbul etməmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsində işə baxan tərkib də eyni səhvi təkrar edərək mövcud olan yanaşmanı göz ardı etmişdir. Bu da onun hüquqlarının pozulmasıdır.
45. Hazırda mübahisələndirilən iddia üzrə isə məhkəməyə təqdim edilən sübutlardan heç biri kredit ödənişləri üzrə öhdəliyi sübut etm ək üçün kifayət deyil. Çünki, işdə ümumiyyətlə ona dair sübut yoxdur. İşdə yalnız Kredit bürosundan götürülmüş çıxarış vardır.
46. Cavabdeh qeyd etmişdir ki, nə Suraxanı Rayon Məhkəməsinin qətnaməsində, nə də Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində borcun ailə üçün istifadə olunmasına dair heç bir əhəmiyyətli hal öz əksini tapmır.
47. Kassator şikayətini Ailə Məcəlləsinin 37.3-cü, Mülki Prosessual Məcəlləni 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi
49. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
50. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə ed ilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir.
51. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
52. Maddə 34.2.Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə e dilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
53. Maddə
35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
54. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
55. Maddə 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə h ər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.
56. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
57. Maddə 215.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
58. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
59. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir.
60. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
61. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
62. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmu ş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
63. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır.
64. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qa yda tətbiq edilmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı
65. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli ol an öhdəliklərinin bölünməsini ehtiva edir. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
69. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Kassasiya baxışının hədləri
72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
73. İddiaçı kassasiya şikayətində yalnız daşınmaz əmlakla bağlı iddianın təmin edilməyən hissəsini mübahisələndirmiş, onun ilk iddianın təmin edilməyən hissəsi üzrə hər hansı dəlili yoxdur. Qarşılıqlı iddiaçı isə yalnız il k iddianın kredit müqaviləsi üzrə ödənilmiş və onun təmin olunan hissəsi mübahisələndirmişdir. Bu baxımdan apellyasiya instansiya məhkəməsinin məhkəmə aktı mübahisələndirilən hissələrdə yoxlanır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
75. Belə ki, ilk iddiaçı şikayətində daşınmaz əmlaklara dair məhkəmələrin mövqeyi ilə razılaşmamış və hesab etmişdir k i, mübahisə predmeti olan əmlaklar ər-arvadın birgə mülkiyyətidir və bölünməlidir.
76. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr haqlı olaraq bağ evinin cavabdehə bağışlanmış əmlak olması, digər əmlakın yerləşdiyi torpaq sahəsinin isə onların mülkiyyətində olmadığını, üzərində olan tikilinin isə ər-arvadın birgə vəsaiti əsasında tikilmədiyi nəticəsinə gəlmişlər. Məhkəmə tərkibi həmin mövqe ilə razılaşır.
77. İlk iddiaçı digər əmlakla (ünvan 1 ünvanında yerləşən 9 saylı yaşayış evi) ilə bağlı dəlil irəli sürmüşdür. Lakin qeyd edilməlidir ki, həmin əmlakla bağlı aşağı instansiya məhkəmələrində tələb olmamış, həmin əmlakla bağlı hər hansı araşdırma aparılmamışdır. Belə olan halda həmin əmlakla bağlı hazırkı kassasiya icraatında araşdırma aparılması və müvafiq dəlil in qiymətləndirilməsi yolverilən hesab edilə bilməz.
78. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, o, kredit müqavilələri ilə bağlı ödənilmiş məbləğlərin ailənin ehtiyaclarına xərclənmədiyini göstərsə də onun dəlilinin əsaslı olması hər hansı sübutla təsdiq olunmamışdır.
79. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və hər iki tərəfin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
80. Kassasiya şikayətlərinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədard ır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
82. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
83. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4833/2024 nömrəli iş üzrə 22 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.