Məhkəmə qərarları › İş №2(102)-1846/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-1846/2019

13.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1846/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və vəkili X4, cavabdeh “xxxx” MTK-nın nümayəndəsi X2 iştirakları ilə. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim: S.M.Quliyeva; 2 (012)-3592/2018) iddiaçı İddiaçı cavabdeh Cavabdeh-ya qarşı “ödənilmiş pul məbləğinin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2018-ci tarixli qətnaməsi ilə (hakimlər:Ş.R.Abasov (sədrlik edən və məruzəçi) A.Ə.Abbasov və T.Q.Məmmədov; 2(105)-3560/2018) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh-yaqarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh “xxxx” MTK arasında bağlanmış ********* saylı, 25.07.2015-ci il tarixli payçı müqaviləsinə xitam verilməsi, müqavilə üzrə ödənilmiş 27244 (iyirmi yeddi min yeddi yüz qırx dörd) manat məbləğində pul vəsaitinin geri qatarılm ası, mənzildə mətbəxt mebelinə çəkilən 1800 manat, sayğacların quraşdırılması üçün xərclənən 600 manat pulun, mənzilin xırda təmin xərclərinə çəkilən 600 manatın, 3000 manat mənəvi ziyanın cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla MKT arasında bağlanmış ********* saylı, 25.07.2015-ci il tarixli payçı müqaviləsinə əsasən Abşeron rayonu, ********************-də tikilməkdə olan ********** binasında 1-ci blok, 4-cü mərtəbə, **** saylı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödənilməsini və həm də göstəriləcək kommunal ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə görə mənzilin qiymətini tamamilə ö dəmişdir. Lakin “xxxx” MTK müqavilə üzrə öhdəliklərini pozmuşdur. Belə ki, mənzil ona təhvil verilərkən məlum olmuşdur ki, mənzil keyfiyyətli şəkildə inşa edilməmişdir. Belə ki, mənzildə səs-küydən dayanmaq mümkün deyil. Qonşunun evindən gələn səs onun evində hiss olunur. Cavabdeh ona keyfiyyətsiz mənzil təhvil vermiş, müqabilində ondan 27244 manat pul almış, nəticədə ona həm maddi, həm də mənəvi zərər vurmuşdur. Cavabdehə dəfələrlə mənzilin keyfiyyəsizliyi və nöqsanların aradan qaldırılması ilə bağlı müraciətlər etmiş, lakin nəticəsiz qalmışdır. Cavabdehin hüquqzidd hərəkətləri nəticəsində mənzilindən rahat istifadə edə bilmir. Bu da onda əsəb gərinliyi yaramış, nəticədə fiziki və mənəvi sarsıntılar keçimişdir. Artıq 7 aydır ki iztirab keçirir və ona dəymiş mənəvi zərər 3000 manat məbləği ndə qiymətləndirir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə cavabdeh yazılı etiraz təqdim etməklə və etiraza uyğun izahat verməklə iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə “xxxx” MTK arasında 25 iyul 2015-ci il tarixli payçı müqaviləsi bağlanmışdır. Müqavilədən görünür ki, Abşeron rayonu,******************* məhəllədə tikiləkdə olan ****-ci bina,1-ci blok,4-cü mərtəbə, 1 otaqlı **** nömrəli mənzili tikib və payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Tərəflərin razılığı əsasında müqavilə bağlanmış və mənzilin dəyəri də hesablanmaqla müəyyən edilmiş, mənzil iddiaçıya tam təhvil verilmiş, iddiaçı tərəf də mənzilin dəyərini MTK-ya tam ödəmişdir. Ərizədə göstərilənlər tam əsassızdır və iddia tələbi təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsiAzərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.1-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Məcələsinin 324,389,390,425,4420-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmışdır. Qətnamə qanunsuz və ədalətsiz olduğuna görə ləğv edilməli, iddianın təmin olunmasına dair qəbul edilmişdir. Tərəflərin izahatı Məhkəməkollegiyasınıniclasında İddiaçı və vəkili X8 oğlu kassasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahişetdilər. Cavabdeh “xxxx” MTK-nın nüm ayəndəsi X5 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatları dinlənilmədi. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən, o, cümlədən iş materiallarında olan 25 iyul 2015-ci il tarixli, ********* saylı payçı müqaviləsindən görünür ki, “satıcı” “xxxx” MTK ilə “alıcı” İddiaçı arasında mənzilin alğı-satqısı barədə müqavilə bağlanmışdır. Bağlanmış payçı müqavilənin 1.1-ci bəndinə əsasən “satıcı” “xxxx” MTK Xırdalan şəhəri, 2/9 binasında 1-ci blok, 4-cü mərtəbədə yerləşən 44 nömrəli 1 otaqlı mənzili alıcıya təhvil verməyi, alıcı isə bunun qarşılığında razılaşdırılmış pul vəsaitini və kommunal ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə mənzilin dəyəri 27244 manat müəyyən edilmişdir. “xxxx” MTK tərəfindən verilmiş ******* nömrəli kassa mədaxil orderinin və üzləşmə aktından görünür ki, İddiaçı 27244 manat pul məbləğini 25 iyul 2015-ci il tarixdə MTK-nın hesabına ödəmişdir. ******* nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı Xırdalan şəhəri, ************** nömrəli mənzilə sayğacı n quraşdırılması və sazlanması üçün 600 manat məbləğində pul ödənişi etmişdir. İşə əlavə edilmiş ***** saylı mənzilin təhvil-təslim aktından görünür ki, “xxxx” MTK, Abşeron rayonu, ******************************** saylı, 1-ci blokunda olan mənzili 04.01.2017ci il tarixdə İddiaçı təhvil vermiş, alıcı isə mənzili təhvil almışdır. 10 may 2018-ci il tarixli, ***** nömrəli tikinti-texniki obyektlərinin tədqiqi barədə məhkəmə ekspert izahatının rəydən görünür ki, Abşeron rayonu, ************************* prospekti “Cavabdeh tərəfindən inşa edilmiş 2/9 saylı yaşayış binasının **** saylı mənzilinin ümumi sahəsi 25 iyul 2015-ci il tarixli, ********* saylı müqaviləyə uyğun olmaqla, 27,8 kv.m təşkil edir və tədqiq olunan mənzilin yerləşdiyi binanın ölçülərinin, mərtəbəliliyinin və digər texniki göstə ricilərinin layihə sənədlərinə uyğun olduğu müəyyən edilir. İş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,İddiaçı ilə “xxxx” MTK arasında bağlanış ********* saylı, 25.07.2015-ci il tarixli payçı müqaviləsinə əsasən İddiaçı Abşeron rayonu, ********************** prospekti 11-də yerləşən 2/9 binanın 1-ci blok, 4-cü mərtəbə, **** saylı mənzilinin dəyəri olan 27244 manat məbləği MTK-nın hesabına ödəmiş və mənzil 04.01.2017-ci il tarixdə ona təhvil verilmişdir. İddiaçı mənzil təhvil verildikdən sonra özünə məxsus mənzildə rahat yaşaya bilmədiyini və onunla qonşuluqda yaşayan şəxslərin hərəkətlərinin onu narahat etdiyini bildirir və mənzilin dəyəri olaraq ödənilmiş pulun və ora çəkilmiş xərcləri tələb edir. Bununla bağlı tərəflər arasında mübahisə y aranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. - 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -425.1-ci maddəsinə əsasən öz h üquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, qonşularla yaranmış mübahisə isə həmin müqavilənin ləğvi, bu əsasla da mənzilə çəkilmiş xərclərin tələb edilməsi üçün əsas sayıla bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zər ər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hü quqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Həmin Qərarın 8-ci bəndində isə göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirilməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh “xxxx” MTK-nın hərəkəti iddiaçının mənəvi narahatlıq, məyusluq hissi və sarsıntı keçirməsinə səbəb olmamışdır. İddiaçı ona mənəvi zərər yetirilməsini iddia etsə də, məhkəməyə cavabd ehin hərəkətinin onda hansı mənəvi sarsıntı və iztirab yaratdığını, ona hansı formada mənəvi ziyan vurmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçı iddiası təmin olunmamalı,iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirilərək, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. İddiaçı apellyasiya şikayətinə dair tələblərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq Abşeron Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəl lənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 06 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar