Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1846/2023 01.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zəbt olunmuş torpaq sahəsinin boşaldılması, ekspert rəyləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı3 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-167/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçıların kassasiya şikayəti nə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 saylı qərarına əsasən, 1,02 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün Goranboy rayonu, Qaradağlı kənd sakinləri İddiaçı1, İddiaçı2, İddiaçı3 və mülkiyyətinə verilmişdir.
2. Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 saylı qərarına əsasən, 1,05 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün Goranboy rayonu, Qaradağlı kənd sakinləri Cavabdeh1, Cavabdeh2 və digər iki nəfər ailə üzvünə verilmişdir.
3. Hər iki torpaq sahəsi qonşu sahələrdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci in stansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X4 (bundan sonra – iddiaçılar) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ üzrə onlara məxsus zəbt edilən torpaq sahəsindən cavabdehlərin çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər
5. Birinci instansiya məhkəməsi Goranboy rayonu, Qaradağlı kənd Bələdiyyəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayonu Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli 15 saylı qərarı ilə “Kənd təsərrüfat məhsulları istehsalı” məqsədilə 1,02 hektar torpaq sahəsi iddiaçıların mülki yyətlərinə verilmişdir. Bu barədə xx.xx.2001-ci il tarixə Goranboy rayon torpaq şöbəsi tərəfindən JN№867 saylı KOD nömrəsi 50911018 olan torpağa mülkiyyət hüququna dair Dövlət aktı vardır. Həmin dövlət aktında iddiaçıların mülkiyyətlərinə verilmiş torpaq sahəsinin planı (cizgisi), koordinatları, nöqtələr arasındakı məsafələr və torpaq sahəsinin qonşu sərhədləri tam aydın və başa düşülən formada göstərilmişdir.
7. Torpaq sahəsi mülkiyyətlərinə verildikdən hal-hazıradək 20 sotadək torpaq sahəsi iddiaçılardan icazəsiz və qeyri-qanuni olaraq cavabdehlər tərəfindən zəbt edilərək istifadə olunmaqdadır. Dəfələrlə, yəni on səkkiz ildir ki, cavabdehlərə şəxsən xahişlə müraciət edərək bu qeyri-qanuni hərəkətlərinə son qoymalarını desələr də, cavabdehlər bundan imtina etmiş, müxtəlif vaxtlarda onlara qarşı təxribatlar törədərək, hətta onları öldürəcəkləri ilə təhdid etmişlər. Əksinə, cavabdehlər birləşərək, əcəb edib torpaq sahələrini zəbt etdiklərini və lazım gəlsə torpaqlarının hamısını əllərindən alarlar deyə cavab vermişlər. Cavabdehlərin bu hərəkətləri barədə Qaradağlı kənd bələdiyyəsinə müraciət etmələrinə baxmayaraq, heç bir faydası olmamışdır.
8. İddiaçılarda olan qeyri-rəsmi məlumata görə cavabdehlər hətta bələdiyyə torpaqlarının da müəyyən hissəsini qeyri-qanuni olaraq zəbt etmişlər. Hazırda cavabdehlərin İddiaçı1 və yoldaşını döymələri faktına dair Goranboy rayon Polis Şöbəsində araşdırma aparılmaqdadır.
9. Hesab edirlər ki, cavabdehlər mülkiyyət hüququ üzrə iddiaçılara məxsus olan torpaq sahəsindən çıxarılmalıdırlar. Cavabdehlər iddiaçıların Dövlət tərəfindən qorunan və mü dafiə olunan mülkiyyət hüquqlarını iyirmi ilə yaxındır ki, pozmağa davam etməkdədirlər.
10. Cavabdeh iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - əkin üçün nəzərdə tutulan həmin torpaq sahəsi 1997-1998-ci illərdə aqrar islahat zamanı ailə üzvləri nəzərə alınaraq onlara verilmişdir. İddiaçıların göstərdiyi torpaq sahəsi qardaşının torpaq sahəsi də daxil olmaqla İddiaçı1 tərəfindən zəbt edilmişdir. Çay boyu çayın təmizlənməsi üçün nəzərdə tutulan torpaq sahəsi 6 metr enində olmalı olduğu halda, iddiaçı tərəfindən zəbt edilmişdir; - iddiaçının 450 metr əkin sahəsi var, əkin sahəsinin eni isə 14-28 metr enindədir. İddiaçı dövlət mülkiyyətində olan torpaq sahəsini icarəyə verib, əkdirir. Əkinə getmək üçün olan yol da iddiaçının torpaq ərazisinə çatanda kəsilir, yol itir, yolu getmək olmur. Həmin yolda iddiaçı çoxsaylı ağac əkmişdir. İddiaçının özbaşınalığı barədə bələdiyyəyə şikayət etsələr də heç bir tədbir görməmişdir. - iddiaçının torpağında uzun illərin əkilmiş yaşlı ağacı olub, heç bir icazə sənədi olmadan iddiaçı həmin ağacı kəsmişdir. O, da iddiaçının özbaşına hərəkəti barədə Ekologiya İdarəsinə və Polisə şikayət etmişdir. Bu barədə dövlət orqanı tərəfindən tədbir görülmüşdür. Polisdə isə iddiaçılardan onunla işləri olmayacaqları barədə yazılı şəkildə kağız da almışlar. İddiaçının arvadı İddiaçı2 belə bir kağız alınmamışdır deyə, hər dəfə onu görəndə söyüb-təhqir edir və ondan əl çəkmir ki, o, özünə qarşı hansısa xoşagəlməz hərəkət etsin. Son vaxtlar o, İddiaçı2 hərəkətlərini götürə bilmir; - iddia ərizəsində iddiaçıların onun tərəfindən söyülmələri və öldürül əcəklərinə gəldikdə isə bu, tamamilə yalan və ona qarşı böhtandır. İddia tələbində göstərdikləri onun iddiaçıların torpaqlarını zəbt etmələri tamamilə yalandır. O, heç bir vaxt qarşı tərəfin torpağını zəbt etməmişdir. Belədirsə, o zaman mübahisəli və həmin əraziyə qonşu olan torpaqlar təcrübəli mütəxəssislər tərəfindən məhkəmənin dəvətinə əsasən ölçülsün və əsl həqiqət aşkar edilsin. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Birinci instansiya məhkəməsi iddiaçılara məxsus torpaq sahəsinin zəbt edilibedilməməsini müəyyən etmək məqsədilə 22 oktyabr 2019-cu il tarixli qərardadla tikintitexniki ekspertizası təyin etmişdir.
12. Məhkəmə Ekspertizası Mərkəzinin 3503 saylı, xx.xx.2020-ci il tarixli rəyində, (Azərbaycan Respublikası Əmlak Məsələləri Döv lət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin Gəncə LTİ-nin mütəxəssis rəyinə əsasən) qeyd edilib ki, torpağa mülkiyyət hüququna dair JN-867 KOD 50911018 saylı Dövlət aktında göstərilən 1,02 ha torpaq sahəsi ilə iddiaçının hal-hazırda istifadə etdiyi ərazidə uyğunsuzluğun mövcuddur. Belə ki, iddiaçıların faktiki istifadələrində olan 0,80 ha əkin sahəsinin 0,72 ha hissəsi JN-8667 saylı dövlət aktına əsasən mülkiyyətlərində olan 1,02 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçıların faktiki istifadələrində olan 0.80 ha torpaq sahəsinin 0,08 ha hissəsi isə digər mülkiyyətçilərin torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdehlərin hazırda istifadələrinə olan 1,30 ha torpaq sahəsinin 0,20 ha hissəsi JN-867 saylı Dövlət aktına əsasən iddiaç ıların mülkiyyətində olan 1.02 ha torpaq sahəsi ilə üst-üstə düşdüyünün müəyyən edilir.
13. Goranboy rayon Məhkəməsinin 2(045)-58/2020 nömrəli, 02 iyul 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlərin zəbt etdikləri, mülkiyyət hüququ üzrə iddiaçılara məxsus olan (0,20 ha) torpaq sahəsindən çıxarılması, ekspert xərci üzrə 100 manat pulun cavabdehlərdən birgə qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. (hakim Samir Mayılov)
14. Birinci instansiya məhkəməsi işdəki sənədlərə, o cümlədən ekspert rəyinə əsasən müəyyən edib ki, cavabdehlərin hazırda istifadələrində olan 1,30 ha torpaq sahəsinin 0,20 ha hissəsi iddiaçıların mülkiyyətində olan 1,02 ha torpaq sahəsi ilə üst-üstə düşür.
15. Birinci instansiya məhkəməsi ekspert rəyini vermiş şəxsin mühəndislik sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq həmin rəylə razılaşaraq, cavabdehlərin hazırda istifadələrində olan 1,30 ha torpaq sahəsinin 0,20 ha hissəsinin iddiaçıların mülkiyyətində olan 1,02 ha torpaq sahəsinə aid olduğu nəticəsinə gəlmişdir.
16. Birinci instansiya məhkəməsi işdəki sübutlarla cavabdehlərin iddiaçılara məxsus torpaq sahəsini 0,20 ha hissəsinə qanuni əsaslarla sahiblənmədiyini göstərərək, hesab etmişdir ki, iddiaçıların dəlillərini işin hallarına uyğun hesab etmişdir.
17. Birinci instansiya məhkəməsi cavabdehin iddiaya etirazının əsası kimi istinad etdiyi iddiaçı tərəfindən özbaşınalıq edilməsi halının sübuta yetirilməməsini qeyd etməklə yanaşı, göstərib ki, özbaşınalıq başqa hüququ nəticələrə səbəb olur ki, bu da iddiaçının mülkiyyətində olan torpa q sahəsini qanunsuz sahiblikdən geri tələb etmək hüququnu məhdudlaşdırmır.
18. Birinci instansiya məhkəməsinin qeyd edilənlərə əsasən mövqeyi belə olub ki, torpaqların özbaşına tutulması qanunla qadağan edildiyindən, torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalı olduğundan, cavabdehlər iddiaçılara məxsus 0,20 ha torpaq sahəsindən çıxarılmalıdırlar.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.2-ci, Torpaq Məcəlləsinin 84, 111ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. Cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin lə ğv edilməsini xahiş etmişlər.
21. Apellyasiya şikayətinin dəlilləri: - qətnamə qanunsuz və əsassızdır. Belə ki, Cavabdeh1 məhkəmə iclası zamanı rayonda olmayıb, məhkəmədə üzrlü səbəbdən iştirak etməyib. Məhkəmə onun iştirakını təmin etmək üçün işi təxirə salmaq əvəzinə, prosesi davam etdirməklə qanunu pozmuşdur; - məhkəmə nəzərə almalı idi ki, torpaq sahəsi 25 aprel 1998-ci ildən iddiaçıların istifadəsində olub və bu barədə onlara 05 aprel 2001-ci ildə rəsmi sənəd verilib. Necə ola bilərdi ki, 22 ildən sonra iddiaçılar bilib ki, cavabdehlər onların torpağını zəbt edib. Artıq iddia müddəti keçmişdi. Məhkəmə işi icraata qəbul edən zaman bunu nəzərə almalı, sonra işi icraata qəbul etməli idi. Buna görə də məhkəmə Mülki Məcəllənin 373-cü maddəsinin tələbini kobud surətdə pozub; - məhkəmə özü t ərəfindən dəvət edilmiş ekspertin də torpağı düzgün nöqtədən ölçməməsinə fikir verməmiş, həmin ekspert rəyinə istinad edərək qətnamə qəbul etmişdir. Ekspert düzgün ölçü aparmamış və qeyri-qanuni rəy vermişdir. Ekspert ölçü işləri aparan vaxt cavabdehlərin iştirakı təmin edilməyib.
22. Cavabdeh2 apellyasiya baxışnda vəstət verərək təkrar ekspertiza təyin edilməsini xahiş etmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi 27 noyabr 2020-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin etmiş, ekspertizanını aparılmasını X2 həvalə etmişdir.
24. X1 06 aprel 2021-ci il tarixli, 47 nömrəli rəyinə əsasən iddiaçılara məxsus torpaq sahəsi cavabdehlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür və rəydə əlavə olaraq qeyd edilmişdir ki, iddiaçılara məxsus 1,02 ha torpa q sahəsinin cənub tərəfindəki 0,09 ha hissəsi qonşu A.Əliyev tərəfindən istifadə edilir.
25. Apellyasiya instansiyası məhkəməsi 17 dekabr 2021-ci il tarixli qərardadla yenidən məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edərək, ekspertizanın aparılmasını Məhkəmə Ekspertizası Mərkəzinə tapşırmışdır.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 aprel 2022-ci il tarixli 10/2150 saylı rəyində (“Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Gəncə LTİ-nin mütəxəssis rəyinə əsasən) qeyd edilib ki, JN-867 KOD 50911018 saylı Dövlət aktına əsasən İddiaçı1 məxsus olan 1.0175 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, ayrı-ayrılıqda 0.005 ha və 0.02 ha olmaqla, ümumilikdə 0,025 ha hissəsi Cavabdeh2 faktiki istifadəsində ola n torpaq sahəsinin 0.025 ha hissəsi ilə üst-üstə düşür.
27. Apellyasiya instansiyası məhkəməsi 06 may 2022-ci il tarixli qərardadla təkrar tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin etmiş və bunu onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində işə baxılarkən Məhkəmə Ekspertizası Mərkəzinin 3503 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyi ilə apellyasiya instansiyasında işə baxılarkən verilmiş 12 aprel 2022-ci il tarixli 10/2150 saylı ekspert rəyləri arasında əhəmiyyətli ziddiyyət vardır. Birinci ekspert rəyində cavabdeh tərəfin iddiaçıya məxsus olan torpaq sahəsinin 0,20 ha hissəsini zəbt etdiyi göstərilsə də, ikinci rəydə cavabdehlər tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinin yalnız 0,025 ha hissəsinin zəbt edildiyi göstərilmişdir.
28. Məhkəmə Ekspertizası M ərkəzinin 25 noyabr 2022-ci il tarixli, 10/7439 saylı rəyində (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Gəncə LTİ-nin mütəxəssis rəyinə əsasən) qeyd edilib ki, JN-867 KOD 50911018 saylı dövlət aktına əsasən, İddiaçı1 məxsus olan 1,0175 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,025 ha (250 kv.m) hissəsi Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür.
29. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-167/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmuş, yeni qətnamə çıxarılaraq iddianın qismən təmin edilməsi, cavabdehlərin JN-867(KOD ********) nömrəli Dövlət Aktına əsasən Goranboy rayonu, Qaradağlı kənd ərazisində, İddiaçı1 məxsus 1,0175 ha torpaq sahəsinin 0,025 ha (2 sot 50 kv/m) hissəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakimlər Ədil Məmmədov (sədrlik edən və məruzəçi) Rəhman Muradov, Fikrət Mehtiyev)
30. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən istinad etdiyi Məhkəmə Ekspertizası Mərkəzinin 3503 saylı, xx.xx.2020-ci il tarixli rəyi işin hallarını müəyyən edilməsində mötəbər sübut kimi qəbul edilən deyildir. Belə ki, həmin rəydə qeyd edilmişdir ki, ekspertiza Goranboy Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qərardadına əsasın aparılır. İş materialları 10 fevral 2020-ci i tarixdə daxil olmuş, 17 fevral 2020-ci il tarixdə tədqiqat obyektinə dair əlavə sənədlərin təqdim edilməsi barədə vəsatət verilmiş, tə dqiqat obyektinə dair əlavə sənədlər 06 may 2020-ci il tarixdə daxil olduqdan sonra ekspertiza tədqiqatına başlanmışdır. Tədqiqat "xxxx" MMC-nin Gəncə LTİ-nin mütəxəssis rəyinə aparılmışdır. Goranboy Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qərardadı hazırki işin 35 və 36-vərəqələrində tikilmişdir. Bundan sonrakı vərəqələrdə qərardadın icra edilməsi məqsədilə mütəxəssis rəyinin verilməsi üçün aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq idarəsinə göndərilməsi barədə məktub və həmin qərardada əsasən "xxxx" MMC-nin Gəncə LTİ-nin mütəxəssis rəyi aşkarlanmır. Həmçinin ekspert rəyində tədqiqatın "xxxx" MMC-nin Gəncə LTİ-nin mütəxəssis rəyi əsasında aparılması göstərilsə də, həmin mütəxəssis rəyinin tarixi, sıra nömrəsi göstərilməmişdir. Ekspert rəyindən ekspertin torpaq sa həsinə baxış keçirməsi də aydın şəkildə müəyyən edilmir. Buna görə də Məhkəmə Ekspertizası Mərkəzinin 3503 saylı, xx.xx.2020-ci il tarixli rəyi mötəbər sübut kimi qəbul edilən hesab oluna bilməz.
31. Apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin birbirinə uyğun olan 12 aprel 2022-ci il tarixli 10/2150 nömrəli və 25 noyabr 2022-ci il tarixli 10/7439 nömrəli ekspert rəylərini işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edərək, hesab etmişdir ki, iddiaçılara məxsus olan 1,0175 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yalnız 0,025 ha (2 sot 50 kv/m) hissəsinin cavabdehlər tərəfindən faktiki istifadə edilməsi işin faktiki halı kimi təsdiq olunandır və buna görə də cavabdehlər iddiaçılara məxsus torpağın 0,025 ha (2 sot 50 kv/m) hissəsindən çıxarı lmalıdırlar.
32. Apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.1, 157.2-ci və Torpaq Məcəlləsinin 111-ci, maddələri ilə əsaslandrımışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
33. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
34. Kassasiya şikayəti belə əsaslandırlıb: - apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, apellyasiya instansiya məhkəməsi iddiaçılara məxsus olan torpaq sahəsindən cavabdehlərin çıxarılmasına dair iddia tələbini tam təmin etmək əvəzinə əsaslı olan Goranboy rayon məhkəməsinin qə tnaməsini ləğv etmişdir və bununla da iddiaçıların Konstitusiyada təsbit olunmuş hüquqlarına zidd qətnamə qəbul etmişdir; - bundan başqa, Məhkəmə Ekspertizası Mərkəzinin 3503 saylı xx.xx.2020-ci il tarixli rəyində qeyd edilmişdir ki, cavabdehlərin hazırda istifadələrində olan 1,30 ha torpaq sahəsinin 0,20 hissəsi JN-867 saylı dövlət aktına əsasən iddiaçıların mülkiyyətində olan 1,02 ha torpaq sahəsi ilə üst-üstə düşür. Bu rəy qanuni və əsaslıdır. Məhkəmə Ekspertizası Mərkəzinin bundan sonrakı olan 12 aprel 2022-ci il tarixli 10/21 saylı və 25 noyabr 2022-ci il tarixli 10/7 saylı rəylərində birinci rəydə göstərilənləri təkzib edən heç bir tutarlı əsas olmamışdır; - sonrakı rəylər ümumilikdə əsassızdır, sonrakı rəy ekspert tərəfindən mobil telefonla aparılmışdır, bu da rəyin əsaslılığına şüb hələr yaradır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəz iyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak ed ən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 99.1. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qə tnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
37. Kassasiya şikayətində iddiaçılar apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Baxılan iş üzrə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlib.
41. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
42. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən cavabdehlərin hazırda istifadələrində olan 1,30 ha torpaq sahəsinin 0,20 ha hissəsinin iddiaçıların mülkiyyətində olan 1,02 ha torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən edərək, iddianı təmin etmişdir.
43. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən ekspert rəylərinə əsasən müəyyən edilən hallarından isə görünür ki, iddiaçılara məxsus olan 1,0175 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0, 025 ha (250 kv.m) hissəsi cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür.
44. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
45. İddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır. Yəni iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin (və ya onun bir hissəsinin) cavabdehlərin qanunsuz sahibliyində olması müəyyən edilməlidir. Hazırki işdə isə iddiaçılara məxsus 1,0175 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yalnız 0,025 ha (250 kv.m) hissəsinin cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilib.
46. Buna görə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübuta yetirilən hissədə iddianın təmin edilməsi işin mü əyyən edilmiş halları və tətbiq edilən maddi hüquq normalarının tələbi baxımından düzgün olmuşdur. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
48. Məhkəmə kollegiyası iddiaçıların kassasiya şikayətinin dəlilini – sonrakı rəylərin ümumilikdə əsassız olması, həmin rəylərin ekspert tərəfindən mobil telefonla aparılması – əsassız sayır. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işdəki rəylərə qiymət vermiş və nəyə görə ilk rəyi deyil, sonuncu iki rəyi əsas götürməsini qətnamədə əsaslandırmışdır.
49. Məhkəmə kollegiyası qeyd o lunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3 və kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-167/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.