Məhkəmə qərarları › İş №2(102)-1846/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1846/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1846/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 MMC və Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-843/2023 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzr ə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsininxx.xx.2022-ci il tarixli 2(010)-59/2022 saylı qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi qismən təmin edimiş, X1 133281,84 manat əsas, 6770,73 manat faiz olmaqla, cəmi 14**52,57 manat borc, 30 manat dövlət rüsumu və bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh1 ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi qət edilmişdir;

3. Qətnamənin icrası il ə bağlı Cavabdeh3ndə icra işi başlanmış və iddiaçının mülkiyyətində olub üzərinə cavabdeh Bankın xeyrinə həbs qoyulan, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 4, 21B saylı fərdi yaşayış evinin 205**0 manat ilkin satış qiyməti ilə hərraca çıxarılması üçün cavabdeh Hərrac İdarəsinə sifariş verilmişdir;

4. Qeyd edilən əmlakın hərrac vasitəsilə satılması üçün hazırki iş üzrə Cavabdeh2 MMC-nin təşkilatçılığı ilə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərinə təyin edilmiş hərraclar baş tutmamış, bu səbəbdən ipoteka predmeti Cavabdeh1 ASC tərəfindən əldə edilmiş və buna dair hərrac təşkilatı ilə Bank arasında xx.xx.2023-cü il tarixində “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 101 saylı yekun protokol” i mzalanmış, eyni zamanda ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 MMC və Cavabdeh3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 sifarişi əsasında Cavabdeh2 tərəfindən iddiaçı X3 mülkiyyətində olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsi və həmin hərracın nəticələrinin ləğv edilməsi, 1** manat dövlət rüsumu, 1** manat hüquqi xidmət xərcinin cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, S urxanı Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(010)-59/2022 saylı qətnaməsi ilə "xxxx" ASC-nin iddia tələbi qismən təmin edilərək aşağıdakılara qət edildi: X1 133281,84 manat əsas, 6770,73 manat faiz olmaqla, cəmi 14**52,57 manat borc, 30 manat dövlət rüsumu və bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaiti iddiaçı Cavabdeh1 ASC-nın xeyrinə tutulsun. Tələb ipoteka qoyulmuş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evinə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc ödənilsin”. Bu qətnamənin icrası ilə bağlı Cavabdeh3ndə icra işi başlanmış və iddiaçının mülkiyyətində olub üzərinə cavabdeh Bankın xeyrinə həbs qoyulan, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 4, 21B saylı fərdi yaşayış evinin 205**0 manat ilkin satış qiyməti ilə hərraca çıxarılması üçün cavabdeh Hərrac İdarəsinə sifariş verilmişdir. İddiaçı aşağıda göstərilənlər əsasında hesab edir ki, həmin hərrac və onun nəticələri ləğv olunmalıdır: 1) Hərrac daşınmazın mülkiyyətçisi X2 heç bir məlumatı olmadan, ona rəsmi qaydada hərracın keçiriləcəyi barədə bildiriş göndərilmədən keçirilib. Bu səbəblə hesab edilir ki, hərracın keçirilmə qaydaları cavabdehlər tərəfindən kobud şəkildə pozulmuşdur. Təbii ki, bunun da nəticəsində iddiaçının əsas insan hüququ olan mülkiyyət hüququ da pozulmuşdur. Keçirilmiş hərrac məhz bu səbəblə ləğv edilməlidir. 2) Bundan başqa iddiaçının mülkiyyətində ola n Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 4, 21B saylı fərdi yaşayış evi 205**0 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmışdır ki, bu da qəbul edilməzdir. Belə ki, həmin fərdi yaşayış evi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində ümumi sahəsi 3** kv.m olan villa tipli super təmiri və hər şəraiti olan bağ evidir. Həmin ərazidə bənzər bağ evlərinin 2023-cü ilə olan bazar qiymətiən minimum 3****0 manatdır. Qeyd edilən bağ evinin hərraca çıxarılacaq olan ilkin satış qiyməti, yəni 205**0 manat Yasamal rayon məhkəməsində 2021-ci ildə müəyyən edilmişdir. Hal-hazırda həmin bağ evinin dəyəri isə ən aşağı 3****0 manatdır. İddiaçı hesab edir ki, Suraxanı rayon məhkəməsinin göndərdiyi icra sənədi olduğu kimi icra edilərək üzərinə həbs qoyulmuş həmin bağ evinin il kin satış qiyməti olan 205 **0 manat ilə hərraca çıxarılması mülkiyyətçi-iddiaçının əsas insan hüquqlarından biri olan mülkiyyət hüququnu kobud şəkildə pozacaqdır. Ona görə də iddiaçı hesab edir ki, hərracın ləğv edilərək 2023cü ildə olan qiymətlərə uyğun qiymətləndirmə aparılaraq həmin evin qiymətinin təyin olunması iddiaçının hüquqlarının təmin olunması üçün zəruridir. İddiaçı bildirir ki, cavabdehlər tərəfindən keçirilmiş hərrac qanunvericiliyin tələblərinə riayət edilmədən, iddiaçının konstitusion hüquqları pozularaq keçirildiyi üçün ləğv olunmalıdır. İddia tələbi cavabdehlərin keçirdiyi hərracın nəticələrinin ləğv olunması ilə bağlıdır.

7. Cavabdeh1 ASC etiraz ərizəsi ilə müraciət edərək, hazırki iş üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X6 tərəfindən cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh3nə və Cavabdeh1 ASC-yə qarşı Bakı şəhəri Nərimanov rayon Məhkəməsində iddia qaldıraraq Cavabdeh3 sifarişi əsasında Cavabdeh2 MMC tərəfindən iddiaçı X3 mülkiyyətində olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evinə dair keçirilmiş hərracın etibarsız hesab edilməsi və həmin hərracın nəticələrinin ləğv edilməsi xahiş edilmişdir. Cavabdeh hazırki iddia ərizəsinə etiraz edir və bununla bağlı aşağıdakıları qeyd edir: İddia tələbinin əsaslandığı “hərracın daşınmazın mülkiyyətçisi X2 heç bir məlumatı olmadan, ona rəsmi qaydada hərracın keçiriləcəyi barədə bildiriş göndərilmədən keçirilməsi” hissəsi ilə bağlı qeyd edilir ki, hərrac sifari şi Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən verildikdən sonra hərracı həyata keçirən qurum kimi cavabdeh “Capitals Auction" MMC tərəfindən xx.xx.2023-cü il tarixinə tərtib edilmiş bildiriş həm hərracın sifarişçisi kimi Cavabdeh3nə, həm tələbkar kimi Cavabdeh1 ASC-yə həm də borclu kimi X5 sifarişli poçt vasitəsilə bildiriş göndərilmiş, eyni zamanda 525-ci qəzetdə elan verilərək ilkin hərracın keçirilmə yeri və vaxtı göstərilməklə, hərracda iştirak hüququna dair qeydlər göstərilmiş və ilkin hərracın vaxtı xx.xx.2022-ci il tarixi, xx.xx.2022-ci il tarixinə tərtib edilmiş bildiriş üzrə ikinci hərracın vaxtı xx.xx.2023-cü il tarixi müəyyən edilmişdir. Həm birinci bildiriş zamanı, həm də ikinci bildiriş Cavabdeh2 MMC tərəfindən tərtib edilən zaman borclunun həm ünvan 3, həm də Bakı şəh əri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, 4-cüı döngə, 21 B ünvanına bildirişlər göndərilmiş, həmin bildirişlər ilkin bildiriş üzrə xx.xx.2023cü il tarixində 788443 və 788444 №-li qaimələr əsasında “Qaibov.F” tərəfindən qəbul edilmiş, ikinci bildiriş üzrə isə xx.xx.2023- cü il tarixində “Qaibov” soyadlı şəxs tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, 4- cüı döngə, 21 B ünvanına göndərilmiş 793589 №-li qaimə əsasında bildiriş qəbul edilsə də, ünvan 3 ünvanına göndərilmiş bildiriş qəbul edilməmiş və buna uyğun olaraq 793587 № qaimə tərtib edilməklə akt tərtib edilmişdir. İddia tələbinin əsaslandığı “bundan başqa iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 4, 21 B saylı fərdi yaşayış evinin 20 5 **0 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmışdır” hissəsi ilə bağlı qeyd edilməlidir ki, hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsi tərəfindən qəbul edilmiş, sonradan hazırki iş üzrə iddiaçı X6 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinə baxmayaraq dəyişdirilmədən qüvvədə saxlanılmış xx.xx.2022-ci il tarixli 2(010)-59/2022 saylı qətnaməsi mövcuddur ki, həmin qətnamədə əmlakın ilkin satış qiyməti müəyyənedilmişdir. Həmin qətnamənin müəyyən etdi hissəsindən də bəlli olur ki, “Lex Fore” qiymətləndirmə şirkəti tərəfindən aparılmış tədqiqata əsasən əmlakın ilkin satış qiyməti xx.xx.2022-ci il tarixinə 205 **0 manat, bazar qiyməti isə 215 **0 manat müəyyən edilir. Hazırki əmlak üzrə xx.xx.2023-cü il tarixinə və xx.xx.2023-cü il tarixinə təyin edilmiş hərraclar baş tutmadığından qeyd edilən ipoteka predmeti “İpoteka haqqında” AR qanununun 43.7-1-ci maddəsinə əsasən "xxxx" ASC tərəfindən əldə edilmiş və buna dair hərrac təşkilatı ilə Bank arasında xx.xx.2023-cii il tarixində “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 101 №-li yekun protokol imzalanmış, eyni zamanda ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilə imzalanmışdır. Bunda başqa hazırki mərhələdə qeyd edilən daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2023-cü il tarixində, qeydiyyat nömrəsi ********** olmaqla Cavabdeh1 ASC-nin xüsusi mülkiyyətinə keçmişdi r. İddaçının iddia ərizəsində istinad etdiyi “hüquqi əsaslarla” bağlı qeyd edilir ki, bank, icra qurumu və ya hərrac təşkilatçısı tərəfindən iddiaçının hansısa mülkiyyət hüquqları pozulmamaqla bərabər, hərracda iştirakına hansısa formada məhdudiyyət qoyulmamış, keçirilmiş hərracın yeri və vaxtı barədə iddiaçıya məlumat lazımı qaydada verilmiş və hər-hansı formada məhdudiyyət tətbiq edilmədiyindən qanuni əsası olmayam əsaslarla hərracın nəticələrinin etibarsızlığı və onların ləğvi tələb edilə bilməz.

9. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e-2(**5)-3015/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi rədd edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən hərracı n keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmiş, hərracın keçiriləcəyi yer və vaxtı barədə tərəflərə bildirişlər göndərilmiş, eyni zamanda “525-ci qəzet” qəzetlərində elanlar verilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil edilmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, “525-ci qəzet” qəzetində elanlar vermişdir. Nəticədə ipoteka predmeti olan əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Cavabdeh1 ASC-nə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Bakı şə həri, ünvan 5 saylı mənzili “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

12. Məhkəmə iddia tələbinin fərdi yaşayış evinin ilkin satış qiyməti ilə bağlı hissədə qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evinin likvid dəyəri 205 **0 (iki yüz beş min) manat müəyyən edilmişdir. Qeyd edilən qətnamə ilə hazırda mübahisələndirilən fərdi yaşayış evinin ilkin satış qi yməti müəyyənləşdirilmişdir. Eyni zamanda mülki iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5702/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-573/2023 saylı qərarından da görünür ki, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.

13. Məhkəmə həmin qətnamənin preyudisial əhəmiyyətə malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbində fərdi yaşayış evinin ilkin satış qiymətinin mübahisələndirilməsi əsassızdır. Fərdi yaşayış evinin bazar dəyərinin yüksək olması hərracın qanunsuz hesab edilməsi üçün əsas deyildir. Belə ki, hərrac təşkilatı əmlakın satış qiymətini müəyyən etmir, hərrac təşkilatının vəzifəsi icra məmurunun sifarişini aldıqdan sonra hərracın keçirilməsini təşkil etmək və hərracın keçirilməsinin vaxtıvə yeri barədə qanunvercilikdə nəzərdə tutulmuş qaydada tərəfləri məlumatlandırmaqdan ibarətdir. İddiaçı hərracın etibarsız hesab edilməsi ilə bağlı tələb irəli sürərkən hər hansı mötəbər dəlillərə istinad etməmiş, iddia tələbini formal tələblərlə əsaslandırmağa çalışmışdır. Belə olan təqdirdə İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 MMC və Cavabdeh3nə qarşı “hərracın etibarsız hesab edilməsi və onun nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası əsassız və qanunsuz olduğundan təmin edilməməlidir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 415.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun hərracın keçirildiyi zaman qüvvədə olmuş r edaksiyasının 41.2, 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.2 və 62.2-ci maddələrinə,, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır.

16. Bakı Apellyasiya instansiyası məhkəməsinin Mülki Kollegiyasının 2(103)-843/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayəti təmin edi lməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Nərimanov Rayon Məhkəməsinin e-2(**5)-3015/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 101 nömrəli protokolun surətinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə və Cavabdeh3 18/165391/22-19 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubunun icrasına əsasən ilkin hərrac qiyməti 205**0 (iki yüz beş min) manat, 15 % endirimlə 174250 manat, ilkin satış qiymətindən 25 % aşağı qiyməti 130687 manat 50 qəpik olan İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y aşayış sahəsi, 4-cü döngə, 21 B ünvanında yerləşən mənzili 130687 manat 50 qəpik qiymətə ipoteka saxlayan Cavabdeh1 ASCnin nümayəndəsi X7 əldə etmişdir. xx.xx.2023-cü il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” Müqavilənin surətindən görünür ki, “Təşkilatçı” - “Capitals Auction“ MMC İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evini “Əldə edən” - Cavabdeh1 ASC-nin tam mülkiyyətinə verməyi, “Əldə edən” isə həmin daşınmaz əmlakı alıb onun dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 ASC həmin əmlakı 130687 manat 50 qəpik qiymətə əldə etmişdir.

18. ƏMDX DƏDKR publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 171.20 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 ASC-nin tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. “525-ci qəzet”in surətindən görünür ki, İddiaçı məxsus olan Bakı şəhəri, ünvan 5 saylı mənzil ilə bağlı hərracın keçirilməsi tarixi barədə elanlar verilmişdir.

19. Məhkəmə iddiaçının hərracın keçirilməsi ilə bağlı ona heç bir məlumat verilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillətə münasibətdə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi “Capitals Auction“ MMC-nin xx.xx.2023-cü il tarixli, 119-1 №-li hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sah əsi, 4-cü döngə, 21 B ünvanında yerləşən mənzil dəyəri 205**0.** manat olmaqla 22 may 2023-cü il tarixində, saat 11:**-da ünvan 6 ünvanında açıq hərracı keçiriləcəyi barədə məlumat İddiaçı, Cavabdeh1 ASC-yə və Cavabdeh3nə göndərilmişdir. 788444 №-li və 788443 №-li qaimələrin surətindən görünür ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı yaşayış ünvanlarına hərrac keçirilməsinə dair bildiriş göndərilmişdir. “Capitals Auction“ MMC-nin xx.xx.2023-cü il tarixli, 119-1 №-li hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B ünvanında yerləşən mənzil dəyəri 15 % endirimlə 174250.** manat olmaqla 14 iyun 2023-cü il tarixində, saat 11:**-da ünvan 6 ünvanı nda açıq hərracı keçiriləcəyi barədə məlumat İddiaçı, Cavabdeh1 ASCyə və Cavabdeh3nə göndərilmişdir. 793587 №-li və 793589 №-li qaimələrin surətindən görünür ki, Cavabdeh2 MMC tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı yaşayış ünvanlarına hərrac keçirilməsinə dair bildiriş göndərilmişdir.

20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırki iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən hər iki hərracın keçirilmə vaxtı və yeri barədə tərəflərə, o cümlədən iddiaçı X4 lazımi qaydada bildiriş göndərilmişdir və qanunvericiliyin tələblərinə əsasən bildirişlərin göndərilməsi artıq hərracın etibarlılığı ilə bağlı ilkin şərtin ödənilməsini ehtiva edir. İstər birinci bildiriş zamanı, istərsə də, ikinci bildiriş Cavabdeh2 MMC tərəfindən tərtib edilən zaman borclunun həm ünvan 3, həm də Bakı şəhəri, S uraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, 4-cü döngə, 21 B ünvanına bildirişlər göndərilmiş, həmin bildirişlər ilkin bildiriş üzrə xx.xx.2023-cü il tarixində 788443 və 788444 №-li qaimələr əsasında “Qaibov.F” tərəfindən qəbul edilmiş, ikinci bildiriş üzrə isə xx.xx.2023-cü il tarixində “Qaibov” soyadlı şəxs tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq y/s, 4-cü döngə, 21 B ünvanına göndərilmiş 793589 №-li qaimə əsasında bildiriş qəbul edilsə də, ünvan 3 ünvanına göndərilmiş bildiriş qəbul edilməmiş və buna uyğun olaraq 793587 № qaimə tərtib edilməklə akt tərtib edilmişdir. iddiaçı həm birinci, həm də ikinci hərracın keçirilməsi ilə bağlı bildirişləri qəbul edərək bundan məlumatlı olmuşdur.

21. Məhkəmə kollegiyası hesab etmişdir ki, əmlakın satılması ilə bağlı keçir ilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Suraxanı Rayon Məhkəməsininxx.xx.2022-ci il tarixli 2(010)-59/2022 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 4, 21B saylı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 205.**0 manat məbləğində müəyyən edilmişdir. Bu da öz növbəsində qeyd edilən halın preyudisial əhəmiyyət daşıdığını dəlalət edir və bu səbəbdən hazırki mülki iş üzrə icraat çərçivəsində yenidən araşdırıla və mübahisə edilə bilməz.

23. Apellyasiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 347.1, 354.2, 415.2-ci maddələri, F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2**7-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2**8-ci il tarixli qərarının, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarının, Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə” 2020-ci il 12 mart tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun N.Babaye vin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarının hüquqi müvqeyinə və MPM-nin 14.2, 77.1, 82.3 -cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hərracın keçirilməsi barədə elanın verilməsin yetərli hesab etmişdir ki, bu qəbul edilməzdir. Belə ki, Qanunverciliyin tələbinə görə hərrac keçirimədən əvvəl ipoteka qoyana rəsmi qaydada bildirsin verilməsi məcburidir. Lakin cavabdeh bu tələbə əməl etməmiş, məhkəmə də buna məhəl verməmişdir. Məhz İpoteka haqqında qanunun 42.1-ci maddəs inə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əl də etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Göründüyü kimi, Məhkəmə İpoteka haqqında qanunun 42.1-ci maddəsinin tələbini pozmuşdur.

26. Bundan başqa, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, döngə 4, 21B saylı fərdi yaşayış evi 205 **0 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmışdır ki, bu da qəbul edilməzdir. Belə ki, həmin fərdi yaşayış evi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində ümumi sahəsi 3** kv m olan villa tipli super təmiri və hər şəraiti olan bağ evidir. Həmin ərazidə bənzər bağ evlərinin 2023-cü ilə olan bazar qiyməti ən minimum 3** **0 manatdır. Q eyd edilən bağ evinin hərraca çıxarılacaq olan ilkin satış qiyməti, yəni 205 **0 manat Yasamal rayon məhkəməsində 2021-ci ildə müəyyən edilmişdir. Hal hazırda məhkəməsində 2021-ci ildə müəyyən edilmişdir. Hal hazırda həmin bağ evinin dəyəri isə ən aşağı 3** **0 manatdır (buna dair sübutlar məhkəmə icraatı zamanı təqdim ediləcəkdir). Hesab edirik ki, Suraxanı rayon məhkəməsinin göndərdiyi icra sənədi olduğu kimi icra edilərək üzərinə həbs qoyulmuş həmin bağ evinin ilkin satış qiyməti olan 205 **0 manat ilə hərraca çıxarılması mülkiyyətçi-iddiaçının əsas insan hüquqlarından biri olan mülkiyyət hüququnu kobud şəkildə pozacaqdır. Ona görə də hesab edirik ki, hərracın ləğv edilərək 2023-cü ildə olan qiymətlərə uyğun qiymətləndirmə aparılaraq həmin evin qiymətinin təyin olunması iddiaçının hüquq larının təmin olunması üçün zəruridir. İddiaçının bu tələbi ilə bağlı məhkəmə qeyd edir ki, “həmin tələb Azərbaycan Respublikası MPM 82.3-cü maddəsi də tətbiq olunmaqla iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumu nun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş ver məsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Məhkəmə iddia tələbinin fərdi yaşayış evinin ilkin satış qiyməti ilə bağlı mübahisələndirilən hissəsini də əsassız hesab edib. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 4-cü döngə, 21 B saylı fərdi yaşayış evinin likvid dəyəri 205 **0 (iki yüz beş min) manat müəyyən edilmişdir. Göründüyü kimi qeyd edilən qətnamə ilə hazırda mübahisələndirilən fərdi yaşayış evinin ilkin satış qiyməti müəyyənləşdirilmişdir. Eyni zamanda mülki iş materiallarında ola n Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5702/2022 saylı, xx.xx.2022-ci il tarixli kollegiyasının 2(103)5702/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-573/2023 saylı qərarından da görünür ki, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, məhkəmə, həmin qətnamənin preyudisial əhəmiyyətə malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbində fərdi yaşayış evinin ilkin satış qiymətinin mübahisələndirilməsi əsassızdır. Bununla belə məhkəmə hesab edib ki, fərdi yaşayış evinin bazar dəyərinin yüksək olması hərracın qanunsuz hesab edilməsi üçün əsas deyildir. Belə ki, hərrac təşkilatı əmlakın satış qiymətini müəyyən etmir, hərrac təşkilatının vəzifəsi icr a məmurunun sifarişini aldıqdan sonra hərracın keçirilməsini təşkil etmək və hərracın keçirilməsinin vaxtı və yeri barədə qanunvercilikdə nəzərdə tutulmuş qaydada tərəfləri məlumatlandırmaqdan ibarətdir. Göründüyü kimi, iddiaçı hərracın etibarsız hesab edilməsi ilə bağlı tələb irəlki sürərkən hər hansı mötəbər dəlillərə istinad etməmiş, iddia tələbini formal tələblərlə əsaslandırmağa çalışmışdır”. Qeyd edilənlərdən məlum olduğu kimi, məhkəmə də qəbul edir ki, hərraca çıxarılan daşınmazın Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş ilkin satış qiyməti, onun bazar qiymətindən xeyli aşağıdır. Lakin həmin ilik satış qiyməti Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvə yə minmiş qətnaməsi ilə müəyyən edildiyi üçün MPM-in 82.3-cü maddəsi ilə tənzimlənən preyudisiallıq prinsipinə görə dəyişməz olaraq qəbul edilməlidir. Hesab edirik ki, məhkəmənin bu yanaşması qəbul edilməzdir. Belə ki, əmlakın qiyməti kimi, dəyişkən faktlar ilə bağlı olaraq preyudisiallıq prinsipini tətbiq etmək qeyri mümkün olduğu kimi, Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən preyudisiallıq X3 Cavabdeh1 ASC-na 133281,84 manat əsas, 6770,73 manat faiz olmaqla, cəmi 14**52,57 (bir yüz qırx min əlli iki manat, əlli yeddi qəpik ) manat borcunun olduğunun təsdiqlənmiş olmasıdır. Yəni Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş “X3 Cavabdeh1 ASC-na 140 052,57 manat borcunun” olduğu faktı X6 və Cavabdeh1 ASC tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Amma heç kim deyə bilməz ki, hərraca çıxarkən mübahisəli daşınmazın əmlakın bazar qiyməti, Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin qəbul edildiyi məqamda müəyyən edilmiş ilkin satış qiyməti (205 **0 manat) ilə eynidir. Məhkəmənin özü də qəbul edir ki, hərraca çıxarkən mübahisəli daşınmazın əmlakın bazar qiyməti, Suraxanı Rayon Məhkəməsinin 2(010)-59/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin qəbul edildiyi məqamda müəyyən edilmiş ilkin satış qiymətindən (205 **0 manat) yüksək olub, həmin qiymətdən 34% aşağı qiymətə, 130687 manata əldə edib. Məhkəmə təkrar qiymətləndirmə barədə iddiaçının verdiyi Vəsatəti də təmin etməyərək qanunvericiliyi və iddiaçının mülkiyyət hüquqlarını pozub. Bu isə qəbul edilməzdir. iddiaçının mülkiyyət hüquqlarını pozub. Bu isə qəbul edilməzdir. Bütün bunlar əsasında hesab edirik ki, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsini qüvvəsində Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu və digər maddələrini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-ci və digər maddələrini, İpoteka haqqında qanunun 42.1-ci və digər maddələrini pozmuşdir.

15. Bunlardan başqa Məhkəmə qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini, o cümlədən Azə rbaycan Respublikası Konstitusiyasının 60-cı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa K onvensiyasının 6cı maddəsini tələbləri ilə qorunun iddiaçının “ədalətli məhkəmə araşdırması” hüququnu da pozmuşdur. Belə ki, qiymətləndirmə ekspertizası barədə vəsatəti də təmin etməyərək MPM-in 47.2-ci maddəsini, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsini tələbləri ilə qorunun iddiaçının “ədalətli məhkəmə araşdırması” hüququnu da pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə:

28. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

29. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı u dmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:

30. Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

31. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

32. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştir ak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

33. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.

34. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

35. Maddə 43.5. Təkrar hərrac bu Qanu nun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.

36. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Prosessual Məcəllə:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılma masına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən e dilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Mübahisəyə mahiyyəti üzrə baxan məh kəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçının mübahisələndirdiyi hərracın keçirilməsinə dair müvafiq bildirişlər tərəfə göndərilmiş və elanlar verilmişdir. Bundan əlavə, ipoteka predmetinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müəyyən edilmişdir. Belə olan halda, hərracın etibarsız sayılması üçün əsaslar mövcud deyil.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. Kassasiy a şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Ona görə də kassa siya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-843/2023 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar