Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1848/2024 04.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 yanvar 2024-cü il tarixli, 2(103)772/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sifarişçi İddiaçı ilə podratçı "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, podratçı İddiaçı Bakı şəhəri ərazisində çoxmənzilli yaşayış binasında fərdi mənzil tikilməsi barədə sifarişinə əsasən Bakı şəhəri, Yeni Yasamal yaşayış massivində inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 12-ci mərtəbəsində, 2 otaqlı, 65 saylı mənzili tikib sifarişçiyə təhvil verilməsini, sifarişçi isə tikilən mənzili qəbul edib haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. 2. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 7-ci Alatava, 80A ünvanında inşa etdiyi hündür mərtəbəli, çoxmənzilli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 65 saylı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə MMC qarşısında heç bir borcu qalmamışdır. 3. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən MMC tərəfindən Bakı şəhəri, Yeni Yasamal y/m, 7-ci Alatava, 80 A ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 2 otaqlı, 65 saylı, 103.4 kv.m ümumi sahəsi olan mənzil, MMC-nin təsisçisi olduğuna görə İddiaçı pay olaraq verilmişdir.
4. Sifarişçi Cavabdeh ilə podratçı "xxxx" MMC ilə arasında xx.xx.2020-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilədə podratçı Bakı şəhəri Yeni Yasamal yaşayış massivində inşa edilmi ş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 12-ci mərtəbəsində, 2 otaqlı, 65 saylı mənzilini tikib sifarişçiyə təhvil verməyi, sifarişçi isə tikilən mənzili qəbul edib haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tikilən mənzilin ümumi yaşayış sahəsinin 1 kv.m-nin qiyməti 628 manat məbləğdə, müqavilənin qiyməti isə 65000 manat olmaqla dəyişməz qalmışdır. 5. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 7-ci Alatava, 80 A ünvanında inşa etdiyi hündür mərtəbəli, çoxmənzilli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 65 saylı mənzilin dəyəri olan 65.000 manat Cavabdeh tərəfindən tam ödənilmiş və onun həmin mənzilə görə MMC qarşısında heç bir borcu olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava, 80A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının, İ bloku, 12-ci mərtəbəsində yerləşən, 2 otaqdan ibarət olan 65 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, "xxxx" MMC ilə iddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi 7-ci Alatava, 80 A ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının, İ bloku, 12-ci mərtəbəsində yerləşən, 2 otaqdan ibarət olan 65 saylı mənzilin dəyərinin tam ödəməklə almışdır. xx.xx.2018-ci il tarixli maliyyə arayışına əsasən, MMC-yə heç bir borcu qalmamışdır. Mənzilin dəyərini tam ödədikdən sonra, iddiaçı həmin binaya xidmət göstərən Ağa adlı şəxsə tapşırıq vermişdir ki, mənzilin təmirini həyata keçirsin və bu barədə ona məlumat versin. Hər dəfə də maraqlandıqda hər şeyin normal olduğunu bildirmiş və iddiaçı bir neçə dəfə mənzildə təmir işləri getdiyinin şahidi olmuşdur. Lakin təqribən 2022-ci ilin əvvəllərində iddiaçıya məlum olmuşdur ki, cavabdeh mənzili zəbt etmişdir. Bu barədə maraqlandıqda iddiaçıya məlum olmuşdur ki, binaya xidmət göstərən Ağa adlı şəxs cavabdehi aldadaraq ona saxta sənəd vermiş və guya mənzili cavabdehə satmışdır. Sonradan məlum olmuşdur ki, həmin şəxs eyni üsulla bir neçə nəfəri də al datmış və məsuliyyətdən yayınmaq üçün Azərbaycan Respublikasını tərk etmişdir. Halhazırda Ağa adlı şəxsin barəsində Yasamal rayon Prokurorluğunda cinayət işi başlanmışdır. Bundan sonra dəfələrlə cavabdehə mənzili tərk etməsi barədə xəbərdarlıq etsə də, heç bir faydası olmamış və o mənzili tərk etməmişdir.
8. Cavabdeh iddiaya etiraz vermişdir. Etirazın dəlilləri: - cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava, 80 A, 1-ci blok, 12-ci mərtəbədə yerləşən 65 saylı mənzili 16 yanvar 2020-ci il tarixdə MMC-nin direktoru X11 ilə arasında bağlanmış müqavilə əsasında almışdır. Bu barədə cavabdehə maliyyə arayışı da verilmişdir. Həmin mənzili aldıqdan sonra təxminən 6 ay müddətində mənzildə təmir işləri aparmışdır. Bunu bütün qonşular da görmüşdür. Təxminən 2 ildən artıqdır ki, cavabdeh ailəsi ilə birlikdə həmin mənzildə yaşamış və bu günə kimi mənzillə bağlı heç bir mübahisəsi olmamışdır; - Cavabdeh həmin mənzili 65000 manat ödəməklə almış, yəni mənzili qanunsuz olaraq zəbt etməmişdir; - İddiaçı iddia ərizəsində Ağa adlı şəxsə guya mənzilin təmiri barədə tapşırıq verdiyini qeyd etmişdir. Lakin zərurət yaranarsa, həmin mənzildə təmir işləri aparmış ustaları dindirilmələri üçün məhkəməyə dəvət edə bilər və təmir işlərinə görə haradan və kimlərdən tikinti materialları aldığını da göstərə bilər; - İddiaçı qeyd etmişdir ki, guya cavabdehin sənədi saxta olmuşdur. Lakin saxtalığı barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olduğu halda cavabdeh də bildirir ki, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilə və maliyyə arayışı saxtadır; - Bundan əla və, iddiaçı mübahisəli mənzilin onun mülkiyyətində olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş müqavilə mülkiyyətə dair sənəd hesab oluna bilməz.
9. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Ağa adlı şəxs MMC-nin payçılarından Fərəc adlı şəxsin bacısının həyat yoldaşı və həmin binanın komendantı olmuşdur. Ağa adlı şəxsin axtarışda olması ilə bağlı prokurorluqdan məlumat verilmişdir. İddiaçı Ağa adlı şəxsə mənzili aldıqdan sonra təmirlə bağlı mütəmadi olaraq tapşırıq vermişdir. Ağa iddiaçıya məxsus olan bir neçə mənzili təmir etmişdir. Mübahisəli mənzildə pandemiya dövründə də təmir işləri getmişdir. İddiaçı cavabdehə və ya ai lə üzvlərinə mübahisəli mənzildən çıxması ilə bağlı xəbərdarlıq edilməsi üçün MMC-yə müraciət etmişdir. MMC-dən verilən məlumata əsasən cavabdehə yazılı surətdə xəbərdarlıq edilmişdir. Mənzilin 1 kv.m-nin qiyməti barədə hazırda məlumat verə bilmir, mənzilin dəyərinin nə qədər olduğundan məlumatı yoxdur. Borcun olmaması barədə maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Müqavilənin 21 iyul 2018-ci il tarixli olması, lakin ödənilmiş məbləğin aylar üzrə ödəniş bölməsinin xx.xx.2018-ci il tarixdən hesablanmasını MMC-nin nümayəndəsi izah edə bilər. Mənzilin təsisçi olaraq iddiaçıya pay olaraq verilməsi barədə ümumi yığıncağın qərarı onda olmamışdır. Mənzilin təsisçi olaraq iddiaçıya pay olaraq verilməsi ilə mənzilin dəyərinin tam ödənilib alınması arasında ziddiyyətə gəldikdə, iddiaçı mənzili almışdır.
10. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili iddiaya verilən yazılı etirazı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, maliyyə arayışında mənzilin iddiaçıya təsisçi olaraq pay verilməsi göstərilsə də, iddiaçının nümayəndəsi və vəkili təkidlə mübahisəli mənzilin iddiaçı tərəfindən pul verilərək alındığını bildirmişdir. Mənzilin ümumi dəyəri, 1 kv.m-nin qiyməti heç bir sənəddə öz əksini tapmamışdır.
11. Birinci instansiya məhkəməsi "xxxx" MMC-ni (bundan sonra “üçüncü şəxs” və “MMC”) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir.
12. Üçüncü şəxs birinci instansiya məhkəməsində nümayəndəsinin iştirakını təmin etməmişdir.
13. Birinci instansiya məhkəməsində şahid X14 bildirmişdir ki, cavabdehi tanıyır. Onun evində təmir işləri ilə m əşğul olmuş, kafel işlərini görmüş və pulu da cavabdeh özü ödəmişdir. Həmin mənzildə 2020-ci ildə təmir işlərini həyata keçirmişdir. Onlar təmir işlərini həyata keçirdikləri zaman digər şəxslər tərəfindən həmin mənzildə işləməməklə və ya mənzildən çıxmaqla bağlı müraciət olunmamışdır. Onu cavabdehlə həmin binanın komendantı olan Ağa Səməd adlı şəxs tanış etmişdir.
14. Birinci instansiya məhkəməsində şahid X12 bildirmişdir ki, cavabdehi tanıyır. Onunla eyni rayondandırlar. Cavabdehin mənzilində rəngsaz işlərini görmüşdür. Məvacibini də cavabdeh özü vermişdir. Ona həmin mənzildə işlədiyi zaman digər şəxslər tərəfindən həmin mənzildə işləməməklə və ya mənzildən çıxmaqla bağlı müraciət olunmamışdır. O, həmin mənzildə 2020-ci ildə təmir işini həyata keçirmişdir. O, əvvəllər həmin binada 7-ci mə rtəbədə işləmiş, Ağa adlı şəxsi tanımışdır.
15. Birinci instansiya məhkəməsində şahid X13 bildirmişdir ki, cavabdehi tanıyır. Cavabdehin mənzilində elektrik və santexnik işləri görmüşdür. Təmir işləri həyata keçirmək üçün onu binanın komendantı çağırmışdır. Təmir işlərinə cavabdeh nəzarət etmişdir. Təmir işlərinin qarşılığında onlara veriləcək məvaciblə bağlı əvvəl komendantla, sonradan isə cavabdehlə danışıqlar aparılmışdır. Ona həmin mənzildə işlədiyi zaman digər şəxslər tərəfindən həmin mənzildə işləməməklə və ya mənzildən çıxmaqla bağlı müraciət olunmamışdır. Binanın komendantının adı Ağa Səməd idi. Onu Ağa kimi tanıyırdı. Cavabdehdən qabaq təmir işləri ilə bağlı Ağa ilə danışıqlar aparılmışdır.
16. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-562/2023 nömrəli, 14 fevral 2023-cü il ta rixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddia rədd edilmişdir.
17. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, MMC ilə ayrı-ayrılıqda həm iddiaçı və həm də cavabdeh arasında eyni mənzilə dair təxminən eyni məzmunlu müqavilələr imzalanmış və mənzil üçün onların MMC-yə borcu qalmamışdır. MMC ilə iddiaçı arasında imzalanan müqavilə tarix etibari ilə daha əvvəl tərtib edilmiş olsa da, MMC mənzili onun (iddiaçının) sahiblik və istifadəsinə deyil, cavabdehin sahiblik və istifadəsinə vermiş, mənzil sonuncu tərəfindən təmir etdirilmiş və cavabdeh ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. İddiaçı mənzilin cavabdehin sahiblik və istifadəsinə verilənədək, həm də bundan sonra keçən müddət ərzində mənzilin özünə verilməsini tələb etməmiş və buna dair hər hansı iddia irəli sürməmişdi r.
18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, MMC cavabdehlə bağladığı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş sayılsa da, iddiaçıya münasibətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və fərdən müəyyən edilmiş həmin mənzili başqa birinə verdiyindən iddiaçı ilə bağlamış olduğu xx.xx.2018-ci il tarixli müqavilənin icrası onun təqsirindən mümkünsüz hala gəlmişdir.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, MMC öz materialları əsasında inşa etdiyi (hazırladığı) yaşayış binasındakı mübahisəli mənzili məhz cavabdehin mülkiyyətinə keçirmək niyyəti ilə ona təhvil vermişdir. Belə ki, ödədiyi muzd əsasında mənzilin podratçı tərəfindən sifarişçiyə verilməsi, hazırlanmış əmlaka mülkiyyət hüququnun verilməsi hesab olunur: bu isə Mülki Məcəllənin 452.1-ci mad dəsində nəzərdə tutulmuş şərtin (söhbət, əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməsindən gedir) reallaşdığını göstərir.
20. Birinci instansiya məhkəməsi göstərmişdir ki, cavabdeh lazımi qaydada ödənilmiş muzd əsasında mənzili əldə etməklə orada ailəsi ilə birlikdə yaşadığından, onun mülkiyyət hüququnun qeydiyyatdan keçməməsi sözügedən şərtin baş verməsini şübhə altına almır. Nəzərə alınmalıdır ki, mübahisəli mənzil üzrə pay haqqı tam şəkildə ödənilməklə mənzil cavabdehə verildiyi üçün sonuncu həmin mənzilə sahiblik və istifadə hüququ əldə etmiş və gələcəkdə zəruri sənədləri təqdim etməklə hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək imkanını əldə etmişdir.
21. Şərh olunanları ümumiləşdirərək birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli mənzil iş üz rə cavabdehə təhvil verildiyindən və cavabdeh əmlaka qanuni əsaslarla sahiblik və istifadə hüququnu həyata keçirdiyindən, bununla da onun tərəfindən mülkiyyətə qəsd halına yol verilmədiyindən iddiaçının ona qarşı mənzildən çıxarılma tələbi əsaslı sayıla və təmin edilə bilməz.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157 və 452.1-ci maddələri ilə əsaslandırmışdır.
23. Həmçinin, birinci instansiya məhkəməsi 14 fevral 2023-cü il tarixində üçüncü şəxs MMC-nin sədri X7 əməlində cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad çıxarmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
24. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi işə baxarkən iddianın əsasını təşkil faktlar öz təsdiqini tapsa da, işin mahiyyətinə varmamış, dəfələrlə, hətta iddia ərizəsində cavabdehin sənədinin saxta olmasını bildirsə də, buna fikir verməmiş, həmin sənədin saxta olduğunun fərqinə belə varmadan onun iddiasını rədd etmişdir; - hətta cavabdeh tərəfindən dəvət edilmiş şahidlər də iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi mənzilin təmiri ilə bağlı Ağa adlı şəxsə tapşırıq verdiyini dolayısı ilə təsdiq etmişlər. Şahidlərin hər üçü bildirmişdir ki, cavabdehin mənzilindəki təmir işlərinə onları Ağa adlı şəxs cəlb etmişdir; - cavabdehə verilmiş saxta müqavilə xx.xx.2020-ci il tarixdə imzalanmışdır. Müqavilənin saxtalığı gözlə d ə müşahidə edilmişdir. Məhkəmə isə bu halı nəzərə almadan, ekspertiza təyin etmədən, MMC-nin nümayəndəsini dinləmədən belə qənaətə gəlmişdir ki, onların hər ikisinə müqavilə verilmişdir. Üstəlik, bu barədə MMC-nin sədri X7 əməlində cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad çıxardaraq prokurora göndərmişdir. Halbuki, X11 xx.xx.2018-ci ildə vəfat etmişdir; - qeyd edildiyi kimi, cavabdehin adına verilmiş müqavilənin tarixi isə xx.xx.2020-ci il olmuşdur. Şəxsin vəfatından 1 il 2 ay sonra onun adına saxta müqavilə verilmişdir. Məhkəmədə dəfələrlə bildirmişdir ki, saxta müqavilə verilmiş şəxslər barəsində cinayət işləri başlanılmışdır. Hakim bunu da nəzərə almamışdır.
26. MMC (üçüncü şəxs) apellyasiya instansiyası məhkəməsinə ünvanladığı 35B saylı, 12 may 2023-cü il tarixli məktubunda bildirmişdir ki, X4 adlı şəxs mənzil mülkiyyətçilərinin tapşırıqları və razılıqları əsasında mübahisəli binada mənzillərin təmiri və satışı ilə məşğul olmuşdur. Bu işlər tərəflərin qarşılıqlı razılıqları əsasında, MMC-nin iştirakı olmadan baş vermişdir. Hazırda Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində X1 bir qrup şəxsi dələduzluq yolu ilə aldatması faktı üzrə cinayət işi vardır və həmin işi üzrə istintaq hərəkətləri həyata keçirilməkdədir. MMC-yə məxsus bütün hüquqi sənədlər istintaq orqanı tərəfindən götürülmüşdür. Həmçinin MMC tərəfindən Cavabdeh hər hansı mənzil satılmamışdır. xx.xx.2018-ci il tarixindən sonra mərhum X7 adından MMC-yə aid bağlanmış hər hansı müqavilə etibarsızdır. Cavabdeh mənzili hansı formada və kim dən alması barədə MMC-də hər hansı məlumat yoxdur. Cavabdeh ödədiyi məbləğ MMC-nin hesabına daxil olmayıb. Mübahisədə adı keçən mənzil iddiaçıya məxsusdur.
27. Apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən mənzil üzrə araşdırma aparılıb-aparılmaması, həmin mənzilə dair ödənişin kim tərəfindən ediməsi, kim tərəfindən qəbul edilməsi, ödənişin rəsmi olaraq MTK-nın hesabına mədaxil olubolmaması, müqavilələrin kim tərəfindən tərtib olunub imzalanması, möhürün saxta olubolmaması, araşdırmanın nəticəsində əldə edilmiş izahatlarla bağlı ətraflı məlumatın məhkəməyə təqdim edilməsi barədə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu vermişdir.
28. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi tərəfindən sorğuya cavab məktubunda qeyd edilmişdir ki, mübahisədə adı keçən mənzil MMC-də pay hüququnun qarşılığında təsisçi İddiaçı adına xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilməsinə baxmayaraq, sonuncunun məlumatı və razılığı olmadan təqsirləndirilən şəxs qismində cəlb edilmiş X5 təkrarən həmin mənzili xx.xx.2020-ci il tarixdə 65000 manat qarşılığında Cavabdeh satmışdır. Maddi ziyan vurulması nəzərə alınmaqla Cavabdeh zərərçəkmiş şəxs qismində tanınmışdır.
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2877/2023 nömrəli, 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Sabit Bəhrəmzadə) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən s axlanılmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən dindirilmiş şahidlər də ifadələrində mənzildə təmir işlərinin cavabdeh tərəfindən aparılmasını və bu işlərdə onları cavabdehlə Ağa adlı şəxsin tanış etmələrini göstərmələri mənzilə faktik olaraq cavabdehin sahiblik etməsini bir daha təsdiq edir.
31. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin adına verilmiş müqavilənin tarixinin xx.xx.2020-ci il olması və orada MMC-nin adından imza etmiş X7 xx.xx.2018-ci ildə vəfat etməsi faktının mövcudluğu belə, iddianın əsaslı sayılması üçün yetərli sübutlar kimi qiymətləndirilə bilməz.
32. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir k i, iddiaçı MMC ilə onun arasında xx.xx.2018-ci il tarixdə “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqavilə bağlanmasını, həmin müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 7-ci Alatava, 80A ünvanında inşa edilmiş hündür mərtəbəli, çoxmənzilli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən, 2 otaqdan ibarət olan 65 saylı mənzilin dəyərinin tam ödəməklə almasının təsdiqi kimi iki fərqli məzmunlu arayış təqdim etmişdir. Müqavilə tarixi ilə eyni və direktor X7 imzası olan maliyyə arayışında iddiaçı tərəfindən mənzilin dəyərinin tam ödənilməsi, xx.xx.2022-ci il tarixli arayışda isə sözügedən mənzilin iddiaçının MMC-nin təsisçisi olduğuna görə pay olaraq ona verilməsi göstərilmişdir.
33. Apellyasiya baxışına təqdim edilmiş MMC-nin xx.xx.2014- cü il tarixdə qeydə alınmış Nizamnaməsinə əsasən MMC-nin 5 nəfər təsisçisindən biri də iddiaçıdır. Lakin sözügedən mənzilin iddiaçının MMC-nin təsisçisi olduğuna görə pay olaraq ona verilməsi barədə məhkəmələrə təsisçilərin ümumi yığıncağının buna dair qərarı və iclas protokolu (çıxarışı) təqdim edilməmiş, hətta bu barədə MMC-nin apellyasiya instansiyası məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 35V saylı məktubunda da heç nə göstərilməmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi MMC-nin apellyasiya instansiyası məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 35V saylı məktubunda göstərilənlərə qiymət verərək qeyd etmişdir ki, iddiaçının MMC-nin təsisçisi olması baxımından MMC-nin hazırki iş üzrə 3-cü şəxs qismində cəlb edilmələrindən məlumatlı olmaları nəzərə alınarsa, onların s özügedən məktubda göstərilən hallar barədə birinci instansiya məhkəməsinin iclasında iştirak edərək mövqeləri və buna dair sübutlarını təqdim etmək imkanları olmuşdur.
35. Apellyasiya instansiyası məhkəməsi onu da bildirmişdir ki, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava, 80A, 1-ci blok, 12-ci mərtəbədə yerləşən 65 saylı mənzili 16 yanvar 2020-ci il tarixdə MMC-nin direktoru X11 ilə arasında bağlanmış müqavilə əsasında almasını bildirməsinə baxmayaraq, MMC-nin təsisçilərindən biri olan iddiaçının X7 vəfatından xəbəri olmasına baxmayaraq (xəbəri olmaması inandırıcı olmamışdır) bu barədə izahatlarında məhkəməyə məlumat verməməsi iclas protokollarından da aydın görünür və bu da məhkəmənin artıq ölmuş şəxsin əməlində cinayət əlamətlərinin olub-olmamasına dair xüsusi qərardad çaxırılması ilə nəticələnmişdir. Başqa sözlə, iddiaçı birinci instansiya məhkəməsinə MMC-nin direktoru olmuş X7 vəfatı barədə məlumatı, buna dair müvafiq şəhadətnaməni təqdim etməmiş, bunlar barədə apellyasiya instansiyası məhkəməsinin iclasında məlumat vermişdir.
36. Şərh olunanları ümumiləşdirərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli mənzil iş üzrə Cavabdeh təhvil verildiyindən və cavabdeh əmlaka qanuni əsaslarla sahiblik və istifadə hüququnu həyata keçirdiyindən, bununla da onun tərəfindən mülkiyyətə qəsd halına yol verilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, iddiaçının mənzilin ona təsis payı verilməsinə dair müvafiq arayışı həqiqət i əks etdirmədiyi halda, onun MMC-nin təsisçisi olmasına baxmayaraq sözügedən mənzilə dair MMC-nin hesabına pul ödədiyi təqdirdə MMC-yə qarşı ziyanla bağlı iddia qaldırmaq hüququnun olması izah edilməlidir. c)Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
38. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.
40. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4049/2023 nömrəli, 6 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Aqil Abbasov (mər uzəçi), Zaur Əliyev və Vidadi Məmmədov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
41. Məhkəmə tərkibinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddianı Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən rədd edərkən, məhz həmin norma baxımından iddianın təmin edilməli olması hallarına aydınlıq gətirməmişdir. Belə ki, iddiaçı dəyərini tam ödədikdən sonra mənzilin təmir edilməsi məqsədilə Ağa adlı şəxsə tapşırıq verdiyini bildirmişdir. İş üzrə cavabdeh tərəfindən təqdim edilmiş şahidlər də ifadələrində mənzildə təmir işlərinin aparılması barədə təklifin Ağa adlı şəxsdən gəlməsi məzmununda ifadələr vermişlər. X15 cavabdehi Ağa adlı şəxs vasitəsilə tanıdığını, Na miq Əmirov isə cavabdehdən əvvəl təmir işləri ilə bağlı Ağa adlı şəxslə danışıq apardığını göstərmişdir. Belə olan halda, mənzilin ilkin olaraq iddiaçının sahibliyinə verilməsi barədə iddiaçının dəlillərinə şahid ifadələri kontekstində aydınlıq gətirilməli idi. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İddiaçının dəlilləri təsdiq edildiyi halda Mülki Məcəllənin 452.1-ci maddəsi iddianın təmin edilməsi üçün də əsas ola bilərdi.
42. Bundan əlavə, iddiaçı iddia ərizəsində mübahisədə adı keçən mənzilin cavabdehə Ağa adlı şəxs tərəfindən saxta sənəd əsasında satılmasını, Ağa adlı şəxs barəsində Yasamal rayon Prokuror luğunda cinayət işinin olmasını dəlil kimi irəli sürsə də, birinci instansiya məhkəməsi cavabdehlə bağlanmış müqaviləyə münasibətdə hər hansı qiymətləndirmə aparmamış, iddiaçının bu barədə dəlillərinə heç bir əhəmiyyət verməmişdir.
43. Belə ki, hazırki işin halları baxımından Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqi üçün hər bir halda etibarlı müqavilə münasibətlərinin olması zəruridir. Bu, həm də cavabdehlə bağlanmış müqaviləyə aiddir. Qeyd edilən maddəyə uyğun olaraq əmlakın müqavilə əsasında ilkin olaraq cavabdehə verilməsinə görə iddia rədd edilirsə, cavabdehlə bağlanmış müqavilənin saxtalığı (etibarlılığı) ilə bağlı iddiaçının dəlilləri də Mülki Məcəllənin 405-407-ci maddələrinin tələbləri üzrə yoxlanılmalı idi.
44. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının ilkin o laraq hələ iddia ərizəsində qeyd etdiyi bu dəlilləri diqqətdən kənarda saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi də qeyd edilən bu xüsusatlara hər hansı münasibət bildirməmişdir.
45. Həmçinin işin apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə sorğu vermişdir. Sorğuya cavabdan görünür ki, mübahisədə adı keçən mənzil MMC-də pay hüququnun qarşılığında təsisçi İddiaçı adına xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilməsinə baxmayaraq, sonuncunun məlumatı və razılığı olmadan təqsirləndirilən şəxs qismində cəlb edilmiş X5 təkrarən həmin mənzili xx.xx.2020-ci il tarixdə 65000 manat qarşılığında Cavabdeh satmışdır. Maddi ziyan vurulması nəzərə alınmaqla Cavabdeh zərərçəkmiş şəxs qismində tanın mışdır.
46. Apellyasiya instansiyası məhkəməsi özünün verdiyi sorğuya alınmış cavab məktubunda qeyd edilənlərlə bağlı hər hansı qiymətləndirmə aparmamışdır. Belə olan halda, həmin sorğunun verilməsinin hansı zərurətdən yaranması, zərurət olmuşdusa, sorğuya cavab alındığı halda ona qiymət verilməməsinin nə ilə izah edilməsi qətnamədən görünmür.
47. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi şahid ifadələrini mənzilin faktiki olaraq cavabdehin sahibliyinə verilməsinin təsdiqi kimi göstərsə də, həmin ifadələrə yalnız istinad etməklə kifayətlənmiş, onları MPMin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməmişdir. Halbuki işə mahiyyəti üzrə baxan məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübut un qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
48. Məhkəmə tərkibi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə istinadən əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
49. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, həmçinin X2 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə “İttiham aktı”nın surətini və həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilmiş 1(101)-2354/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı məhkəməyə təqdim edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən Ağa adlı şəxs, yəni X5 cinayət işinin istintaqı zamanı özü etiraf etmişdir ki, Lamiyə Vəliyeva ilə əlbir olaraq saxta sənədlər hazırlamış və iddiaçıya məxsus mənzili cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış cavabdehə satmışdır.
50. Apellyasiya baxışında iştirak etmiş cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaya etirazın və birincii instansiya məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahatlar vermiş və əlavə olaraq bildirmişlər ki, Ağasəmid Məhərrəmov barəsində qanuni qüvvəsini almış yekun məhkəmə aktı qəbul edilmədiyi üçün təqsirli sayıla bilməz. Ağasəmid Məhərrəmov məhkəmə baxışına üçüncü şəxs və ya şahid kimi dəvət edilsə onun fikri öyrənilə bilər. Cavabdehin mübahisəli mənzilə aid sənədlərinin saxt a olması barədə dəlil əsassızdır. İddiaçı özü də hazırki iş üzrə verdiyi kassasiya şikayətində etiraf etmişdir ki, 2018-ci ildə binanın təmir və sair işlərinə ümumi nəzarəti həyata keçirmək üçün təsisçilərdən birinin yaxın qohumu olan Ağasəmid Məhərrəmovu həmin binaya cəlb etmişlər, o da öz növbəsində binadakı paylarına düşən mənzillərin təmir işlərinə, alğı-satqısına köməklik göstərmişdir.
51. Cavabdehin izahatının dəqiqləşdirilməsi zamanı cavabdeh sədrlik edən hakimin ona verdiyi suallara cavab olaraq bildirmişdir ki, mənzilin alğı-satqısı ilə bağlı Ağasəmid ilə söhbət aparan zaman Ağasəmid bildirmişdir ki, mənzil iddiaçıya məxsusdur, lakin iddiaçı mənzili satmaq qərarına gəlmiş və mənzilin satılmasını ona (Ağasəmidə) tapşırmışdır. Ağasəmid bu kimi məlumatı ona versə də, o, iddiaçı tərəf indən Ağasəmidə etibarnamənin verilib-verilməsi ilə maraqlanmamış, mənzilin alğı-satqısı ilə bağlı iddiaçı ilə görüşüb, söhbət etməmişdir. O, Ağasəmidə inanmışdır.
52. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş üçüncü şəxs "xxxx" MMCnin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini qəbul edərək öz izahatında bildirmişdir ki, iddiaçı MMC-nin təsisçilərindən biridir. Mübahisəli mənzilə dair müqavilə də iddiaçı ilə bağlanmışdır. Cavabdehə aid müqavilə və maliyyə arayışı MMC tərəfindən imzalanmamış və həmin mənzilə görə cavabdeh tərəfindən MMC-yə ödəniş olunmamışdır. Ağasəmid Məhərrəmov dələduzluq yolu ilə cavabdehi aldadaraq iddiaçıya məxsus mənzili MMC-nin xəbəri olmadan cavabdehə satmış və mənzili cavabdehə təhvil vermişdir. O digər şəxslərə də məxsus bir neçə mənz ili eyni üsulla ayrı-ayrı şəxslərə MMC-nin xəbəri olmadan qanunsuz olaraq təkrar satmışıdır. Ağasəmid Məhərrəmov MMC-də hər hansı vəzifə tutmamış, binanın sakinləri öz istəkləri ilə onu mənzillərin təmirinə cəlb etmişlər.
53. Bundan əlavə, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Ağasəmid Məhərrəmov ona Cinayət Məcəlləsinin 29, 178.3.2 və 320.1-ci maddələr ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, pula ehtiyacı olduğu üçün 1-ci blok, 12-ci mərtəbə, 65 saylı, istifadə edilməyən iddiaçıya məxsus mənzili satmaq qərarına gəlmişdir. Bu məqsədlə həmin dövrdə binadan mənzil almaq üçün komendant otağında ona müraciət edən, həmkəndlisi kimi tanıdığı cavabdehə özünü səlahiyyətli şəxs kimi təqdim etmişdir. Özündə olan açardan istifadə edib həmin mənzili cavabdehə göstərməklə və MMC-yə məxsus olan həmin mənzilin 65.000 manat müqabilində satışda olmasını bildirməklə aldatmışdır. Cavabdeh həmin mənzil sahəsini almaq qərarına gəlib dəqiq xatırlamadığı tarixdə binanın komendant otağında təklikdə olduqda ona 65.000 manat pul vermişdir. X3 verdiyi saxta sənədlərdə cavabdehin ona təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətində olan məlumatları öz xətti ilə daxil edib həmin mənzil sahəsini sonuncunun adına rəsmiləşdirmiş və sənədlərdə qeyd etdiyi tarixdə həmin pul vəsaitini cavabdehdən almışdır. Sənədləri Cavabdeh alıcı kimi imzaladıqdan sonra surətini komendant otağında olan printerdə çıxarıb sonuncunun şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə özündə saxlamış, əslilərini isə cavabdehə geri qaytarmışdır. Cavabdehin adına olan saxta sənədlə ri isə həmin dövrdə avtomobilində saxlamışdır ki, kənar şəxslərin onun törətdiyi qanunsuz əməllərdən məlumatı olmasın. Cavabdehin həmin mənzilin mülkiyyətçisinin başqa şəxs olmasından məlumatı olmamışdır. Cavabdehin adına rəsmiləşdirilməsi ilə əlaqədar sənədlərdə olan yazılar ona, imza isə cavabdehə məxsus olmuşdur. Törədilmiş qanunsuz əməllərdən əvvəlcədən MMC-nin təsisçilərinin, hüquqi və ya faktiki rəhbərlərinin və ya başqa digər şəxslərin məlumatı olmamış, onlar bu qanunsuz fəaliyyətdə hər hansı şəkildə iştirak etməmişlər.
54. Bundan başqa, apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş MMC-nin nümayəndəsi də öz izahatında cavabdehə aid müqavilənin MMC tərəfindən imzalanmadığını və həmin mənzilə görə cavabdeh tərəfindən MMC-yə ödəniş olunmadığını, Ağasəmid Məhərrəmovun dələduzlu q yolu ilə bir neçə şəxsi, o cümlədən cavabdehi aldadaraq mənzili ona təhvil verdiyini bildirmişdir.
55. Mübahisəli mənzilə aid cavabdehə məxsus sənədlərin saxta olmasını sənədlərin MMC-nin mərhum direktoru X7 adına tərtib edilməsi də öz təsdiqini tapır. İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 593119 №-li “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X11 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Cavabdehin adına olan müqavilə və maliyyə arayışı isə xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmişdir. Belə olan halda, ölmüş şəxsin adından saxta yolla tərtib edilmiş və imzalanmış müqavilə özlüyündə əhəmiyyətsizdir və cavabdehin mübahisəli mənzil üzərində hər hansı hüququnun müəyyən edilməsi üçün əsas təşk il edə bilməz.
56. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 yanvar 2024-cü il tarixli, 2(103)-772/2024 nömrəli qətnaməsi ilə (hakimlər - Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışınski və Azad İmanov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi qismən təmin edilmiş, cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 7-ci Alatava, 80 “A” ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının, 1-ci bloku, 12-ci mərtəbəsində yerləşən, 2 otaqdan ibarət olan 65 saylı mənzildən çıxarılması, iddianın qalan hissədə iddia təmin edilməməsi qət edilmişdir.
57. Məhkəmənin qənaətinə görə, cavabdehin adına olan xx.xx.2020-ci il tarixli “Çoxmənzi lli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə” əhəmiyyətsiz əqd olaraq heç bir hüquqi nəticələrə səbəb olmadığından həmin əqd əsasında cavabdeh mübahisəli mənzilə dair heç bir hüquq əldə etməmiş hesab edilməlidir. Belə olan halda, iddiaçı cavabdehin mənzildən çıxarılmasını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olduğu üçün ləğv edilməlidir.
58. Qanunvericilik normalarını və təkrar apellyasiya baxışı zamanı cavabdehin verdiyi izahata göstərilənləri işin hallarına yanaşdıqda müəyyən edilmişdir ki, cavabdehin mübahisəli mənzildə yerləşən yaşayış sahəsində yaşamasının, oradan istifadə etməsinin hüquqi əsası mövcud deyil. Başqa sözlə, iddianın “cavabdehin mübahisəli mənzildən çıxarılması barədə” hissəsi əsaslıdır. Birinci instansiyası məhkəməs i bu tələbi rədd etməklə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin həmin nəticəyə aid dəlili əsaslıdır və formal mülahizə xarakteri daşımır.
59. Həmçinin iddia ərizəsində ifadə olunmuş digər tələb cavabdehin ailə üzvlərinin mübahisəli mənzildən çıxarılması barədədir. İddiaçı həmin şəxslərin kimlər olması barədə hər-hansı məlumatı, yəni həmin şəxslərin adlarını, soyadlarını və ata adlarını iddia ərizəsində göstərməmiş, bu boşluğu Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə keçirtdiyi hazırlıq iclaslarında aradan qaldırmamışdır. Qeyd olunan halı nəzərə alan məhkəmə bildirmişdir ki, hazırda, yəni artıq apellyasiya baxışında həmin boşluğun aradan qaldırılması qeyri-mümkündür. Göründüyü kimi müzakirə edilən bu tələb qeyri-müəyyəndir. Belə olan halda həmin h issədə iddia tələbi təmin edilə bilməz. Lakin işə baxmış birinci instansiya məhkəməsi bu tələbi qeyd edilən əsasla deyil, tələbin əsaslı olmaması əsası ilə təmin etmişdir ki, birinci instansiya məhkəməsinin bu nəticəsi də səhv hesab edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
60. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir.
61. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi şikayətə baxılması zamanı səlahiyyətlərindən kənara çıxaraq cavabdehlə bağlanmış 16 yanvar 2020-ci il tarixli müqaviləni əhəmiyyətsiz hesab etmiş, əqdin etibarsızlığının mübahisələndirilməsi i lə bağlı subyekt və müddət tələblərini heçə saymışdır. Məhkəmə nəzərə almamışdır ki, əqdin digər tərəfi olan "xxxx" MMC Cavabdeh qarşı hər hansı tələb irəli sürməmiş, həmin əqdi qanunla müəyyən olunmuş müddətdə mübahisələndirməmişdir. Eynilə iddiaçı da 16 yanvar 2020-ci ildən etibarən mənzili almış, həmin tarixlərdən etibarən mənzildə 6 ay təmir işləri aparmış və 3 il müddətində həmin mənzildə yaşamış Cavabdeh həmin mənzildə yaşamasının əsaslarını mübahisələndirməmişdir. Deməli, iddiaçının və Cəmiyyətin nümayəndəsinin cavabdehlə bağlanmış müqavilədən xəbərsiz olmalarına dair mülahizələri tamamilə uydurma olmaqla, qəbul edilən deyildir. İddiaçı cavabdehin uzun müddət həmin mənzildə yaşaması barədə məlumatlı olsa da, 02 dekabr 2022-ci ilədək həmin mənzilə dair hər hansı tələb irəli sürməmişd ir.
62. Məhkəmə kollegiyası əqdin bağlanması ilə bağlı iradə ifadəsinin təfsirində səhvə yol vermişdir. Məhkəmə müqaviləni Cəmiyyət tərəfindən kommersiya hüquqi şəxslərin dövlət reyestrində 2 il müddətində qeydiyyatda qalan mərhum direktorun adından imzalanması səbəbi ilə etibarsız hesab etsə də, həmin müqavilədə Cəmiyyətə aid möhürün mövcud olduğunu və həmin möhürün yalnız Cəmiyyətin təsisçilərinin sərəncamında olduğunu, cavabdehin 4 il müddətində mübahisəli mənzildə yaşamasına baxmayaraq nə Cəmiyyətin nümayəndələri, nə də iddiaçı tərəfindən mübahisələndirilməməsini nəzərə almamışdır. Deməli, mübahisəli mənzilin cavabdehin mülkiyyətinə verilməsi ilə bağlı Cəmiyyətin və iddiaçının həqiqi iradə ifadəsi mövcud olmuş, əqd onlar tərəfindən mübahisələndirilməmişdir. Bu halda məhkəmə ağlabatan mühakimə aparmaqla 16 yanvar 2020-ci il tarixli əqdin etibarsızlığına dair halların mövcud olmadığı qənaətinə gəlməli idi. Habelə, məhkəmənin etibarsız hesab etdiyi əqdlə bağlı, mülki və cinayət mühakimə icraatında ekspertiza keçirilməmişdir. Məhkəmənin hansı dəlillərə əsasən, əqdin “saxta” olması qənaətinə gəlməsi anlaşılan deyil.
63. Habelə, məhkəmə nəzərə almamışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 21 iyul 2018-ci il tarixli maliyyə arayışında, "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 7-ci Alatava, 80A ünvanında inşa etdiyi hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 65 saylı mənzilin dəyəri İddiaçı tərəfindən ödənilmiş və onun həmin mənzilə görə "xxxx" MMC qarşısında heç bir borcu yoxdur” kimi ümumi sözlər q eyd edilsə də, mənzilin dəyəri, iddiaçı tərəfindən ödənilmiş vəsaitin miqdarının göstərilməməsi həmin sənədin sonradan tərtib edilməsinə, saxta olmasına dəlalət edir.
64. Məhkəmənin istinad etdiyi cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü mövcud olmadığı halda, məhkəmə ədalət mühakiməsi orqanı rolundan uzaqlaşaraq istintaq orqanı kimi Ağasəmid Məhərrəmovun izahatı kimi ittiham aktında göstərilən mülahizələrə istinad etmişdir. Halbuki, cavabdehin nümayəndəsi dəfələrlə məhkəmənin diqqətinə çatdırmışdır ki, Cavabdehlə bağlı epizod üzrə Ağasəmid Məhərrəmov ittiham aktında göstərilən ifadəsi ilə razılaşmır və tamamilə fərqli mövqe ifadə edir.
65. Məhkəmənin istinad etdiyi ittiham aktının 56-cı səhifəsində göstərilən şahid qismində dindirilmiş İddiaçı bildirmişdir ki, Ağasəmid Məhərrə mov komendant kimi binanın giriş hissəsində üzərində "xxxx" yazılan ayrıca otaqda fəaliyyət göstərmişdir. 2018-ci ildə MTK-da ona aid olan mənzilləri təmir etdirib, satılması və qazancın bölüşdürülməsini Məhərrəmova tapşırmışdır. Deməli, Ağasəmid Məhərrəmovun öz ifadəsində bildirdiyi kimi, həqiqətən 65 saylı mənzilin satılmasını iddiaçı özü Məhərrəmova tapşırmışdır. Bu halı iddiaçı və Məhərrəmov təsdiq edirlər. Mənzilə Əliyev tərəfindən baxış keçirildikdən sonra mənzilin qiymətinin iddiaçı ilə razılaşdırılmasını, danışıq aparılmasını da cavabdeh Əliyev və Ağasəmid Məhərrəmov təsdiq edirlər. Əgər məhkəmə cavabdehin vəsatətini təmin edərək Ağasəmid Məhərrəmovun mülki iş üzrə məhkəmə iclasında iştirakını təmin etsəydi, iddiaçı, cavabdehin və Məhərrəmovun iştirakı ilə həqiqət müəyyən oluna bil ərdi.
66. Cavabdehin nümayəndəsi tərəfindən X2 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunması və ya şahid qismində dindirilməsi barədə vəsatəti təmin olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
67. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
68. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
69. Maddə 29, İİİ-İV hissələr. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bi lməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
70. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
71. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
72. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
73. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə v ə ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
74. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
75. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
76. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfl i və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
77. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
78. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
79. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məh kəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
80. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
81. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib, bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
82. Məhkəmə koll egiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
83. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab o luna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
84. Bu mövqedən işin hallarına nəzər salındıqda görünür ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də tərəflərin dəlilləri və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
85. Bununla yanaşı məhkəmə kollegiyası kassatorun iddia müddəti ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdı r. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
86. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
87. Qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yara tmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. İstər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır.
88. Əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müdd ət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir.
89. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2 aprel 2021-ci il qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 354.1ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyala ra bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir.
90. Buna görə də kassastorun iddia müüdətinə istinadən irəli sürdüyü dəlil əsassızdır.
91. Məhkəmə kollegiyası kassatorun müqavilə bağlanarkən satıcının iradə ifadəsinin təfsirində səhvə yol verilməsi, həmin müqavilədə MMC-yə aid möhürün mövcud olması barədə dəlillərini qətnamənin ləğvinə əsas verən dəlil kimi qəbul etmir. Çünki müqavilə bağlanan zaman MMC-nin adından direktor kimi imza etməsi göstərilən X11 03 noyabr 2018-ci ildə vəfat etmişdi və müqaviləni bağlayan şəxslərin hər hansı təmsilçilik hüququ (səlahiyyəti) müəyyən olunmamışdır. Məhkəmə qeyd olunan müqviləni əhəmiyyətsiz hesab etməkdə haqlı olmuşdur.
92. Kassasiya şikayətini digər dəlilləri, Cavabdeh yuxarıda qeyd olunan cinayət işi üzrə zərəçəkmiş şəxs qismində tanınması nəzərə alınmaqla araşdırılmır.
93. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətlən dirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
94. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
95. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsa sən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 yanvar 2024-cü il tarixli, 2(103)-772/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.