Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1849/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-nin X5 İdarəsinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-****/21 (Açar sözlər: aktın ləğv edilməsi) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-*****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il t arixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh “xxxx” ASC-nin X5 İdarəsinə qarşı “aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin X5 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu,*********** məhəllədə yerləşən yuyucu kimi fəaliyyət göstərən obyekt ona məxsusdur. Həmin obyektdə “xxxx” ASC tərəfindən smart tipli sayğac quraşdırılmış və sayğacın kartı ona təqdim edilmişdir. xx xxxxxxx 2017-ci il tarixdə obyektdə olan işçi zəng edərək X5 İdarəsinin əməkdaşları t ərəfindən obyektə baxış keçirildiyini bildirmiş, o, dərhal obyektə gəlmiş, orada idarənin əməkdaşları ona bildirmişlər ki, sudan qanunsuz istifadə edir. O, isə idarənin əməkdaşlarına izah etmişdir ki, obyektin yaxınlığındakı çən onlara məxsus deyil, heç vaxt çəndən su dolduraraq istifadə etmirlər. Buna baxmayaraq, əməkdaşlar akt tərtib edərək onun adına 3512 manat məbləğində cərimə yazmışlar. Bu akt qanunsuz və əsassızdır. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2018ci il tarixli, 2(012)-******/2018 saylı qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbi təmin edilərək, cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktın ləğv olunması, iddiaçı X2 tərəfindən ödənilmiş dövlət rüsumuna görə 10.40 manat məbləğ ində pulun cavabdeh “xxxx” ASC-dən tutulub İddiaçı ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan 08517 inventar aktı ndan müəyyən edilir ki, həmin akt tərtib edilərkən İddiaçı həmin aktı imzalamaqdan imtina etmiş, akt hal şahidlərinin iştirakı olmadan tərtib edilmişdir. Aktda əks olunan məlumatları iddiaçı qəbul etmir, cavabdeh isə işə baxılarkən bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi əsaslı hesab edilməlidir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Cavabdeh “xxxx” ASC qeyd edilən qətnamədən ape lyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər –Elman Rəhimov- sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Quliyev) xx xxxx 2019-cu il tarixli, 2(105)-****/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(012)-*****/2018 qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq hesablanmış borc əsassızdır. Eyni zamanda hazırki mübahisənin iqtisadi xarakterli olması və mübahisəyə baxı larkən məhkəmə aidiyyəti qaydalarının pozulması barədə apelyasiya şikayətinin dəlili də əsassızdır. Belə ki, bu dəlil daha əvvəllər qəbul edilmiş məhkəmə aktları ilə öz həllini tapmışdır. Həmçinin mübahisələndirilən akt tərtib edilərkən obyektin fəaliyyət göstərməməsi də bu aktın əsassız olmasına dəlalət edir. Cavabdeh apelyasiya şikayətinin dəlillərinə dair mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz. Cavabdeh “xxxx” ASC qətnamədən kasasiya şikayəti vermişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elşanə Vəliyeva - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Sənan Hacıyev) xx xxxxxx 2019-cu il tarixli, 2(102)****/2019 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin olunaraq, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-*****/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, apelyasiya məhkəməsi aktın ləğvi və 3.512 manat borcun düzgün hesablanmamasını qanuni hesab edərkən yalnız cavabdeh tətəfindən məhkəməyə heç bir sübut təqdim edilməməsinə əsaslanmış, istinad etdiyi “Sudan istifadə Qaydaları”nın 5.1.5, 6.14, 6.15, və 7.6-cı bəndlərinin tələblərinin pozuntusunun nədən ibarət olduğunu qətnaməsində göstərməmiş, sübutları düzgün qiymətləndirməmiş, apelyasiya şikayətinin dəlilərini araşdırmamış, apelyasiya şikayəti ndə aktda göstərilən pozuntunu əks etdirən video və foto çəkiliş olduğunun göstərilməsinə baxmayaraq, həmin sübutların məhkəməyə təqdim edilməsini cavabdehə təqdim etməmiş, onlara müvafiq qiymət verməmiş, mülki prossesual qanunvericiliyin tələblərini pozmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də, kassasiya şikayəti qis mən təmin edilməli, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Kasasiya şikayətinin mübahisənin aidiyyəti ilə bağlı dəlillərini isə məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, qeyd edilən obyektə dair müqavilə İddiaçıla bağlanmışdır. Cavabdehin abonent sənədlərində göstərdiyi ********** saylı VÖEN isə X1 məxsusdur və hazırki obyektə onun aidiyyəti iş üzrə müəyyən edilmir. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Səyyad Qafari - sədrlik edən və məruzəçi, Elman Əhmədov, Telman Məmmədov) xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tаrixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsasını müəyyən etməmişdir. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn tələbin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Lakin birinci instansiya məhkəməsi aktın ləğv edilməsi qənaətinə gələrkən mübahisəyə hansı maddi hüquq normasının tətbiq edilməsinin mümkünlüyünü əsaslandırmamışdır. Göründüyü kimi aşkar edilmiş qanunsuz (özbaşına) qoşulma nəticəsində cavabdeh təşkilatın əməkdaşları tərəfindən akt tərtib edilmiş və daha sonra “Su təhcizatı və tullantı sular haqqında”Azərbaycan Respublikası Qanununun tələbləri baxımından itirilmiş suyun həcmi hesablanaraq dəymiş zərərin əvəzini tələb etmişdir. Lakin aktın ləğvi barədə iddianı təmin edən birinci instansiya məhkəməsi qeyd olunan aktın hər hansı bir hüquqi nəticə yaratmadığını, yalnız mövcud vəziyyəti yəni iddiaçıya məxsus obyektə sudan istifadə zamanı (sayğacdan kənar) qanunsuz qoşulma halını özündə əks etdirən sənəd olmasını və eləcə də dəymiş zəzər kimi h esablanmış 3512 manat vəasitin silinməsini iddiaçının tələb etməməsini nəzərə almamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun obyektdə aparılan biznes fəaliyyətinə heç bir aidiyyəti yoxdur, özünün daimi iş yeri vardır, obyektə isə təsadüfən gəlmişdir. Ən başlıcası isə, aktda yazıldığı kimi metal çən onun obyektə aid deyil, qonşuya məxsusdur. Həmin metal çən vasitəsi ilə heç vaxt sudan obyektin məqsədləri üçün istifadə etməmişlər. Akt yazılarkən hal şahi dləri də olmamışdır. Cavabdeh qurumun əməkdaşlarının öz maraqları üçün tərtib etdiyi akt isə mötəbər və legitim sənəd hesab oluna bilməz. Ona görə hesablanmış borcun heç bir hüquqi əsası yoxdur. Cavabdeh tərəfindən dəymiş zərərin əvəzi üzrə ona borc hesablansa da, onun hansı təqsirli hərəkəti ilə zərər vurulması, qeyd olunan xeyli miqdarda borcun fəaliyyət göstərməyən bir obyekt üçün hansı əsaslar üzrə o həcmdə hesablanması öz təsdiqini tapmamış, ümumiyyətlə onun həmin ünvanda fəaliyyət göstərməməyi nəzərə alınmamışdır. Digər tərəfdən, cavabdehin əməkdaşları tərəfindən keçirilmiş baxış qanunvericilikdə nəzərdə tutulmuş qaydada AR Ədliyyə Nazirliyində yoxlamaların vahid məlum reyestrində qeydiyyatdan keçməmişdir. Hazırki halda cavabdeh yoxlama nəticəsində qanunsuz akt tərtib edərək, onun əsasında dəymiş zərər hesablanmış, halbuki bu yoxlamaya dair reyestrdə heç bir qeydiyyat aparılmamışdır. Belə olan halda qanunsuz tərtib olunmuş akt ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı, vəkili Vəkil1 və cavabdeh “xxxx” ASC-nin X5 İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq “Su təhcizatı və tull antı sular haqqında”Azərbaycan Respublikası Qanunu: Maddə
1. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, su təhcizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır. Maddə
72. Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icr a edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Sudan istifadə qaydalarının 8.6. və 8.7.-ci bəndlərinə əsasən, Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal cu təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qo şulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması na istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilm əsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlkin olaraq qeyd edilməlidir ki, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, işə təkrarən baxan apelyasiya kollegiyası tərəfindən işə baxmış kasasiya kollegiyasının göstərişlərinə tam əməl edilmişdir. Kasasiya şikayət inin dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, iddiaçı kasasiya şikayətində gah obyektdə aparılan biznes fəaliyyətinə onun aidiyyəti olmadığını, gah aktın tərtibində göstərilmiş su çəninin obyektə aid olmadığını, gah cavabdehin əməkdaşları tərəfindən aparılmış yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədiyini əsas olaraq göstərsə də, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, sudan qanunsuz istifadə ilə bağlı barəsində akt tərtib edilmiş obyekt iddiaçıya məxsusdur. Suyun qanunsuz vasitə olaraq istifadə edildiyi çənin isə qonşuya məxsus oolması qeyd olunsa da, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Halbuki, hazırki tələb etmə üzrə sübutetmə yükü iddi açıya məxsusdur. Cavabdehin əməkdaşları tərəfindən aparılmış yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməməsinə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçının bununla bağlı istinad etdiyi AR Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamadə vahid məlumat reyestrində yoxlamaların aparılmasının qeydiyyatı sahibkarın fəaliyyət göstərdiyi sahibkarlıq sahəsi üzrə fəaliyyətinin yoxlanılmasının qeydiyyatını özündə əks etdirir. Sahibkarlıq obyektində göstərilən kommunal xidmətlərlə bağlı baxışın keçirilməsi isə adıçəkilən Əsasnamə üzrə yoxlama predmeti və ya obyekti kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəz ərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-****/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.