Məhkəmə qərarları › İş №2(102)-185/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-185/2021

01.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-185/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, X5, X3 və İddiaçı4 Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və cavabdehə məxsus əmlakların mənzildən çıxarılması” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X24 oğlunun katibliyi, İddiaçı X5 vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1568/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı X14 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları xx.xx.1992-ci il tarixli 160 saylı orderin surətinə əsasən ailənin tərkibi 5 nəfərdən X2, İddiaçı4, xx, İddiaçıX3və xx ibarət olan X9 ünvan X3verilmişdir. ünvan X3ünvanda X10 xx.xx.1944-cü, ünvan 2da X14 XX.XX.1929-ci, ünvan X3ünvanda X15 xx.xx.1977-ci qeydiyyatdadırlar. Nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçıX3Cavabdeh qızı ilə bağlanmış nikahı xx.xx.2017-ci il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 112 № ilə qeyd edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(032)-189/2018 saylı q ətnaməsi ilə iddiaçı Cavabdehlər İddiaçı1, X4, X9 və İddiaçı4 qarşı mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, iddiaçı Cavabdeh x X3nömrəli mənzilinə köçürülməsi qət edilmiş, cavabdehlər İddiaçıX3və İddiaçı4 iddiaçı X1X3qarşı x X3nömrəli mənzilindəki cehiz əmlaklarının cavabdehin öz vəsaiti hesabına həmin mənzildən çıxarılması və mənzilin boşaldılmasına dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli 13/10-1X3№ məktubunda göstərilmişdir ki, Şirvan şəhər məhkəməsinin 2(032)-189/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi xx.xx.2018-ci il tarixində şöbənin icraatına daxil olmuş, tərəflərindən xx.xx.2017-ci il tarixli qərar qəbul edilərək və tələbin kö nüllü icrası barədə bildirişlə birlikdə tərəflərə göndərilmişdir. İcra tədbirləri zamanı tələbkar Cavabdeh xx.xx.2018-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək, himayəsində olan qızı X16 xəstə olduğu üçün mütəmadi Bakı şəhərində müalicə olunduğuna görə onunla birlikdə xəstəxanaya gedibgəlməsinə və Bakı şəhərində yaşamasına zərurət yarandığını bildirmiş, həmçinin uşağın müalicələri bitənədək icraatın təxirə salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən xx.xx.2019-cu il tarixdə tərəflərindən “icra sənədi üzrə icraatın dayandırılması barədə” qərar qəbul edilərək, tərəflərə bu barədə məlumat verilmişdir. xx.xx.2019-cu il tarixdə tələbkar yenidən şöbəyə ərizə ilə müraciət edərək hazırda qızının Bakı şəhərində müalicə alması ilə bağlı mənzilə köçə bilmədiyini, müəyyən müddətdən sonra mənzilə köçmək barədə müraciət edəcəyini bildirmişdir. Hazırda icra sənədi üzrə icraat dayandırılmışdır və icra sənədi nəzarətdədir. X16 həqiqətən 2019-2020-ci il tədris ilində M nömrəli tam orta məktəbin 4-cü sinfində oxuyur və valideynin verdiyi məlumata əsasən xX3ünvanında kirayədə yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, X14, X10 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh X3 saylı mənzilinə istifadə hüququna xitam verilməsinə və cavabdehə məxsus əşyaların həmin mənzildən çıxarılmasına barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, x X3qızı xx.xx.2005-ci il tarixdə evlənməklə ailə həyatı qurmuş və N həmin gündən ünvan X3ünvanında yaş amağa başlamışdır. Tərəflər arasında baş verən mübahisələrdən sonra cavabdehX5 2015-ci ilin aprel ayından həmin mənzildən getmiş, özünə başqa yaşayış yeri seçmişdir. Tərəflər arasında bağlanılmış nikah isə xx.xx.2017-ci il tarixdə rəsmi olaraq pozulmuşdur. Daha sonra X17 özünün artıq uzun illərdir Bakı şəhərində yaşamasına və orada işləməsinə baxmayaraq, əsassız olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan X3ünvanına köçürülməsini xahiş etmişdir. ünvan 3 xx.xx.2018-ci il tarixli qətnamə qəbul edilərək X6 həmin mənzilə, yəni ünvan X3ünvanına köçürülməsi qət edilmişdir. Qətnamə icra edilməsi üçün Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. İcra və Probasiya şöbəsinin əməkdaşları dəfələrlə məhkəmə qərarının icrası üçün vaxt təyin etmiş və bu barədə X1X3məlumat vermişlər, lakinX5 mənzilə köçməkdən imtina etmişdir. Daha sonra o, xx.xx.2018-ci il tarixli ərizə ilə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə müraciət edərək qətnamənin icrasını 2019-cu ilin yanvar ayınadək təxirə salınmasını xahiş etmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixli qərar qəbul edilərək icra işi üzrə icraat dayandırılmışdır. Hazırki iş üzrə cavabdeh X6 faktiki olaraq 2015-ci ildən Bakı şəhərində yaşadığını, orada işlədiyini, qətnamənin çıxarıldığı vaxtdan 2 il müddət keçməsinə baxmayaraq mənzilə köçmək istəməsini, bir gün belə olsa həmin mənzildə yaşamadığını, icra şöbəsinə ərizə ilə müraciət edərək Bakı şəhərində yaşadığını və işin icrasının təxirə salınması, bildirməsini nəzərə alaraq onun həmin mənzildən istifadə hüququna xitam verilməsi, eləcədə həmin mənzildən qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh X17 məhkəmə iclasında iddianı etiraf etməyərək izahatında qeyd etmişdir ki, məhkəmə qətnaməsinə əsasən mübahisəli mənzilə köçürülmüş, lakın onunla birgə yaşayan övladı “Uşaq Serebral iflic xəstəliyindən əziyyət çəkməsi, Bakı şəhərində müalicə olduğu üçün müvəqqəti olaraq kirayədə yaşamağa məcburdur. Şirvan şəhər Məhkəməsinin (hakim Ziya Əliyev) xx xxxxxx 2020-ci il tarixli 2(032)-296/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh məhkəmənin qətnaməsinə əsasən mübahisəli mənzilə köçürülmüş, lakin qətnamənin tam icra olunması hələ ki, mümkün olmamışdır. Buna səbəb cavabdehin himayəsində olan “uşaq serebral iflic” xəstəliyindən əziyyət ç əkən xx.xx.2009-cu il tarixdə doğulmuş X7 Bakı şəhərində müalicə olması və təhsil almasıdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin mənzilə köçürülməməsi və yaşamaması üzürlü səbəbdən irəli gəlir, Bakı şəhərində kirayə yaşaması müvəqqəti xarakter daşıyır və ona görə də həmin hallar iddiaçıların istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsinin rədd edilməsi üçün əsasdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçılar apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Qəzənfər Kərimov - sədrlik edən və məruzəçi, Zəki Babayev və Nüsrət Mirzəyev) xx xxxx 2020-ci il tarixli 2(106)-1568/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)296/2020 nömrəli mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli mənzilə köçürülməməsi və onun orada daimi yaşamaması üzürlü səbəbdən baş vermişdir. İşdən də göründüyü kimi, o, Bakı şəhərində kirayədə qalır və onun başqa yaşayış sahəsi yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçı2 kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(106)-1568/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi yalnız cavabdehin formal ifadəsinə istinad edərək, sübutlara düzgün hüquqi qiymət vermədən əsassız qənaətə gəlmişdir. Belə ki, cavabdeh uşağın serebral iflicdən əziyyət çəkməsini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Serebral iflic xəstəliyinin müalicəsi üçün mütləq Bakı şəhərində yaşamaq vacib deyil. Həmin xəstəliyin müalicəsi Şirvan şəhərində yerləşən xəstəxana və diaqnostika mərkəzində də mümkündür. Uşaq 2014-cü ildən anası faktiki ayrılıb getdikdən sonra uzun müddət atası x 1 yanında qalmış, yalnız 2018-ci ilin aprel ayında anası həmin uşağı məktəbdən qaçırdaraq zorla yanında saxlamışdır. 2018-ci ilə qədər həmin uşaq XX3şəhər 20 sayı orta məktəbdə təhsil almış, xəstəliklə bağlı isə Şirvan şəhər Mərkəzi Xəstəxanasında, eləcə də Şirvan şəhər Uşaq Poliklinikasında müalicəsini davam etdirmişdir. Cavabdehin verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır, sırf uşağın xəstəliyi səbəbindən Bakı şəhərində yaşaması həqiqəti əks etdirmir. Apelyasiya İnstansiya Məhkəməsinin yol verdiyi kobud prosessual pozuntulardan biri də, prosesin çəkişmə prinsipinin təmin edilməməsi, işə iddiaçıların iştirakı olmadan baxılaraq qərar qəbul edilməsidir. Belə ki, iddiaçılardan İddiaçıX3məhkəməyə teleqram vasitəs i ilə gələ bilmədiyini, prosesin təxirə salınmasını xahiş etsə də, məhkəmə çəkişmə prinsipini pozaraq iddiaçıların iştirakı olmadan işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Şirvan Apelyasiya Məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, tərəflərin hüquq bərabərliyini pozmuş, prosesinin çəkişmə prinsipini təmin etməmiş, beləliklə işin hallarını tam və hərtərəfli aydınlaşdıra bilməmiş, yalnız cavabdehin formal mülahizələrinə istinad etməklə işi natamam araşdırmış, nəticədə işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul edərək, maddi və prosessual hüquq normalarını pozmuşdur. Cavabdeh kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2017-ci il tarixdə nikahı pozulduqdan sonra məcbur evdən çı xarmışdır. Həmin mənzilə köçmək barəsində iddia qaldırmış və iddiası təmin edilmişdir. Məhkəmənin qərarı ilk vaxt icra olunanda 2009-cu il təvəllüdlü İddiaçı2 xəstəliyi ilə bağlı daimi Bakı şəhərində Stasionar müalicə aldığından icra vaxtının dəyişdirilməsini xahiş etmiş, müalicədən sonra qərarın icra olunması ilə bağlı rəsmi müraciət etmiş və dəfələrlə qızları ilə həmin evdə olmuş, lakin keçmiş qaynanası X3 evə buraxmayaraq təhqir etmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq Şirvan şəhəri icraçıları tərəfindən Şirvan Rayon Məhkəməsinin evə köçürülmə və aliment tələbləri icra olunmamışdır. Böyük qızı xxdaimi olaraq Şirvan şəhərində həmən mənzildə yaşayır və bütün əmlakımız oradadır. Dəfələrlə həmin evə getsələr də, lakin X3 evə buraxmayaraq mübahisə yaratmışdır. Həmin mənzildə yaşamağa imkan vermir. Uşağın müalicəsi Şirvan şəhər uşaq poliklinikasında mümkün olmadığı üçün xx.xx.2010-cu il tarixindən həmin poliklinikanın rəsmi göndərişi əsasında müalicəsini bu günə kimi Bakı şəhər X13 davam etdirir və bu barədə müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı X8 vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlmə yən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzv lərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Azərbaycan Respublikasının Mülki Prosessu al Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.X3Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlə ndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutların düzgün qiymətləndirilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəy yən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, çəkişmə prinsipi pozulmuş, İddiaçıX3məhkəmə iclasının təxirə salınması barədə teleqramla apellyasiya instansiyası məhkəməsinə müraciət etmiş, lakin apellyasiya inst ansiyası məhkəməsi tərəfindən həmin teleqram nəzərə alınmayaraq məhkəmə iclası təxirə salınmamamışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin bu dəlili əsassızdır, belə ki, MPMnin 376.2.-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. İddiaçı apellyasiya məhkəməsinə üzürlü səbəbdən iştirak etməməsi barədə sübutlar təqdim etmədiyindən, onun məhkəmə iclasının təxirə salınması barədə vəsatəti təmin edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxark ən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7 və 420-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edərək iddianın qismən edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olu nmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X14 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1568/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar