Məhkəmə qərarları › İş №2(102)-185/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-185/2025

07.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-185/2025 07.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 oğluna, Cavabdeh4 qarşı, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1na, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, mənzildən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi, alqı-satqı müqaviləsi, əqdin etibarsızlığı, uydurma əqd, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cava bdehlər Cavabdeh2, Cavabdeh3 oğluna, Cavabdeh4 qarşı “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1na, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)5159/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 Midhət qızı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,20 kv.m olan mənzil (bundan sonra – mübahisəli mənzil) Cavabdeh2 xüsusi mülkiyyətində olmuşdur. Cavabde h3 oğlu sonuncunun oğlu, X5 isə nəvəsidir. 2. 14 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh2, mübahisəli mənzili alıcı İddiaçı (bundan sonra – iddiaçı) 93500 manata satmışdır, 19 dekabr 2022-ci il tarixdən sonuncunun mülkiyyətindədir.

3. Alqı-satqı zamanı Cavabdeh3 oğlu və Cavabdeh4 Cavabdeh1na xx.xx.2022-ci il tarixli ərizələr ünvanlayaraq mübahisəli mənzilin özgəninkiləşdirilməsinə, satılmasına və bağışlanmasına etiraz etmədiklərini bildirmişlər. 4. "xxxx" ASC Dostluq Filialının 14 dekabr 2022-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı alqı-satqı müqaviləsi üzrə 93500 manat ödəniş etmişdir.

5. Ödəniş qəbzlərinə əsasən iddiaçının kart hesabına 1915 manat və 700 manat pul vəsaiti köçürülmüşdür.

6. Hazırda Cavabdeh2, Cavabdeh3 oğlu və X5 mübah isəli mənzildə qeydiyyatda olmaqla yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılaraq mənzilin ona təhvil verilməsi, ödənilmiş 100 manat rüsum haqqının geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzili 14 dekabr 2022-ci il tarixdə Cavabdeh2 Midhət qızından notarial qaydada alqı-satqı yolu ilə almışdır. Cavabdeh2 Midhət qızı 14 mart 2023-cü İl tarixə kimi qeydiyyatdan çıxmağı, evi təhvil verməyi və bütün kommunal ödənişləri ödəməyi öz üzərinə götürmüşdür. Qeydiyyatda Cavabdeh3 oğlu, Cavabdeh4 da vardır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də evi təhv il verməmişdir. Hətta ərazinin sahə müvəkkili də Cavabdeh2 xəbərdarlıq edib.

9. Eyni zamanda Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla iddiaçı arasında bağlanmış, Bakı şəhəri 54 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 14 dekabr 2022-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və iddiaçının adına verilmiş mülkiyyət hüququna dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırmışdır ki, 14 dekabr 2022-ci il tarixdə oğlu Cavabdeh3 ona notariusa getməyini, bir sıra sənədlərə imza etməyini xahiş etmişdir. Orada bilmişdir ki, oğlu Samir iş üzrə cavabdehin atası Böy ükkişi Əliyevdən 55.000 ABŞ dolları məbləğində faizə pul almaq barədə razılığa gəlmiş və cavabdehin atası pulun əvəzində ondan təminat istəmişdir. O da təminat olaraq Cavabdeh2 evini təklif etmişdir. Böyükkişi də bununla razılaşaraq evin girov qoyulması barədə notariusda müqavilə bağlamaq lazım olduğunu ona bildirmişdir. Onlar xx.xx.2022-ci il tarixdə 54 saylı notariat idarəsinə getmiş və orada sənədlər hazırlanmışdır. İddiaçıya həmin sənədlərə imza etməsini bildirmişlər. Sənədlərə imza edən zaman görmüşdür ki, orada mənzilin alqısatqısı yazılmış, buna etiraz edərək bildirmişdir ki, o, mənzili satmır, pulun əvəzində girov qoyur. Lakin bu zaman Samir bildirmişdir ki, narahat olmasın, sənədləşmə ancaq bu qaydada aparılır, imzalamasa pulu verməyəcək. O da məcbur qalıb həmin sənədlərə imza e tmişdir. Böyükkişi oğluna ümumilikdə 55.000 ABŞ dolları məbləğində pulu faiz kimi vermiş, o həmin vaxtdan 3 ay, hər ay 2000 AZN olmaqla Böyükkişi Əliyevə faizləri ödəmiş, lakin sonradan maliyyə imkanları ilə bağlı işləri yaxşı getmədiyi üçün artıq faiz pulu ödəyə bilməmişdir, faktiki olaraq ona məxsus mənzillə bağlı cavabdeh İddiaçılə aralarında alğısatqı münasibətləri, onun mənzili satmaq fikri və belə bir iradəsi olmamışdır. Mənzili yalnız oğlu Samir pul qarşılığında girov qoymuşdur. Eyni zamanda alqı-satqı predmeti olmuş mənzil Bakı şəhəri Nərimanov rayonunun ən prestijli və bahalı yerində yerləşir. "Stalin" layihəli 4 mərtəbəli daş binanın 2-ci mərtəbəsində yerləşir. Mənzilin çıxarışında sahəsi 43.20 kv.m göstərilsə də, mənzilin hazırki ümumi sahəsi 132.3 kv.m təşkil edir, təmirli mənz ildir. İddia ərizəsinə əlavə edilmiş ekspert rəyindən görünür ki, hələ 2021-ci ildə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə, həmin vaxt mənzili real bazar dəyəri ilə təqribi dəyəri 230.202.00 manat təşkil edir. Həmin müddətdən iki il keçməsini və mənzil bazarında qiymət artımını nəzərə alınsa, hazırda mənzilin dəyəri göstərilən qiymətdən yuxarıdır. Necə ola bilər ki, həmin mənzilin real qiyməti 250.000 manata yaxın olduğu halda, 93.500 manata satılsın. Mənzilin real bazar qiymətindən qat-qat aşağı satılması dediklərinin doğru olmasını bir daha isbat etmiş olur. Bundan başqa, mənzilin satılması heç bir zərurətdən və ehtiyacdan irəli gəlməmişdir.

11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-211/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərardadına əsasən hər iki iddia üzrə mül ki işlər bir icraatda birləşdirilmişdir.

12. Birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, X2 öz iddiasının əsası kimi bildirmişdir ki, girov müqaviləsinin əvəzinə alqı-satqı müqaviləsi bağlamış, bunu həmin an bilmiş və hətta bağlanmasına etiraz da etmişdir. Bu isə o deməkdir ki, şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir. Hesab edir ki, vacib əhəmiyyətli yanılmanın təsiri nəticəsində girov müqaviləsi əvəzinə alqı-satqı müqaviləsi bağlayıb və müqaviləni imzalayarkən bunu bilib. Yəni, iddiaçı 14 dekabr 2022-ci il tarixdə müqaviləni imzalayarkən bu haqda artıq məlumatlı idi. Lakin iddiaçı əqdin etibarsız hesab edilməsi tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsini rəhbər tutmaqla hesab edir ki, iddiaçı 1 ay ərzində müqaviləni mübahisələndirməli idi. Lakin iş materiallarından və iddia ərizəsindən bəlli olur ki, iddiaçı müqavilə bağlandıqdan 7 ay sonra əqdi mübahisələndirməyə başlayıb. Beləliklə hesab edir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürüb.

13. İkinci iş üzrə iddiaçı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 birinci iş üzrə iddiaçının iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə qarşı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, cavabdeh sözügedən alqı-satqı müqaviləsinin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmasına istinad etsə də, işin müəyyən edilmiş hallarına əsasən istinad edilən maddi normaların dispozisiya şərtləri yaranmamışdır. Belə ki, tərəflər arasında alğı-sat qı müqaviləsi bağlanmışdır. Lakin müqavilə bağlanan zaman mənzilin alğı-satqısı məqsədi daşımamış, müqavilə görünüş üçün, amma tərəflərin iradə ifadəsi əsasında bağlanmışdır. Müqavilənin tərəflər arasında pulun təminatı olaraq bağlanması barədə razılığa gəlmiş olsalar belə, bu razılıq tərəflər arasında alğı-satqı müqaviləsinin bağlanması ilə əldə edilmiş razılıqdır. Hesab edir ki, iddiaçı cavabdeh İddiaçılə məhz alğısatqı müqaviləsi bağladığını, lakin formal bağladığını dərk etmişdir. Yəni, nəticədə faizə verilmiş pulun alınması üçün iddiaçı cavabdeh İddiaçı ilə alqı-satqı müqaviləsinin bağlanmasına razı olaraq onunla həmin məzmunda müqavilə bağlanmasına razılığını vermiş, onu istəmiş və bağladığı əqdin məzmunu ona izah edilərək, tərəfindən həmin məzmunda bağlanmasını qəbul etmişdir. Bu sə bəbdən müqavilənin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması halı baş verməmişdir. O halda müqavilə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış hesab oluna bilərdi ki, cavabdehin istinad etdiyi girov müqaviləsi bağlanmasını istəsin, lakin bağlandıqdan sonra alqı-satqı müqaviləsinin olduğu aşkar edilsin. İddiaçı oğlunun alğı-satqı müqaviləsinin bağlandığı halda pulun əldə edilə biləcəyini bildikdən sonra, Cavabdeh2 alğı-satqı müqaviləsinin bağlanmasına könüllü razılıq verərək, alğı-satqı müqaviləsi kimi rəsmiləşdirmişdir. Göründüyü kimi tərəflər arasında mübahisələndirilən alğı-satqı müqaviləsindən başqa, digər müqavilə - girov müqaviləsi bağlanması barədə hər hansı razılaşma olmamışdır. Mübahisələndirilən müqavilə cavabdehlə iddiaçı arasında uydurma olaraq, saxta v ə formal olaraq, həqiqətə uyğun olmayan və həqiqəti əks etdirməyən məzmunda bağlanmışdır. Mübahisəli mənzillə bağlı cavabdehlə iddiaçı arasında bağlanmış 14 dekabr 2022-ci il tarixli alğı-satqı müqaviləsi görünüş üçün bağlandığından (uydurma əqd) etibarsız əqddir.

14. Cavabdeh2 tərəfindən təqdim edilmiş X1 07 yanvar 2021-ci il tarixli ekspert rəyinə əsasən mübahisəli mənzilin hazırkı bazar qiyməti ilə təqribi dəyəri 230202,00 manat müəyyən edilmişdir.

15. Əmlak Ekspert Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən mübahisəli mənzilin 13 sentyabr 2023-cü il tarixinə bazar dəyəri 240.000 manat, likvid dəyəri 225.000 manat təşkil etmişdir.

16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli 3-16-16/2-10/8378 №-li eksper t rəyindən görünür ki, mənzilin sənəd üzrə ümumi sahəsi 76.1 kv.m olmaqla hal-hazırki orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 146500,0 manat və texniki pasportda öz əksini tapmayan əlavə tikililər nəzərə alınaraq bazar qiyməti təqribən 228000 manat məbləğində müəyyən edilir.

17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-164/2024 nömrəli, 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 oğluna, Cavabdeh4 qarşı “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası təmin, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, Cavabdeh1na, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi” tələbinə dair iddiası rədd edilmiş, cavabde hlər Cavabdeh2, Cavabdeh3 oğlunun və Cavabdeh4 mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi, onların mübahisəli mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. (X11)

18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 mənzilin alqısatqısını girov niyyətilə həyata keçirilməsini təsdiq edən, oğlu və İddiaçı atası arasında telefon danışıqlarını əks etdirən səs yazıları, yazışmaların və şahidlərin olduğunu bildirsə də, həmin halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, qeyd olunan tərəflərin əsl niyyətinin aydınlaşdırılması, müqavilədəki iradə ifadələrinin həqiqi məzmunu, tərəflərin müqavilədən öncəki və sonrakı davranışları barədə məlumat verə biləcək hər hansı şahidin ifadə verməsi təmin edilməmiş, bundan baş qa oğlu və İddiaçı atası arasında olan yazışmaları, o cümlədən sonuncuların telefon danışıqları ilə bağlı səs yazılarını təqdim etməmişdir. Təqdim edilmiş yazışmalarda yalnız 1915 manat, 700 manat və 1000 manat məbləğində pulun Böyükkişi Əliyevin bank kartına köçürülməsi barədə ödəniş qəbzlərinin ekran görüntüləri müəyyən edilir. Lakin bu qəbzlərin əks olunduğu yazışmalarda hər hansı danışıqlar, yaxud faiz ödənişləri barədə müzakirələr əks olunmamış, həmçinin də həmin qəbzlər özü-özlüyündə 14 dekabr 2022-ci il tarixli alqısatqı müqaviləsinin yalan əqd olması barədə nəticəyə gəlinməsi üçün kifayətedici faktlar olmamışdır.

19. Bundan əlavə Cavabdeh2 qeyd etdiyi “oğlu və cavabdehin atası” arasında telefon danışıqlarını əks etdirən səs yazıları məhkəmə iclasında tərəflərin iştirakı ilə dinləni lmiş, həmin yazıların İddiaçı atasına aid olmaması, yalnız oğlu Cavabdeh3 üçüncü şəxslərlə borc pulla bağlı danışıqlarının əks olunduğu müəyyən olunmuşdur, iddiaçı Cavabdeh2 cavabdehin atası ilə oğlu Cavabdeh3 arasında borc münasibətləri olduğuna istinad etsə də, bunu məhkəmədə sübut edə bilməmişdir. Beləliklə də məhkəməyə sübut qismində təqdim olunmuş ödəniş qəbzlərinin isə onlar arasında olan borcla bağlı olması müəyyən edilməmişdir.

20. Məhkəmə iddiaçı Cavabdeh2 iddia tələbini əsaslandırarkən əmlakın qiymətinin aşağı olmasına istinad etməsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 təsdiqlənmiş xx.xx.2022-ci il tarixli ərizəyə əsasən aydın olur ki, tərəflər arasında mübahisəli mənzilin 93500 manat qiymətə satılması ilə bağlı razılıq əldə olunmuşdur. Belə olan halda məhkəmə hesab etmiş dir ki, iddiaçının mənzilin dəyərinin aşağı qiymət müəyyən edilməsinin həmin müqavilənin əhəmiyyətsizliyini sübut edən hal olması ilə bağlı dəlilləri də əsassızdır. Belə ki, satılan əmlakın qiymətinin mövcud bazar qiymətlərindən daha aşağı və ya yuxarı olması həmin əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin etibarsızlığı üçün yeganə əsas ola bilməz. Göründüyü kimi, iddiaçı Cavabdeh2 öz iradə ifadəsini əks etdirərək alqı-satqı müqaviləsini bağlamış, alqı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanması faktı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Hazırda mübahisəli mənzil İddiaçı mülkiyyətindədir O, həm faktiki olaraq, həm də hüquqi nəticə etibarı ilə qanunla müəyyən edilən və qorunan hüquqlarından məhrum edilmişdir.

21. Bundan başqa məhkəmə ilk iddianın cavabdehlər in istifadə hüquqlarına xitam verilməsi hissəsində də iddianı əsaslı hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış 14 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinin 13-cü bəndindən göründüyü kimi, satıcı Cavabdeh2 xx.xx.2023-cü il tarixinədək mənzildən qeydiyyatdan çıxmağı öhdəlik götürmüşdür. Odur ki, İddiaçı “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi” barədə tələbi əsaslıdır və təmin olunmalıdır.

22. Məhkəmə birinci iş üzrə İddiaçı vəkilinin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə qiymət verməyə lüzum görməyərək, özünün gəldiyi bu nəticəni prosessual qənaət prinsipi baxımından əsaslı hesab etmişdir. Belə ki, iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı gətirdiyi dəlilləri sübuta yetmədiyindən, iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verilməsi zərurəti də yaranmamışdır.

23. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 157.6, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 340.2, 339.6, 354.1, 354.2, 390.1, 390.3, 390.5-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 14.1, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Cavabdeh2 apellyasiya şik ayəti verərək qətnamənin ləğv edilməsi, İddiaçı iddiasının rədd edilməsi, öz iddiasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında oğlu ilə İddiaçı atasını tanış edən şəxslər arasındakı telefon danışıqlarını əks etdirən diski məhkəməyə təqdim etmişlər, həmin danışıqlardan həqiqətən müəyyən edilir ki, tərəflər arasında faiz pul münasibətləri olmuş, qeyd edilən mənzilin alqı-satqısının həyata keçirilməsi formal olmuş və əsas məqsəd götürülən faiz pula münasibətdə mənzilin girov qoyulması olmuşdur. Eyni zamanda Böyükkişi Əliyevin bank kartlarına ödənişlərinin faiz ödəmələri kimi qəbul etməyən məhkəmə, həmin ödənişlərin hansı məqsədlə edildiyini də müəyyən etməmişdir. Halbuki, bunların müəyyən edilməs i iş üçün çox əhəmiyyətli idi. Cavabdehin atası ilkin məhkəmə iclaslarında ödənişlərin edilməsinin məqsədi barədə bir birinə zidd cavablar vermişdir. Digər tərəfdən iddiaçının oğlu ilə digər şəxslər arasında telefon danışıqlarını əks etdirən səs yazıları barədə məhkəmənin qənaəti ilə razılaşmır. Belə ki, məhkəmə həmin yazıların cavabdehin atasına aid olmaması, yalnız iddiaçının oğlu Cavabdeh3 üçüncü şəxslərlə borc pulla bağlı danışıqlarının əks olunduğu qənaətindədir. Lakin, məhkəmənin nəzərinə çatdırmışdır ki, həmin şəxslər faiz pulun götürülməsində vasitəçilik edən şəxslərdir. Dinləmələrdən dəqiq müəyyən edilmişdir ki, həmin şəxslər iddiaçının oğlu və cavabdehin atası ilə aralarında olan faiz puldan danışırlar və həqiqətən evin alqı-satqısının edilməsində məqsəd götürülmüş faiz pula gö rə girov məqsədidir. Göründüyü kimi danışıqlardan həmin müqavilənin əslində girov müqaviləsi niyyəti ilə bağlandığı, mənzili satmaq fikri olmadığı, onun həqiqi iradə ifadəsinin əks olunmadığı aydın görünür. Bundan başqa məhkəmə satılan əmlakın qiymətinin mövcud bazar qiymətlərindən daha aşağı və ya yuxarı olmasının həmin əmlakın özgəninkiləşdirilməsi barədə müqavilənin etibarsızlığı üçün yeganə əsas ola bilməməsini göstərmişdir. Bununla bağlı X1 07 yanvar 2021-ci il tarixli ekspert rəyindən görünür ki, mübahisəli mənzilin hazırki bazar qiyməti ilə təqribi dəyəri 230202,00 manat müəyyən edilir. Əmlak Ekspert Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, mübahisəli mənzilin 13 sentyabr 2023-cü il tarixinə bazar dəyəri 240.000 manat, likvid dəyəri 225000 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli 3-16- 16/2-10/8378 №-li ekspert rəyindən görünür ki, mübahisəli mənzilin sənəd üzrə ümumi sahəsi 76.1 kv.m olmaqla hal-hazırki orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 146500,0 manat və texniki pasportda öz əksini tapmayan əlavə tikililər nəzərə alaraq bazar qiyməti təqribən 228000 manat məbləğində müəyyən edilir. Göründüyü kimi 3 ekspert rəyindən görünür ki, mənzilin müqavilədə göstərilən alış qiyməti ilə ekspertlərin müəyyən etdiyi bazar qiyməti arasında əhəmiyyətli dərəcədə fərq var. Belə demək olarsa 3 dəfə aşağı qiymətə satılması müşahidə olunur ki, həqiqətən bu qiymətə həmin mənzilin alınması real görünmür. Bundan başqa iddia ərizəsində göstərdiyi kimi, iddiaçının oğlu i lə cavabdehin atası arasında olan faiz borc 55.000 dollar civarında olmuşdur ki, onu da manata çevirəndə mənzilin müqavilədə göstərilən satış qiyməti olan 93.500 manatla üst-üstə düşür. Bu o deməkdir ki, iddiaçının arqumentləri əsaslıdır. Göstərilən halların elə özü onu deməyə əsas verir ki, həqiqətən evin alqı-satqısı formal olmuş və girovun təminatı olaraq bağlanmışdır. Göstərilənlərə əsasən, iddiaçının oğlu ilə cavabdehin atasının arasında faiz pul münasibətlərin olması ilə bağlı hər hansı mötəbər sübutun təqdim edilməməsi ilə bağlı məhkəmənin mövqeyi absurddur. Bu qədər legitim sübut olmasına baxmayaraq məhkəmə heç birini qəbul etməmişdir. Məhkəmə tərəflər arasındakı münasibətlərin həqiqi xarakterini nəzərə almamışdır. Hazırda həmin şəxslərin çıxarılması ilə bağlı əsaslar olmadığından, “mənzildən çıxarılma və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası təmin edilə bilməz. Eyni zamanda Cavabdeh4 məhkəmədə iştirakı təmin edilmədən onun istifadə hüquqlarına xitam verilməsi qanunsuz olmuşdur.

26. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 əlavə olaraq bildirmişdir ki, qarşı tərəf evin yerini heç tanımır. Ev 4 otaqlıdır, genişdir, dəyəri 200.000 manatdan çoxdur. Bununla bağlı ekspert rəyləri də var. Mənzil Nərimanov rayonu ərazisində yerləşir. Həmin ərazidə ən bahalı yerlərdən biri sayılır. Evin dəyəri təqribi 260.000 manat təşkil edir. Tərəflər arasında yazışmalar və qəbzlər var. Cavabdehin ödədiyi pul kirayə ödənişi olmayıb, əgər elədirsə bunu sübut etməlidirlər. Faiz borcunun təminatı olaraq ev girov qoyulub. Praktikada belə hall ara rast gəlinir. Tərəflər arasında faiz münasibətləri olub. Apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

27. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 bildirmişdir ki, tərəflər arasında girov münasibətləri olmayıb. Əgər elə olsa idi o zaman girov müqaviləsi bağlanmalı idi. Samir İİ kurs tələbəsi olsa da qanunvericiliyə əsasən fəaliyyət qabiliyyətli şəxs hesab olunur. Heç bir hədə-qorxu olmayıb. Cavabdeh də müqaviləni təkid olmadan imzalayıb. Ekspert rəyində hazırkı dövr üçün mənzilin dəyəri hesablanıb. Səs yazmalarda 2 nəfər söhbət edir orada iddiaçının adı çəkilmir, kiminkiminlə danışdığı bilinmir. Əgər cavabdeh aldadılıb müqaviləni imzalamışdırsa o zaman mənzilin boşaldılması barədə iddia qaldırmamışdan əvvəl bu halı bildirməli idi. Cavabdeh xahi ş edib ki, müddət verilsin, evdən çıxacaqlar. İddiaçı müddət verdi, amma onlar mənzildən çıxmadılar. Orada cavabdehlər kirayə pulu vermədən yaşayıblar. Məqsədləri də budur. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 16 sentyabr 2024-cü il tarixli 2(103)-5159/2024 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər X6-sədrlik edən və məruzəçi, X4 və X7)

29. Birinci instansiya məhkəməsinin əsaslandırması və gəldiyi nəticəsi ilə razılaşan apelyasiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyindən görünür ki, mübahisəli mənzilin sənəd üzrə ümumi sahəsi 76.1 kv.m olmaqla hal-hazırki orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 146500,0 manat və texniki pasportda öz əksini tap mayan əlavə tikililər nəzərə alaraq bazar qiyməti təqribən 228000 manat məbləğində müəyyən edilir. Lakin tərəflər arasında bağlanmış müqavilədən də göründüyü kimi notarial qaydada müqavilə bağlanarkən məhz mülkiyyətdə ola sahə, yəni ümumi sahəsi 43,20 kv.m olan mənzil İddiaçı 93500 manata satılmışdır. Belə olan halda əlavə tikililərlə birlikdə mənzilin bazar dəyərinin artıq olması tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas təşkil etmir.

30. Məhkəmə daha sonra qeyd etmişdir ki, Cavabdeh2 müqavilənin alğı-satqı niyyəti ilə deyil, aralarında olan borc münasibətlərinin təminatı olaraq bağlanmasını sübut edə bilməmişdir.

31. Məhkəmə Cavabdeh2 nümayəndə və vəkilinin sübut kimi təqdim etdikləri səs yazısına münasibətdə qeyd etmişdir ki, səs yazısı tədqiq edilərkən müəyyən edilmişdir ki, telefon danışıqları mübahisə predmeti olan müqavilənin tərəfləri arasında olan danışıqlar deyildir.

32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5, 157.2, 178.5, 337.1, 340.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, tələblərinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti cavabdeh Ofelya Məmmədovanın iddia ərizəsi və apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə MM-in 340.2-ci maddəsini düzgün tətbiq etməmiş, Konstitusiya M əhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarındakı mövqeləri nəzərə almamışdır. Ümumiyyətlə məhkəmə tərəflər arasında bağlanmış müqavilələri təfsir edərkən tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini bu zaman bütün müvafiq halları, o cümlədən müqaviləyəqədərki danışıqlar və yazışmaları, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı, işgüzar adətləri, tərəflərin sonrakı hərəkətlərini nəzərə almamışdır. Bununla da yanlış nəticəyə gələrək müqaviləni yalan əqd kimi qiymətləndirməmiş və əsassız qətnamə çıxarmışdır.

35. Kassasiya şikayəti Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 220.4-ci maddələrinə istinadən əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

38. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

39. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdiril miş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

40. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

41. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, on da şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

42. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

43. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfin dən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Kassasiya şikayətində qətnamə tam mübahisələ ndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

53. Məhkəmələrin mövqeyinə görə Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 14 dekabr 2022-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi etibarlı əqddir. Cavabdeh2 mənzili satmasına baxmayaraq o və onun ailə üzvü olan digər cavabdehlər əsassız olaraq mübahisə predmeti olan mənzildə qeydiyyatda qalaraq mənzildə yaşayırlar.

54. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlanarkən məhz mülkiyyətdə olan sahə, yəni ümumi sahəsi 43,20 kv.m olan mənzil İddiaçı 93500 manata satılmışdır. Əlavə tikililərlə birlikdə mənzilin bazar dəyərinin artıq olması tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas təşkil etmir. Cavabdeh2 müqavilənin alqı-satqı niyyəti ilə deyil, aralarında olan borc münasibətlərinin təminatı olaraq bağlanmasını sübut edə bilməmişdir.

55. Kassator qeyd edir ki, işi üzrə araşdırılan əqdin tərəflərin həqiqi iradə ifadəsini əks etdirmədiyinə və görüntü xarakteri yaratmağa yönəldiyinə dair kifayət qədər mötəbər sübutları birinci instansiya və apelyasiya məhkəmələrinə təqdim edilməsinə baxmayaraq, nə birinci instansiya məhkəməsi nə də apellyasiya instansiya məhkəməsi bunlara əhəmiyyət verməmişdir.

56. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadığından və sübutların qiymətləndirilməsində səhvə yol verildiyindən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsassızdır.

57. Qeyd edilməlidir ki, hazırkı iş üzrə mübahisələndirilən müqavilə bağlanarkən formal baxımdan bütün tələblərə əməl olunması işin mübahisəsiz halıdır. Oxşar mübahisə üzrə qəbul edilmiş “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarı nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarında sərgilənən hüquqi mövqeyə görə, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər.

58. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyad an olan şərtlərə əməl edilməlidir.

59. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər.

60. Apellyasiya məhkəməsi müxtəlif məbləğlərdə pulun cavabdehin atası Böyükkişi Əliyevin bank kartına köçürülməsini təsdiq edən qəbzlərə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, həmin qəbzlərin əks olunduğu yazışmalarda hər hansı danışıqlar, yaxud faiz ödənişləri barədə müzakirələrin əks olunmadığını, həmçinin də həmin qəbzlərin özü-özlüyündə 14 dekabr 2022-ci il tarixli alqısatqı müqaviləsinin yalan əqd olması barədə nəticəyə gəlinməsi üçün kifayətedici faktlar olmamışdır.

61. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi qismində iştirak edən atası və apellyasiya məhkəməsində cavabdehin vəkili həmin məbləğlərin kirayə haqqı olduğunu bildirmişlər.

62. Göründüyü kimi sözügedən məbləğin iddiaçının atasının hesabına köçürülməsi işin mübahisəsiz halı olmuş, lakin həmin pulun hansı niyyətlə köçürülməsi işin mübahisəli halı olmaqla iddianın həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Cavabdeh2 pulun ödənilməsi barədə qəbzi məhkəməyə təqdim edərkən həmin pulun oğlunun qarşı tərəfin atasına olan faiz borcu olduğuna, İddiaçı isə həmin pulun kirayə pulu qismində ödədiyinə istinad etmişdir. Lakin məhkəmələr tərəfindən tərəflər arasında olan münasibətlərin həqiqi alqı-satqı münasibəti olub-olmamasını müəyyən edilməsi baxımından əhəmiyyətli olan işin bu mübahisəli halı araşdırmamış, yalnız Cavabdeh2 borc qismində həmin vəsaiti ödəməsinə dair sübutları təqdim etmədiyinə istinad edilərək onun iddiası təmin edilməmişdir. Halbuki, iddiaçının bu dəlilinə etiraz edən, pulun kirayə haqqı qismində ödənilməsinə istinad edən İddiaçı tərəfindən də öz etirazının əsasını təşkil edən mötəbər sübutlar təqdim edilməmişdir.

63. Məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğlərin kirayə haqqı olmasını sübut etmək vəzifəsi İddiaçı üzərinə düşdüyü halda bunu sübuta yetirə bilməmiş, məhkəmələr sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu düzgün müəyyən etməmişdir.

64. Bundan başqa, X3 Məmmədovun cavabdehin atası Böyükkişi Əl iyevdən 55.000 ABŞ dolları məbləğində faizə pul aldığını və mübahisəli mənzilin həmin borcun təminatı olaraq girov qoyulduğunu bildirdiyi, o cümlədən hər iki tərəfin təqdim etdiyi bank hesabı köçürməsindən Böyükkişi Əliyevin hesabına pul köçürüldüyü halda, işə baxan məhkəmələr Böyükkişi Əliyevi oğlunun nümayəndəsi qismində tanımaqla kifayətlənmiş, proses iştirakçısı qismində işə cəlb etməmişlər və həqiqi borc münasibətlərinin olubolmaması, mübahisələndirilən müqavilənin alqı-satqı yoxsa girov niyyəti ilə bağlanmasını müəyyən etməmişlər.

65. Bundan başqa, işin faktiki hallarından görünür ki, mənzilin müqavilədə göstərilən alış qiyməti ilə ekspertlərin müəyyən etdiyi bazar qiyməti arasında əhəmiyyətli dərəcədə də fərq vardır.

66. Lakin işə baxan apelyasiya instansiyası məhkəməsi evin dəyərin in müqavilədəki qiymətdən tənasübsüz yüksək olmasını, həmin halın borc münasibətlərinin mövcudluğuna dəlalət edib-etməməsini ətraflı araşdırmamış, əlavə tikililərlə birlikdə mənzilin bazar dəyərinin artıq olmasının tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas təşkil etməməsi barədə nəticəyə gəlmişlər.

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düzgün araşdırmadan iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və əda lətli həll edilməsini istisna edir. 68. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. (2.2-ci bəndi) Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. (2.4-cü bəndi)

69. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətlən dirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur

70. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

71. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

72. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

73. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

74. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5159/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəb

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar