Məhkəmə qərarları › İş №2(102)-1850/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1850/2021

22.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1850/2021 22.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Şabran rayon Dəvəçi Bələdiyyəsinin Cavabdeh2 qarşı Bələdiyyəyə məxsus qeyri-yaşayış sahəsindən çıxarma tələbinə dair ilkin və Cavabdeh2 Şabran rayon Dəvəçi Bələdiyyəsinə qarşı aktın etibarsız hesab edilməsi, istifadə hüququnun tanınması barədə qarşılıqlı iddiasına dair qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti vermə müddətinin bərpa olunması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili X3 oğlunun, Cavabdeh2, cavabdehin Vəkil iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1667/2019 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Təzəkənd YAİK-nın 19 yanvar 2000-ci il tarixli 01 saylı iclas protokolunun çıxarışından görünür ki, keçmiş Şabran sovxozuna məxsus hamam binası Təzəkənd bələdiyyəsinə təhvil verilmişdir. İş materiallarında olan 10 yanvar 2001-ci il tarixli aktdan görünür ki, Şabran sovxozuna məxsus hamam binası Təzəkənd bələdiyyəsinə təhvil verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Şabran rayon məhkəməsinə ünv anlanmış 24 may 2018-ci il tarixli **********56 saylı məktubdan görünür ki, Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən hamam binasının bələdiyyənin və ya Əmlak Məsələləri Dövlət Komitəsinin balansında olması dövlət əmlakı kimi dövlət əmlakının Registrində qeydə alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şabran rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli, qətnaməsi ilə (hakim Ç.İsgəndərov, iş № 2(031)-360/2018) iddia təmin edilmiş, Cavabdeh2 Dəvəçi bələdiyyəsinin balansında olan hamam binasından çıxarılması, həmin binanın boşaldılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, 10 yanvar 2001-ci il tarixli aktın hamam binası hissəsində etibarsız hesab edilməsi, qarşılıqlı iddianın cavabdehin yaşadığı binaya istifadə hüququnun tanınması h issəsində təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 may 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən və məruzəçi), M.Rzayev və T.Məmmədov, iş № 2(105)-1667/2019) iddiaçı (qarşılıqlı cavabdeh) Şabran rayon Dəvəçi Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilmiş, Şabran rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilən hissəsində – 10 yanvar 2001-ci il tarixli aktın hamam binası hissəsində etibarsız hesab edilməsi hissəsində ləğv olunmuş, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməmiş, Asiya Nəbiyevnın apellyasiya şikayəti təmin olunmamış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin y uxarıda qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari, iş № 2(105)-1667/2019) Cavabdeh2 müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 405-ci maddəsinə görə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Apel lyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, məhkəmənin hazırki iş üzrə qəbul etdiyi qətnamə poçt vasitəsilə cavabdehə göndərilmiş, qətnamənin surəti həmin ünvan üzrə 21.05.2019-cu il tarixdə poçt sənədinə imza edilməklə qəbul edilmişdir. Belə olan halda cavabdehə münasibətdə kassasiya şikayətinin verilmə müddətinin axımı 21.05.2019-cu il tarixdə başlamış və kassasyia şikayətini 2 ay müddətində deyil, 15.09.2020-ci il tarixdə, yəni 1 il 3 ay 23 gündən sonra verilmiş və qanuna müəyyən edilmiş kassasiya şikayətinin verilməsi müddətini buraxmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 ərizəsində göstərdiyi dəlillər qətnamədən kassasiya şikayəti verilməsi müddətinin üzürlü sayılması üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştira kçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2019cu il tarixli, 2(105)-1667/2019 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair ərizəsini Tağı Hüseynovun hərəkətləri nəticəsində qətnamədən kassasiya şikayətinin verilməsi müddətini üzrlü səbəbdən ötürməsi ilə əsaslandırmışdır. Ona görə də, cavabdeh kassasiya şikayəti üçün prosessual müddətin bərpa edilməməsinə dair qərardadını ləğv edərək müddətin bərpasına dair ərizənin təmin edilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı Şabran rayon Dəvəçi Bələdiyyəsi və vəkil X3 oğlu kassasiya şikayətinə etiraz təqdim edərək Sumqayt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qə rardadının dəyişiklik edilmədən saxlanmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçının vəkili X2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qərardadının dəyişdirilmədən sa xlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-ci maddəsinə əsasən Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4-ci maddəsinə əsasən Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 408.1.4-cü maddəsinə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri qaytarılır. 408.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 408.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respu blikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizəsindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhəddində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələb lərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisəl əndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi apelyasiya instansiyası məhkəməsi tərəfindən onların hüquqlarının pozulduğuna istinad etsə də apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, MPM-nin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbini üzrlü hesab ed ərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir, lakin hazırki iş üzrə müddətin buraxılmasına səbəb olmuş halın üzrlü hesab edilməsi üçün məhkəmə əsas tapmır. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri qərardadının ləğv edilməsi üçün əsas hesab edilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiy a şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1667/2019 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar